bassa sözü azərbaycan dilində

bassa

Yazılış

  • bassa • 91.3043%
  • Bassa • 8.6957%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ferrer Bassa
Ferrer Bassa (kat. Ferrer Bassa; d. 1285 — ö. 1348) — katalan qotika rəssamı və miniatüristi. Yaradıcılığı XIV əsrə düşür. İki sənədə görə Bassa Sidjes şəhərində iki kapella üzərində işləyirmiş. On il sonra Araqonlu IV Alfons üçün işləməyə başlamışdır və "Barselonanın adətləri" və "Kataloniya kostyumları" əlyazmaları üçün fransız və Siena təsiri altında miniatür əsərlər hazırlamışdır. Onun fəaliyyəti Araqonlu IV Pedronun hakimiyyəti dövründə artmışdır. 1344-cü ildə Barselona kral kapellasında "İsa və Bakirə" əsərini tamamlamışdır. Günümüzə qədər çatan əsas işi Pedralbes monastırındakı Müqəddəs Mixael kapellasındakı divar rəsmləridir.
Bassanit
Bassanit — mineral, [CaSO4]·0,5H2O == Haqqında == Bassanit — rombik, 45° C-dən aşağı temperaturda davamlı modifikasiya, 45° C-dən yuxarı temperaturda isə heksaqonaldır (β-bassanit). Kristalları iynəvari. Rəngi rəngsiz, ağ rəngdə. Xüsusi çəkisi 2,76. Gipsin qismən susuz məhsulu. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Bassari ölkəsi
Bassari Ölkəsi və onun Bassari, Fula və Bedik Mədəni Landşaftı — Seneqalın cənub-şərqində yerləşən, insan fəaliyyətinin və təbii mühitin qarşılıqlı təsirindən yaranan yaxşı qorunan çoxmədəniyyətli bir ərazidir. Bassari-Salemata bölgəsi, Bedik-Bandafassi sahəsi və Fula-Dindefello bölgəsi kimi hər biri özünəməxsus morfoloji xüsusiyyətlərə malik üç coğrafi ərazini əhatə edir. 2012-ci ildə Bassari ölkəsi Bassari, Fula və Bedik Mədəni Landşaftları ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına əlavə edilmişdir.
Bassarilər
Bassarilər və ya Bassari xalqı — Seneqal, Qana, Qambiya, Qvineya və Qvineya-Bisauda yaşayan Afrika etnik qrupudur. Sayları 10.000 ilə 30.000 arasındadır. Qrupun əksəriyyəti xristianların (həm katolik, həm də protestant) əhəmiyyətli bir hissəsi olan animistlərdir. Bassarilərin çox az bir hissəsi müsəlmandır. Bassarilərin yerli olaraq Futa-Gallon təpələrində mərkəzləşmiş Fula xalqı ilə sıx əlaqələri var. Bassarilərin əksəriyyəti düyü, darı, noxud və fonio yetişdirən əkinçilərdir. Quru mövsümdə Seneqal və Qvineyanın şəhər və qəsəbələrinə məişət avadanlıqları, geyim və digər zəruri əşyalar almaq üçün əmək haqqı axtarırlar.
Bassas da İndiya adaları
Bassas da İndiya adaları (fr. Bassas da India) — Hind okeanında yaşayışı olmayan adalar. Adalar Fransanın mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyi Eparse adaları ərazisinə daxildir. Bölgədə yerləşən adalara Madaqaskar iddia edir. == Coğrafiya == Adalar qrupu Hind okeanının cənubunda, Mozanbik boğazında yerləşir. Mozambik və Madaqaskar arasındakı yolun üzərində, Avropa adasından 80 km aralıda qərarlaşır. Adaların sahəsi 0,2 km²-dir. Sahil xətdinin uzunluğu isə 35,2 km-dir. Ada öz növbəsində bir su altı dağdır ki, onun hündürlüyü 3000 metrdir. Güçlü qabarmalar zamanı adalar tamamən suyun altında qalır.
Leandro Bassano
Leandro Bassano (doğum 10 iyun 1557-ci il, Venesiya - ölüm 15 aprel 1622-ci il, Venesiya) Leandro dal Ponte adı ilə də tanınan Bassano del Grappadan olan italyan rəssam. Adlarını şəhərlərinin adından götürən Yasopo Bassanonun üçüncü oğlu, Fransesko Bassanonun isə kiçik qardaşıdır. Leandro atasının emalatxanasında öz qardaşı ilə öyrənməyə başlamışdı, amma Fransesko Venesiyada sex açdıqdan sonra Leandro emalatxananı ələ keçirdi. Leandro atasının dini işlər ənənəsini davam etdirirdi, bununla yanaşı, o, yaxşı portret rəssamı kimi də tanınmışdı. 1575-ci ildə Leandro qardaşının Venesiyaya köçməsi ilə atasının əsas köməkçisi oldu. Leandronun emalatxanada işi davam etdirməsi atasının arzusu idi. Atasının ölümündən və qardaşı Franseskonun intiharından sonra Leanrdo Venesiyada emalatxananı ələ keçirdi. Orada o, Tintoretto üslubunda işləyərək uğurlu portretçi oldu. Leandro öz üslubunu təkmilləşdirirdi. Onun uğuru Venesiyada əhəmiyyətli dərəcədə artmışdı.
Morus bassanus
Şimal oluşası (lat. Morus bassanus) — morus cinsinə aid quş növü.
Qaya Bassani Antivari
Qaya Bassani Antivari (8 iyul 1978, Milan) — 2010 Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmiş italiyalı idmançı. Qaya Bassani Antivari 8 iyul 1978-ci ildə İtaliyada anadan olub. Vankuver Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən qadın dağ xizəkçisi Qaya Bassani Antivari nəhəng slalom növündə çıxışlarını 57-ci yerdə başa vurub. İlkin mərhələdə 66-cı yeri tutan İtaliya əsilli idmançı ikinci mərhələdə daha yaxşı nəticə göstərib. Antivari 68 iştirakçı arasında 57-ci olub. O, iki yürüşün cəmində 2 dəqiqə 56,87 saniyə göstərib. İlkin mərhələni 1 dəqiqə 30,82 saniyəyə dəf edən dağ xizəkçimiz ikinci mərhələdə nisbətən yaxşı çıxış edib — 1 dəqiqə 26,05 saniyə. Olimpiya çempionu adını iki hərəkətin cəmində 2 dəqiqə 27,11 saniyə nəticə göstərən Viktoriya Rebensburq (Almaniya) qazanıb. Daha sonra qadınların slalom yarışlarında Qaya Bassani Antivari də slalom iştirakçıları arasında olub. Lakin 32 yaşlı xanımın çıxışı çox uğursuz alınıb.
Qrand-Bassam
Qrand-Bassam — Kot-d'İvuarın cənub-şərqində, Abicanın şərqində yeləşən şəhər. Bura 1893-cü ildən 1896-cı ilə, idarənin sarı qızdırmadan sonra Binqervillə köçürüldüyü dövrə qədər Fransanın müstəmləkə paytaxtı idi. Qrand-Bassam Abicanın 1930-cu illərdən bəri böyüməsinə qədər əsas dəniz limanı olaraq qalırdı. Şəhərin böyük bir bölgəsi onilliklər boyu tərk edildiyi üçün qəsəbədə bir kabus şəhər aurası var. 1896-cı ildə Fransa paytaxtı Binqervillə köçürüldü və 1930-cu illərdə faktiki olaraq dayandırılana qədər ticarət tədricən azaldı. 1960-cı ildə müstəqillik əldə edildikdən sonra qalan bütün inzibati idarələr Abican şəhərinə verildi və illərlə Qrand-Bassamda yalnız evsizlər məskunlaşdı. 1970-ci illərin sonlarından başlayaraq şəhər turistik yer və sənətkarlıq mərkəzi kimi canlanmağa başladı. Qəsəbə Ebrie laqunu tərəfindən iki yerə bölünür: Ancien Bassam ("qədim Bassam") və Nouveau Bassam ("yeni Bassam"). Qədim Bassam Qvineya Körfəzi ilə üzbəüz yerləşən köhnə Fransız qəsəbəsidir. Bölgə həmçinin bəziləri bərpa edilmiş daha geniş kolonial binaların yerləşdiyi ərazidir.
Sula bassana
Şimal oluşası (lat. Morus bassanus) — morus cinsinə aid quş növü.

"bassa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bassa nədir? #bassa sözünün mənası #bassa nə deməkdir? #bassa sözünün izahı #bassa sözünün yazılışı #bassa necə yazılır? #bassa sözünün düzgün yazılışı #bassa leksik mənası #bassa sözünün sinonimi #bassa sözünün yaxın mənalı sözlər #bassa sözünün əks mənası #bassa sözünün etimologiyası #bassa sözünün orfoqrafiyası #bassa rusca #bassa inglisça #bassa fransızca #bassa sözünün istifadəsi #sözlük