şikəstəsi sözü azərbaycan dilində

şikəstəsi

Yazılış

  • şikəstəsi • 95.5267%
  • Şikəstəsi • 4.1847%
  • ŞİKƏSTƏSİ • 0.2886%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bakı şikəstəsi
Bakı şikəstəsi - Hər bölgənin özünəməxsus şikəstəsi vardır: Bakı şikəstəsi, Qarabağ şikəstəsi və Şirvan şikəstəsi. Bu məclislər arasında müsabiqələr keçirilir, qaliblər mükafatlandırılırdı. Məclisin harada keçirilməsindən asılı olmayaraq hər üç şikəstə mənsub olduğu müvafiq bölgənin ifaçıları tərəfindən “himn” kimi səsləndirilirdi. == Bakı şikəstəsi haqqında == A.İ.Nəcəfzadənin Etnoorqanologiya musiqi təmayüllü ali məktəblər üçün dərsliyində haqqında danışdığımız zərbli muğamın ilkin adının Bakı şikəstəsi olduğu bildirilir Xalq artisti Baba Mahmudoğlu (1940-2006) Dastan folklor ansamblı ilə Kəsmə şikəstə ni məşq edərkən söyləyirdi: Bu şikəstənin əsl adı Bakı şikəstəsi olub. 5 Sonradan ifaçıların dilində Bakı sözü kəsmə ilə əvəzlənib və elmi ədəbiyyata da bu şəkildə düşüb . Mən 10 il (1979-1989) həmin ansambılın musiqi rəhbəri olmuşam. B.Mahmudoğlu oxuyacağı hər hansı musiqi haqqında öncə bizə, ansamblın üzvlərinə ətraflı məlumat verirdi. Sonra həmin melodiyanı məşq edib lentə alırdıq. Kəsmə şikəstə ni də Azərbaycan radiosunun fondu üçün belə ifa etmişik.1954-cü ildə Əziz Özər Türkiyədə Azərbaycan türkü və oyun havalan adlı əsərində Bakı şikəstəsindən bəhs edir Kəsmə şikəstəsi nin ilkin adının Bakı şikəstəsi olduğunu təsdiqləyən faktların ən mühümü etnoqrafik, xalqm yaddaşından süzülüb gələn mənbələrdir. Onlardan da Aşıq Məhəmmədin, Vamiq Məmmədəliyevin, Möhlət Müslümovun, Faiq Çələbiyevin, Valeh Rəhimovun, Vüqar Əhmədin, Elxan Müzəffərovun dediklərinə əsaslanırıq.
Qarabağ şikəstəsi
Qarabağ şikəstəsi — Azərbaycan xanəndəlik sənətində şikəstənin iki növündən biridir. Şikəstənin növləri: Qarabağ şikəstəsi və Kəsmə şikəstədir. Qarabağ şikəstəsi 19-cu əsrdə zərbi muğam kimi özündə geniş təşəkkül tapmışdır. Məlumdur ki, şikəstə janrı əvvəl aşıq musiqi yaradıcılığında əmələ gəlmiş və onun müxtəlif növləri yaranmışdır. Şikəstənin Qarabağ və Kəsmə şikəstəsi növləri xanəndələrimiz tərəfindən tez-tez oxunur. Hər iki şikəstə də sevgi, məhəbbətin doğurduğu hisslərdən şikayət, əzab-əziyyət, iztirab var. Məhz bu xüsusiyyətinə görə onların musiqisində həzinlik var. Qarabağ şikəstəsinin sözləri ənənəyə görə xalqdan alınmışdır. Qarabağ şikəstəsinin mətnini bayatılar təşkil edir.
Qarabağ şikəstəsi (film, 1996)
Ermənilərin işğalı nəticəsində yurd-yuvasından didərgin düşmüş insanların taleləri filmin əsasını təşkil edir.
Şirvan şikəstəsi (film, 1991)
Filmdə Kürdəmir bölgəsinin tarixi və bugünkü həyatı öz əksini tapmışdır. Film Kürdəmir Rayonu Sovetinin sifarişi ilə çəkilmişdir.

Oxşar sözlər

#şikəstəsi nədir? #şikəstəsi sözünün mənası #şikəstəsi nə deməkdir? #şikəstəsi sözünün izahı #şikəstəsi sözünün yazılışı #şikəstəsi necə yazılır? #şikəstəsi sözünün düzgün yazılışı #şikəstəsi leksik mənası #şikəstəsi sözünün sinonimi #şikəstəsi sözünün yaxın mənalı sözlər #şikəstəsi sözünün əks mənası #şikəstəsi sözünün etimologiyası #şikəstəsi sözünün orfoqrafiyası #şikəstəsi rusca #şikəstəsi inglisça #şikəstəsi fransızca #şikəstəsi sözünün istifadəsi #sözlük