əndə sözü azərbaycan dilində

əndə

Yazılış

  • əndə • 85.7143%
  • ƏNDƏ • 7.1429%
  • Əndə • 7.1429%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aşağı Əndəmic
Aşağı Əndəmic (əvvəlki adı: Aşağı Əndəmiç) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Əndəmiç kəndi Aşağı Əndəmic kəndi adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Aşağı Əndəmic kəndi Yuxan Əndəmic kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Aşağı Əndəmic kənd inzibati ərazi vahidi yaradılmışdır.Aşağı Əndəmiç oyk., mur. Ordubad rayonunun Nüsnüs inzibati ərazi vahidində kənd. Ordubad çayının sahilindədir. Yaşayış məntəqəsini XIX əsrin əvvəllərində keçmış Əndəmiç kəndindən çıxmış ailələr salmış və Aşağıda, çökəkdə yerləşdiyinə görə belə adlanmışdır. Xalq danışıq dilində əndə "eniş-yoxuş"; "cala-cuxur", mış "su yığılan yer" mənalarını ifadə edir. Beləliklə, oykonim "su yığılan cala, cuxur yer" mənasındadır. 2003-cu ildən kəndin adı Aşağı Əndəmic kimi rəsmiləşdirilmişdir.. == Coğrafiyası və iqlimi == Rayonun mərkəzindən 5 km şimal-qərbdə, Dübəndi çayının sağ sahilindədir.
Köhnə əndəmic (Gülaman)
Köhnə əndəmic (Gülaman) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əndəmic kəndindən qərbdə arxeoli abidə. == Tarixi == Divar qalıqlarına əsasən demək olar ki. evlərin tikintisində daş və möhrədən. bəzi evlərdə kvadrat formalı çiy kərpicdən istifadə edilmişdir. Evlər dördkünc formalıdır. Onlar bir, iki, bəzən isə üç otaqlıdır. Yaşayış binaları dağın yamacında yaradılan səkilərdə inşa olunmuşdur. Tədqiqat zamanı Son Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatına rast gəlinmişdir. Araşdırmalara əsasən demək olar ki, yaşayış yerində XIV-XVIII əsrlərdə yaşayış olmuşdur.
Leyli və Məcnun (Əndəlib Qaracadaği)
"Leyli və Məcnun" — XIX əsr Azərbaycan şairi Əndəlib Qaracadaği tərəfindən yazılmış lirik-realistik poemadır. == Məzmunu == Sadələşdirilmiş süjetə malik əsərdə bir-birinə bağlı, düyümlü, müxtəlif intriqalar doğuracaq hadisələr və ikinci planda duran köməkçi personajlar yoxdur. Şair, yalnız Məcnunun dili ilə danışır, iztirablarını təsvir edir. Leylinin qəlbi və sevgisi isə məchul qalır. Birinci görüşlərində Leyli Məcnunu deyə rədd edirsə də, az keçmədən onun iztirabına acıyır və ümidverici bir ahənglə deyir: Oxucu qızla, onun sevgi macərası ilə tanış olmağa imkan tapmamış qasiddən onun başqasına ərə verilməsi xəbərini öyrənir. Əvvəlki “Leyli və Məcnun”larda bu hadisə hər iki aşiqin romantik ölümü ilə bitsə də, burada çox real fonda, birisinin başqasına ərə verilməsi, digəriin isə qürbətə düşməsi ilə yekunlaşır. == Tədqiqi == H. Səmədzadə Əndəlibin poemasını Füzulinin “Leyli və Məcnun”unun təsiri ilə yazdığını qeyd edir və bunun ilk növbədə poemanın bəhrində özünü göstərdiyini vurğulayır. Poemanın ilk misrası olan “Məşşateyn-feyz sünbari” Füzuli “Leyli və Məcnun”unun başlanğıcındakı “Meşşateyn növərus-aləm” misrasını xatırladr.Bu xatırlatmaların getdikcə dərinləşməsinə baxmayaraq, Əndəlibin “Leyli və Məcnun”u bir çox maraqlı xüsusiyyətlərinə görə daha əvvəl bu mövzuda yazılmış əsərlərdən fərqlənir.Həcm etibarı ilə böyük olmayan bu poema ərəb folkloru əsasında deyil, sadəcə təsir nəticəsində yazılmışdır. Bu orijinallıq ilk növbədə poemadakı romantik və realistik məqamların münasibətindədir. Əndəlibə qədər yazılmış bütün “Leyli və Məcnun”larda romantizm bir yaradıcılıq metodu olaraq hakim metod və stil olsa da, Əndəlibin “Leyli və Məcnun”u əsl əfsanəyə əsaslanmadığı kimi, onun bi vaxta qədər necə yazıldığını da nəzərə almır.
Nurməhəmməd Əndəlib
Nurməhəmməd Əndəlib (1660–1740)—türkmən şairi. == Həyatı == Nurməhəmməd Əndəlib zəngin türkmən ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, özündən sonra gələn bütün türkmən şairlərinin müəllimi və ustadıdır. Azadi, Şahbəndə, Məxdimqulu, Şeydayi, Məğrubi, Qayıbi, Talıbi, Qurdoğlu, Kəminə, Seyidnəzər Seydi, Zəlili, Seydulla Seydi, Zinhari, Molla Nəfəs, Aşiqi, Katibi, Möhtaci, Miskin Qılınc, Balqızıl kimi ta-nınmış söz ustaları onun ardıcılları və şagirdləridir. Əndəlibin türkmən ədəbiyyatı qarşısındakı xidmətləri son dərəcə böyükdür. Hər şeydən əvvəl o, müasir türkmən ədəbiy-yatının və ədəbi yazı dilinin banisidir. Ondan əvvəl yaşayıb-ya-radan türkmən şairlərindən Bayram xan Baharlı və Vəfai öz əsərlərini həmin dövrdə bütün Orta Asiyada geniş yayılan və əsasən mədrəsə təhsili görmüş adamların işlətdiyi ədəbi çağatay türkcəsi ilə qələmə almışlar. Əndəlib isə əsərlərini uşaqlıqdan bəri sevə-sevə dinlədiyi milli-məhəlli dastanların təsiri altında şirin türkmən dilində yazmaqla bir ilki gerçəkləşdirmişdir. Şairin ikinci böyük xidməti türkmən ədəbiyyatını mövzu və janr baxımından zənginləşdirməsidir. Əslində, o, realist türkmən poeziyasının ilk rüşeymlərini qoymuş, Məxdumqulu isə onu zirvəyə qaldırmışdır. Milli ədəbiyyatda ilk poemanın, ilk dastanın müəllifi də Əndəlibdir.
Sabit Əndəbili Təbrizi
Sabit Əndəbili Təbrizi — XIX əsr Azərbaycan şairi. Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olub. Azərbaycanca və farsca şeirlər yazıb.
Yuxarı Əndəmic
Yuxarı Əndəmic (əvvəlki adı: Yuxarı Əndəmiç) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Əndəmiç kəndi Yuxarı Əndəmic kəndi adlandırılmışdır. == Toponimikası və tarixi == Keçmiş adı Əndəmiç olmuşdur. XIX əsrdə bu kənddən çıxmış ailələr Ordubad çayının sahilində, bir qədər aşağıda yeni yaşayış məntəqəsi saldıqdan sonra yeni kənd Aşağı Əndəmiç, köhnə isə Yuxarı Əndəmiç adlandırılmışdır. == Əhalisi == Əhalisi 1041 nəfərdir.
Əndəbil
Əndəbil bu mənalarda gələ bilər: Əndəbil (Xalxal) — Cənubi Azərbaycannın Xalxal şəhristanının kəndlərindəndir. Əndəbil (Şəbistər) — Cənubi Azərbaycannın Şəbistər şəhristanının kəndlərindəndir.
Əndəbil (Xalxal)
Əndəbil — İranda Ərdəbil ostanının kəndlərində biri, Xalxal şəhristanında yerləşir.
Əndəbil (dəqiqləşdirmə)
Əndəbil bu mənalarda gələ bilər: Əndəbil (Xalxal) — Cənubi Azərbaycannın Xalxal şəhristanının kəndlərindəndir. Əndəbil (Şəbistər) — Cənubi Azərbaycannın Şəbistər şəhristanının kəndlərindəndir.
Əndəbil (Şəbistər)
Əndəbil (fars. اندبيل‎) — Şərqi Azərbaycan ostanının kəndlərində biri, Şəbistər şəhristanının Sofiyan bölməsinin Çilləxanə qəsəbəsində yerləşir. Kəndin uzun bir tarixi var. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 739 nəfər yaşayır (206 ailə).
Əndəbil (Şəbüstər)
Əndəbil (fars. اندبيل‎) — Şərqi Azərbaycan ostanının kəndlərində biri, Şəbistər şəhristanının Sofiyan bölməsinin Çilləxanə qəsəbəsində yerləşir. Kəndin uzun bir tarixi var. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 739 nəfər yaşayır (206 ailə).
Əndəbil kəndi
Əndəbil bu mənalarda gələ bilər: Əndəbil (Xalxal) — Cənubi Azərbaycannın Xalxal şəhristanının kəndlərindəndir. Əndəbil (Şəbistər) — Cənubi Azərbaycannın Şəbistər şəhristanının kəndlərindəndir.
Əndəlib Qaracadaği
Əndəlib Qaracadaği (XIX əsr, Əhər, Şərqi Azərbaycan ostanı – İrəvan) — XVIII əsrin sonları - XIX əsrin əvvəllərində fəaliyyət göstərmiş Azərbaycan şairidir. Həyat və fəaliyyətinin əsas hissəsi İrəvan xanlığı ilə bağlı olan şair, sonuncu İrəvan xanı Hüseynqulu xanın yanında mirzəlik etmişdir. Ən məşhur əsəri "Leyli və Məcnun" poemasıdır. == Həyatı == Şairin doğum və ölüm tarixi haqqında dəqiq məlumat yoxdur. Əsərlərindən müəyyənləşdirmək olur ki, Əndəlib Qaracadaği XVIII yüzilin 70-ci illərində Əhər qəsəbəsində anadan olmuşdur. Əndəlib Qaracadaği “Leyli və Məcnun” poemasının başlanğıcında özü haqqında qısa məlumat verərək yazır: Şairin özü haqqında verdiyi bu məlumatdan onun, İrəvan xanlığının Çar Rusiyası tərəfindən işğalından sonra İrəvanda hakimlik edən mayor Şubinin himayəsi altında yaşaması və onun sifarişi ilə əsərlər yaratması məlum olur. Həmçinin onun İrəvana köçməzdən əvvəl Qaradağ mahalının Əhər qəsəbəsində yaşaması müəyyənləşir. Şairin əvvəllər Əhərdə yaşamasını “Leyli və Məcnun” poemasından olan aşağıdakı misralar da təsdiq edir: Əndəlib kiçik yaşlarından etibarən sevməyə başlamış, uzun zaman iztirab çəksə də, arzusuna çata bilməmişdir. Əhərdə doğulan və gəncliyini orda keçirən Əndəlib, bu nəticəsiz sevgidən sonra doğma yurdunu tərk edərək qürbətə düşür. İrəvan xanı Hüseyn xanın adına yazdığı bir qəsidədə bu haqqda bəhs edir (qəsidənin bir hissəsi sağda verilir).
Əndəlis
Əndəlüs, həmçinin Əndəlus, Əndəlis və ya Andalusiya (isp. Andalucía, İspanca tələffüz: [andaluˈθi.a]) — İspaniyanın cənubunda tarixi vilayət və muxtar region. Sahəsi 87,3 min km2. Əhalisi 8 mln. nəfər (2007). Andalusiya inzibati ərazisinə 8 əyalət (Almeyra, Qranada, Kadis, Kordova, Malaqa, Sevilya, Uelva və Xaen) daxildir. Paytaxtı və əsas şəhəri Sevilyadîr. Ərazisinin çox hissəsini Qvadalkvivir çayı hövzəsindəki Əndəlus ovalığı tutur. Şimaldan Syerra-Morena, cənub və şərqdən Əndəlüs dağları ilə əhatələnir. VIII əsrin əvvələrində ərəblər bütün işğal edilmiş İspaniyanı əl-Əndəlüs adlandırmışdılar.
Əndəlus
Əndəlüs, həmçinin Əndəlus, Əndəlis və ya Andalusiya (isp. Andalucía, İspanca tələffüz: [andaluˈθi.a]) — İspaniyanın cənubunda tarixi vilayət və muxtar region. Sahəsi 87,3 min km2. Əhalisi 8 mln. nəfər (2007). Andalusiya inzibati ərazisinə 8 əyalət (Almeyra, Qranada, Kadis, Kordova, Malaqa, Sevilya, Uelva və Xaen) daxildir. Paytaxtı və əsas şəhəri Sevilyadîr. Ərazisinin çox hissəsini Qvadalkvivir çayı hövzəsindəki Əndəlus ovalığı tutur. Şimaldan Syerra-Morena, cənub və şərqdən Əndəlüs dağları ilə əhatələnir. VIII əsrin əvvələrində ərəblər bütün işğal edilmiş İspaniyanı əl-Əndəlüs adlandırmışdılar.
Əndəlus köpəyi (film, 1929)
"Əndəlüs köpəyi" (fr. Un chien Andalou) — rejissor Luis Bunyuelin filmi. == Məzmun == Filmin başlanğıcında orta yaşlı bir kişi ülgücü itiləyir, eyvana çıxır, bütöv olan aya baxır. Sonra isə o, həmin ülgüclə kresloda əyləşmiş qızın gözünü kəsir. Elə bu zaman da nazik buludlar ayın dairəsini kəsib keçir. Daha sonra ekranda ortasında deşik olan əl görünür. Həmin deşikdən qarışqalar çıxır. Sonra isə kişinin özü ilə üstündə ulaq ölüsü və iki keşiş bağlanmış iki royalı çəkib aparması, bir adamın o birinə atəş açması, qadın və kəsilmiş əl və s. göstərilir. Bütün bu obrazlar filmin sonuna qədər anlaşılmaz, qeyri-müəyyən və açılmamış şəkildə qalır.
Əndəlüs tarixi
Əndəlüs — İslam hakimiyyətindəki İspaniya torpaqları. == Etimologiyası == Ərəblər tərəfindən İspaniya torpaqları üçün istifadə edilən və onların ölkədən qovulmasından sonra ispan dilinə "Andalucia" olaraq keçən Əndəlüs kəliməsinin etimologiyası tam olaraq dəqiq deyil. İlk dəfə bu ada hicrətin 98-ci ilində (miladi 716) kəsilən bir sikkə üzərində rast gəlinir. Bir digər versiyaya görə isə, bu kəlimənin kökü V əsrdə şimali Afrikaya keçmədən öncə 18 il bu bölgədə yaşamış olan vandalların adıyla bağlıdır. Ərəblər ilk olaraq cənubi Fransadakı Septimaniya bölgəsi də daxil olmaq üzrə, İspaniyada idarə etdikləri bütün torpaqları Əndəlüs adlandırsalar da, 718-ci ildə başlayan və təxminən 8 əsr boyunca davam edən rekonkista illərində ərəblərin idarə etdiyi bölgənin daralması səbəbilə bu toponim də özünün əvvəlki mənasını itirmiş, nəticədə Əndəlüs adı yalnızca Nasiri əmirliyinin idarəsindəki torpaqlara şamil edilmişdir. "Andalucia" toponimi günümüzdə İspaniyada hələ də istifadə edilir və Almeriya, Qranada, Xaen, Kordova, Sevilya, Xuelva, Malaqa və Kadis vilayətlərini özündə birləşdirən geniş bir ərazini ifadə edir. == Siyasi tarixi == === Fəth və valilər dönəmi (711–755) === İlk İslam fəthlərinin son mərhələsini Əndəlüsün fəthi təşkil edir. Bu hərəkatla bağlı o dönəmin yazılı mənbələrində məlumat olmadığı üçün sonrakı illərə istinad edilir, bu səbəblə bu hərəkatla bağlı bəzi tarixi və xronoloji uyğunsuzluqlar mövcuddur. İspaniyada ilk fəth hərəkatının başlanğıc tarixi haqqında 2 güclü rəvayət var: bunlardan ilkinə görə, bu tarix Xəlifə Osmanın əmriylə Abdullah ibn Nəfinin idarə etdiyi ordunun donanmayla bölgəyə gəldiyi 647-ci il; ikinci rəvayətə görə isə Tariq ibn Ziyadın idarəsindəki ordunun bölgəyə səfərə çıxdığı 711-ci ildir. Bunlardan ilkinin tutarsız olduğu bəllidir çünki 647-ci ildə ərəblər nə Tunis bölgəsindən qərbə keçə bilmiş, nə də dənizlərdə yetərli güc qazanmamışdı.
Əndəlüs Əməvi dövləti
Əndəlüs Əməvi Xilafəti (ərəb. خلافة قرطبة‎) və ya Kordova Xilafəti - indiki İspaniya və Portuqaliyada mövcud olmuş tarixi sünni İslam xilafəti.
Əndərab
Əndərab (Ərdəbil) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. Əndərab (Sərab) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd.
Əndərab (Sərab)
Əndərab (fars. اندراب‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,704 nəfər yaşayır (369 ailə).
Əndərab (Ərdəbil)
Əndərab (fars. اندراب‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 337 nəfər yaşayır (77 ailə).
Əndəriyan qızıl mədəni
Əndəriyan qızıl mədəni — Şərqi Azərbaycan ostanının ən böyük qızıl mədənidir.Əndəriyan kəndinin yanında və Vərziqan ətrafında yerləşir.Bu mədən 250 ton qızıl ehtiva edir.
Əndərun
Əndərun (Osmanlıca: اندرون) — Osmanlı imperiyasında sarayda bürokratik və hərbi sahədə ixtisaslı kadrlar yetişdirən təhsil qurumudur. Osmanlı dövlətində XV əsrin ortalarından etibarən mədrəsələr istisna olmaqla, ən önəmli rəsmi təhsil qurumu idi. Əsasən, mülki və hərbi idarəçilərin hazırlandığı bu məktəb, Osmanlıda mərkəzi və regional bürokratiya üçün lazimi insan resurlarını formalaşdırırdı. Əndərun təhsil sistemi II Murad dövründə Ədirnə sarayında təsis olunmuş, II Mehmed dövründə isə tamamlanmışdır. Adətən ailələriylə əlaqələri tamamilə kəsilən və dəvşirilən uşaqlar Əndəruna alınmazdan əvvəl müəyyən bir təlimdən keçirilirdi. Xristian ailələrdən alınan bu uşaqlar əvvəlcə türk ailələrinin yanında türkcəni, İslami əsasları və əsas təlim-tərbiyəni öyrənir, daha sonra Ədirnə, Qalata, İbrahim Paşa saraylarının birində öz qabiliyyətlərinə uyğun dərslər alırdılar. Bu uşaqlara "acemi oğlanlar" (yəni, naşı oğlanlar) deyilirdi. Acemi oğlanlar buradakı təhsillərini bitirdikdən sonra "çıkma" adı altında müxtəlif hərbi vəzifələrə gətirilirdi. Daha bacarıqlı olanlar isə nisbətən yüksək təlim almaq üçün Əndəruna alınırdı. Əndərundakı təhsil Böyük və Kiçik odalar, Şahinçilər sinifi, Səfərlilər sinifi, Anbar odası, Xəzinə odası və Has oda olmaq üzrə 7 mərhələyə ayrılmışdı.
Əndərunlu Fazil
Əndərunlu Fazil (türk. Enderûnlu Fâzıl) - XVIII əsrdə yaşamış osmanlı divan şairlərindən biri. Əndərun məktəbində təhsil aldığı üçün özünə Əndərunlu təxəllüsünü götürmüşdür. Osmanlı İmperiyasında qadağan edilərək əsərləri toplanan ilk şair olaraq tarixə keçmişdir. Əndərunlu Fazilin Zənənənnamə (qadınlar kitabı) əxlaqsız məzmun səbəbi ilə oxunması qadağan edilmişdir. Əndərunlu Fazil homoseksual olduğunu açıq şəkildə etiraf edən və bununla fəxr edən ilk şərq şairi hesab edilir. Qadınlarla qurduğu münasibətlərdən heç bir zövq almadığını təkrarlamış və yazdığı şeirlərdə əsasən cinsəllik mövzularında olan məsələlərdən yazmağa üstünlük vermişdir. Müxtəlif təbəqədən olan gənc oğlanlarla yaşadığı münasibətləri və hisslərini açıq şəkildə qələmə alan Əndərunlu Fazilin bu misraları onu çox məhşurlaşdırmışdır: Şair bu ifadələrlə şair olduğunu və cinsəllik baxımından fahişə olaraq adlandırdığı qadınların oğlanlarla onun arasına girə bilməyəcəklərinə işarə etmişdir. Əndərunlu Fazilin günümüzə qədər gəlib çatmış beş əsəri mövcuddur: Defter-i Aşk / دفتر عشق - şair, başına gəlmiş hadisəni nəql etməkdədir. Əsər Fazilin saraya qəbul edilməsi, gənc saray nümayəndələrinə qarşı sevgi hissi keçirməsini və vəziyyətin müəyyənləşməsindən sonra saraydan qovulmasına qədər davam edən dövrü özündə ehtifa edir.
Əndəzəq (Meşkinşəhr)
Əndəzəq (fars. اندزق‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 642 nəfər yaşayır (131 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2018 •••••••••••••••••••• 0.15

əndə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Şamaxı) alçaq. – O, əndə iş tutmü: b

Azərbaycan dilinin dialektoloji lüğəti.

"əndə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əndə nədir? #əndə sözünün mənası #əndə nə deməkdir? #əndə sözünün izahı #əndə sözünün yazılışı #əndə necə yazılır? #əndə sözünün düzgün yazılışı #əndə leksik mənası #əndə sözünün sinonimi #əndə sözünün yaxın mənalı sözlər #əndə sözünün əks mənası #əndə sözünün etimologiyası #əndə sözünün orfoqrafiyası #əndə rusca #əndə inglisça #əndə fransızca #əndə sözünün istifadəsi #sözlük