İngilis açılışı
İngilis başlanğıcı, və ya İngilis açılışı — 1. c4 gedişi ilə başlayan şahmat debütüdur.
1. c4
Şahmatda 4-cü ən məşhur cinah açılışıdır. Müxtəlif mənbələrə görə, ağ fiqurların 1-dən 4-ə qədər qiymətləndirilən uğurlu açılışıdır. Ağlar, cinahdan d5 xanasına iddia irəli sürərək, hipermodern üslubunda mərkəz uğrunda mübarizə aparır.
== Debütün tarixi ==
Adını İngilis (qeyri-rəsmi) dünya çempionu Howard Stauntondan alır, O, ilk dəfə bu gedişi 1843-cü ildə Saint-Amant ilə keçirdiyi matçda və 1851-ci ildə Londonda keçirilən beynəlxalq turnirdə oynamışdır. Bu, Stauntonun müasirlərini ruhlandırmırdı buna baxmayaraq yalnız XX əsrdə daha geniş nəzərə alınmağa başlanıldı. İndi həm klassik, həm də hipermodern mövqelərə çatmaq üçün istifadə edilə bilən solid açılış kimi tanınır. Mixail Botvinnik, Tiqran Petrosyan, Anatoli Karpov, Garri Kasparov və Maqnus Karlsen kimi oyunçular dünya çempionat oyunlarında bu gedişdən istifadə ediblər.