* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Hər hansı işdə tətbiq edilən sistem, yol, qayda, tərz, metod. Qabaqcılların iş üsulu. Tədris üsulu. – [Sərdaroğlu] şagirdləri tez-tez zavoda aparıb istehsalatla, yeni üsullarla işləyən ustaların işləri ilə tanış edirdi. H.Seyidbəyli. [Daşdəmir] Hümmətin plan doldurma üsullarından maraqlı şeylər demişdi. B.Bayramov. 2. Təbiətdə və ictimai həyatda baş verən hadisələri dərk və təsdiq etmə qaydası; metod. Dialektik üsul. Tarixi-müqayisəli üsul. 3. Tərtib, nizam, qayda.
Azərbaycan dilinin izahlı lüğəti / üsul2 ə. «əsl» c. 1) əsllər; 2) t. qanun, prinsip; 3) t. tərz, yol; 4) t. yavaşlıq, mülayimlik. Üsuli-cədid yeni üsul; üsuli-idarə ölkənin dövlət quruluş, idarə üsulu.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / üsul3 Bir-biri ilə bağlı proseslərin müəyyən ardıcıllıqla maddi obyekt üzərində yerinə yetirilməsi
Terminlər lüğəti / üsul4 İ CƏDİD yeni üsul – Azərbaycanda 1920 - ci ilədək məktəb və mədrəsələrdə tətbiq edilən yeni tədris üsulu, mütərəqqi pedaqoji cərəyan. ―Üsul‖ ərəbcədən tərcümədə qayda, metod, üsul; ―cədid‖ isə yeni, təzə mənalarını verir.
Fəlsəfə terminlərinin izahlı lüğəti / üsul5 1) hər hansı işdə tətbiq edilən sistem, yol, qayda, tərz, metod. Məsələn, qabaqcılların iş üsulu, tədris üsulu; 2) təbiətdə və ictimai həyatda baş verən hadisələri dərk və təsdiq etmə qaydası; metod. Məsələn, dialektik üsul, tarixi-müqayisəli üsul; 3) tərtib, nizam, qayda.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / üsul1 Ərəbcədir, əsl sözünün cəmidir. Əsl – kök, mənbə kimi mənalarda işlədilir, üsul indi metod anlamını əks etdirir. Bizdə üsul sözünün yerinə çəm işlədilib (çəmini tapmaq deyirik). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / üsul4 ÜSUL (müxtəlif mənalarda) [Rüstəm boy:] Bu üsul ilə nə qədər şar salmışam, özüm də hesabını itirmişəm (S.S.Axundov); ÇƏM (dan.) Çingiz: ...Bəri başdan mənə suyun yerini, evin-eşiyin çəmini öyrədin (C.Məmmədquluzadə); DÜSTUR Həmən bu düsturu öyrənib də sən; Ər oğlu ər kimi tab et bəlaya (S.Vurğun); QANUN ..hər bişmişin öz qanunu və öz xasiyyəti var (C.Məmmədquluzadə); QAYDA Şahbaz bəy: Gələn il bir özgə qayda ilə paltar geyəcəklər (M.F.Axundzadə); MİNVAL Qarovulçu: Bu minvalla hökumətin iki yüz otuz üç pud ununu oğurlayıblar (H.Abbaszadə); SİSTEM Qubernator: Yox, bu sistemdir, plandır (C.Cabbarlı); TƏHƏR At: ..bir də poladdan bir bıçaq qayırtdırsın, sonra mən sənə təhərini deyərəm (Nağıl); TƏRİQ Axliyev münaqişə təriqi ilə yazdığı sonrakı məqalələrində əsas yanlış fikrini bir az da dərinləşdirdi (M.İbrahimov); TƏRZ Arvad gözucu vərəqəyə baxıb, iri ağzının qaim dodaqlarını iyrənc bir tərzdə büzdü (H.Seyidbəyli); VASİTƏ Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab (Ə.Haqverdiyev); VƏCH (kl.əd.) Elə asan vəchlə başa düşdülər ki, dəxi bu dildən başqa qeyri bir dil axtarmağa hacət qalmadı (C.Məmmədquluzadə); VƏSİLƏ Mirzə Məhəmmədqulu: Bu vəsilə ilə sizləri bəlkə qaranlıq aləmindən çıxardı (C.Məmmədquluzadə); YOL (dan.) Həcər xanım: Onda bircə yol qaldı (S.S.Axundov); METOD, TAKTİKA (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / üsul2 сущ. метод: 1. способ познания, исследования явлений природы и общественной жизни. Dialektik üsul диалектический метод, müqayisəli üsul сравнительный метод 2. приём, система приёмов в какой-л. деятельности. Tədris üsulu метод обучения, yeni üsullar новые методы 3. способ, образ действия. Öz üsulundan istifadə etmək пользоваться своим методом
Azərbaycanca-rusca lüğət / üsul1 i. way, mode, method, rule; bu ~la in this way; müxtəlif ~larla in different ways; ifadə ~u manner of expressing oneself; istifadə etmə ~u directions for use; müalicə ~u the method / way / mode of treatment
Azərbaycanca-ingiliscə lüğət / üsul1 is. manière f, façon f, moyen m ; bu ~la de cette façon ; müxtəlif ~larla de différentes manières ; ifadə ~u manière de parler ; müalicə ~u méthode f de traitement
Azərbaycanca-fransızca lüğət / üsul1 [ər.] сущ. 1. метод; рехъ, тегьер, къайда, жуьре; 2. тартиб, низам, къайда.
Azərbaycanca-ləzgicə lüğəti / üsul