qaraciyər-onikibarmaq sözü azərbaycan dilində

qaraciyər-onikibarmaq

Yazılış

  • qaraciyər-onikibarmaq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Onikibarmaq bağırsaq
Onikibarmaq bağırsaq (lat. duodenum) — nazik bağırsağın ön ya birinci hissəsini təşkil edir; şəkil və vəziyyət cəhətcən müxtəlif olub, uzunluğu adətən 25–30 santimetrdir. Onikibarmaq bağırsaq onurğanın bel nahiyəsində yerləşərək, başlanan və qurtaran uclarından başqa qarın boşluğunun arxa divarına hərəkətsiz bir surətdə bağlanmışdır. Nala bənzəyir, çıxıq tərəfi sağa baxır, basıq tərəfi isə soldan mədəaltı vəzin başını əhatə edir. Onikibarmaq bağırsaq özü bir neçə hissələrə bölünür: birinci hissə — lat. pars superior (pars horisontalis superior - BNA) onikinci döş fəqərəsi ilə birinci bel fəqərəsi arasında mədə çıxacağından başlayır. Onurğanın sağ tərəfi ilə arxaya və sağa doğru üfüqi istiqamətdə gedir və öd kisəsinin boynuna çatdıqda aşağı dönərək ikinci hissəyə — enən hissəyə — lat. pars descendens keçir. Burada əmələ gələn əyriliyə lat. flexura duodenum superior deyilir.
Qaraciyər
Qaraciyər (yun. hepar, lat. jecur) — insanda uzunsov dördbucaq şəklində, yastı və tutqun qırmızı rəngdə və 1500 qram ağırlığında olan vacib orqan. Qaraciyər asan kəsilir və didilir; ona görə çox vaxt yüngül bir təzyiqdən və ya zədədən tez parçalanır. Bədəndən çıxarılmış qaraciyər yumuşaq olduğu üçün öz şəklini itirir. Qaraciyərin iki səthi: yuxarı çıxıq diafraqma səthi – lat. facies diaphragmatica (facies superior – BNA) və aşağı basıq visseral səthi – lat. facies visceralis (facies inferior – BNA). Yuxarı səthi peritondan əmələ gəlmiş lat. lig.
Qaraciyər kababı
Ciyər kababı – Azərbaycan və Türkiyə mətbəxində ciyərdən hazırlanan kabab növü. Ciyər kəbabı həm şişdə, həm də boşqabda servis edilə bilər. Türkiyənin hansısa bölgəsi üçün spesifik xörək deyil, lakin Qaziantep və Diyarbəkir şəhərlərində daha çox bişirilir. Qaziantepdə ciyər kababı lavaşda servis edilir, üzərinə nanə, bibər əlavə olunur. Diyarbəkirdə səhər yeməyi hesab olunur. Ciyər kababının hazırlanmasında qoyun qaraciyərindən, sumaqdan və duzdan istifadə olunur. Qaraciyər pərdələrdən azad edilib kub formalı tikəciklərə, eyni zamanda da qoyun quyruğu tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.
Qaraciyər serozu
Sirroz — Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Qaraciyər sirrozu

Qaraciyər sorucusu
Qaraciyər sorucusu (lat. Fasciola hepatica)-Yastı qurdlar tipinə aid olan növ. Bu növ kiçik yarpaq formasında olub, enli və qısadır. Uzunluğu 20–30 mm, eni isə 8–12 mm-ə qədər olur. Bədənin ön tərəfindən xortum şəklində uzanmışdır. Onun üzərində ağız və qarın sormacı vardır. Ağız sormacının diametri 1 mm, qarın sormacınınki isə 1,5–1,6 mm-dir. Bədənin ön hissəsində yumurtalıq, ondan arxada isə yumurta vəzisi yerləşir. Fassiolanın yumurtaları uzunsov və açıq sarı rənglidir. Yumurtaların bir qütbündə qapaqlıq, içərisində isə küllü miqdarda sarılıq hüceyrələri görünür.
Qaraciyər transplantasiyası
Qaraciyər transplantasiyası və ya qaraciyər köçürülməsi — donordan götürülmüş tam qaraciyər və ya onun bir hissəsinin respiyentə – qaraciyər patologiyalı (bura uşaqlarda əsasən öd yollarının qüsurlu inkişafı, yeniyetmələrdə maddələr mübadiləsi pozğunluqlu patalogiyalar, böyüklərdə qaraciyər serrozunun son həddi daxildir.) xəstəyə cərrahi yolla köçürülməsi əməliyyatı. Əməliyyatı şərti olaraq iki azad edilmə və köçürülmə mərhələlərə bölmək olar. Qaraciyər köçürülməsi əməliyyatı ilk olaraq respientin (yəni orqan köçürülənin) qarın boşluğunun yarılması, xəstə qaraciyər ətraf birləşdirici toxuma və strukturlardan, aparıcı və gətirici damarlar, sinirlərdən azad edilir. Daha sonra ümumi öd axacağını (lat. ductus choledochus) mumkün qədər qaraciyərə yaxın hissədən kəsərək azad edilir. Növbəti addım qaraciyər arteriyasının (lat. a. hepatica propria) sıxaca alınması, və aşağı boş vena və qapı venasının qaraciyər səviyyəsindən kəsilib azad edilməsindən ibarətdir. Beləliklə xəstə qaraciyər tamamilə azad edilərək bədəndən xaric edilərək köcürüləcək qaraciyər üçün azad edilmiş olur. Bu andan etibarən donor üzvün nəqlinə başlanılmış olunur.
Qaraciyər xərçəngi
Qaraciyər xərçəngi dünya üzrə ən çox rast gəlinən 5-ci xərçəng növüdür və ümumilikdə xərçəng səbəbindən olan ölümlərə görə isə 2-ci yerdədir. Qaraciyərin bədxassəli şişləri arasında ən geniş yayılanı hepatosellular karsinomadır (HCC). HCC-dən əlavə qaraciyərin bədxassəli şişlərinə öd yolu xərçəngi və ya digər adı ilə Xolangiosellular karsinoma (CCC) da aiddir. CCC öd yollarından, HCC isə qaraciyər toxumasından yarandıqları üçün qaraciyər xərçəngi dedikdə HCC nəzərdə tutulur. HCC-nin simptomlarına qısa müddət ərzində çəki itirilməsi, Sarılıq, assit, iştahasızlıq aiddir. HCC-in əsas risk faktoru Qaraciyər serozu hesab edilir. Belə ki, HCC-li xəstələrin 80–90%-də qaraciyər serozu müşahidə edilir. Buna əlavə olaraq, Hepatit B, Hepatit C, uzunmüddətli alkoqol qəbulu istər qaraciyər serozu, istərsə də HCC üçün önəmli risk faktorlarıdır. Qaraciyər şişlərinin ilkin diaqnostikasında qarın boşluğunun ultrasəs müayinəsi (USM) önəmli rol oynayır. Ancaq USM zamanı müəyyən edilən şişlər daha dəqiq diferensiyal diaqnoz üçün Kompüter tomoqrafiyası, Maqnit rezonans tomoqrafiya daha yaxından müayinə edilməlidirlər.
Yağlı qaraciyər
Fua-qra (fr. foie gras - yağlı qaraciyər) — Fransa mətbəxinə aid qaz ya ördək qaraciyəri yeməyidir.
Qaraciyər absesi
Qaraciyər absesi — Abses qaraciyər toxumasında nekroz, infeksion iltihab və septik əlamətlərlə xarakterizə olunan xəstəlikdir. Yüksək hərarət, üşütmə, qarında ağrı və intoksikasiya əlamətləri irinli abseslərdə rast gəlir. Zəif xəstələrdə və amöb abseslərində hərarət çox yüksək olmur. Xəstələrdə plevral maye, assit, qarında şişkinlik, gərginlik əlamətləri də ortaya çıxa bilir. Yerli və ümumi sepsis əlamətləri ilə yanaşı USM və ya tomoqrafiyada qaraciyərdə abses boşluğun görünməsi abses diaqnozunu kəskinləşdirir. Kistlərdən fərqli olaraq abseslərin sərhədi kəskin olmur, möhtəviyyatının sıxlığı yüksək, hətta nekrotik toxumalar olarsa, heterogen görünür. Absesdə qaztörədən bakteriyalar olduqda və ya bağırsağa açılarsa içərisində qaz görünür.
Qaraciyər regenerasiyası
Qaraciyər regenerasiyası — Regenerasiya məzmunca hüceyrələrin proqramlaşdırılmış yeniləşməsi və çoxalması prosessi olub, mahiyyətcə orqanizmin özünütənzim, özünüyaşatma mexanizmlərindən biridir. Hüceyrə səviyyəsində baş verən dəyişikliklərin xüsusiyyətinə görə hüceyrə regenerasiyası və hüceyrədaxili regenerasiya ayrıd edilir. Birinci regenerasiya növünə hüceyrənin bölünməsi və çoxalması aid edilir ki, bu da zədələnmiş, istifadə edilmiş, itirilmiş toxuma və hüceyrələrin (zədələnmələrdə, yaralanmalarda, dəridə, selikli epitellərdə, sümük iliyində və s.) bərpasını təmin edir. İkinci növ regenerasiya adətən bölünmə qabiliyyətini itirmiş hüceyrələdə baş verir və hüceyrədaxili orqanellərin yeniləşməsi kimi təzahür edir.
Qaraciyər rezeksiyası
Qaraciyər rezeksiyası — Qaraciyər rezeksiyası iki məqsədlə həyata keçirilir: qaraciyərdəki törəməni çıxarmaq üçün və canlı donordan qaraciyər hissəsi almaq üçün. Rezeksiya əksər qaraciyər şişlərinin müalicəsində ilk seçim olan radikal müalicə üsulu sayılır.
Qaraciyər travmaları
Qaraciyər travmaları — Qaraciyər qarının kut və açıq travmalarında ən çox zədələnən orqanlardan biridir. Qaraciyər zədələnmələrinin müalicə tələb etməyən kiçik hematomalardan başlamış, geniş parenxima destruksiyası və magistral damarların zədələnməsinə qədər dəyişən müxtəlif ağırlıq dərəcələri vardır. Qaraciyər zədələnmələrinin təxminən 80% digər zədələnmələrlə birlikdə rastlanır və təxminən 70–80% yüngül dərəcəli olur. Şübhəsiz ki, zədələnmənin ağırlıq dərəcəsi klinik gedişi və müalicə taktikasını müəyyən edən ən əsas amildir.
Qaraciyər venaları
Qaraciyər venaları — qaraciyər parenximasında portal elementlərə çəp şəkildə (iki əl barmaqlarının iç-içə keçirilmiş vəziyyətinə bənzər şəkildə) yerləşən damarlar olub, qaraciyərin pay və sektorlarının sərhədlərinin müəyyən olunmasında həlledici rol oynayırlar. İki qrup qaraciyər venaları var: böyük yuxarı venalar və kiçik aşağı venalar.
Qaraciyər yetməzliyi
Qaraciyər yetməzliyi (QcY) — rezeksiyalardan sonra, xüsusən, sirrotik qaraciyərlərdə aparılan böyük həcmli rezeksiyalardan sonra baş verən, müalicəsi çətin və həyatı təhlükəsi yüksək olan ağırlaşmadır. Bu ağırlaşma rezeksiyalardan sonra təxminən 12% (3–75%) hallarda rast gəlir, 80–90% hallarda ölümlə nəticələnir və rezeksiyalardan sonrakı ölüm hallarının başlıca səbəbidir. Rezeksiyadan sonrakı qaraciyər yetməzliyinin inkişaf mexanizmi tam aydınlaşdırılmamışdır.
Qaraciyər şişləri
Qaraciyər xərçəngi dünya üzrə ən çox rast gəlinən 5-ci xərçəng növüdür və ümumilikdə xərçəng səbəbindən olan ölümlərə görə isə 2-ci yerdədir. Qaraciyərin bədxassəli şişləri arasında ən geniş yayılanı hepatosellular karsinomadır (HCC). HCC-dən əlavə qaraciyərin bədxassəli şişlərinə öd yolu xərçəngi və ya digər adı ilə Xolangiosellular karsinoma (CCC) da aiddir. CCC öd yollarından, HCC isə qaraciyər toxumasından yarandıqları üçün qaraciyər xərçəngi dedikdə HCC nəzərdə tutulur. HCC-nin simptomlarına qısa müddət ərzində çəki itirilməsi, Sarılıq, assit, iştahasızlıq aiddir. HCC-in əsas risk faktoru Qaraciyər serozu hesab edilir. Belə ki, HCC-li xəstələrin 80–90%-də qaraciyər serozu müşahidə edilir. Buna əlavə olaraq, Hepatit B, Hepatit C, uzunmüddətli alkoqol qəbulu istər qaraciyər serozu, istərsə də HCC üçün önəmli risk faktorlarıdır. Qaraciyər şişlərinin ilkin diaqnostikasında qarın boşluğunun ultrasəs müayinəsi (USM) önəmli rol oynayır. Ancaq USM zamanı müəyyən edilən şişlər daha dəqiq diferensiyal diaqnoz üçün Kompüter tomoqrafiyası, Maqnit rezonans tomoqrafiya daha yaxından müayinə edilməlidirlər.
Nəhəng qaraciyər sorucusu
Nəhəng qaraciyər sorucusu (lat. Fasciola gigantica) — Yastı qurdlar tipinin Sorucu qurdlar sinfinə aid olan növ. Bədənin uzunluğu 33 – 76 mm, eni 5 – 12 mm – dir. Bədənin ön hissəsi konusvari qurtarır. “Çiyinlər” bunlarda yoxdur. Bədənin yan kənarları paralel gedir. Bədənin son hissəsi dairəsi (kor) qurtarır. Qarın sormacı dairəvidir, bədənin arxa hissəsinə qədər uzanaraq kor torba əmələ gətirir. Farinks qida borusundan uzundur. Bağırsağın lateral çıxıntıları F.hepatica – nınkına uyğundur.
Kəskin qaraciyər yetməzliyi
Kəskin qaraciyər yetməzliyi — Qaraciyərin bir və ya bir neçə funksiyasında klinik və laborator olaraq pozulma varsa hepatosellular disfunksiya adlanır (sarılıq, koaqulopatiya). Qaraciyər disfunskiyası ensefalopatiya ilə müşayət olunarsa, bu vəziyyət qaraciyər yetməzliyi adlanır. Kəskin qaraciyər yetməzliyi qaraciyər toxumasının böyük hissəsinin (>80%) nekrozu, kəskin distrofiya-disfunksiyası və ya geniş rezeksiyası nəticəsində meydana gəlir.
Metastatik qaraciyər şişləri
Metastatik qaraciyər şişləri — Qaraciyər orqanizmdə limfa düyünlərindən sonra ən çox metastaz olan orqandır. Metastatik şişlər qaraciyərin birincili bəd xassəli şişlərindən 20 dəfə çox rast gəlir. Mədə-bağırsaq şişlərinin hamısı, diğər şişlərin yarısından çoxu qaraciyərə metastaz verir.

Oxşar sözlər

#qaraciyər-onikibarmaq nədir? #qaraciyər-onikibarmaq sözünün mənası #qaraciyər-onikibarmaq nə deməkdir? #qaraciyər-onikibarmaq sözünün izahı #qaraciyər-onikibarmaq sözünün yazılışı #qaraciyər-onikibarmaq necə yazılır? #qaraciyər-onikibarmaq sözünün düzgün yazılışı #qaraciyər-onikibarmaq leksik mənası #qaraciyər-onikibarmaq sözünün sinonimi #qaraciyər-onikibarmaq sözünün yaxın mənalı sözlər #qaraciyər-onikibarmaq sözünün əks mənası #qaraciyər-onikibarmaq sözünün etimologiyası #qaraciyər-onikibarmaq sözünün orfoqrafiyası #qaraciyər-onikibarmaq rusca #qaraciyər-onikibarmaq inglisça #qaraciyər-onikibarmaq fransızca #qaraciyər-onikibarmaq sözünün istifadəsi #sözlük