durbin sözü azərbaycan dilində

durbin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • durbin • 77.8846%
  • Durbin • 20.1923%
  • DURBİN • 1.9231%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Durbin
Binokl və ya durbin — uzaqda yerləşən əşyaları hər iki gözlə müşahidə etmək üçün birləşdirilmiş iki paralel görmə borusundan (teleskopdan) ibarət optik cihaz. Əksər binoklların iki əllə istifadəyə hesablanmasına baxmayaraq, onlar opera binokllarından tutmuş ayaqlığa quraşdırılmış iriqabaritli hərbi modellərə qədər geniş ölçüdə dəyişməkdədir. Teleskopdan (monokulyardan) fərqli olaraq, binokl istifadəçiləri üçölçülü təsvirlə təmin edir: hər bir okulyar müşahidəçinin müvafiq gözünə bir qədər fərqli təsvir verir və parallaksın köməyilə görmə korteksində dərinlik təəssüratı yaradılır. == Optik dizaynlar == === Qaliley sistemi === Görünür, hardasa 17-ci əsrdə teleskop icad ediləndən bəri iki teleskopu yan-yana birləşdirilməyin binokulyar görmə üstünlükləri kəşf edilmişdir. İlk binokllar Qaliley optikasından istifadə edirdi; belə ki, obyektiv qabarıq, okulyar isə çökük linzadan ibarət idi. Qaliley sistemi təsviri düz formada təqdim etmə üstünlüyünə malikdir, lakin görüş sahəsi dardır və böyütmə qabiliyyəti çox da yüksək deyil. Bu tip quruluş çox ucuz modellərdə, opera və ya teatr binokllarında hələ də istifadə olunur. Həmçinin Qaliley sistemindən aşağı böyütməli binokulyar cərrahiyə və zərgər lupalarında da istifadə olunur, çünki onlar çox yığcam olduğundan əlavə və ya müstəsna optikaya ehtiyac olmadan şaquli təsvir yaradır, bu isə xərcləri və ümumi çəkini aşağı salır. Həmçinin onlar böyük çıxış bəbəyinə malikdir ki, bu da mərkəzləşdirməni çox da kritik etmir və bu tətbiqlərdə dar görüş sahəsi yaxşı işləyir. Bunlar, adətən, eynəyin çərçivəsinə quraşdırılır və ya xüsusi olaraq eynəklərə uyğunlaşdırılır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.28 dəfə / 1 mln.
2003 •••••••••••••• 0.79
2004 •••••• 0.34
2006 •••••••• 0.45
2008 ••••••••••••• 0.73
2010 ••••••• 0.36
2011 ••• 0.17
2013 •••••••••••••••••••• 1.17
2014 ••••••••• 0.51
2015 ••• 0.17
2016 •••••• 0.35
2017 ••• 0.16
2019 •••••••• 0.42

durbin sözünün leksik mənası və izahı

  • 1 [fars.] 1. is. Uzaq şeyləri görmək üçün iki paralel müşahidə borucuğundan ibarət, əldə tutulan optik cihaz; binokl. Bir də gördüm, … səyahətçi libasında bir şəxs durbin ilə qayanın döşündəki köhnə imarətə baxır. S.S.Axundov. Qaçaqlar durbini tutub gözünə; Baxırdı Turqutun geniş düzünə. H.K.Sanılı. Öndəki zabit durbinlə sahildəkilərə, o tayda, yarğanın qaşında oturub köçü gözləyənlərə baxdı. İ.Şıxlı. 2. sif. klas. Uzaqgörən. Doğrusu, İnmirə məhəlləsinin camaatı durbin camaat idi. N.Nərimanov. Özünüz, şükür, durbin adamsınız. Mir Cəlal. Dəsturov katib təyin olunmuşdu. Bu adam çox durbin olduğundan, bəy zümrəsinə düşənlərin hamısının xüsusi bir siyahısını tutub özündə saxlayırdı. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / durbin

durbin sözünün etimologiyası

  • 1 Farscadır, dur (uzaq) və bin (görən) sözlərindən əmələ gəlib, “uzağı gös­tərən” deməkdir. Bin hissəsi nik-bin, bəd-bin tipli sözlərdə də var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / durbin

durbin sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 DURBİN Ordu komandanı əlindəki durbinlə Aslanın hər bir zərbəsini aydın görürdü (M.Hüseyn); BİNOKL [Əsgərlərdən biri:] Mayor bayaqdan binoklla sizə baxırdı (X.Hasilova).

    Azərbaycan dilinin sinonimlər lüğəti / durbin

durbin sözünün rus dilinə tərcüməsi

durbin sözünün inglis dilinə tərcüməsi

durbin sözünün fransız dilinə tərcüməsi

durbin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] 1. сущ. дурбуяр, дурбу, бинокль; 2. прил. клас. къвезмай крар виликамаз аквадай, аяндар.

    Azərbaycanca-ləzgicə lüğəti / durbin

durbin sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) uzağı görən, uzaqgörən; 2) binokl; 3) teleskop; 4) m. uzaqgörən (adam).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"durbin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#durbin nədir? #durbin sözünün mənası #durbin nə deməkdir? #durbin sözünün izahı #durbin sözünün yazılışı #durbin necə yazılır? #durbin sözünün düzgün yazılışı #durbin leksik mənası #durbin sözünün sinonimi #durbin sözünün yaxın mənalı sözlər #durbin sözünün əks mənası #durbin sözünün etimologiyası #durbin sözünün orfoqrafiyası #durbin rusca #durbin inglisça #durbin fransızca #durbin sözünün istifadəsi #sözlük