Ağaddin sözü azərbaycan dilində

Ağaddin

Yazılış

  • Ağaddin • 97.7778%
  • ağaddin • 2.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağaddin Babayev
Ağaddin Abdulla oğlu Babayev (15 mart 1956, Şağlaser, Lənkəran rayonu) — jurnalist, yazıçı, publisist, tərcüməçi, dramaturq, teatrşünas, şair, 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1987-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü. == Həyatı == Ağaddin Babayev 15 mart 1956-cı ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 1972-ci ildə Şağlaser kənd orta məktəbini bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub və 1985-ci ildə oranı bitirib. 1974–1976-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. Lənkəranın keçmiş Lenin adına sovxozunda fəhlə, Bakıda "Qırmızı Ulduz" İstilik-Elektrik Stansiyasında qazanxana maşinisti, Bakının Nərimanov rayon kommunal təsərrüfatı şöbəsində fəhlə və briqadir, Lənkəran Dövlət Dram Teatrında ədəbi-dram hissə rəhbəri, "Lənkəran" qəzeti redaksiyasında müxbir və şöbə müdiri, "Bakinski raboçi" qəzeti redaksiyasında xüsusi müxbir, APA İnformasiya Agentliyinin və APA TV-nin cənub bürosunun rəhbəri vəzifələrində çalışıb. A. Babayev həmçinin pedaqoji fəaliyyətlə də məşğul olub. Uzun müddət Lənkəranın Şağlaser və Xarxatan kənd tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edib. Hazırda o, əmək fəaıiyyətini "Lənkəran" qəzeti redaksiyasında şöbə müdiri kimi davam etdirir.
Ağaddin Niftiyev
Niftiyev Ağaddin Aslan oğlu — Masallı rayon İcra Hakimiyyətinin başçısı, fizika-riyaziyyat elmləri doktoru, professor == Həyatı == Ağaddin Niftiyev 28 oktyabr 1957-ci ildə Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika Fakültəsini bitirib. 1982-ci ildən ömrünün sonuna qədər Bakı Dövlət Universitetində çalışıb. BDU-da müəllimdən şöbə müdiri, BDU Böyük Elmi Şurasının üzvü vəzifəsinə qədər yüksəlib. 1986-cı ildə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Attestasiya Komissiyasının qərarı ilə professor adına layiq görülüb. Fransanın Nant Universitetində professor işləyib. Azərbaycan, Gürcüstan və Fransa riyaziyyatçılarının I konfransını təşkil edib. Fransa Xarici İşlər Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyilə müxtəlif elmi layihələrin həyata keçirilməsinə rəhbərlik edib. 10 doktorluq, 30-dan artıq isə namizədlik dissertasiyasına rəhbərlik edib.

ağaddin sözünün leksik mənası və izahı

Oxşar sözlər

#ağaddin nədir? #ağaddin sözünün mənası #ağaddin nə deməkdir? #ağaddin sözünün izahı #ağaddin sözünün yazılışı #ağaddin necə yazılır? #ağaddin sözünün düzgün yazılışı #ağaddin leksik mənası #ağaddin sözünün sinonimi #ağaddin sözünün yaxın mənalı sözlər #ağaddin sözünün əks mənası #ağaddin sözünün etimologiyası #ağaddin sözünün orfoqrafiyası #ağaddin rusca #ağaddin inglisça #ağaddin fransızca #ağaddin sözünün istifadəsi #sözlük