ayazımaq sözü azərbaycan dilində

ayazımaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ayazımaq • 93.1034%
  • AYAZIMAQ • 3.4483%
  • Ayazımaq • 3.4483%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

ayazımaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Göy üzü açılmaq, buluddan, dumandan təmizlənmək, aydınlaşmaq. Bir az qabaq hava buludlu idi, indi ayazıyıbdır. – Payızın çiskinli, dumanlı günü ayazıyırdı. S.Rəhimov. Duman bir qədər ayazıdı, döyüşçülərə yol açdı. Ə.Vəliyev. Yağış bu saat kəsəcək, yuxarı ayazıyır. İ.Əfəndiyev. 2. Gecə ayazında bərk üşümək, soyuqdan donmaq. 3. məc. Ağır xəstəlikdən ayılmaq, bir az yaxşılaşmaq, xəstəliyi yüngülləşmək, rəngi özünə gəlmək, bənizi açılmaq. Xəstə dünənkinə nisbətən bir az ayazıyıbdır. // məc. Açılmaq. [Nəbinin] buludlu qaşqabağı birdən ayazıyıb açıldı. S.Rəhimov. // məc. Ayılmaq, özünə gəlmək. Zabitlə soldatlar hələ dünənki içkidən ayazımamış, həyatla vidalaşmalı oldular. M.Hüseyn. Bulanıq və dərin yuxulardan ayazıyıb, özümə gəldim. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / ayazımaq

ayazımaq sözünün etimologiyası

  • 1 Bu söz “xəstənin özünə gəlməsi, qismən sağalması, onalması” anlam­la­rında işlədilir. Güman ki, ayaz (açıq hava) sözündən ayazı feili (bərkimək modeli üzrə) əmələ gəlib, “rəngin açılması, sifətin normal vəziyyət alması, xəstə­nin işıqlanması” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ayazımaq

ayazımaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

ayazımaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 AYAZIMAQ – TUTQUNLAŞMAQ Payızın çiskinli, dumanlı günü ayazıyırdı (S.Rəhimov); Belə zamanlarda təbiidir ki, onun gülər üzü bir qədər tutqunlaşar, alnını kiçik qırışıqlar örtərdi (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / ayazımaq

ayazımaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. яснеть при холодной погоде; 2. освежиться;

    Azərbaycanca-rusca lüğət / ayazımaq
  • 2 глаг. 1. яснеть, становиться ясным, проясняться, проясниться (о погоде). Hava ayazıyıb погода прояснилась 2. замерзать, замерзнуть 3. освежаться, освежиться; ayazımaq üçün havaya çıxdım я вышел на воздух, чтобы освежиться 4. улучшаться, улучшиться (о здоровье) 5. приходить, прийти в себя, протрезвиться. O, elə bil sərxoşluqdan ayazıdı он как будто протрезвился; başı ayazımaq: 1. освободиться от хлопот; 2. опомниться

    Azərbaycanca-rusca lüğət / ayazımaq

ayazımaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (adam haq.) to come* to one self; 2. (hava haq.) to clear up; başı ~ 1) to get* / to become* free; 2) to come* to one’s sense, to collect oneself, to gather one’s wits

    Azərbaycanca-ingiliscə lüğət / ayazımaq

ayazımaq sözünün fransız dilinə tərcüməsi

ayazımaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. алахьун, цифер къакъатун, цавун ччин ахъа хьун (михьи хьун); 2. алахьай йифен аяздик гзаф мекьи хьун, мекьила мур хьун, дав хьун; 3. пер. ччиниз ранг хтун, ччинин рангар ахъа хьун, тӀал кьезил хьун, са жуьре хъсан хьун (азарлуди); 4. ахъа хьун (мес. атӀугъай ччин); // вич-вичел хтун, уях хьун (мес. хъуникай, ахварикай).

    Azərbaycanca-ləzgicə lüğəti / ayazımaq

ayazımaq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Aydınlaşmaq, göy üzü açılmaq, buluddan, dumandan təmizlənmək. (“Koroğlu” dastanının lüğəti) Məcazi mənada da rast gəlinir. Mərd igid, könlünə gəlməsin güman, Düşmanlar əlindən çəkərlər aman, Ayazıyar ətraf, çəkilər duman, Sənin Ərəb atın mən dağda gördüm.                                 (“Koroğlunun Ərzurum səfəri”) * Neçə vaxt idi ki, Koroğlunun başı davadan, qalmaqaldan bir az ayazımışdı. (“Koroğlunun Türkman səfəri”) (İ.A.,B.A.)

Azərbaycan dastanlarının leksikası

Oxşar sözlər

#ayazımaq nədir? #ayazımaq sözünün mənası #ayazımaq nə deməkdir? #ayazımaq sözünün izahı #ayazımaq sözünün yazılışı #ayazımaq necə yazılır? #ayazımaq sözünün düzgün yazılışı #ayazımaq leksik mənası #ayazımaq sözünün sinonimi #ayazımaq sözünün yaxın mənalı sözlər #ayazımaq sözünün əks mənası #ayazımaq sözünün etimologiyası #ayazımaq sözünün orfoqrafiyası #ayazımaq rusca #ayazımaq inglisça #ayazımaq fransızca #ayazımaq sözünün istifadəsi #sözlük