Saşa Pivovarova
Aleksandra İqoryevna Pivovarova (doğ. 21 yanvar 1985, Moskva, SSRİ) — tanınmış rus Top-Model. O yeganə modeldir ki, Prada brend şirkətinin reklam çəkilişlərində 6 sezon müddətində aramsız çəkilib.
Saşanı "yadplanetli-model" adlandırırlar, çünki onun üz quruluşu və üz cizgiləri qeyri-standartdır; dolu dodaqları və hündür almacıq sümükləri var.
Saşa Pivovarova ən məşhur və tələbolunan rus top-modellərindəndir.
21 yanvar 1985-ci ildə Moskva şəhərində anadan olmuşdur. Uşaqlıqdan onun yeganə arzusu rəsm çəkmək idi və bu istəyi valideynləri tərəfindən aktiv dəstəklənirdi. Saşa anası ilə birgə paytaxtın bütün muzeylərini və sərgilərini gəzmişlər, məktəbi bitirdikdən sonra isə RDHUnin mədəniyyət tarixi fakültəsinə daxil oldmuşdu. Məhz burada o fotoqraf İqor Vişnyakov ilə tanış olmuş və ona ərə getmişdi.
Saşa heç bir zaman model olmağı arzulamamışdı, yalnız 2005-ci ildə həyat yoldaşı İqor onun şəkillərini model agentliyinə verəndən sonra , bu Saşanın model həyatına start verilmişdi.