Mirzə Adıgözəl bəy ailəsinin türbələri
Mirzə Adıgözəl bəy ailəsinin türbələri — Goranboy rayonunun Rəhimli kəndində yerləşən tarix-memarlıq abidələridir. Rəhimli kənd qəbiristanlığında ümumilikdə altı türbə dövrümüzə çatmışdır. Onlardan dörd böyük türbə bişmiş kərpicdən, iki kiçik türbə isə çaydaşından inşa edilmişdir. Türbələrin fasadında, qərb divarına hörülmüş gips lövhə üzərindəki kitabələrdən məlum olur ki, onlardan birində Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy, digərlərində isə onun ailə üzvləri dəfn edilmişlər.
Kvadrat formalı bişmiş kərpicdən inşa edilmiş türbələr eyni xətt üzrə, bir-birindən təxminən 10 metr aralıda inşa edilmişdir. Mirzə Adıgözəl bəyin türbəsi xaricdən demək olar ki, düzgün formaya malik olan kvadrat, daxildən isə qolları dərin olmayan xaç formasına malikdir. Mirzə Adıgözəl bəy türbəsinin yanında yerləşən ikinci türbə xaricdən küncləri kəsilmiş kvadrat formasına maikdir. Türbənin nazik divarları dərin olmayan nişlər şəklində həll edilmişdir.
== Tarixi ==
Rəhimli kənd qəbirsanlığında ümumilikdə altı türbə dövrümüzə çatmışdır. Onlardan dörd böyük türbə bişmiş kərpicdən, iki kiçik türbə isə çaydaşından inşa edilmişdir.