üçlüyü sözü azərbaycan dilində

üçlüyü

Yazılış

  • üçlüyü • 89.4330%
  • Üçlüyü • 10.3952%
  • ÜÇLÜYÜ • 0.1718%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Muğam üçlüyü
Muğam üçlüyü — Azərbaycanın milli musiqi alətləri olan tar, kamança və qaval ifaçılarından ibarət klassik muğam triosu; Azərbaycan muğam dəstgahlarını icra edən ənənəvi sazəndələr ansamblı; xanəndə və sazəndə dəstəsi. Muğam üçlüyün ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompozisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır. Muğam üçlüyü adından da göründüyü kimi üç nəfərdən ibarətdir. Bu dəstə yeganə çalğıçı üçlüyüdür ki, muğamlar bütöv, dəstgah şəklində, bütün incəlikləri ilə dinləyiciyə çatdırılır. İlk dövrlərdə sazəndə dəstəsində tar, kamança və balabandan, təsnif və rəngləri ifa etdikdə isə dairə, qoşanağaradan istifadə olunurdu. Məşhur tarzən Mirzə Sadıq Əsəd oğlunun tar alətində apardığı yenidənqurma işlərindən sonra artıq gur səsli qoşanağaraya ehtiyac qalmır, bu, xanəndənin əlində tutduğu incə səsli qaval ilə əvəz olunur.
Femister üçlüyü
Femister üçlüyü – oynaqətrafı OP; sümüyün subxondral hissəsinin periferik eroziyası; kiçik periostal reaksiyalarla və tədricən oynaq yarığının daralması ilə gedən oynaqların degenerativ xəstəliyidir.
Gənc türklər üçlüyü
Gənc türklər üçlüyü və ya Üç paşalar iqtidarı (osman. اوچ پاشلار, türk. Üç Paşalar) — Osmanlı dövlətinin son dövrlərində, İttihad və Tərəqqi Partiyasına mənsub olan və idarəçilikdə mütləq söz sahibi üç şəxsin, Daxili işlər Naziri və Sədrəzəm Tələt Paşanın, Hərbi Nazir Ənvər Paşanın və Donanma Naziri Əhməd Camal Paşanın de-fakto ittifaqına verilən qeyri-rəsmi ad. == Varislik == 1913-ci ildəki Bab-ı Əli hücumu ilə hakimiyyətə gələn bu üç paşa Osmanlı İmperiyasında bundan sonrakı dövrdə həqiqətdə tək söz sahibi insanlar oldular. Bu dövr Osmanlı İmperiyasının I Dünya Müharibəsində təsliminə qədər sürdü (30 Oktyabr 1918). İsmayıl Ənvər Paşa yalnız bir dəfə hər hansı bir hərbi fəaliyyətə (Sarıkamış Döyüşü) nəzarət etdi və Üçüncü Ordunu xarabalığa buraxdı. Birinci Suez Hücumu və Ərəb üsyanı Əhməd Djemalın ən əhəmiyyətli uğursuzluqlarıdır. Mudros müqaviləsidən sonra,1918-ci il 2 Noyabr günü bir Alman sualtı gəmisi ilə İstanbuldan qaçan Ənvər, Tələt və Camal Paşa daha sonra Erməni Deportasiyasının təsiri ilə edam cəzasına məhkum edildilər. Tələt və Camal Paşa Erməni birlikləri tərəfindən, Ənvər Paşa isə Rus inqilabı ərəfəsində Bəlçivan yaxınlığında baş verən bir döyüşdə öldürüldü. == Türkiyə Cümhuriyyətində nüfuzları == Birinci Dünya müharibəsindən və sonrakı Türk İstiqlal müharibəsindən sonra yeni qurulan Türkiyə Cümhuriyyətinin əhalisinin çoxu, eyni zamanda qurucusu Mustafa Kamal Atatürk Üç Paşanı Osmanlı İmperatorluğunun I Dünya Müharibəsinə girməsinə səbəb olduğu üçün geniş tənqid etdi.
O´Donoxun qorxulu üçlüyü
O´Donoxun qorxulu üçlüyü (ing. O”Donoghue unhappy triad) – diz oynağında olur: ön xaçabənzər bağın, medial kollateral bağın və medial meniskin qopması.

Oxşar sözlər

#üçlüyü nədir? #üçlüyü sözünün mənası #üçlüyü nə deməkdir? #üçlüyü sözünün izahı #üçlüyü sözünün yazılışı #üçlüyü necə yazılır? #üçlüyü sözünün düzgün yazılışı #üçlüyü leksik mənası #üçlüyü sözünün sinonimi #üçlüyü sözünün yaxın mənalı sözlər #üçlüyü sözünün əks mənası #üçlüyü sözünün etimologiyası #üçlüyü sözünün orfoqrafiyası #üçlüyü rusca #üçlüyü inglisça #üçlüyü fransızca #üçlüyü sözünün istifadəsi #sözlük