üslubu sözü azərbaycan dilində

üslubu

Yazılış

  • üslubu • 99.7739%
  • Üslubu • 0.2261%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Heyvan üslubu
Heyvan üslubu — Avrasiyanın Aşağı Dunaydan, Şimali Qara dəniz bölgəsindən və Xəzərönü çöllərindən Cənubi Ural, Sibir və Çinin şimal-qərb hissəsinə qədər geniş ərazilərində e.ə VII–IV əsrlərdə inkişaf etmiş tarixi bədii üslubdur. Fərqli ifadədə: "Qədim incəsənətdə geniş yayılmış üslubun şərti adıdır. Ayrı-ayrı heyvanların, onların bədən hissələrinin, habelə bir neçə heyvanın mürəkkəb kompozisiyalarının təsvir əsas fərqləndirici xüsusiyyətidir. Tunc dövründə bir sıra xalqlar arasında yaranmış, xüsusilə dəmir dövründə geniş yayılmışdır. Heyvan üslubu zaman və məkanda qeyri-adi geniş yayılmasına və müxtəlif etnik mədəniyyətlərin ənənələrinin mənimsənilməsinə görə müxtəlifdir. Bununla belə, onun ümumi, qabarıq görünən xüsusiyyətləri vardır ki, bu da qədim sənətin bu tarixi-mədəni hadisəsini ayrıca bədii üslub kimi ayırmağa əsas verir. Heyvan üslubunun tarixi-regional müxtəlifliyi "Skif-Sibir dünyası" üçün xarakterik olan "Skif-Sibir heyvan üslubu" adlanan üslubdur. O heyvanların xüsusi təsvir tərzi ilə seçilir. Avrasiya çöllərinin, o cümlədən Cənubi Sibir ərazisinin Son Tunc və Erkən Dəmir dövrlərinin mədəniyyətlərində geniş şəkildə təmsil olunur. Erkən Dəmir dövrü dövründə köçəri maldar xalqları arasında "bir çox ortaq xüsusiyyətlərə malik mədəniyyətlər yaranırdı.
Memarlıq üslubu
Memarlıq üslubu — memarlıq xüsusiyyətlərin və əlamətlərinin məcmusudur. Memarlıq üslubunu, müəyyən dövrün və yerin xarakterik xüsusiyyətləri, funksional, konstruktiv və incəsənət tərəflərinin fərqliliyi formalaşdırır və onun ikişafı iqlim, dini və mədəni amillərdən asılıdır. Memarlığın inkişafı zamandan birbaşa asılı olmasına baxmayaraq, həmişə üslublar ardıcıllıqla dəyişmir. Müəyyən dövrlərdə, fərqli üslubların eyni zamanda mövcudluğu tarixdə müşahidə olunmuşdur (məsələn, barokko və klassisizm, modern və eklektika, funksionalizm, konstruktivizm və ar-deko).
Roman üslubu
Hind üslubu
"Hind üslubu", yaxud "səbki-hindi" — fars ədəbiyyatının təsnifatı. Üslubun meydana gəlməsinə dair müxtəlif fərziyyələr var. Əsas etibarilə qəbul edilən budur ki, bu üslub Səfəvilərdən qaçıb Babur imperiyasına sığınan farsdilli şairlər tərəfindən yaradılmışdır. Bu üslubda yazanlar şeirdə yeni məzmun və mənalar işlədirdilər; hind fəlsəfəsi və sanskrit mənbələrindən istifadə edirdilər; əvvəlki dövrlərdə yazıb-yaradan şairlər şeirlərini əsasən söz oyunları üzərində qururdularsa, hind səbki şairləri məna üzərində qururdular; özlərindən əvvəlki şairlərin istifadə etdikləri sözlərdən, tərkiblərdən yox, özlərinin ədəbiyyata gətirdikləri sözlərdən istifadə edirdilər; biz vaxtlar şeir üçün nöqsan hesab edilən xalq arasında geniş yayılmış ifadələri işlətməkdən çəkinmirdilər; xəyal gücündən geniş istifadə edilirdi; təbiətlə insan arasında bənzətmələr geniş yayılmışdı (məsələn, "Hər quşa öz yuvası, hər kişiyə öz vətəni" – tərcümədir); canlı və cansız varlıqlar şəxsləndirilir, danışdırıldı; əsasən dünyəvi məhəbbəti təsvir edirdilər; əsas janr qəzəl olmaqla bəzən qəzəlin sərt qayda-qanunları pozulurdu (bir səbki-hindi şairi çəkinmədən eyni qəzəlin qafiyə hissəsində bir sözü hətta 3 dəfə təkrar edə bilərdi). Bu səbkin ən böyük nümayəndəsi olaraq Saib Təbrizi qəbul olunur. Bir sıra mənbələrdə bu səbkə "səbki-İsfahani", "səbki-Azərbaycani", "səbki-türki" də deyilir.
Danışıq üslubu
Danışıq üslubu — qeyri-rəsmi ünsiyyət üçün, xüsusən də qeyri-rəsmi şəraitdə gündəlik məsələlərin müzakirəsi üçün istifadə olunan funksional nitq tərzi. Danışıq üslubu adətən söhbətdə və digər qeyri-rəsmi kontekstlərdə istifadə olunan idiomdur. Danışıq üslubu ünsiyətlərin və digər ifadə vasitələrinin geniş tətbiqi ilə xarakterizə olunur, ixtisaslaşdırılmamış terminologiyadan istifadə edir və leksikanı dəyişir. O, həmçinin natamam məntiqi və sintaktik sıralama ifadələrin istifadəsi ilə də fərqlənə bilər. Belə bir dilin konkret nümunəsi danışıq üslubu adlanır. Lüğətlərdə belə bir ifadə üçün ən çox istifadə olunan termin danışıq dilidir. == İzahatı == Danışıq üslubu və ya ümumi dil rəsmi nitqdən və ya rəsmi yazıdan fərqlidir. Bu, danışanların adətən rahat olduqları zaman istifadə etdikləri dil formasıdır. Bəzi danışıq üslubunda çoxlu jarqon və ya slenq var, bəzilərində isə ümumiyyətlə yoxdur. Jarqon və slenq çox vaxt danışıq üslubunda istifadə olunur, lakin bu xüsusi registr müəyyən qruplarla məhdudlaşır və danışıq üslubunun zəruri elementi deyil.
Türkmən üslubu
Türkmən dövrü incəsənəti və ya Türkmən incəsənəti — İran, İraq, Anadolu kimi ərazilərdə türkmənlərin hakimiyyəti və ya hamiliyi altında yaradılmış incəsənət. == Adı == Səlcuqilər dövründən bəri sülalənin sultanları öz güclərini gücləndirmək üçün Yaxın və Orta Şərqin bəzi yerlərində hərbi məskənlər yaratmışdılar. Suriya, İraq və Şərqi Anadoluda böyük türkmən məskənləri yaradılmışdır. Malazgird döyüşündən sonra oğuzlar Anadolu və Azərbaycanda geniş şəkildə məskunlaşdılar. Artıq XI əsrdə türkmənlər Arranda sıx məskunlaşmışdılar. Məhz həmin dövrdə Bizans vasitəsilə "türkman" sözü Qərb dünyasının istifadəsinə daxil olmuşdur. Sonralar "oğuz" termini oğuz türklərinin özləri arasında ardıcıl olaraq "türkmən" termini ilə əvəz olunmuş, bununla da endonimə çevrilmişdir. Bu proses XIII əsrin əvvəllərində tamamlanmışdır. Bu termin Yaxın Şərqdə tarixi perspektivdə Mərkəzi Asiya türkmənlərinə (Türkmənistan türkmənlərinə) yox, Anadolu, Azərbaycan və ümumiyyətlə, Yaxın Şərqin oğuz köçərilərinə aid edilir. == Kitab sənəti == Türkmən kitab sənəti ənənəsi çox dar bir şəkildə öyrənilmiş, xəttatlıq, təzhib və cidlləməyə yox, daha çox miniatürlərə fikir verilmişdir.
Adam qardaşlarının üslubu
Adam stili (və ya Adamesk və "Adam qardaşlarının üslubu") — 18-ci əsrə aid neoklassik interyer dizaynı və memarlıq stili. Şotlandiyalı üç qardaş, Con Adam (1721-1792), Robert Adam (1728-1792) və Ceyms Adam (1732-1794) tərəfindən tətbiq olunmuşdur. Onlardan son ikisi bu sahədə daha məşhur idilər. Adam qardaşları, ilk dəfə olaraq memarlıq və interyer üçün kompleks stil təklif etmişdilər: divarlar, tavanlar, kaminlər, mebellər, çilçıraqlar və xalçalar Adam qardaşları tərəfindən vahid ortaq sxem əsasında hazırlanırdı. Əksər hallarda, səhvən "Adams stili" adı ilə tanınsa da, bu memarlıq və mebel stili üçün düzgün termin "Adam qardaşlarının üslubu"dur (ing. Style of the Adam Brothers). Adam stili 1760-cı illərin sonlarından etibarən 18-ci əsr İngiltərə, Şotlandiya və Rusiyasında ali və orta təbəqəyə aid iqamətgahlarda və İstiqlal müharibəsindən sonra ABŞ-də özünə yer tapdı. Rusiyada bu stil şotland memarı Çarlz Kameron tərəfindən təqdim edilmişdi, ABŞ-də isə Federal stil adı ilə tanınmağa başladı və fərqli xüsusiyyətlər qazandı. 1795-ci ildən etibarən Adam stili Regent stili və fransız ampir stili ilə əvəz olundu. == Təsirlənib == Adam stili əsasən aşağıdakılardan təsirlənmişdir: Qazıntılar zamanı yenicə tapılan Qədim Roma dövrünə aid Pompeya və Herkulanum şəhərlərindəki freskalar və divar rəsmləri; Qazıntılar zamanı tapılan çoxsaylı qara və qırmızı etrusk yunan vazaları; Britaniyada Ceyms Stüart və Nikolas Revetin 1762-ci ildə nəşr olunan "Afina qədimlikləri" kitabından və digər bu kimi nəşrlərdən məlum olan klassik yunan memarlığı.
Alçağın üslubu (roman)
Çin memarlıq üslubu
Çin memarlıq üslubu, Şərqi Asiyada əsrlər boyu formalaşmış bir memarlıq sistemidir. Dekorativ detallar istisna olmaqla, struktur prinsipləri əsasən dəyişməz olaraq qalır. Tan sülaləsindən bəri Vyetnam, Koreya, Yaponiya və Monqolustanın memarlığında əsas amil olmuşdur. Memarlığın əsas materialı taxtadır. Taxtadan əlavə bambuk qamışı, sarı torpaq kimi təbii materiallardan istifadə edilərək, quruluşlar təbiətlə ən yüksək dərəcədə uyğunlaşdırılaraq inşa edilmişdir. 19-cu əsrin ortalarına qədər qurulan Çin quruluşlarına "Qədim Çin memarlığı", daha sonrakılarına "Müasir Çin memarlığı" deyilir. Mənzil memarlığı, saray memarlığı, məbəd memarlığı, qəbiristanlıq memarlığı və bağçılıq memarlığı olmaqla beş ad altında araşdırılır. == Qədim Çin memarlığı == Çin memarlığının başlanğıcdan XIX əsrin ortalarına qədər olan müddətə verilən addır. Bu müddətdə Çin memarlığı Çin mədəniyyəti ilə birlikdə inkişaf edərək və estetika ilə yanaşı dərin mədəni mənalara sahib olmağa başlamışdır. Dövrün ən məşhur binaları Yasaq şəhər və Böyük Çin səddidir.
Skif-Sibir heyvan üslubu
Skif-Sibir heyvan üslubu— Son Tunc və Erkən Dəmir dövrlərinə aid mədəniyyət üslübu. == Tarixi == Son tunc dövründə Cənubi Sibirdə Karasuq (e.ə. XIV–VIII əsrlər) arxeoloji mədəniyyəti çiçəkləndi. Bu dövrdə insanlar atdan nəqliyyat vasitəsi kimi istifadə etməyə başladılar. Bu mədəniyyətin xarakterik cəhəti metallurgiyanın inkişafıdır. Altayda bu mədəniyyəti Yeniseyin orta axarı boyu yayılmış və yeddi əsrə qədər davam etmiş Taqar mədəniyyəti əvəz etdi. Onun xarakterik cəhəti kurqanların tikintisi və "skif heyvan üslubu"dur. Tuva ərazisində Arjan şah və Pazırık kurqanları maraq doğurur. Sonuncu 2490 il bundan əvvəl tikilib. Buradan türk xaqanının cəsədi bükülmüş qədim xalça (1,82–2 m) tapılıb.

"üslubu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#üslubu nədir? #üslubu sözünün mənası #üslubu nə deməkdir? #üslubu sözünün izahı #üslubu sözünün yazılışı #üslubu necə yazılır? #üslubu sözünün düzgün yazılışı #üslubu leksik mənası #üslubu sözünün sinonimi #üslubu sözünün yaxın mənalı sözlər #üslubu sözünün əks mənası #üslubu sözünün etimologiyası #üslubu sözünün orfoqrafiyası #üslubu rusca #üslubu inglisça #üslubu fransızca #üslubu sözünün istifadəsi #sözlük