* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 \ – X əsrin əvvəllərində yaranmış dini-fəlsəfi təlim; ortodoksal islam sxolostikası \. Əşərilik, islami etiqadı məzhəblərindən biridir. Əqlə Mötəzilə qədər əhəmiyyət verməsə belə, Sələfiyyə qədər də kiçik ölçüdə tədqiq etməz. Bunu belə təsvir etmək mümkündür. Əgər Sələfiyyə ilə mötəzilə arasında əql və nass mövzusunda bir sərhəd qoysalar məhz söü gedən əşərilik bu sərhəddə ortada qalacaq lakin Sələ-fiyyəyə daha yaxın mövqedədir. Əbu Həsən Əşaridən (öl. B.e. 935 ) qurduğu bu təlim, ağılın heç bir zaman gerçəyə çata bilməyəcəyini, qulların ancaq qeydsiz şərtsiz inanmaqla xoşbəxt ola biləcəkləri ideyasını irəli sürür. Təbii hadisələr, səbəbləri bilinməyən və bəlkə də əsla bilinməyəcək olan bütöv bir ilahi qanunauyğunluğun məhsuludur, bu belə də idarə olunur. Ağıl, gücsüz bir məlumatdır. Qaldı ki, ağılın bu gün biləmədiyini sabah da bilməyəcəyi deyilə bilməz. İmam Bakıllani, Ebu-l- Məali kimi mütəfəkkirlərin rəhbərliyi altında getdikcə inkişaf edən bu təlim təzyiqini elə artırmış və yayılmışdır ki əleyhinə çıxan axınlar XII əsrdə Qərbə keçərək Əndülüs ərəbləri arasında yaşamağa məcbur qalmışlar. Əşariliyin ən böyük tənqidçilərindən biri də məşhur filosof İbn Rüşddür. Əslində ümumiyyətlə kəlam və kəlamçılara qarşı çıxmış olsa da İbn Rüşd tənqidlərini ən çox Qəzali və Əşarilik üzərinə yönəlir.
Fəlsəfə terminlərinin izahlı lüğəti / əşərilik