* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 nida [fars.] Tərif, təhsin ifadə edir; əhsən, mərhəba. Afərin sənə, oğlum! Afərin sizə, yaxşı işlədiniz! – Afərin hüsnünə ey fitneyi-dövran, bəri gəl. Nəsimi. [Abbas:] Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq… S.S.Axundov. Öz yaşından böyük iş görənlərin; Bir afərin söylə hünərlərinə. Ə.Cavad. İkinci pərdə düşdükdən sonra camaatdan, yoldaşlarım və teatrda iştirak edənlər başıma yığılıb: – Afərin! Afərin! – deyə məni təbrik etdilər. H.Sarabski. // Bəzən kinayə və istehza yolu ilə deyilir. Afərin sənin hünərinə. Afərin sənə, bizi yaxşı aldatdın! – Afərinlər, doğru yollu verdiyin peymanlara; Əhdini ifa üçün sadir olan fərmanlara… M.Ə.Sabir.
Azərbaycan dilinin izahlı lüğəti / afərin3 AFƏRİN1 f. Yaradan (Allah haqqında). AFƏRİN2 f. əhsən! mərhəba! ay sağ ol! maşallah! AFƏRİN3 f. Şiraz və Bağdad quzu dərisinin bir növü.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / afərin2 AFƏRİN, ƏHSƏN (tərif ifadə edir) Eşq olsun, ay xanım, afərin, əhsən (M.Rahim); BƏRƏKALLA(H) [Püstəbanu bəyim:] Ha qoçaq, ha qoçaq, barakallah, afərin! (N.Vəzirov); MAŞALLA(H) Nəsrulla: Bərəkalla, xanım qız, maşalla xanım qız (M.S.Ordubadi); MƏRHƏBA Hər tərəfdən -Mərhəba turanlılar! Əhsən turanlılar! Afərin turanlılar! – səsi meydanı ağzına aldı (M.S.Ordubadi); YAŞA Koxa: Mətləb üstə gəldin, afərin, yaşa (S.Rüstəm).
Azərbaycan dilinin sinonimlər lüğəti / afərin1 AFƏRİN – LƏNƏT Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq... (S.S.Axundov); Atana lənət, ay Salman, bir tülkü sənə tay ola bilməz, gör sözü nə yerinə salır (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / afərin2 межд. хвала, честь и слава; прекрасно! браво! молодец! молодчина! 1. выражают одобрение, восхищение, похвалу. Afərin! Yaxşı cavab verdin! Молодец! Ты хорошо ответил 2. отриц. (в значении позор! какой позор! стыд!). Afərin! Adam da yoldaşını aldadar? Молодец! Как можно обмануть товарища?
Azərbaycanca-rusca lüğət / afərin1 [fars.] межд. баркалла, аферин (гагь-гагь айгьамдалди лугьуда).
Azərbaycanca-ləzgicə lüğəti / afərin