qaraciyər sözü azərbaycan dilində

qaraciyər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qaraciyər • 88.3780%
  • Qaraciyər • 11.4943%
  • QARACİYƏR • 0.1277%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaraciyər
Qaraciyər (yun. hepar, lat. jecur) — insanda uzunsov dördbucaq şəklində, yastı və tutqun qırmızı rəngdə və 1500 qram ağırlığında olan vacib orqan. Qaraciyər asan kəsilir və didilir; ona görə çox vaxt yüngül bir təzyiqdən və ya zədədən tez parçalanır. Bədəndən çıxarılmış qaraciyər yumuşaq olduğu üçün öz şəklini itirir. Qaraciyərin iki səthi: yuxarı çıxıq diafraqma səthi – lat. facies diaphragmatica (facies superior – BNA) və aşağı basıq visseral səthi – lat. facies visceralis (facies inferior – BNA). Yuxarı səthi peritondan əmələ gəlmiş lat. lig.
Qaraciyər kababı
Ciyər kababı – Azərbaycan və Türkiyə mətbəxində ciyərdən hazırlanan kabab növü. == Haqqında == Ciyər kəbabı həm şişdə, həm də boşqabda servis edilə bilər. Türkiyənin hansısa bölgəsi üçün spesifik xörək deyil, lakin Qaziantep və Diyarbəkir şəhərlərində daha çox bişirilir. Qaziantepdə ciyər kababı lavaşda servis edilir, üzərinə nanə, bibər əlavə olunur. Diyarbəkirdə səhər yeməyi hesab olunur. == Hazırlanması == Ciyər kababının hazırlanmasında qoyun qaraciyərindən, sumaqdan və duzdan istifadə olunur. Qaraciyər pərdələrdən azad edilib kub formalı tikəciklərə, eyni zamanda da qoyun quyruğu tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.
Qaraciyər serozu
Sirroz - Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formlaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Qaraciyər sirrozu
Sirroz - Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formlaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Qaraciyər sorucusu
Qaraciyər sorucusu (lat. Fasciola hepatica)-Yastı qurdlar tipinə aid olan növ. == Xarici quruluşu == Bu növ kiçik yarpaq formasında olub, enli və qısadır. Uzunluğu 20–30 mm, eni isə 8–12 mm-ə qədər olur. Bədənin ön tərəfindən xortum şəklində uzanmışdır. Onun üzərində ağız və qarın sormacı vardır. Ağız sormacının diametri 1 mm, qarın sormacınınki isə 1,5–1,6 mm-dir. Bədənin ön hissəsində yumurtalıq, ondan arxada isə yumurta vəzisi yerləşir. Fassiolanın yumurtaları uzunsov və açıq sarı rənglidir. Yumurtaların bir qütbündə qapaqlıq, içərisində isə küllü miqdarda sarılıq hüceyrələri görünür.
Qaraciyər transplantasiyası
Qaraciyər transplantasiyası, qaraciyər köçürülməsi donordan götürülmüş tam qaraciyər və ya onun bir hissəsinin respiyentə – qaraciyər patologiyalı (bura uşaqlarda əsasən öd yollarının qüsurlu inkişafı, yeniyetmələrdə maddələr mübadiləsi pozğunluqlu patalogiyalar, böyüklərdə qaraciyər serrozunun son həddi daxildir.) xəstəyə cərrahi yolla köçürülməsi əməliyyatı. == Əməliyyatın gedişi == Əməliyyatı şərti olaraq iki azad edilmə və köçürülmə mərhələlərə bölmək olar. === Orqanın götürülməsi === Qaraciyər köçürülməsi əməliyyatı ilk olaraq respientin (yəni orqan köçürülənin) qarın boşluğunun yarılması, xəstə qaraciyər ətraf birləşdirici toxuma və strukturlardan, aparıcı və gətirici damarlar, sinirlərdən azad edilir. Daha sonra ümumi öd axacağını (lat. ductus choledochus) mumkün qədər qaraciyərə yaxın hissədən kəsərək azad edilir. Növbəti addım qaraciyər arteriyasının (lat. a. hepatica propria) sıxaca alınması, və aşağı boş vena və qapı venasının qaraciyər səviyyəsindən kəsilib azad edilməsindən ibarətdir. Beləliklə xəstə qaraciyər tamamilə azad edilərək bədəndən xaric edilərək köcürüləcək qaraciyər üçün azad edilmiş olur. === Orqanın köçürülməsi === Bu andan etibarən donor üzvün nəqlinə başlanılmış olunur.
Qaraciyər xərçəngi
Qaraciyər xərçəngi dünya üzrə ən çox rast gəlinən 5-ci xərçəng növüdür və ümumilikdə xərçəng səbəbindən olan ölümlərə görə isə 2-ci yerdədir . Qaraciyərin bədxassəli şişləri arasında ən geniş yayılanı hepatosellular karsinomadır (HCC). HCC-dən əlavə qaraciyərin bədxassəli şişlərinə öd yolu xərçəngi və ya digər adı ilə Xolangiosellular karsinoma (CCC) da aiddir. CCC öd yollarından, HCC isə qaraciyər toxumasından yarandıqları üçün qaraciyər xərçəngi dedikdə HCC nəzərdə tutulur. == Simptomlar == HCC-nin simptomlarına qısa müddət ərzində çəki itirilməsi, Sarılıq, assit, iştahasızlıq aiddir. == Risk faktorları == HCC-in əsas risk faktoru Qaraciyər serozu hesab edilir. Belə ki, HCC-li xəstələrin 80-90%-də qaraciyər serozu müşahidə edilir. Buna əlavə olaraq, Hepatit B, Hepatit C, uzunmüddətli alkoqol qəbulu istər qaraciyər serozu, istərsə də HCC üçün önəmli risk faktorlarıdır. == Diaqnostika == Qaraciyər şişlərinin ilkin diaqnostikasında qarın boşluğunun ultrasəs müayinəsi (USM) önəmli rol oynayır. Ancaq USM zamanı müəyyən edilən şişlər daha dəqiq diferensiyal diaqnoz üçün Kompüter tomoqrafiyası, Maqnit rezonans tomoqrafiya daha yaxından müayinə edilməlidirlər.
Yağlı qaraciyər
Fua-qra (fr. foie gras - yağlı qaraciyər) — Fransa mətbəxinə aid qaz ya ördək qaraciyəri yeməyidir.
Nəhəng qaraciyər sorucusu
Nəhəng qaraciyər sorucusu (lat. Fasciola gigantica) — Yastı qurdlar tipinin Sorucu qurdlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bədənin uzunluğu 33 – 76 mm, eni 5 – 12 mm – dir. Bədənin ön hissəsi konusvari qurtarır. “Çiyinlər” bunlarda yoxdur. Bədənin yan kənarları paralel gedir. Bədənin son hissəsi dairəsi (kor) qurtarır. Qarın sormacı dairəvidir, bədənin arxa hissəsinə qədər uzanaraq kor torba əmələ gətirir. Farinks qida borusundan uzundur. Bağırsağın lateral çıxıntıları F.hepatica – nınkına uyğundur.
Qaraciyərin alkoqol xəstəliyi
Qaraciyərin alkoqol xəstəliyi — Qaraciyərin alkoqol xəstəliyi qaraciyər hüceyrələrinə etanolun zədələyici təsiri ilə xarakterizə olunur. Bəzi ölkələrdə qaraciyərin alkoqol mənşəli xəstəliyinin yayılma dərəcəsi qaraciyərin başqa xəstəlikləri, məsələn, B və C virus hepatitlərinin rastgəlmə səviyyəsi ilə müqayisə edilə bilər. == Təsnifat == Qaraciyərin alkoqol mənşəli piy distrofiyası (steatozu) Alkoqol mənşəli hepatit Alkoqol mənşəli sirrozBəzən alkoqol mənşəli hepatitləri kəskin və xroniki hepatitlərə ayırırlar, ancaq bu nozoloji formalar bir-birindən ciddi şəkildə fərqlənmirlər. == Etiologiya == Gün ərzində 40 q-dan artıq etanol qəbulu qaraciyərin alkoqol xəstəliyinin yaranma riskini artırır. 10 ildən artıq müddətdə gün ərzində 80 q-a qədər təmiz etanol qəbulu qaraciyərin sirrozunun yaranması ilə nəticələnə bilər . Qaraciyərin alkoqol mənşəli xəstəliyinin ağır formalarının yaranmasında genetik meyllilik, qadın cinsi, B və C virus hepatitləri ilə yoluxma, qidalanmanın çatışmazlığı, qida disbalansı və s. etioloji amillər əhəmiyyətlidir. == Klinik mənzərə == Qaraciyərin alkoqol mənşəli steatozu əksər hallarda simptomsuz keçir və təsadüfi müayinə nəticəsində aşkara çıxır. Bəzən xəstə ürəkbulanma, qarnının sağ yuxarı kvadrantında küt ağrılardan, ümumi diskomfort hislərindən şikayətlənir. Qaraciyərin alkoqol mənşəli hepatitinin əlamətləri başqa etiologiyalı qaraciyər çatışmazlığı zamanı yaranan klassik simptomlara uyğundur.
Qaraciyərin piy infiltrasiyası
Yağların, yağa bənzər maddələrin mübadiləsində qaraciyərin çox böyük rolu vardır. Qaraciyərdə əmələ gəlmiş fosfolipidlər başqa toxumalara neytral yağlara nisbətən asan daşınır və triqliseridlərin sintezinə sərf edilir. Fosfolipidlərin sintezinin pozulması lipidlərin qaraciyərdən digər orqanlara daşınmasını çətinləşdirir. Bu isə qaraciyərin piy infiltrasiyası və ya distrofiyası adlanan patoloji halın əmələ gəlməsinə səbəb olur. Normal halda qaraciyərin ümumi çəkisinin 5 %-ni yağlar təşkil edir. Lakin piy infiltrasiyası zamanı onların miqdarı 40-60 %-ə çatır. Piy infiltrasiyası qaraciyərin bütün əsas funksiyasını zəiflədən patoloji prosesdir. Lesitinlərin miqdarının artması bu prosesin qarşısını alır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.96 dəfə / 1 mln.
2005 ••••• 3.37
2006 ••••• 3.38
2007 •• 1.27
2008 ••• 2.19
2009 •••• 3.04
2010 •••• 3.00
2011 •••••••• 5.75
2012 •••••••• 6.02
2013 •••••••••• 7.44
2014 ••••• 3.60
2015 •••••••••• 7.49
2016 ••••••• 5.55
2017 ••••••••• 6.67
2018 •••••••••• 7.49
2019 •••••••••••••••••••• 16.41
2020 ••••••••••••••• 12.20

qaraciyər sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. печень. мед. Qaraciyər iltihabı воспаление печени, qaraciyər sallanması опущение печени, qaraciyər yırtılması разрыв печени, qaraciyər xərçəngi рак печени II прил. печёночный: 1. относящийся к печени. Qaraciyər sarılığı печёночная желтуха, qaraciyər sancısı печёночные колики, qaraciyər ödü печёночная желчь 2. приготовленный из печени. Qaraciyər şirəsi (cövhəri) печёночный экстракт

    Azərbaycanca-rusca lüğət / qaraciyər

qaraciyər sözünün inglis dilinə tərcüməsi

qaraciyər sözünün fransız dilinə tərcüməsi

"qaraciyər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qaraciyər nədir? #qaraciyər sözünün mənası #qaraciyər nə deməkdir? #qaraciyər sözünün izahı #qaraciyər sözünün yazılışı #qaraciyər necə yazılır? #qaraciyər sözünün düzgün yazılışı #qaraciyər leksik mənası #qaraciyər sözünün sinonimi #qaraciyər sözünün yaxın mənalı sözlər #qaraciyər sözünün əks mənası #qaraciyər sözünün etimologiyası #qaraciyər sözünün orfoqrafiyası #qaraciyər rusca #qaraciyər inglisça #qaraciyər fransızca #qaraciyər sözünün istifadəsi #sözlük