* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. is. Naz, qəmzə. Öldüm nazın çəkməkdən; Belə ərknaz olmaz. (Bayatı). Yar inciyib küsəndə onun başqa zövqü var; Hərdənbir ortalıqda gərək ərknaz ola. Ə.Vahid. 2. zərf Ərk-nazla şəklində – nazla, nazlana-nazlana, qəmzə ilə. …Məşuqə qalib bir sərkərdə kimi qürurla dayandı, sonra cazibəli gözlərini ərk-nazla dolandırdı. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / ərknaz