Afərin sözü azərbaycan dilində

Afərin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Afərin • 50.5976%
  • afərin • 48.2072%
  • AFƏRİN • 1.1952%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Afərin Qulamzadə
Xoda Afərin su anbarı
Xudafərin SES — İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərindəki torpaqla doldurulmuş bənd. İranın Şərqi Azərbaycan ostanına daxil olan Xumarlı kəndindən 8 kilometr (5,0 mil) qərbdə və Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal-qərbdə yerləşir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər Ermənistan Respublikasının nəzarəti altında olmuşdur.[mənbə göstərin] SES Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilir. Stansiyanın gücü 102 və ya 200 meqavata bərabərdir. Su anbarı vastəsi ilə 75.000 hektar ərazinin suvarılması nəzərdə tutulmuşdur. == Tarixi == Bəndin məqsədi hidroelektrik enerji istehsalı və suvarmadır. Sovet İttifaqı ilə iran arasında 1977-ci ilin oktyabrında baş tutan razılaşması ilə layihəsi hazırlanmışdır. Layihələndirmə 1982-ci ildə sona çatmış, 1990-cı illərin əvvəllərində yenidən işlənmiş və 1999-cu ildə inşaat işlərinə başlamışdır. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, İran Ermənistanla layihəni başa çatdırmaq üçün gizli bir razılaşma imzalanmışdır. Bəndin tamamlanması 2008-ci ildə baş tutmuşdur.

afərin sözünün leksik mənası və izahı

  • 1 nida [fars.] Tərif, təhsin ifadə edir; əhsən, mərhəba. Afərin sənə, oğlum! Afərin sizə, yaxşı işlədiniz! – Afərin hüsnünə ey fitneyi-dövran, bəri gəl. Nəsimi. [Abbas:] Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq… S.S.Axundov. Öz yaşından böyük iş görənlərin; Bir afərin söylə hünərlərinə. Ə.Cavad. İkinci pərdə düşdükdən sonra camaatdan, yoldaşlarım və teatrda iştirak edənlər başıma yığılıb: – Afərin! Afərin! – deyə məni təbrik etdilər. H.Sarabski. // Bəzən kinayə və istehza yolu ilə deyilir. Afərin sənin hünərinə. Afərin sənə, bizi yaxşı aldatdın! – Afərinlər, doğru yollu verdiyin peymanlara; Əhdini ifa üçün sadir olan fərmanlara… M.Ə.Sabir.

    Azərbaycan dilinin izahlı lüğəti / afərin
  • 3 AFƏRİN1 f. Yaradan (Allah haqqında). AFƏRİN2 f. əhsən! mərhəba! ay sağ ol! maşallah! AFƏRİN3 f. Şiraz və Bağdad quzu dərisinin bir növü.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / afərin

afərin sözünün etimologiyası

afərin sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 tərif — əhsən — mərhəba

    Azərbaycan dilinin sinonimlər lüğəti / afərin
  • 2 AFƏRİN, ƏHSƏN (tərif ifadə edir) Eşq olsun, ay xanım, afərin, əhsən (M.Rahim); BƏRƏKALLA(H) [Püstəbanu bəyim:] Ha qoçaq, ha qoçaq, barakallah, afərin! (N.Vəzirov); MAŞALLA(H) Nəsrulla: Bərəkalla, xanım qız, maşalla xanım qız (M.S.Ordubadi); MƏRHƏBA Hər tərəfdən -Mərhəba turanlılar! Əhsən turanlılar! Afərin turanlılar! – səsi meydanı ağzına aldı (M.S.Ordubadi); YAŞA Koxa: Mətləb üstə gəldin, afərin, yaşa (S.Rüstəm).

    Azərbaycan dilinin sinonimlər lüğəti / afərin

afərin sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 AFƏRİN – LƏNƏT Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq... (S.S.Axundov); Atana lənət, ay Salman, bir tülkü sənə tay ola bilməz, gör sözü nə yerinə salır (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / afərin

afərin sözünün rus dilinə tərcüməsi

  • 1 браво! молодец!

    Azərbaycanca-rusca lüğət / afərin
  • 2 межд. хвала, честь и слава; прекрасно! браво! молодец! молодчина! 1. выражают одобрение, восхищение, похвалу. Afərin! Yaxşı cavab verdin! Молодец! Ты хорошо ответил 2. отриц. (в значении позор! какой позор! стыд!). Afərin! Adam da yoldaşını aldadar? Молодец! Как можно обмануть товарища?

    Azərbaycanca-rusca lüğət / afərin

afərin sözünün inglis dilinə tərcüməsi

afərin sözünün fransız dilinə tərcüməsi

afərin sözünün ləzgi dilinə tərcüməsi

afərin sözünün türk dilinə tərcüməsi

"afərin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#afərin nədir? #afərin sözünün mənası #afərin nə deməkdir? #afərin sözünün izahı #afərin sözünün yazılışı #afərin necə yazılır? #afərin sözünün düzgün yazılışı #afərin leksik mənası #afərin sözünün sinonimi #afərin sözünün yaxın mənalı sözlər #afərin sözünün əks mənası #afərin sözünün etimologiyası #afərin sözünün orfoqrafiyası #afərin rusca #afərin inglisça #afərin fransızca #afərin sözünün istifadəsi #sözlük