* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Qara olmaq; hisdən, günəşdən, yaxud başqa bir şeyin təsirindən rəngi qara olmaq, rəngi tündləşmək. Qazan ocaq üstə qalıb qaralmışdır. Lampanın şüşəsi hislənib qaralmışdır. Günün altında gəzib qaralmaq. – Kürəkləri də tərdən və hisdən qapqara qaralmışdır. M.S.Ordubadi. [Mirzə Möhsün] bir az kökəlmiş, bir az da qaralmışdı. Qantəmir. 2. Qaranlıqlaşmaq, tutulmaq (hava, günəş, göy və s. haqqında). Qışda hava tez qaralır. Qərbdə üfüq qaralır. – Bu zaman hava yavaş-yavaş qaralmağa başladı. İ.Əfəndiyev. Hamısı … bizim həyatımızı isindirən bir azad günəşin qaralmaması üçün öz həyatlarını fəda verdilər. Ə.Məmmədxanlı. 3. Sönmək, keçmək; sönmək üzrə olmaq; soyumaq. Ocaq qaraldı. Manqalda kömür qaraldı. – Baxaraq günəşə dedim: şivəkar; Qaralsan dönməzmi cahan zülmətə? M.Rahim. Uzaqda fişənglər yanır, qaralır; Başımın üstündə güllə fit çalır. Ə.Cəmil. // Qaranlıq çökmək, qaranlıq içərisində görünməz olmağa başlamaq, yaxud işıqları sönmək. Daxmalar sakit-sakit qaralırdı. M.Hüseyn. 4. Görünmək (qara şey, qaraltı haqqında). [Vəli:] Bəsdir, çox vəz vermə, görürsənmi yuxarıda bir zad qaralır. M.F.Axundzadə. [Rəşid:] Sən bir nəfər ilə gedib sağdakı qaralan təpənin başında uzanıb yanlara baxarsan. H.Nəzərli. Çayın boğuq səsinə səs verən meşə yavaş-yavaş çəndən təmizlənir, uca şam ağacları qaralmağa başlayır. M.Hüseyn. 5. məc. Pərtlikdən, acıqdan, hirsdən üzünün rəngi çevrilmək; tutulmaq, pozulmaq. Ağalar xan qaraldı, dodaqlarını gəmirəgəmirə soruşdu: – Cənnət kişi qızını verirmi? S.Rəhimov. 6. Tutulmaq, çətinləşmək. Səsi qaralmaq. Nəfəsi qaralmaq. – Qoca bir an nəfəsini dərdi, çünki, ərəb kübarının ad, ləqəbi, nisbəsi bir-birinə bənd olunmuş elə uzun bir zəncir idi ki, sadalayıb qurtarınca nəfəsi qaralırdı. Ə.Məmmədxanlı. 7. məc. Pisləşmək, xarablaşmaq, fənalaşmaq, əzablı, əziyyətli olmaq, məhrumiyyətlər və fəlakətlər başlamaq. Ağca xanımın ağ günləri də beləcə qaralmış, puç olub getmişdi… Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / qaralmaq1 QARALMAQ – AÇILMAQ Bu zaman hava yavaş-yavaş qaralmağa başladı (M.S.Ordubadi); Gül ilə həmzəban olubdu bülbül; Açılıb bənövşə, yasəmən, sünbül (Q.Zakir). QARALMAQ – QIZARMAQ Üfüqlər gah qaralır, gah qızarırdı (M.İbrahimov). QARALMAQ – YANMAQ Uzaqda fişənglər yanır, qaralır; Başımın üstündə güllə fit çalır (Ə.Cəmil).
Azərbaycan dilinin antonimlər lüğəti / qaralmaq1 1. чернеть, почернеть; 2. темнеть, потемнеть, смуглеть, загореть, тускнеть, меркнуть; 3. омрачиться;
Azərbaycanca-rusca lüğət / qaralmaq2 глаг. 1. чернеть: 1) становиться черным или более черным; почернеть. Qümüş qaralır серебро чернеет 2) чернеться (виднеться – о чем-л. черном). Uzaqda dəyirman qaralırdı вдали чернела мельница 3. темнеть, потемнеть (становиться, стать темным или более темным). Göy qaralır небо темнеет, gümüş qaralır серебро темнеет 3. смуглеть, становиться смуглым 4. загорать, загореть, принимать, принять загар, стать смуглым 5. тускнеть, становиться тусклым 6. меркнуть 7. мрачнеть, помрачнеть ◊ gözləri qaralır kimin nədən в глазах темнеет у кого от чего; üzü bulud kimi qaraldı помрачнел, стал мрачнее тучи
Azərbaycanca-rusca lüğət / qaralmaq1 f. 1. to turn / to become* / to grow* black; 2. to darken, to go* dark; Səma tezliklə qaraldı The sky quickly darkened; Hər şey onun gözünün qabağında qaraldı Everything went dark before his eyes; 3. to get* / to grow* dark; Səma qaralır The sky is getting / growing dark; 4. (günəş altında) to blacken, to become* tanned / sunburnt / brown, to bake* in the sun; 5. (görünmək) to show* black; Uzaqda meşə qaralırdı The forest showed black in the distance
Azərbaycanca-ingiliscə lüğət / qaralmaq1 f. noircir (se) vt, obscurcir (s’) vt, assombrir (s’) ; göy ~ır le ciel s’obscurcit ; hava qaralır le ciel s’obscurcit ; uzaqdan meşə qaralır la fôret se dessine dans le lointain ; devenir vi (ê) sombre, assombrir (s’) üzü bulud kimi qaraldı il s’assombrit
Azərbaycanca-fransızca lüğət / qaralmaq1 гл. 1. чӀулав хьун (гьис кьуникди ва мс.); 2. мичӀи хьун, кьун (мес. цав, гьава, рагъ); 3. туьхуьн, элуьхъун, хкахьун (мес. экв, цӀай); 4. мичӀиз акун, чӀулав акун, акун (яргъай мичӀи (чӀулав) затӀ, мичӀи хъен); 5. пер. хъиляй ва мс. чинин ранг дегиш хьун, чӀур хьун, чӀулав хьун; 6. кьун, четин хьун, акӀун; nəfəsi qaralmaq ял кьун, нефес дар хьун; səsi qaralmaq ванер кьун; 7. пер. пис хьун, чӀур хьун, азаблу хьун, чӀулаф (йи)къа гьатун, чӀулав хьун.
Azərbaycanca-ləzgicə lüğəti / qaralmaq