ağsaqqal sözü azərbaycan dilində

ağsaqqal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ağsaqqal • 81.7708%
  • Ağsaqqal • 17.6042%
  • AĞSAQQAL • 0.6250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağsaqqal (Urmiya)
Ağsaqqal (fars. اغ سقل‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 675 nəfər yaşayır (104 ailə).
Ağsaqqal qızılquş
Ağsaqqal qızılquş (lat. Falco cenchroides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Ağsaqqal muymulu qızılquş
Azərbaycan Ağsaqqallar Şurası
Azərbaycan Ağsaqqallar Şurası — 1989-cu ildə İmam Mustafayev tərəfindən təsis olunmuş təşkilat. == Tarixi == 1989-cu ildə Azərbaycan SSR Kommunist Partiyası MK-nin birinci katibi İmam Mustafayev tərəfindən təsis olunub. 1990-cı ildə dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlayıb. 1998-ci ildə İmam Mustafayevin vəfatından sonra akademik Budaq Budaqov 1998–2012-ci illərdə sədrlik edib. 2012–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini,Fəttah Heydərov rəhbərlik edib. 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı — "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru professor Eldar Quliyev keçirilən qurultayda sədr seçilib. == Fəaliyyəti == === Həyata keçirtdiyi layihələr === Azərbaycan Ağsaqqallar Şurası ilə "Türk Dünyası Ağsaqqalları" qəzetinin birgə təbdirlər keçiriblər. "İmkansız ailələrə maddi-mənəvi dəstək, gənc ailələrin maarifləndirilməsi"(2000–2006) "Bizə uzanan əllər" (2005-ci ildən bu günə qədər) "Ümidə qayıdış- həbsxanada cəza çəkən insanların tərbiyələnməsinə ictimai dəstək və yaradıcı insanların tanıdılması"(2007–2011 "Görünməyən tariximiz-itməkə olan abidələrin və adətlərin bərpası, qeydə alınmamış abidələrin şərhi"(2008–2010) "Ağsaqqal və gənclik- cəbhələrdə, məktəb və bağçalarda gənclərlə birlikdə maarifləndirici təbliğat"(2009–2012 "Ekologiya və biz" (2010–2013) "Əsgərlərə yeni ruh"(2011–2019) "Biz heç kimi unutmuruq.."(2008-ci ildən davam edir) "Türkdilli dövlətlərin həyatı və inteqrasiya məsələləri Azərbaycan mediasında: mövcud durum və perspektivlər"(2013-Mətbuat Şurası ilə birgə 1 illik layihə "Tarix, təbiət və mədəniyyət abidələrinin mühafizəsi turizmin inkişafına səbəb kimi: ağsaqqallar və gənclərin təqdimatında"(2017–2018) "Azərbaycanın iqtisadi konsepsiyası:media hərəkətverici qüvvə kimi"-(2013) Qeyd edək ki, bu layihələr çərçivəsində Ramin Əhmədov işçi qrupu ilə birlikdə hər il 500-dən yuxarı şəhid ailəsini və şəhid məzarlarını ziyarət edir, imkansız aztəminatlı ailələrin və sığınacaqlarda olan uşaqları dərs ləvazimatları, paltar və ərzaqla təmin edir. Müharibə veteranları, fiziki qüsurlu insanlara məxsusi diqqət ayırır. Bütün bayramlarda onlara tədbir keçirilir, ərzaq sovqatı verilir.
Azərbaycanın ağsaqqalları (film, 1969)
Ağsaqqallı
Nəsrimizin Ağsaqqalı (1970)
Film Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimova həsr olunmuşdur. Kinolentdə yazıçıya ilham vermiş doğma yurdu, dağlar, qayalar, coşub daşan çaylar, vadilər, dərələr, yollar, körpülər, kəndlər əks olunmuşdur. Fotoşəkillər bizi onun mənalı həyat yolu ilə tanış edir. Yazıçı iş otağında yaradıcılıq planlarından danışır. Görkəmli rus tənqidçisi Z.Kedrina Süleyman Rəhimovun Sovet ədəbiyyatında, habelə ictimai həyatımızda tutduğu mövqedən söhbət açır. Filmdə yazıçının Sovet və xarici ölkə xalqlarının dillərində nəşr olunmuş əsərləri nümayiş etdirilir. Bundan əlavə filmə "Mehman" və "Su ərizəsi" əsərləri əsasında çəkilmiş filmlərdən kadrlar da daxil edilmişdir. Ssenari müəllifi: Vaqif Hümmətoğlu Rejissor: Əli Musayev Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov Filmin direktoru: Əli Məmmədov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Nəsrimizin ağsaqqalı (film, 1970)
Film Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimova həsr olunmuşdur. Kinolentdə yazıçıya ilham vermiş doğma yurdu, dağlar, qayalar, coşub daşan çaylar, vadilər, dərələr, yollar, körpülər, kəndlər əks olunmuşdur. Fotoşəkillər bizi onun mənalı həyat yolu ilə tanış edir. Yazıçı iş otağında yaradıcılıq planlarından danışır. Görkəmli rus tənqidçisi Z.Kedrina Süleyman Rəhimovun Sovet ədəbiyyatında, habelə ictimai həyatımızda tutduğu mövqedən söhbət açır. Filmdə yazıçının Sovet və xarici ölkə xalqlarının dillərində nəşr olunmuş əsərləri nümayiş etdirilir. Bundan əlavə filmə "Mehman" və "Su ərizəsi" əsərləri əsasında çəkilmiş filmlərdən kadrlar da daxil edilmişdir. Ssenari müəllifi: Vaqif Hümmətoğlu Rejissor: Əli Musayev Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov Filmin direktoru: Əli Məmmədov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyi

ağsaqqal sözünün leksik mənası və izahı

  • 1 sif. və is. 1. Saqqalı ağarmış, qoca. [Bayraməli:] Belə tərbiyət sahibləridirlər ki, ağsaqqal ataları gəlir otağa, … heç biri yerindən tərpənmək istəmir. N.Vəzirov. Baqqal dükanı qarşısında toplanıb söhbət edən ağsaqqallar, məhəllə cavanları bir para sözlər danışırdılar. H.Nəzərli. // Ümumiyyətlə, qoca, yaşlı. “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil, “Molla Nəsrəddin” mənim bir neçə əziz yoldaşlarımın məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam. C.Məmmədquluzadə. İndi bu qürbət şəhərdə ağsaqqal vaxtımda bir tikə çörəyin dalınca düşüb gəzirəm. Çəmənzəminli. 2. məc. Bir ailənin, elin, cəmiyyətin ən yaxşı və hörmətli adamı, başçısı. İkinci məclis vaqe olur Danabaş kəndinin ağsaqqal və mötəbəri Hacı Namazalının həyətində. C.Məmmədquluzadə. Camaat bir neçə nəfər ağsaqqal intixab edib, məsləhət üçün haman bəyin yanına göndərdilər. Ə.Haqverdiyev. Qabaqda kəndin ağsaqqalları, qadın və qızları, dallarınca gənclər, uşaqlar qarşımıza çıxdılar. S.Rüstəm. ◊ Ağsaqqallar şurası (məclisi) – müxtəlif təşkilatlarda bəzi orqanların adı (məs.: nümayəndə rəhbərlərinin, fraksiya başçılarının şurası və s.).

    Azərbaycan dilinin izahlı lüğəti / ağsaqqal

ağsaqqal sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 3 1. AĞSAQQAL (müxtəlif mənalarda) [Dekan:] Demək, sizin köhnə ağsaqqalınız başqa instituta keçdi (Ə.Kərim); BAŞBİLƏN Tahirzadə: Bu camaatın bir başbiləni, bu ölkənin bir sahibi yoxdurmu, ilahi? (Mir Cəlal); BAŞÇI Qazmaçı işləyən, daşçı işləyən; Bütün bu işlərə başçı işləyən; Bir gündə yüz günah yapdı əliniz... (M.Araz); RƏHBƏR Kipiani hiss edirdi ki, rəhbəri olduğu məktəbin sükanı elinin altında ağırlaşır, onu idarə etmək getdikcə çətinləşir (İ.Şıxlı); SÖZÜKEÇƏN (dan.). 2. ağsaqqal bax çalsaqqal(lı) 3. ağsaqqal bax qoca

    Azərbaycan dilinin sinonimlər lüğəti / ağsaqqal

ağsaqqal sözünün rus dilinə tərcüməsi

  • 1 1. белобородый; 2. лицо, имеющее вес, авторитет; 3. почтенный человек, старейшина, вождь племени;

    Azərbaycanca-rusca lüğət / ağsaqqal
  • 2 I прил. 1. белобородый 2. перен. почтенный, уважаемый. Ağsaqqal kişilər почтенные старцы II сущ. 1. старейшина, почтенный человек. Muğanın ağsaqqalı старейшина Мугани, ağsaqqallar şurası совет старейшин 2. патриарх. глава семьи. O, bizim elin ağsaqqalıdır он патриарх нашего края; Azərbaycan neftçiləri qvardiyasının ağsaqqalı патриарх азербайджанской нефтяной гвардии 3. глава (семьи). Ailənin ağsaqqalı глава семьи

    Azərbaycanca-rusca lüğət / ağsaqqal

ağsaqqal sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. grey-beard; 2. (yaşlı və hörmətli şəxs) elder, one who has authority; 3. a respected person, the leader of the tribe, a respected man in the family, adviser; ağsaqqal olmaq to be* the leader (of) / an adviser; 4. a polite address used in respect to an old man*

    Azərbaycanca-ingiliscə lüğət / ağsaqqal

ağsaqqal sözünün fransız dilinə tərcüməsi

ağsaqqal sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. сущ. 1. чӀарар лацу (рехи) хьанвай, кьуьзуь; яшлу; 2. пер. са хзандин (элдин, обществодин) виридалайни гьуьрмет авай кас, чӀехиди, кьиле авайди, гьунбуба; ** Ağsaqqallar şurası (məclisi) ЧIехибурун шура (межлис).

    Azərbaycanca-ləzgicə lüğəti / ağsaqqal

ağsaqqal sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Salyan) saman yığmaq üçün alət

Azərbaycan dilinin dialektoloji lüğəti.

"ağsaqqal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağsaqqal nədir? #ağsaqqal sözünün mənası #ağsaqqal nə deməkdir? #ağsaqqal sözünün izahı #ağsaqqal sözünün yazılışı #ağsaqqal necə yazılır? #ağsaqqal sözünün düzgün yazılışı #ağsaqqal leksik mənası #ağsaqqal sözünün sinonimi #ağsaqqal sözünün yaxın mənalı sözlər #ağsaqqal sözünün əks mənası #ağsaqqal sözünün etimologiyası #ağsaqqal sözünün orfoqrafiyası #ağsaqqal rusca #ağsaqqal inglisça #ağsaqqal fransızca #ağsaqqal sözünün istifadəsi #sözlük