qaraciyər-mədə sözü azərbaycan dilində

qaraciyər-mədə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qaraciyər-mədə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mədə
Mədə lat. ventriculus (yun. gaster) həzm kanalının ən geniş hissəsini təşkil edir. == Ümumi məlumat == Yaşlı adamlarda uzunluğu 21–25 sm, diametri ən geniş hissəsində 12–14 sm və tutumu 3 litrdir, bəzi hallarda yemək adətindən asılı olaraq 5–10 litrə çatır. Mədənin forması çox müxtəlifdir. Daha doğrusu, onun forması içərisindəki qida maddələrinin miqdarından asılıdır. Boş olduqda bağırsaq şəklini alır, əksər hallarda retortaya, ya armuda bənzəyir. İnsan ölən zaman mədə hansı həzm formasında olarsa elə də qalır. Mədə divarı üç qatdan: xarici birləşdirici toxumadan(epitel qatından), əzələli və daxili selikli qişadan ibarətdir. Selikli qişada çoxlu vəzlər yerləşir və onlar mədə şirəsi ifraz edir.
Qaraciyər
Qaraciyər (yun. hepar, lat. jecur) — insanda uzunsov dördbucaq şəklində, yastı və tutqun qırmızı rəngdə və 1500 qram ağırlığında olan vacib orqan. Qaraciyər asan kəsilir və didilir; ona görə çox vaxt yüngül bir təzyiqdən və ya zədədən tez parçalanır. Bədəndən çıxarılmış qaraciyər yumuşaq olduğu üçün öz şəklini itirir. Qaraciyərin iki səthi: yuxarı çıxıq diafraqma səthi – lat. facies diaphragmatica (facies superior – BNA) və aşağı basıq visseral səthi – lat. facies visceralis (facies inferior – BNA). Yuxarı səthi peritondan əmələ gəlmiş lat. lig.
Mədə xorası
Mədə xorası — insan xəstəlikləri arasında ən "qoca"sı == Tarixi == Bu xəstəliyə ilk dəfə təxminən 100 min il əvvəl rast gəlinib. Bundan 40 min il sonra bu xəstəlik Afrika, Avropa və Yaxın Şərqdə geniş yayılıb. Bütün digər xəstəlik bakteriyaları xeyli sonra – təxminən 10 min əvvəl yaranıb. Mədə xorası mədənin normal daxili örtüyünün, başqa sözlə selikli qişasının tamlığının pozulmasıdır. Qeyri-şiş mənşəli mədə xorasının yaranmasının əsas səbəbi mədə daxilində olan turşu-qələvi müvazinətinin pozulmasıdır. Mədədə turşunun (pepsin) ifraz edilməsi həzm prosesi üçün vacib şərtlərdən biridir. Normada qida və mədənin daxili müdafiə imkanları turşunun selikli qişaya zədələyici təsirini aradan qaldırır. Amma turşu-qələvi müvazinəti pozulan hallarda mədənin zədələnmə ehtimalını artırır və.s. == Səbəbləri == Aşağıda sadalanan faktorlar mədə xorasının əmələ gəlmə ehtimalını artırır: Qeyri-steriod ağrıkəsicilərin (asprin, ibuprofen) qəbulu Helicobacter pylori (H. pylori) infeksiyası Xroniki qastrit Siqaret çəkmə Spirtli içki qəbulu Artan yaş Qanın laxtalanma sistemində bəzi problemlər == Əlamətləri == Qarında ağrı (bu ağrı gecə oyanmaya səbəb ola bilər); Antiasid dərmanların qəbulu və ya süd içməklə ağrılar keçə bilər; yeməkdən 2-3 saat sonra başlaya bilər; Ac qalarsınızsa ağrılar daha kəskin ola bilər; Ürəkbulanma; Qusma; Qanlı qusuntu xoradan qanaxmaya dəlalət edir; Nəcisin qara rəngdə olması xoranın qanamasının digər göstəricisi ola bilər; Son zamanlar çəkinin azalması; Ümumi zəiflik və s. == İstinadlar == == Mənbə == Ağayev B. Cərrahlıq, 2008 Glyn G. Jamieson.
Mədə xərçəngi
Mədə xərçəngi — mədənin selikli qişasının epitel hüceyrələrində əmələ gələn bədxassəli şişdir. Əvvəl ümumi zəiflik, iştahın azalması, arıqlama, anemiya, psixi depressiya meydana çıxır. Ağrı sindromu şişin mədənin pilorik və kardial hissəsinə yayıldıqdan sonra əmələ gəlir. Mədə dibinin xərçəngi də uzun müddət simptomsuz gedə bilər. İlk şikayətlər enterokardia tipli agrılar olur. Proses diafraqma və plevraa keçdikdə təkrarlanır. Daha sonra mədə xərçəngi üçün xarakter olan gecikmiş. == Yaranma səbəbləri == Hal-hazırda mədə xərçənginin yaranma səbəbi tam aydın deyil. Lakin müasir inkişaf nəzəriyyəsi mədənin selikli qişasının Helicobakter Pylori infeksiyalarının mühüm rolu olduğu qənaətindədir. Risk faktorları kimi xroniki qastrit, mədədə cərrahi əməliyyatın aparılması, vitamin B12 çatışmazlığı anemiyası, genetik meyillilik göstərilir.
Qaraciyər kababı
Ciyər kababı – Azərbaycan və Türkiyə mətbəxində ciyərdən hazırlanan kabab növü. == Haqqında == Ciyər kəbabı həm şişdə, həm də boşqabda servis edilə bilər. Türkiyənin hansısa bölgəsi üçün spesifik xörək deyil, lakin Qaziantep və Diyarbəkir şəhərlərində daha çox bişirilir. Qaziantepdə ciyər kababı lavaşda servis edilir, üzərinə nanə, bibər əlavə olunur. Diyarbəkirdə səhər yeməyi hesab olunur. == Hazırlanması == Ciyər kababının hazırlanmasında qoyun qaraciyərindən, sumaqdan və duzdan istifadə olunur. Qaraciyər pərdələrdən azad edilib kub formalı tikəciklərə, eyni zamanda da qoyun quyruğu tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.
Qaraciyər serozu
Sirroz - Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formlaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Qaraciyər sirrozu
Sirroz - Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formlaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Qaraciyər sorucusu
Qaraciyər sorucusu (lat. Fasciola hepatica)-Yastı qurdlar tipinə aid olan növ. == Xarici quruluşu == Bu növ kiçik yarpaq formasında olub, enli və qısadır. Uzunluğu 20–30 mm, eni isə 8–12 mm-ə qədər olur. Bədənin ön tərəfindən xortum şəklində uzanmışdır. Onun üzərində ağız və qarın sormacı vardır. Ağız sormacının diametri 1 mm, qarın sormacınınki isə 1,5–1,6 mm-dir. Bədənin ön hissəsində yumurtalıq, ondan arxada isə yumurta vəzisi yerləşir. Fassiolanın yumurtaları uzunsov və açıq sarı rənglidir. Yumurtaların bir qütbündə qapaqlıq, içərisində isə küllü miqdarda sarılıq hüceyrələri görünür.
Qaraciyər transplantasiyası
Qaraciyər transplantasiyası, qaraciyər köçürülməsi donordan götürülmüş tam qaraciyər və ya onun bir hissəsinin respiyentə – qaraciyər patologiyalı (bura uşaqlarda əsasən öd yollarının qüsurlu inkişafı, yeniyetmələrdə maddələr mübadiləsi pozğunluqlu patalogiyalar, böyüklərdə qaraciyər serrozunun son həddi daxildir.) xəstəyə cərrahi yolla köçürülməsi əməliyyatı. == Əməliyyatın gedişi == Əməliyyatı şərti olaraq iki azad edilmə və köçürülmə mərhələlərə bölmək olar. === Orqanın götürülməsi === Qaraciyər köçürülməsi əməliyyatı ilk olaraq respientin (yəni orqan köçürülənin) qarın boşluğunun yarılması, xəstə qaraciyər ətraf birləşdirici toxuma və strukturlardan, aparıcı və gətirici damarlar, sinirlərdən azad edilir. Daha sonra ümumi öd axacağını (lat. ductus choledochus) mumkün qədər qaraciyərə yaxın hissədən kəsərək azad edilir. Növbəti addım qaraciyər arteriyasının (lat. a. hepatica propria) sıxaca alınması, və aşağı boş vena və qapı venasının qaraciyər səviyyəsindən kəsilib azad edilməsindən ibarətdir. Beləliklə xəstə qaraciyər tamamilə azad edilərək bədəndən xaric edilərək köcürüləcək qaraciyər üçün azad edilmiş olur. === Orqanın köçürülməsi === Bu andan etibarən donor üzvün nəqlinə başlanılmış olunur.
Qaraciyər xərçəngi
Qaraciyər xərçəngi dünya üzrə ən çox rast gəlinən 5-ci xərçəng növüdür və ümumilikdə xərçəng səbəbindən olan ölümlərə görə isə 2-ci yerdədir . Qaraciyərin bədxassəli şişləri arasında ən geniş yayılanı hepatosellular karsinomadır (HCC). HCC-dən əlavə qaraciyərin bədxassəli şişlərinə öd yolu xərçəngi və ya digər adı ilə Xolangiosellular karsinoma (CCC) da aiddir. CCC öd yollarından, HCC isə qaraciyər toxumasından yarandıqları üçün qaraciyər xərçəngi dedikdə HCC nəzərdə tutulur. == Simptomlar == HCC-nin simptomlarına qısa müddət ərzində çəki itirilməsi, Sarılıq, assit, iştahasızlıq aiddir. == Risk faktorları == HCC-in əsas risk faktoru Qaraciyər serozu hesab edilir. Belə ki, HCC-li xəstələrin 80-90%-də qaraciyər serozu müşahidə edilir. Buna əlavə olaraq, Hepatit B, Hepatit C, uzunmüddətli alkoqol qəbulu istər qaraciyər serozu, istərsə də HCC üçün önəmli risk faktorlarıdır. == Diaqnostika == Qaraciyər şişlərinin ilkin diaqnostikasında qarın boşluğunun ultrasəs müayinəsi (USM) önəmli rol oynayır. Ancaq USM zamanı müəyyən edilən şişlər daha dəqiq diferensiyal diaqnoz üçün Kompüter tomoqrafiyası, Maqnit rezonans tomoqrafiya daha yaxından müayinə edilməlidirlər.
Yağlı qaraciyər
Fua-qra (fr. foie gras - yağlı qaraciyər) — Fransa mətbəxinə aid qaz ya ördək qaraciyəri yeməyidir.
Nəhəng qaraciyər sorucusu
Nəhəng qaraciyər sorucusu (lat. Fasciola gigantica) — Yastı qurdlar tipinin Sorucu qurdlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bədənin uzunluğu 33 – 76 mm, eni 5 – 12 mm – dir. Bədənin ön hissəsi konusvari qurtarır. “Çiyinlər” bunlarda yoxdur. Bədənin yan kənarları paralel gedir. Bədənin son hissəsi dairəsi (kor) qurtarır. Qarın sormacı dairəvidir, bədənin arxa hissəsinə qədər uzanaraq kor torba əmələ gətirir. Farinks qida borusundan uzundur. Bağırsağın lateral çıxıntıları F.hepatica – nınkına uyğundur.

Oxşar sözlər

#qaraciyər-mədə nədir? #qaraciyər-mədə sözünün mənası #qaraciyər-mədə nə deməkdir? #qaraciyər-mədə sözünün izahı #qaraciyər-mədə sözünün yazılışı #qaraciyər-mədə necə yazılır? #qaraciyər-mədə sözünün düzgün yazılışı #qaraciyər-mədə leksik mənası #qaraciyər-mədə sözünün sinonimi #qaraciyər-mədə sözünün yaxın mənalı sözlər #qaraciyər-mədə sözünün əks mənası #qaraciyər-mədə sözünün etimologiyası #qaraciyər-mədə sözünün orfoqrafiyası #qaraciyər-mədə rusca #qaraciyər-mədə inglisça #qaraciyər-mədə fransızca #qaraciyər-mədə sözünün istifadəsi #sözlük