Abakar sözü azərbaycan dilində

Abakar

Yazılış

  • Abakar • 94.7368%
  • abakar • 5.2632%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abakar Hacıyev
Abakar Hacıyev (11 aprel 1979, Zaqatala rayonu – 27 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Abakar Hacıyev 1979-cu il aprelin 11-də Zaqatala rayonunun Dardoqqaz kəndində anadan olub. Orta təhsilini Ş. Qurbanov adına 3 saylı Zaqatala şəhər tam orta məktəbində alıb. 1996–2000-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi. Hacı və Eldar adında oğulları, Elvira adında isə qızı yadigar qaldı. 1996–2000-ci illərdə keçmiş Bakı Ali Dənizçilik Hərbi Akademiyasında — indiki Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alan Abakar Hacıyev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi altında xidmətə başlayıb. 24 il nazirliyin Goranboy, Füzuli, Gəncə, Bərdə, Beyləqan və Lənkərandakı hərbi hissələrində çalışıb. 2017-ci ilin noyabrında Qusarda "zampolit" kimi fəaliyyətə başlayıb. Sonuncu xidmət yeri Qusar olub.
Nail Abakarov
Nail Müzəffər oğlu Abakarov (24 iyul 2001, Kazan – 2 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Nail Abakarov 2001-ci il iyulun 24-də Rusiya Federasiyasının Kazan şəhərində anadan olub. 2009–2011-ci illərdə Kazan şəhərində 79 saylı İnternat Liseyində, 2011–2018-ci illərdə Zaqatala şəhərində İnternat Liseyində, 2018–2020-ci illərdə isə Zaqatala şəhərində N. Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. Nail Abakarov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Nail Abakarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail Abakarov oktyabrın 2-də Madagizin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Abakarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Abakarov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Patimat Abakarova
Patimat Abakarova (23 oktyabr 1994, Mahaçqala, Dağıstan) — 2010–2012-ci illərdə Rusiya yığmasının heyətində mübarizə aparan, 2012-ci ildən isə Azərbaycan yığmasının heyətində çıxış edən taekvondoçu. Patimat Abakarova 2015-ci ilin iyununda Azərbaycanda baş tutan I Avropa Oyunlarının bürünc medalına sahib olmaqla, birinci ciddi uğuruna imza atdı. 2016-cı ildə isə Patimat Abakarova ən ciddi uğuruna imza atdı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının bürünc medal uğrunda görüşündə Fransa nümayəndəsi Yasmina Əziz üzərində 8:2 hesabı ilə qələbə qazanaraq Olimpiadanın bürünc medalına oldu. Bununla da o, bu idman növü üzrə Olimpiadalarda medal qazanan olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. Karyerası ərzində 44 beynəlxalq turnirdə mübarizə aparan Patimat Abakarova, onların 8-də qızıl medala, 4-də gümüş medala, 16-da isə bürünc medala sahib olub. Patimat Abakarova Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. Patimat Serajutdinovna Abakarova 1994-cü il oktyabrın 23-də Mahaçqala şəhərində anadan olub. Milliyyətcə avardır. 1999-cu ildən idmanla məşğul olur.
Abubakr Abakarov
Abubakr Abakarov (28 yanvar 1999, Xasavyurd, Dağıstan) — 2008-2014-cü illərdə Rusiya, 2014-cü ildən isə Azərbaycanı təmsil edən sərbəst güləşçi. Abubakr Abakarov 2014-cü ildə Belarusda A. Medvedin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı və turniri 8-ci pillədə başa vurdu. 2016-cı ildə Azərbaycan Güləş Federasiyası (AGF) Abubakr Abakarovu Azərbaycan yığmasına dəvət elədi. Abubakr Abakarov bu dəvəti qəbul elədi və 2016-cı ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı. Abubakr Abakarov 2016-cı ilin iyulunda İsveçdə baş tutan yeniyetmələr arasında Avropa Çempionatının bürünc, sentyabrında Gürcüstanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatının isə qızıl medalına sahib oldu. 2017-ci ildə Abubakr Abakarov Dortmund şəhərində (Almaniya) gənclər arasında Avropa Çempionatında mübarizə aparsa da, turniri 18 idmançı sırasında 10-cu pillədə başa vurdu. Daha sonra Abubakr Abakarov 2018-ci ildə Trnava şəhərində gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu, Budapeşt şəhərində baş tutan Dünya Çempionatını isə 8-ci pillədə başa vurdu. Abubakr Abakarov 2019-cu ilin iyununda İspaniyada baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu, avqustunda Estoniyada baş tutan gənclər arasında Dünya Çempionatının isə bürünc medalına sahib oldu. Beynəlxalq turnirlərində — İstanbul şəhərində Yaşar Doğu Turniri beşinci pillədə, Saxa vilayətində isə D. Korin Turnirini isə gümüş medalla başa vurdu. İlin sonunda isə Abubakr Abakarov Budapeşt şəhərində (Macarıstan) baş tutan U23 Dünya Çempionatının gümüş medalına sahib oldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2013 •••••••••••••• 0.29
2015 ••••••••• 0.17
2016 ••••••••••••••••• 0.35
2019 •••••••••••••••••••• 0.42

abakar sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

tarla və bostanları quş və heyvanlardan qorumaq üçün qoyulan insan müqəvvası; əba tikən və satan şəxs.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#abakar nədir? #abakar sözünün mənası #abakar nə deməkdir? #abakar sözünün izahı #abakar sözünün yazılışı #abakar necə yazılır? #abakar sözünün düzgün yazılışı #abakar leksik mənası #abakar sözünün sinonimi #abakar sözünün yaxın mənalı sözlər #abakar sözünün əks mənası #abakar sözünün etimologiyası #abakar sözünün orfoqrafiyası #abakar rusca #abakar inglisça #abakar fransızca #abakar sözünün istifadəsi #sözlük