Qaymaqlı sözü azərbaycan dilində

Qaymaqlı

Yazılış

  • Qaymaqlı • 96.5833%
  • qaymaqlı • 3.2500%
  • QAYMAQLI • 0.1667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaymaqlı
Qaymaqlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. İncə dərəsinə aid üç kənddən biridir. 1982-ci ildə kənd ərazisinin bir hissəsi SSRİ Mərkəzi Komitəsinin qərarı ilə Ermənistana verilmişdir. == Tarixi == Qaymaqlı kəndi İncə dərəsində yerləşən üç kənddən (Qaymaqlı, Kəmərli, Aslanbəyli) biridir. Qaymaqlının yerləşdiyi əlverişli coğrafi mühit burada hələ qədim zamanlardan insanların məskən salmasına imkan vermişdir. Kəndin yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi mədəni nümunələr Qaymaqlıda insanların hələ İslamdan əvvəl məskunlaşdığını göstərir. Abidələrin böyük bir qisminin türk mənşəli olması yerli əhalinin türklərlə qədimdən mədəni əlaqələrinin olmasının əyani sübutudur. İncə dərəsindəki qəbristanlıqda 350-400 illik məzarların olması, bu yerlərin qədimliyindən xəbər verir. Orta əsr mənbələrində və bir sıra arxiv materiallarında Qazaxın, xüsusilə İncə dərəsinin İrandan Tiflisə, oradan da Rusiyaya gedən ticarət yolunun üstündə yerləşməsi ilə bağlı bir sıra maraqlı məlumatlara rast gəlinir. Bu yol Naxçıvan, İrəvan, Avey, İncə dərəsi boyu uzanıb gedirdi.
Qaymaqlı bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaymaqlı xalçaları
Qaymaqlı xalçaları — Qazax xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == Qaymaqlı xalçası öz adını Gəncə-Qazax düzənliyində, Qazax rayonunun ərazisindəki İncəsu çayının (Kürün qolu) sahilində, Qazax şəhərindən 32 km şimal-qərbdə yerləşən Qaymaqlı kəndinin adından götürülmüşdür. "Qaymaqlı xalçaları"nı xalçaçılarımızın bir çoxu "Ləmbəli xalçası" və ya "Borçalı xalçası" hesab edirlər. == Bədii analiz == Qaymaqlı xalçalarının orta sahəsi ritmik təkrarlanan rombşəkilli naxışlarla doldurulmuş bir göldən, şaquli istiqamətdə uzanmış altıbucaqlı medalyondan ibarətdir. Gölün daxilindəki sərbəst sahələrə isə kiçik ulduzşəkilli naxışlar yerləşdirilmişdir. Bayram görkəmində olan bu xalaçaya gücləndirilmiş müxtəlif rənglər xüsusi görkəm verir. Qaymaqlı xalçalarının toxunması son dövrlər artdığına görə onlar özlərinin əvvəlki görkəmini itirmişlər. XIX əsrin əvvəlinə aid xalçalar həm görkəminə, həm də keyfiyyətinə görə sonralar toxunan xalçalardan çox fərqlənir. == Texniki xüsusiyyətlər == Bəzən sahəsi 4–5 kvadrat metrə çatan "Qaymaqlı xalçaları" əsasən kiçik ölçüdə olur. Nadir hallarda daha böyük ölçülü xalılara rast gəlmək olur.
Qaymaqlı xalçası

Aşıq Avdı Qaymaqlı
Aşıq Avdı Qaymaqlı (1909, Qaymaqlı, Qazax rayonu – 1988) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Avdı Qaymaqlı 1909-cu ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Aşıqlıq dərsini dövrünün ustad sənətkarı sayılan, Borçalı mahalında yaşayıb-yaradan ustad Aşıq Sadıqdan (Aşıq Sadıq Sultanov) almış, görkəmli saz-söz ustaları Mikayıl Azaflı, Aşıq Dərya Məhəmməd, Hüseyn Saraçlı, Əmrah Gülməmmədov, Aşıq Cəlal Qəhrəmanov, Aşıq Kərəm İncəli ilə dostluq etmişdir. Aşıq Avdı xalq ədəbiyyatı xəzinəsinə "Avdı və Mehriban" dastanı kimi folklor nümunəsi bəxş edib, aşıqların repertuarından düşməyən "İncəgülü" saz havası yaradıb. O, həmişə özünəməxsus ifa tərzi, xoş avazı ilə sevilib seçilib, toylarda, şadlıqlarda, el şənliklərində ürəkləri fəth edib. Dörd böyük aşıq yetişdirmişdir: Aşıq Cəlal Qəhrəmanov, Aşıq Yəhya, Aşıq Sadıq və Aşıq Sədi.
Qaymaqlı alman piroqu
Qaymaqlı alman piroqu (цве́чгенкухен, alm. Zwetschgenkuchen‎ или пфла́уменкухен, alm. Pflaumenkuchen‎)-Mayalı və ya şəkər tozlu xəmirdən hazırlanmış üzərinə təbii meyvələr düzülmüş piroq. == Haqqında == Nazik lay şəklində giləmeyvələr və qaymaq xəmirin üzərinə çəkilir. Bəzən üzərinə ovuntu da səpilir. Almaniyanın, Avstriyanın, İsveçrənin müxtəlif regionlarına məşhurdur. Almaniyada ən çox Ausburqun milli piroquna üstünlük verirlər. Çox vaxt piroqu çalınmış qaymaqla yeyirlər.
Qaymaqlı vanilli dondurma
Dondurma – isti havaların bir nömrəli qidası olan dondurma hər gün istehlak edilməsi vacib olan süd və süd məhsulları arasında xüsusi yerlərdən birini tutur. Yəni sərinləmək üçün qəbul etdiyimiz dondurmanın sağlamlığımız üçün əhəmiyyətli rolu var. Dоndurma süd, qaymaq, mеyvə-giləmеyvə məhsulları, şəkər, müхtəlif dad ətir vеrən maddələr və sabitləşdiricilərin qarışdırılıb çalınması ilə hazırlanır. 50-dən çох çеşiddə dоndurma istеhsal еdilir. Əsas dоndurma növlərinə südlü, qaymaqlı, plоmbir, mеyvə-giləmеyvəli və arоmatlı dоndurmalar aiddir. Bunların hər birinin əlavələrindən asılı оlaraq müхtəlif çеşidi istеhsal еdilir. Dоndurma yüksək qidalılıq dəyərinə malik, оrqanizmdə asan mənimsənilən qida məhsuludur. Süd əsasında hazırlandığından tərkibində süd yağı (çеşidindən asılı оlaraq 2,8%-dən 15%-ə qədər), zülallar, şəkər (14%-dən 16%-ə qədər, bəzi çеşidində 28%-ə qədər), minеral maddələr, vitaminlər (A, D, Е, B qrupu, P, C və s.) vardır. Dоndurmanın tərkibində süd yağı çох хırda kürəciklər fоrmasında оlur. Dоndurmanın zülalı kazеin, albumin və qlоbulindən, karbоhidratları isə süd və çuğundur şəkərindən ibarətdir.
Qaymaqlı yeraltı şəhəri
Qaymaqlı yeraltı şəhəri — Türkiyədə yerləşən ən böyük yeraltı şəhərlərdən biri. Şəhər 8 mərtəbəlidir, tunnelər və otaqlardan ibarətdir. Qaymaqlı yeraltı şəhərinin tarixi e.ə. 3000-ci ilə gedib çıxır. Belə ki yeraltı şəhərdə ilk tikinti aparanlar hettlər imiş. Mənbəyə əsasən yeraltı şəhərdən xristianlar ərəblərdən gizlənmək üçün istifadə edirdilər.

qaymaqlı sözünün rus dilinə tərcüməsi

  • 1 прил. 1. со сметаной. Qaymaqlı borş борщ со сметаной 2. со сливками. Qaymaqlı qəhvə кофе со сливками 3. сливочный. Qaymaqlı dondurma сливочное мороженое

    Azərbaycanca-rusca lüğət / qaymaqlı

qaymaqlı sözünün inglis dilinə tərcüməsi

Oxşar sözlər

#qaymaqlı nədir? #qaymaqlı sözünün mənası #qaymaqlı nə deməkdir? #qaymaqlı sözünün izahı #qaymaqlı sözünün yazılışı #qaymaqlı necə yazılır? #qaymaqlı sözünün düzgün yazılışı #qaymaqlı leksik mənası #qaymaqlı sözünün sinonimi #qaymaqlı sözünün yaxın mənalı sözlər #qaymaqlı sözünün əks mənası #qaymaqlı sözünün etimologiyası #qaymaqlı sözünün orfoqrafiyası #qaymaqlı rusca #qaymaqlı inglisça #qaymaqlı fransızca #qaymaqlı sözünün istifadəsi #sözlük