Fərid Ağamoğlanov
Fərid Ağamoğlanov (27 iyul 1994) — Azərbaycanlı boksçu və kikboksçu. Ədliyyə Nazirliyi çavuşu
== Karyera ==
Fərid 2010-cu ilin sentyabr ayında Belqradda 51 kq-a qədər ağırlıq dərəcəsində (full kontakt) gənclər arasında dünya çempionatının bürünc mükafatçısı oldu. 2019-cu ilin aprel ayında "Qəbələ" klubunu təmsil edərək Bakıda keçirilən "Böyük İpək Yolu" beynəlxalq boks turnirinin bürünc mükafatçısı oldu. İkinci Qarabağ müharibəsində iştirak edib. "Cəbrayılın azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. İdmançı 2022-ci ilin avqust ayında Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazandı. Həmin ilin noyabrında o, Antalyada keçirilən Avropa çempionatının bürünc medalını qazanır və bununla da 3-cü Avropa Oyunlarına lisenziya qazanmış olur. Fərid 2023-cü ilin iyun ayında Krakovda keçirilən 3-cü Avropa Oyunlarında iştirak edərək, finalda İtaliya təmsilçisi Damiano Tramontana üzərində qələbə çalır və bununla Azərbaycana qızıl medal qazandırır.