* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Azuqə, yeyəcək, ruzi. Rizq artmaz, möhnət artar. (Ata. sözü). Arvad məni inandırır ki, bir çox ac itlər və heyvanlar öz rizqlərini zibildə tapırlar, onları doyurmaq da savabdır. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / rizq2 ə. 1) yeyinti, azuqə, ərzaq; 2) nemət, ruzi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / rizq