ailəsini sözü azərbaycan dilində

ailəsini

Yazılış

  • ailəsini • 95.9527%
  • Ailəsini • 4.0473%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bhutto ailəsinin məqbərəsi
Zülfiqar Əli Bhutto məqbərəsi — Pakistanın Sind əyalətində, Larkana rayonundakı Qarki Xuda Baxşda yerləşən, Bhutto ailəsinin vəfat etmiş üzvlərinə həsr olunmuş abidə. Ailənin vəfat etmiş bütün üzvlərinin hamısı burada dəfn edilib. == Tarixi == Məqbərənin tarixi 1979-cu ildə Zülfiqar Əli Bhuttonun burada dəfn edildiyi vaxtdan başladı. Bu, əvvəllər Bhutto ailəsinin əcdadlarının qəbiristanlığı idi. Bənəzir Bhutto, məqbərənin inşasına başlamışdır. İlkin tikinti 1993-1997-ci illərdə memar Zaiqham Cefri ilə başlandı. O, ilham axtarmaq üçün Xomeyni və Atatürkün mazarlarını ziyarət etmiş və Lahordakı Şalimar bağlarından elementlər daxil etməyə çalışmışdı.
Mirzə Adıgözəl bəy ailəsinin türbələri
Mirzə Adıgözəl bəy ailəsinin türbələri — Goranboy rayonunun Rəhimli kəndində yerləşən tarix-memarlıq abidələridir. Rəhimli kənd qəbiristanlığında ümumilikdə altı türbə dövrümüzə çatmışdır. Onlardan dörd böyük türbə bişmiş kərpicdən, iki kiçik türbə isə çaydaşından inşa edilmişdir. Türbələrin fasadında, qərb divarına hörülmüş gips lövhə üzərindəki kitabələrdən məlum olur ki, onlardan birində Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy, digərlərində isə onun ailə üzvləri dəfn edilmişlər. Kvadrat formalı bişmiş kərpicdən inşa edilmiş türbələr eyni xətt üzrə, bir-birindən təxminən 10 metr aralıda inşa edilmişdir. Mirzə Adıgözəl bəyin türbəsi xaricdən demək olar ki, düzgün formaya malik olan kvadrat, daxildən isə qolları dərin olmayan xaç formasına malikdir. Mirzə Adıgözəl bəy türbəsinin yanında yerləşən ikinci türbə xaricdən küncləri kəsilmiş kvadrat formasına maikdir. Türbənin nazik divarları dərin olmayan nişlər şəklində həll edilmişdir. Rəhimli kənd qəbirsanlığında ümumilikdə altı türbə dövrümüzə çatmışdır. Onlardan dörd böyük türbə bişmiş kərpicdən, iki kiçik türbə isə çaydaşından inşa edilmişdir.
Məhəmməd Peyğəmbərin və ailəsinin tarixi
Məhəmmədoğulları tarixində təşrih və mühakimə — Zəngəzurlu Qazi Bəhlul Behcətin kitabı, Məhəmməd peyğəmbərin (s) ailəsi haqqında kitab. Bəhlul Behcətin dini mövzuda yazdığı "Məhəmmədoğulları tarixində təşrih və mühakimə" adlı əsəri xüsusi əhəmiyyət kəsb edir. 1. Milli Kitabxana. [1] 1. Azərbaycan Milli Kitabxanası. [2] 1. Genderi.orq Müstəqil Məlumat Mənbəyi.[3] 2. İxlas.az Dini Portal. [4] 1.
Məhəmməd Peyğəmbərin və ailəsinin tarixi (Behcət)
Məhəmmədoğulları tarixində təşrih və mühakimə — Zəngəzurlu Qazi Bəhlul Behcətin kitabı, Məhəmməd peyğəmbərin (s) ailəsi haqqında kitab. Bəhlul Behcətin dini mövzuda yazdığı "Məhəmmədoğulları tarixində təşrih və mühakimə" adlı əsəri xüsusi əhəmiyyət kəsb edir. 1. Milli Kitabxana. [1] 1. Azərbaycan Milli Kitabxanası. [2] 1. Genderi.orq Müstəqil Məlumat Mənbəyi.[3] 2. İxlas.az Dini Portal. [4] 1.
Robevi ailəsinin evi
Robevi ailəsinin evi və ya sadəcə Robevi evi ― Şimali Makedoniyanın Oxrid şəhərində məşhur və tarixi bina. İndiki tikili 1863–1864-cü illərdə Debar yaxınlığındakı Qari kəndindən olan Todor Petkov tərəfindən tikilmişdir. Ev bu gün qorunan mədəniyyət abidəsidir və Mədəniyyət Abidələrini Qoruma İnstitutuna və Milli Muzeyə aiddir. Ənənəvi Osmanlı ev memarlığında tikilmiş iİlk Robevi evinin binası mərmər daş üzərindəki yazıda da qeyd olunduğu kimi 15 aprel 1827-ci ildə bitmişdir. Binanı tikən Oxridli məşhur tacir ailəsi evdə 35 il yaşamış, 1861–1862-ci illər arasında isə Ohriddən olan məşhur bir cinayətkar Ustref Beq binanı yandırmışdır. İki il sonra, 1863–1864-cü illər arasında ev yenidən tikildi. Tikili iki hissəyə bölündü: Konstantin Robev evin sol hissəsində, qardaşı Atanas Robev isə sağ hissəsində yaşayırdı. Evin əsas inşaatçısı evi sıfırdan inşa edən Todor Petkov idi. Ailə 1900-cü ilə, Bitolaya köçüb evdən yazlıq olaraq istifadə edənə qədər yeni tikilən evdə yaşayırdı. Ev 1913-cü ildən 1919-cu ilədək Balkan müharibələri və Birinci Dünya müharibəsi dövründə serb əsgərləri üçün sığınacaq idi.
Romanovlar ailəsinin qətli
Romanovlar ailəsinin qətli (rus. Расстрел царской семьи) — Rusiya imperiyasını 305 il müddətinə idarə etmiş hakim Romanovlar sülaləsinə mənsub Çar II Nikolay və onun ailə üzvlərinin 1918-ci ilin 16 iyul tarixindən 17 iyul tarixinə keçən gecə Rusiya Sovet Federativ Sosialist Respublikasının Yekaterinburq şəhərində yerləşən İpatevlər evi adlı fərdi yaşayış binasının zirzəmisində güllələnərək öldürülməsi hadisəsi. Qətliam nəticəsində Rusiya imperatoru II Nikolay, həyat yoldaşı Aleksandra Fyodorovna və övladları Olqa Romanova, Anastasiya Nikolayevna, Mariya Romanova, Tatyana Romanova və hakimiyyətin varisi Aleksey Romanov öldürülmüşdür. 1918-ci ilin 16 iyulundan 17-nə keçən gecə baş verən hadisə Rusiya Sovet Federativ Sosialist Respublikasının Yekaterinburq şəhərində yerləşən İpatevlər evi adlı fərdi yaşayış binasının zirzəmisində Ural Vilayət Sovetinin göstərişi ilə Yakov Yurovskinin rəhbərlik etdiyi Edam manqası tərəfindən icra olunmuşdur. Həmin gecə imperator ailəsini müşayiət edən və onların xidmətçiləri olan Yevgeni Botkin (saray həkimi); Anna Demidova (xadimə); Aleksey Trupp (hərbçi); və İvan Xaritonovda (baş aşpaz) qətlə yetirilmişdir. Hadisədən sonra ailənin və xidmətçilərin cəsədləri Koptyaki meşəsinə aparılaraq basdırılıb və şəxsiyyətlərinin müəyyənləşdirilməsinin qarşısını almaq üçün qumbaraatanlarla parçalanıb. 1917-ci ildə baş verən Fevral inqilabının arxasınca Romanovlar və onların xidmətçiləri Oktyabr İnqilabından sonra Sibirin Tobolsk şəhərinə köçürülməzdən əvvəl İskəndər sarayında ev həbsində saxlanılırdılar. Ailə 1918-ci ilin iyul ayında Ural dağlarının yaxınlığındakı Yekaterinburq şəhərində bir az aralıda yerləşən bir evə köçürülmüşdür. Bolşeviklər uzun müddət ailənin başına gətirilənləri gizli saxlamışdır. Əvvəlcə Çar II Nikolayın ölümü elan edilir; sonrakı səkkiz il ərzində sovet rəhbərliyi ailənin taleyi ilə bağlı sistematik dezinformasiya yaymağa davam edir, 1919-cu ildə solçu inqilabçılar tərəfindən öldürüldükləri elan edilsə də, 1922-ci ilin aprelində ailənin ölümü açıq şəkildə inkar edilir.

"ailəsini" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ailəsini nədir? #ailəsini sözünün mənası #ailəsini nə deməkdir? #ailəsini sözünün izahı #ailəsini sözünün yazılışı #ailəsini necə yazılır? #ailəsini sözünün düzgün yazılışı #ailəsini leksik mənası #ailəsini sözünün sinonimi #ailəsini sözünün yaxın mənalı sözlər #ailəsini sözünün əks mənası #ailəsini sözünün etimologiyası #ailəsini sözünün orfoqrafiyası #ailəsini rusca #ailəsini inglisça #ailəsini fransızca #ailəsini sözünün istifadəsi #sözlük