* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Xörək və s.-ni ocaq (od) üstünə qoymaq. [Telli:] Ay Pərzad xala! Yeri onları [uşaqları] da yığ gətir, bir yerdə yeyək, bozbaş asmışam. Çəmənzəminli. Ocağı qalayıb süd qazanlarını qoca kişi ilə ocağa asdıq. A.Divanbəyoğlu. [Salman] bir-biri ilə yanaşı iki qara daş qoyub, qazançanı onların üstündən asmışdı. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / asmaq2 f. 1. Bir şeyi yuxarıdan bir yerə ilişdirib sallamaq, asılı hala salmaq. Lampanı asmaq. Divardan şəkil asmaq. – Gülnaz qaçıb, saxsı çırağı yandırdı və tövlənin iç tərəfindən qapının yanından asdı. M.İbrahimov. Gəldiyev sözünü bitirəndə cavab gözləməyib, telefonun dəstəyini asdı. Mir Cəlal. 2. Dar ağacından asmaqla edam etmək, boğazdan asmaq, dara çəkmək.
Azərbaycan dilinin izahlı lüğəti / asmaq1 “Hündürdən sallanmaq” deməkdir. Qazan asmaq o deməkdir ki, qabaqlar qazanı hündürdən asıblar. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / asmaq2 1. ASMAQ Qudurğan hitlerçilər; ..kəndlilərdən; Asmışdılar üç nəfər (M.Rzaquluzadə); DAR AĞACINA ÇƏKMƏK [Fəxrəddin:] ..Günahsız qardaşlarımızı və əziz vətəndaşlarımızı dar ağacına çəkmişdilər (M.S.Ordubadi); DARA ÇƏKMƏK Fəxrəddin: Əmir İnancı da, onun vəziri Toxtamışı da dara çəkdilər (M.S.Ordubadi); EDAM ETMƏK Səfiyə: ..Həbs olunanların hamısını edam etmişdilər (M.S.Ordubadi). 2. ASMAQ, QARMAĞA KEÇİRMƏK 3. asmaq bax sərmək 2
Azərbaycan dilinin sinonimlər lüğəti / asmaq1 ASMAQ – GÖTÜRMƏK Gəldiyev sözünü bitirəndə cavab gözləməyib, telefonun dəstəyini asdı (Mir Cəlal); Haydı, çantanızı götürüb durun (S.Vurğun).
Azərbaycan dilinin antonimlər lüğəti / asmaq1 ASMAQ I f. Bir şeyi yuxarıdan bir yerə ilişdirib sallamaq, asılı hala salmaq. Mən əvvəl sarı paltonu alıb altdan asardım (Anar). ASMAQ II f. Xörək bişirmək üçün qazanı ocaq üstünə qoymaq. Ay Pərzad xala, yeri onları da yığ gətir, bir yerdə yeyək, bozbaş asmışam (Çəmənzəminli).
Azərbaycan dilinin omonimlər lüğəti / asmaq1 1. вешать, повесить, подвешивать, привешивать, вывешивать; 2. поставить пищу на огонь для варки; 3. казнить через повешение;
Azərbaycanca-rusca lüğət / asmaq2 глаг. 1. nəyi вешать, повесить что. Divardan şəkil asmaq повесить портрет на стену 2. подвешивать, подвесить что. Üzümü asmaq подвешивать виноград 3. kimi вешать, повесить, казнить через повешение кого 4. ставить, поставить на огонь для варки (кастрюлю, ведро, котелок и т.д.). Xörək asmaq поставить на огонь еду (обед) для варки, su asmaq поставить воду (на огонь); özünü asmaq вешаться, повеситься (покончить жизнь самоубийством, повесившись); qulaq asmaq слушать ◊ gözdən pərdə asmaq прикрываться фразами, вводить в заблуждение
Azərbaycanca-rusca lüğət / asmaq1 f. 1. (bir şeyi asmaq) to hang* (d.); papağı / paltonu və s. asılqandan ~ to hang* one’s hat / coat etc. on a peg; şəkli divardan ~ to hang* a portrait / picture on the wall; 2. (öldürmək) to hang* (d.); bir kəsi cani olduğuna görə ~ to hang* smb. for murder; özünü ~ to hang* oneself; 3. (qazan asmaq) to put* the saucepan on the fire
Azərbaycanca-ingiliscə lüğət / asmaq1 f. accrocher vt ; suspendre vt ; étendre vt ; pendre vt ; qulaq ~ écouter vt ; entendre vt ; Dəstəyi asmayın! Ne quittez pas! özünü ~ pendre (se) ◊ gözdən pərdə ~ alléguer vt ; induire en erreur ; gözdən pərdə ~ üçün pour la forme ; pour la frime
Azərbaycanca-fransızca lüğət / asmaq1 гл. 1. куьрсарун, куьрсун, кудун (мес. къавай лампа, цлакай шикил); 2. кудун, туьтуьниз еб вегьин, тараз акъудун.
Azərbaycanca-ləzgicə lüğəti / asmaq