* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2010 | •••••••••••••••••••• | 0.18 |
1 f. 1. Yolu itirmək, istiqaməti itirmək. Meşədə azmaq. Atlılar yolu azdılar. – [Həkim:] Axı necə oldu ki, belə sağlam və qüvvətli adam olduğunuz halda, birdən azdınız və evinizin yerini itirdiniz? C.Cabbarlı. Kənardan baxana elə gəlirdi ki, bu maşın azıb, yoldan çıxmışdır. Mir Cəlal. İndi yay günü Mil düzün(də) … azan yolçunun susuzluqdan qorxusu yoxdur. İ.Əfəndiyev. 2. Doğru yoldan çıxmaq, yanılmaq, sapmaq. [Şəhrəbanı xanım:] Çox yaxşı, sən azıbsan; yolundan, izindən çıxıbsan, get! M.F.Axundzadə. Sən azma sədaqət yolunu, sevgili qardaş! C.Cabbarlı. 3. məc. Coşmaq, qudurmaq, həddini aşmaq, şiddət göstərmək. Sən lap azmısan ha! – [Ağ zanbaq:] Gərçi uzundursa mənim yarpağım; Yoxdu yenə lovğalığım, azmağım. A.Səhhət. ◊ Ağlı azmaq – bax ağıl1. Əməli azmaq – bax əməl. Hər yol(un)dan azan – hər bir adam, hər ötən, hər kəs, hər yetən. [Arvad:] Sən də hər yoldan azanı evə buraxırsan. S.Rəhimov. Kəkliyi azmaq – bax kəklik. Nə iti(m) azıb – “nə işi(m) var, getməz, getmərəm” mənasında. [Şəhrəbanı xanım:] Firəngdə onun nə alıb-verəcəyi var, Parijdə onun nə iti azıbdır? M.F.Axundzadə. [Zeynəb xanım:] Mənim elə yerlərdə nə itim azıb? Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti1 Dilimizdə “səhv etmək” mənasını verən yazmaq (azca səhv edən adam haqqında deyirlər: “qıl yazdı, yəni səhv qılın diametri qədər kiçik oldu”) feili olub. Azmaq sözü də onun ilk samitini itirmiş formasıdır. Yolunu azmaq məhz “səhv edərək başqa yolla getmək” deməkdir. Toyuq fallığını itirəndə “yazıxıb” deyirlər, yəni çaşıb, səhv edib. Kənddə pis pişiklərin gözünü bağlayıb uzaq yerə aparır və orda buraxırlar. Buna pişiyi azdırmaq deyilir. Tarixi baxımdan yazıq sözü də bununla bağlıdır, “səhv edən” deməkdir. İndi məna xeyli dəyişib, söz “fağır” anlamında işlədilir. Ağlı azıb birləşməsində azmaq “itmək”, “yoxa çıxmaq”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti1 yanılmaq — sapmaq
Azərbaycan dilinin sinonimlər lüğəti2 itmək — çaşmaq
Azərbaycan dilinin sinonimlər lüğəti3 çaşmaq — qudurmaq
Azərbaycan dilinin sinonimlər lüğəti4 pozulmaq
Azərbaycan dilinin sinonimlər lüğəti5 AZMAQ Mövlanverdi baba bir qış gecəsi qar basmış meşədə azdığı zaman bir dərviş peyda olaraq onu gətirib kəndin kənarına çıxarandan sonra özü necə qeybə çəkilib (İ.Əfəndiyev); YOLU İTİRMƏK Pəri xanım bir vədə gördü ki, yolu itirib.. (“Beykəsin nağılı”).
Azərbaycan dilinin sinonimlər lüğəti1 1. сбиться с пути, плутать, заблуждаться, заблудиться; 2. развращаться, стать беззастенчивым, наглеть, стать заносчивым;
Azərbaycanca-rusca lüğət2 глаг. 1. заблудиться, сбиться с пути 2. блуждать, случайно попасть, забрести куда-л. 3. развращаться, развратиться 4. наглеть, обнаглеть, стать заносчивым ◊ ağlı azmaq терять, потерять рассудок; сходить, сойти с ума; əməli azmaq испортиться, сбиться с правильного пути; kəkliyi azmaq расстраивать, расстроить пищеварение на почве переедания; hər yolundan azan все, кому не лень, всякий встречный; nə itim azıb harada что мне делать где, что я потерял где
Azərbaycanca-rusca lüğət1 f. 1. to lose* one’s way; to get* lost; 2. (həm də məc.) to stray, to go* astray; (çaşmaq) to be* mistaken; yolunu ~ 1) to lose* one’s way; 2) məc. to become* corrupted / depraved, to go* to the bad
Azərbaycanca-ingiliscə lüğət1 f. 1) égarer (s’) ; fourvoyer (se) ; faire fausse route ; 2) sortir vi (ê) du sujet ; 3) devenir vi (ê) de plus en plus impertinent, -e (effronté, -e, violent, -e, insolent, -e) ; avoir du culot (fam.)
Azərbaycanca-fransızca lüğət1 гл. 1. алатун (рехъ), рехъ квадарун (квахьун), рехъ акахьун (акадарун); meşədə azmaq тама алатун; 2. дуьз рекьяй акъатун, ягъалмиш хьун; чӀуру рекье гьатун; 3. пер. къизмиш хьун, къудур хьун, уьте фин, кьацӀалай алатун; ** ağlı azmaq кил. ağıl¹; əməli azmaq кил. əməl; hər yol(un)dan azan гьар рехъ алатайди, гьар са кас, гьар кас, гьар акатайди; kəkliyi azmaq кил. kəklik; nə iti(m) azıb (зи) вуч азар ава, (зи) вуч кар ава, (зун) фидач манада.
Azərbaycanca-ləzgicə lüğəti