ailəsi sözü azərbaycan dilində

ailəsi

Yazılış

  • ailəsi • 96.2570%
  • Ailəsi • 3.6145%
  • AİLƏSİ • 0.1124%
  • Aİləsi • 0.0161%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hatoyama ailəsi
Hatoyama ailəsi — Yaponiyanın siyasi ailələrindən biridir. Yaponiyada "Yapon Kennedi ailəsi" olaraq da adlandırılır. Ailənin iki üzvü İchiro Hatoyama 1954–1956 və Yukio Hatoyama 2009–2010 Yaponiyanın Baş Nazirləri olmuşdular.
Kavalalı ailəsi
Kavalalı ailəsi və ya Məhəmməd Əli sülaləsi (türk. Kavalalılar Hanedanı; ing. Muhammad Ali dynasty) — İlk illər Osmanlı imperiyasının tərkibində, daha sonra isə müstəqil şəkildə 1805–1953-cü illərdə Misir və Sudanda hakimiyyəti əlində saxlayan ailə. 1805–1867-ci illərdə vali, 1867–1914-cü illərdə xədiv, 1914–1922-ci illərdə sultan, 1922–1953-cü illərdə isə kral ünvanıyla bölgəni idarə edən bu türk mənşəli ailənin banisi 1805-ci ildə buraya vali təyin edilən Mehmed Əli Paşadır. == Sülalənin mənşəyi == Sülalənin banisi hesab edilən Mehmed Əli Paşa 4 mart 1769-cu ildə Rumeli əyalətinə bağlı Kavalada dünyaya gəldi. Ailənin mənşəyi haqqında fərqli məlumatlar var. Bəzi tarixçilər onun əslən alban olduğunu qeyd etsə də, oğlu İbrahim Paşa tərəfindən yazılan bir sənəddə Mehmed Əlinin atası İbrahim ağa və babası Osman ağanın qan davası səbəbilə Konyadan Kavalaya köç etməsi açıq şəkildə ifadə edilmişdir. Ailənin daha sonrakı hakimiyyət illərində türk dilini mənimsəməsi və Osmanlı-türk irsini davam etdirməsi də onların mənşəyi ilə bağlı yetərli məlumatı verir. == Ailənin nəsil ağacı == == Mənbə == Baten, Jörg (2016). A History of the Global Economy.
Kennedi ailəsi
Kennedi ailəsi — bir çox nümayəndəsi məşhur siyasətçi olan və ABŞ-nin rəhbər orqanlarında yüksək vəzifələr tutan İrlandiyalı mənşəli məşhur Amerikan sülaləsi. Kennedilər Katolik, Demokratikdir və Massaçusets ştatındandılar. Ailənin patriarxı Patrik Cozef Kennedi və ən məşhur nümayəndələri nəvələri, 35-ci ABŞ prezidenti Con Fitzcerald Kennedi, 64-cü ABŞ Baş prokuroru Robert Frensis Kennedi və senator Edvard Mur Kennedidir. Kennedi ailəsi nəsillər boyu Con və Robert sui-qəsdləri və dörd təyyarə qəzası da daxil olmaqla faciəvi qəzalar yaşadı. Jurnalistlər bu hadisələr zəncirini "Kennedi lənəti" adlandırdılar . Ailənin qalan üzvləri çox yaşayan (orta yaş — 90 yaş) olublar. == Ailə ağacı == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Kennedi ailəsi ilə əlaqəli mediafayllar var.
Keçəçi ailəsi
Keçəçi ailəsi — Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətinin idarə olunmasında mühüm rol oynamış və müxtəlif dövrlərdə mühüm vəzifələr tutmuş üzvləri olan zadəgan ailəsi. == Tarixi == Keçəçi ailəsi Təbriz şəhərində məskunlaşan zadəgan ailəsidir. Ailənni adı həmçinin, bəzi mənbələrdə Kuçəçi və ya Kukaçi deyə də qeyd olunur. Ailənin adı tarixi mənbələrdə XV əsrdən XVIII əsrə qədər qeyd olunur. Ailənin ilk məşhur nümayəndəsi Məhəmməd Zəkəriyyə Keçəçidir. O, Ağqoyunlu dövlətində vəzir vəzifəsində çalışmış, lakin sonradan Səfəvi iperiyasının şahı I İsmayılın (1501-1524) tərəfinə keçmişdir. Şah I ismayıl da onu özünə vəzir təyin etmişdir. Zəkəriyyə Keçəçi 1512-1513-cü ildə vəfat etmişdir. Zəkəriyyənin oğlu Cəlaləddin Məhəmməd Təbrizi 1523-cü ildə Şah İsmayıl tərəfindən vəzir təyin edilmiş və I Şah Təhmasibin ilk vəziri olmuşdur. Lakin o, bu vəzifədə çalışarkən Rumlu tayfasına mənsub olan Div Sultan Rumlu tərəfindən qətlə yetirilmişdir.
Kürilər ailəsi
Parisdəki Sorbonna universitetinin teləbəsi Mariya Sklodovskaya ilk dəfə Pyer Küriyə rast gələndə Pyer artıq tanınmış fizik idi. Elmə olan həvəs onları yaxınlaşdırdı. Sonralar onlar bir-birlərini sevdilər, evləndilər, işdə bir-birlərinin ən yaxın məsləhətçisi oldular. Pyer və Mariya varlı deyildilər. Onlar çox sadə yaşayırdılar. Laboratoroya almağa pulları yox idi. Onlar taxtadan tikilmiş köhnə bir daxmada elmi tədqiqatla məşğul olurdular. Daxmaya şüşəli damdan işıq düşürdü. Yayda bura şitillikdəki kimi çox isti olurdu, qışda isə paslı bacası olan çuqun soba otağı güclə qızdırırdı. Lakin bu daxmada Pyer ilə Mariya çox böyük kəşflər etmişdilər.
Malkoçoğlu ailəsi
Malkoçoğulları — adı Malkoç bəy olan və I Murad dövründən etibarən xüsusilə Balkan ölkələrinə edilən axınlarda iştirak etmiş, Türk mənşəli axıncı bəynin soyundan gələn ailə üzvlərinə verilən addır. Malkoçoğulları XIV, XV və XVI əsrlərdə fəal olmuş və apardıqları uğurlu axınlarla tanınmışdılar. Malkoçoğlu axıncıları Silistrə yaxın ərazidə yaşayırdılar. Məlum olan Malkoçoğlu bəyləri qohumluq bağlılıqlarına görə bu şəkildədir: == Ailənin soyağacı == == Malkoç bəy == Sultan I Murad və İldırım Bəyazid zamanının komandanlarındandır. 1389-cu ildə I Kosovo müharibəsində sağ cinah oxatan komandiri kimi vuruşmuş, bu müharibədə oğlu Mustafa bəy də sol cinah oxatan komandiri kimi döyüşdə iştirak etmişdir. Tarix səhifələrində bu müharibədə adı Həmidoğlu Malkoç olaraq geçmişdir. 1396-cı ildə Niğbolu müharibəsində Osmanlı ordusunun sol qanadında komandir olaraq iştirak etmişdir. Malkoç bəyin türbəsi hazırda Bolqarıstan sərhədləri içərisində yerləşən Buryadadır (keçmiş adı Malkoçova). Malkoç bəyin Malkoçoğlu Mustafa bəy və Malkoçoğlu Mehmet bəy adlarında bilinən iki oğlu var. == Malkoçoğlu Mustafa bəy == Malkoç bəyin oğludur.
Malqoçoğlu ailəsi
Malkoçoğulları — adı Malkoç bəy olan və I Murad dövründən etibarən xüsusilə Balkan ölkələrinə edilən axınlarda iştirak etmiş, Türk mənşəli axıncı bəynin soyundan gələn ailə üzvlərinə verilən addır. Malkoçoğulları XIV, XV və XVI əsrlərdə fəal olmuş və apardıqları uğurlu axınlarla tanınmışdılar. Malkoçoğlu axıncıları Silistrə yaxın ərazidə yaşayırdılar. Məlum olan Malkoçoğlu bəyləri qohumluq bağlılıqlarına görə bu şəkildədir: == Ailənin soyağacı == == Malkoç bəy == Sultan I Murad və İldırım Bəyazid zamanının komandanlarındandır. 1389-cu ildə I Kosovo müharibəsində sağ cinah oxatan komandiri kimi vuruşmuş, bu müharibədə oğlu Mustafa bəy də sol cinah oxatan komandiri kimi döyüşdə iştirak etmişdir. Tarix səhifələrində bu müharibədə adı Həmidoğlu Malkoç olaraq geçmişdir. 1396-cı ildə Niğbolu müharibəsində Osmanlı ordusunun sol qanadında komandir olaraq iştirak etmişdir. Malkoç bəyin türbəsi hazırda Bolqarıstan sərhədləri içərisində yerləşən Buryadadır (keçmiş adı Malkoçova). Malkoç bəyin Malkoçoğlu Mustafa bəy və Malkoçoğlu Mehmet bəy adlarında bilinən iki oğlu var. == Malkoçoğlu Mustafa bəy == Malkoç bəyin oğludur.
Mazepa ailəsi
Mazepa (pol. Mazepa, ukr. Мазе́па) — Reç Pospolita və Ukraynada zadagən nəsli. Şlyaxta zümrəsinə aid olan Mazepaların tarixi 1544-cü ilə aid edilir. == Mənbə == Малороссийский гербовник, с. 104 Gajl T. Polish Armorial Middle Ages to 20th Century. — Gdańsk: L&L, 2007. — ISBN 978-83-60597-10-1.
Mediçi ailəsi
Mediçilər (it. Medici) — italyan bank ailəsi, siyasi sülalə və sonradan XV əsrin birinci yarısından Florensiya Respublikasına rəhbərlik edən Kosimo Mediçinin sayəsində kral evinə çevrilmiş ailə. Ailə Toskananın Mucello adlanan bölgəsindən mənşəyini götürmüşdür. Sonradan bank işində təkmilləşərək Mediçi bankını yaradan ailə XV əsr ərzində Avropanın ən böyük bankına çevrilmişdir. Florensiyada olan siyasi güclərinin getdikcə artdığını görən ailə üzvləri özlərini monarx yox, rəsmi olaraq vətəndaş kimi qalmalarını üstün tutmuşdular. Mediçi ailəsindən dörd Roma papası - X Leo (1513-1521), VII Kliment (1523-1534), IV Piy (1559-1565) və XI Leo (1605); Fransanın iki regent kraliçası - Yekaterina Mediçi (1547 -1559) və Mariya Mediçi (1600-1610) çıxmışdır. 1531-ci ildən başlayaraq ailə üzvləri irsilik prinsipinə əsasında Florensiya hersoqlarına çevrilmişdilər. 1569-cu ildə ərazi ekspansiyasından sonra hersoqluq Böyük hersoqluğa çevrilmişdir. Onlar Toskana hersoqluğunu ailənin sonuncu nümayəndəsi Can Qastone Mediçi 1737-ci ildə öldüyü tarixə qədər idarə etmişdilər. Böyük hersoqluq ilkin böyük hersoqlar dövründə iqtisadi gücün artmasının şahidi olsa da, III Kosimo Mediçinin dövründən başlayaraq Toskana hersoqluğu maliyyə cəhətdən bankrot olmuşdur.
Nikkinin ailəsi
Nikkinin ailəsi (çex. Nickyho rodina) — 2011-ci ildə rejissor Matey Minas tərəfindən sənədli dram janrında çəkilmiş Çexiya sənədli filmidir. Filmdə İkinci dünya müharibəsi ərəfəsində 669 nəfər yəhudi əsilli uşağı Hitler qoşunları tərəfindən işğal olunmuş Praqadan Böyük Britaniyaya göndərərək xilas etmiş britaniyalı Nikolas Uinton haqqında danışılır.
Orsini ailəsi
Orsini — Orta əsrlər, İntibah dövründə Roma, İtaliya və Avropada ən nüfuzlu italyan feodal, zadəgan ailələrindən biri. Orsinilər ailəsinə üç Roma Papası — III Selestino (Celestino) (1191 – 1198), III Nikkolo (Nokolas) (1277 – 1280), XIII Benedikt (Benedetto) (1724 – 1730) daxil olub. Bundan əlavə, ailədə 34 kardinal, çoxlu sayda kondotyer və başqa nüfuzlu, məsul siyasi və dini xadimlər daxil olub. == Orsini ailəsinin nümayəndələri == === Roma Papaları === III Selestino (Caçinto Bobone Orsini), (1191 – 1198); III Nikolas (Covanni Qaetano Orsini, 1244-dən kardinal), (1277 – 1280); XIII Benedikt (Pyetro Françesko Orsini de Qravina), (1724 – 1730). === Kardinallar === Pietro Orsini (1181); Matteo Rubeo Orsini (1262); == Orsinilər ədəbiyyatda == Orsini ailəsi haqda Covanni Bokkaççonun "Dekameron" (5-ci gün, 3-cü novella) əsərində qısa məlumat verilmişdir. Bundan əlavə, mətndə orta əsrlərdə Orsini ailəsinin sahib olduğu Kampo dei Fyori (Campo de' Fiori) qəsri də xatırlanır. == Məşhur binalar, saraylar, qəsrlər == Castello Orsini-Colonna di Avezzano(it); Castello Orsini-Odescalchi di Bracciano(it); Castello ducale Orsini di Fiano Romano(it); Castello degli Orsini di Morlupo Castello Orsini di Nerola(it); Castello Orsini-Cesi-Borghese di San Polo dei Cavalieri(it); Castello Orsini di Soriano nel Cimino (it); Palazzo Ducale di Tagliacozzo(it); Palazzo Orsini di Bomarzo (it); Palazzo Orsini di Ghedi(it); Palazzo Orsini di Gravina(it); Palazzo Orsini di Licenza(it); Palazzo Orsini di Milano(it); Palazzo Orsini di Monterotondo(it); Palazzo Orsini di Mugnano in Teverina (it); Palazzo Orsini di Napoli(it); Palazzo Orsini di Pitigliano(it); Palazzo Orsini di Sorano (it).
Anemas ailəsi
Anemalar (yun. Ἀνεμᾶς) — IX–XV əsrlərdə mövcud olmuş Bizans aristokrat ailəsi. Adın mənşəyi və etimologiyası qeyri-müəyyəndir. Adın "anemos", yəni "külək" sözü ilə əlaqəli olması güman edilir, lakin filoloq Fedon Kukules "kələfçə" mənasını verən "anem"dən törəməsi ehtimalını da təqdim etmişdir. Fransua Şalandon kimi digər alimlər ailənin xristianlığı qəbul edərək Bizans ordusuna qoşulan sonuncu Krit əmirinin oğlu Anemasın nəslindən gəldiyini irəli sürmüşdür. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Kacan, Aleksandr, redaktorThe Oxford Dictionary of Byzantium. Oxford and New York: Oxford University Press. 1991. ISBN 0-19-504652-8. == Əlavə ədəbiyyat == Comnena, Anna, The Alexiad, Sewter, E. R. A. tərəfindən tərcümə olunub, Penguin Classics, 1969 [Written around 1148] Trapp, Erich; Beyer, Hans-Veit; Walther, Rainer; Sturm-Schnabl, Katja; Kislinger, Ewald; Leontiadis, Ioannis; Kaplaneres, Sokrates (1976–1996).
Batori ailəsi
Batori ailəsi — Qutkelid klanına daxil macar zadəgan nəsli. Ailə orta əsrlər dövründə Mərkəzi Avropada vacib rol oynamış, ailənin nümayəndələri Macarıstan krallığının ali hərbi, inzibati və dini vəzifələrində çalışmışdır. Yeni dövrün əvvəllərində ailə bir neçə Transilvaniya şahzadəsi, bir Polşa kralı və Böyük Litva knyazı bəxş etmişdir. Ailənin kökü onların ailə qəsrlərinin yerləşdiyi Şimleu-Silvaniya şəhərindən başlayır. Qəsr XIII əsrdə Mikloş Batori tərəfindən tikdirilmiş və 1319-cu ildə ilk dəfə olaraq bu qəsr barədə məlumatlara rast gəlinmişdir. 1592-ci ildə Batori ailəsi şəhərdə özlərinə malikanə tikdirdikdən sonra qəsr baxımsız vəziyyətdə qalmış və hal-hazırda xarabalığa çevrilmişdir. Batorilərin sonun nümayəndəsi XVII əsrin əvvəllərində Reç Pospolitada yaşamışdır. sonuncu Batoru nümayəndəsi qrafinya Sofya Dyörd II Rakoçinin həyat yoldaşı olmuşdur. Qrafinya 1680-ci ildə Palanok qəsrində dünyasını dəyişmişdir. == Mənşəyi == Ailə macar zadəganlarının daxil olduğu Qutkelid klanına məxsus idi.
Bayden ailəsi
Bayden ailəsi (ing. Biden family) — ABŞ-nin siyasətçi ailələrindən biri. Bayden ailəsinin ən məşhur üzvləri bunlardır: Co Bayden (d. 1942) — ABŞ Demokrat Partiyasının üzvü, Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti. Bo Bayden (1969-2015) — Co Baydenin oğlu. Hanter Bayden (d. 1970) — Co Baydenin oğlu. Cil Bayden (d. 1951) — Co Baydenin həyat yoldaşı, ABŞ-nin birinci xanımı.
Borciya ailəsi
Borcia ailəsi - İntibah dövründə mövcud olan İspan əsilli ailədir. Borcia ailəsi XV əsrin dini və siyasi həyatında mühüm rol oynamışdır. Bu illərdə ailədən iki nəfər Papa seçilmişdir. Alfonso Borcia 1455-1458 tarixlərində Papa III Kallikst adıyla, Rodrigo Borcia isə 1492-1503 tarixlərində Papa VI Aleksandr adıyla taxta çıxmışdır. Xüsusilə Papa VI Aleksandrın adı korrupsiya, cinayət və oğurluq, təcavüz və insest münasibətlərdə çəkilmişdir. Hakimiyyətdə qalmaq naminə bir çox adlı-sanlı ailələrlə ittifaqa girən Borgia ailəsi, bununla yanaşı Mediçi, Sforza və Savanarola kimi önəmli ailələrlə də düşmən oldu. == Ailə üzvləri == === Alfonso de Borcia === === Alfonso de Borcia (d. 31 dekabr 1378 – ö. 6 avqust 1458) === Borcia ailəsi İspaniyadakı Araqon Krallığına bağlı Valensiya bölgəsindəndir. Sonralar III Kallikst adıyla Papa seçilən Alfonso de Borcia La Torretada dünyaya gəlmiş və Valensiyada böyümüşdür.
Borgia ailəsi
Borcia ailəsi - İntibah dövründə mövcud olan İspan əsilli ailədir. Borcia ailəsi XV əsrin dini və siyasi həyatında mühüm rol oynamışdır. Bu illərdə ailədən iki nəfər Papa seçilmişdir. Alfonso Borcia 1455-1458 tarixlərində Papa III Kallikst adıyla, Rodrigo Borcia isə 1492-1503 tarixlərində Papa VI Aleksandr adıyla taxta çıxmışdır. Xüsusilə Papa VI Aleksandrın adı korrupsiya, cinayət və oğurluq, təcavüz və insest münasibətlərdə çəkilmişdir. Hakimiyyətdə qalmaq naminə bir çox adlı-sanlı ailələrlə ittifaqa girən Borgia ailəsi, bununla yanaşı Mediçi, Sforza və Savanarola kimi önəmli ailələrlə də düşmən oldu. == Ailə üzvləri == === Alfonso de Borcia === === Alfonso de Borcia (d. 31 dekabr 1378 – ö. 6 avqust 1458) === Borcia ailəsi İspaniyadakı Araqon Krallığına bağlı Valensiya bölgəsindəndir. Sonralar III Kallikst adıyla Papa seçilən Alfonso de Borcia La Torretada dünyaya gəlmiş və Valensiyada böyümüşdür.
Rotşild ailəsi
Rotşild ailəsi — Son araşdırmalara əsasən dünyanın ən zəngin ailəsi. Rotşild ailəsi hazırda dünyada fəaliyyət göstərən 10 ən böyük bankdan 3-nün sahibidir. Forbes jurnalının hesablamalarına görə 10–15 trilyon arası bir sərvətə sahib olduqları bildirilir. == Soyun tarixi == Rotşild nəslinin ən önəmli şüarı belə idi: "Məlumata sahib olan dünyaya sahibdir". Bu şüarı gerçəkləşdirmək üçün Rotşildlər bütün Avropada ən sürətli kuryer şəbəkəsini yaratmışdı. Onların kuryerləri məlumatı, hətta dövlət kuryerlərindən belə tez çatdırırdılar. 1815-ci ildə Napoleon Vaterloda öz sonuncu döyüşünü keçirir. O, döyüşdə məğlub olaraq İngiltərəni Avropanın birinci ölkəsinə Rotşildləri isə Avropanın bir nömrəli bankirlərinə çevirir. Napoleonun məğlubiyyəti İngiltərə istiqrazlarının qiymətini görülməyən məbləğə çatdıracaqdı. Onun döyüşdə qalibiyyəti isə əksinə — dövlət istiqrazlarının qiymətlərini aşağı salacaqdı.
Safra ailəsi
Safra ailəsi (port. Família Safra) — Braziliyanın ən varlı ailələrindən biri. Əsas fəaliyyətləri bank sahəsindədir. Safra ailəsinin ən məşhur üzvləri bunlardır: Yakob Safra (d. 1891 – ö. 1963) Edmond Safra (d. 1932 – ö. 1999) Moise Safra (d. 1935 – ö. 2014) Cozef Safra (d.
Tletseruk ailəsi
Tletseruk soyu — şimal-qərbi Qafqazın yerli xalqlarından olan adıgeylərin Şapsığ qoluna mənsub çərkəz ailə soyudur. Böyük köçdən əvvəl Krasnodar əyalətinin Tuapse bölgəsi və Soçinin Lazarevski bölgəsində yaşayırdılar. Bu gün isə əsasən, Rusiyaya bağlı Adıgey Respublikasının Pseytuk kəndi də daxil olmaqla, Türkiyənin Aydın, Afyon, İzmir, Çanaqqala, Adabazarı, Çorum, Yozqat, Samsun, Balıkesir və Düzcə vilayətlərində yaşamaqdadırlar. == Tarixi == Tletseruklar 1552-ci ildə Qara dəniz sahillərini gəzən genuyalı səyyah Georg İnteriano və 1820-ci illərdə yenə buraları gəzən fransız Leonti Yakovleviç Lyulyenin xatirələrinə görə, Goaiye qəbiləsi içində məskunlaşan böyük bir ailə idi. Goaiyelər daha sonralar Natuhaj qəbiləsinə daxil oldular. Natuhajlar Prezüye, digər adı ilə Psezüape vadisinin üst hissələrində, Tağaps vadisində yaşayırdılar. Adlarındakı fərqlilik nəzərə alındığında Natuhajlarla Şapsığlar fərqli etnoslar kimi görünə bilər, lakin eyni xalqdırlar. Çünki ikisi də Adıgey kökənlidirlər, eyni dildə danışırlar və ortaq olaraq özlərini Aquçips adlandırırlar. Bu adın xüsusi bir mənası yoxdur, lakin qarşılaşdıqlarında onlar üçün bir növ xitab funksiyasını yerinə yetirir. Daha sonralar Natuhaj və Şapsığların bütün qolları öz aralarında qarışdılar.
Çandarlı ailəsi
Çandarlı ailəsi — XIV əsrin birinci yarısında Osmanlı sülaləsi ilə birlikdə tarix səhnəsinə çıxan və Osmanlı dövlətinin böyüməsində önəmli rol oynayan türk əsilli ailə. == Haqqında == I Orxan dövründən başlayaraq II Səlimin taxta çıxışının ilk illərinə qədər üləma və siyasətçi zümrəsinə nüfuzlu şəxslər yetişdirmiş ailədir. Hal-hazırda əldə olan şəcərə sənədlərinə görə, bu ailənin bəzi nümayəndələri günümüzdə İznik bölgəsində yaşayır. Çandarlı ailəsinin banisi olan Qara Xəlil Əfəndi ilk Osmanlı padşahı Osman Qazinin qaynatası Şeyx Ədəbalı ilə bacanaq idi və Osmanlı dövlətinin qurulmasında önəmli rol oynamışdı. Qara Xəlil Əfəndidən sonra gələn oğulları və nəvələrindən Əli Paşa, İbrahim Paşa, Xəlil Paşa və II İbrahim Paşa sədrəzəmliyə qədər yüksəlmiş dövlət adamlarıdır. Xəlil Xeyrəddin Paşanın 3 oğlundan ikincisi olan İlyas Paşa isə atası və qardaşları kimi elm sahəsinə yönəlməmiş, bəylərbəyliyinə qədər yüksələrək İldırım Bəyazid dövründə vəfat etmişdir. Məzarının harada olduğu bilinmir. Ailənin Serez kəndində yaşayan qolu İlyas Paşanın nəslindən irəliləyərək günümüzə qədər gəlmişdir. İlyas Paşanın İznikdə bəzi əsərləri və vəqf torpaqları olmuşdur. Onun 1482-ci ilin noyabrında vəfat edən oğlu Davud Çələbi İznikdə babası Xeyrəddin Paşanın türbəsində dəfn edilib.
Miranşahi ailəsi
Miranşahi ailəsi — Bayandurlar sülaləsinin ikinci dərəcəli qolu olan ailə. Ailə Teymuri sülaləsi ilə Bayandurlu sülaləsinin qarışığından, yəni Sidi-Əhməd ibn Miranşah Teymuri ilə Uzun Həsənin qızı Rüqəyyə Sultanın evliliyindən ortaya çıxmışdır. == Baysunqur hakimiyyətə gələrkən reaksiyaları == Sultan Yaqub Qarabağdakı düşərgədə öldükdən sonra Sufi Xəlilin yardımı ilə oğlu Baysunqur hakimiyyətə gəldi. Baysunqurun taxta çıxışında Miranşahi ailəsinin dəstəyi mühüm rol oynamışdı. Hökmdarlığın faktiki hakimi olan Sufi Xəlil Yaqubun baş komandanı Mirzə Əli ibn Sultanxəlili ələ keçirib edam etdirdi. Onun bu addımı Bayandurluların və Miranşahilərin Sufi Xəlildən uzaqlaşmasına və üsyana başlamasına səbəb oldu. Üsyan nəticəsində hökdmar düşərgəsində qanlı döyüş baş verdi və döyüş nəticəsində Miranşahilərin daxil oldğu koalisiya məğlub oldu. == Həmçinin bax == Ağqoyunlu dövləti Teymurilər == İstinadlar == == Mənbə == John E. Woods. The Aqquyunlu: Clan, Confederation, Empire (Revised and Expanded Edition). University of Utah Press.
Addams ailəsi
Addams ailəsi (ing. The Addams Family) — amerikalı karikaturaçı Çarlz Addams tərəfindən yaradılmış uydurma ailə. Çarlzın çəkdiyi rəsmlər 1938-ci ildən 1988-ci ilə qədər "The New Yorker" jurnalda çap olunub. Addams ailəsi haqqında teleseriallar, filmlər, videooyunlar, komikslər və bir çox şey istehsal olunmuşdur. Addams ailəsi başqalarının onları qəribə və ya qorxulu hesab edə biləcəyindən tamamilə xəbərsiz olan, qaranlıq və qorxulu şeylərdə sevinc tapan özünəməxsus imkanlı ailədir. Bu ailənin personajlarına 1964-cü ildə serial çəkilənə qədər ad verilməmişdir. Addams ailəsi Qomez və Morticia Addams, onların uşaqları Venzdey və Paqsli, həmçinin onların yaxın qohumları Fester əmi və Nənədən ibarətdir. Həmçinin onların Lurch adlı sadiq nökərləri də vardır.
Hüquq ailəsi
Hüquq ailəsi və ya hüquq sistemi — müqayisəli hüququn mərkəzi anlayışlarından biri; ümumi hüquq mənbəyi, əsas anlayışlar, hüququn strukturu və onun formalaşmasının tarixi yolu ilə birləşdirilən milli hüquq sistemlərinin geniş məcmusu. Hüquqi ailə termini elmi dövriyyəyə alman alimi Qotfrid Leybnits tərəfindən daxil edilmişdir, o, 1667-ci ildə Nova Methodus Discendae Docendaeque Iurisprudentiae (hüquq elminin öyrənilməsi və tədrisinin yeni üsulları) əsərini latın dilində nəşr etdirmişdir. Məhz bu əsərdə Leybnits ailə-genetik yanaşmadan istifadə edərək bir sıra ölkələrin qanunlarının vahid mənbəsinin olması və inkişafın oxşarlığını vurğulayaraq unikal ailələrdə mümkün birləşməsi ideyasını irəli sürmüşdür . Bir qədər əvvəl Leybnits dil ailəsi (dillər ailəsi) terminini yaradaraq dillərlə bağlı oxşar ideyalar irəli sürmüşdür. Hər bir hüquq sistemi unikaldır, lakin müqayisəli hüquq onların oxşar və fərqli cəhətlərini müəyyən etməklə hüquq sistemlərinin tipologiyasını yaratmağa imkan verir. Bu yolla hüquq ailəsi adlanan hüquq sistemlərinin növləri formalaşır. Meyarlar aşağldakılardır: hüquq mənbələrinin əlaqəsi və istifadəsi, presedentlərin yaradılmasında məhkəmənin rolu, hüquq sisteminin mənşəyi və inkişafı. Ən məşhuru fransız alimi Rene Davidin təsnifatıdır, ona görə aşağıdakılar fərqlənir: Roman-german hüquq ailəsi, Anqlosakson hüquq ailəsi, dini hüquq ailəsi (müsəlman, yəhudi və s.), sosialist hüquq ailəsi, ənənəvi hüquq ailəsi , bəzi digər hüquq ailələr. == Roman-german hüquq ailəsi == Roman-german hüquq sistemi kontinental Avropanın bütün ölkələrinin hüquq sistemlərini birləşdirir. Bu hüquq sistemi Roma hüququnun əsasında yaranmışdır.
Kolonna ailəsi
Sciarrillo və ya Sciarra kimi də tanınan qədim Roma soyadı Kolónnoların (ital. Colonna, lat. Columnensis) nəsli olan Kolónnolar ailəsi və ya Kolónnolar Evi — Orta əsr Roma tarixində böyük rol oynamış, papa zadəganlığının bir hissəsini təşkil edən İtalyan zadəgan ailəsidir. == Tarixi == Nəslin əsasını qoyan 1037-ci ildə Almaniyadan gəlmiş hersoq Stefan hesab olunur. O, Palestrinanın sahibəsi qrafinya Emili ilə evlənmişdir. Onun nəslindən, Tuskulum (ital. Conti di Tuscolo, lat. Comites de Tusculana o de Tusculo) qrafları qanadına aid olan Pietro della Kolonna (1099 — 1151) öz "ləqəbini" (soyadını) rəvayətə görə yaxınlığında yaşadığı Trayan sütunundan almışdır. Burada o, Palestrina daxil böyük ərazilərə və möhtəşəm qəsrlərə malik idi. Başqa bir versiyaya görə isə ailənin soyadı öz mənşəyini Xll əsrdən yaşadığı Roma ətrafindakı Kolonna şəhərciyindən götürür.
Balyan ailəsi
Balyan ailəsi (erm. Բալյան ընտանիք) — XVIII-XIX əsr boyunca Osmanlı memarlığına təkan verən erməni əsilli ailə. == Haqqında == 1839-cu ildə elan olunan Tənzimat fərmanının ardından qeyri-müsəlman əhaliyə bir çox yeni hüquqlar verilmiş, beləcə onlar Osmanlı bürokratiyasında mühüm vəzifələrə yüksəlmə şansı qazanmışdır. Bu şansı qazanan ailələrdən biri də əslən Kayserili olan erməni Balyan ailəsi oldu. Ailənin tarixi mənbələrdə adı keçən ilk üzvü 1682-1683-cü illərdə İstanbula köç edərək IV Mehmedin xidmətinə girən və təmir-bərpa işləriylə məşğul olan Bali kalfadır. Osmanlı imperiyasının son dövründə inşa edilən saray, məscid, köşk, xəstəxana və digər abidələrin bir çoxu bu ailəyə mənsub memarlar tərəfindən inşa edildi. Bununla yanaşı bu ailənin dövrün memarlıq sahəsində söz sahibi olması, klassik Osmanlı memarlığının özəyindən uzaqlaşaraq Avropalaşması olaraq da şərh olunur. == Ailənin məşhur üzvləri == === Qriqori Balyan === === Sənəkərim Balyan === Saray memarlarından Məramətçi Bali kalfanın oğlu olub, 1768-ci ildə İstanbulda dünyaya gəldi. Bir çox əsəri qardaşı Qriqori Balyanla birlikdə işləmişdir. 2 sentyabr 1833-cü ildə Qüdsdə vəfat etdi.
Hind-Avropa dil ailəsi
Hind–Avropa dil ailəsi — ən böyük dil ailələrindən biri. Bütün qitələrdə istifadə edilən bu ailənin dillərində danışanların sayı təxminən 2,5 milyard nəfərdir. Hind-Avropa dil ailəsi – Hind-Avropa dil ailəsi 13 budağa ayrılır: hind, iran, slavyan, baltik, alman, kelt, italyan, roman, alban, yunan, erməni, anadolu və toxar. Hind və ya hind-ari budağı qədim, orta və yeni hind dillərinə ayrılır. Qədim Hind dillərinə, e.ə. II minilliyin ortalarında Şimali Hindistana soxulmuş ari qəbilələrinin-veddaların veda dili daxildir. E.ə. I minillikdə yaranmış sanksrit dili veda dilinə çox yaxındır. Sanskritin iki ardıcıl müxtəlifliyi vardır. Məşhur Mahabxaraat” və “Ramayana” poemalarının dili olan epik sanskrit və bizim eranın I minilliyinin ortalarında ədəbi dil kimi çiçəklənən klassik sanskrit.
I Fransisin müqəddəs ailəsi (Rafael)
X Leonun iki kardinalla portreti (it. Sacra Famiglia di Francesco I) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. X Leonun iki kardinalla portreti əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır.
Kruds ailəsi (cizgi filmi, 2013)
Kruds ailəsi (ing. The Croods) 2013-cü ilin animasiya və macəra filmidir. == Məzmun == Kruds adlı mağara ailəsi inadkar ata Qruqun qida taplamaq üçün qısa müddət istisna olmaqla heç kəsin mağaranı tərk etməsinə icazə verməməsi nəticəsində bir neçə təbii fəlakətdən xilas olur. Yeniyetməlik dövründə olan evin qızı Yip ailəsini sevir, amma yenə də qaranlıqda tez-tez mağaranı tərk edir. Bir gecə işıq görən Yip yenə də mağaradan çıxır və məşəl yandıran müasir insan Qay və onun əhlilləşmiş heyvanı ilə tanış olur. Qay Yipi yaxınlaşan fəlakətə görə xəbərdarlıq edir və qaçması üçün ona kömək təklif edir. Ancaq Yip ailəsi ilə birlikdə qalmağı seçir. Qay kömək lazım olanda onu çağırması üçün Yipə dənizqabığı verir. Ancaq Yip evə qayıdanda çılğın ailəsi onu məhv edir. Səbəb onların yeni olan hər şeydən qorxmaları idi.
Malay-Polineziya dil ailəsi
Malay-Polineziya dil ailəsi – 4 budağa ayrılır: indoneziya, polineziya, meloneziya və mikroneziya. Bu dillər arasında indoneziya dilləri daha yaxşı öyrənilmişdir. Bunlardan ən geniş yayılanı yava, malqaş, taqal və malay dilləridir. İndoneziya və malay dilləri arasında fərq çox deyil, bu özünü yalnız orfoqrafiya və leksikada göstərir.
Mayılovlar Ailəsi (1977)
== Məzmun == Film Balaxanıda yaşayan məşhur neftçilər sülaləsi-Mayılovlar ailəsi haqqında hekayədir. Burada bu ailənin keçdiyi şərəfli əmək yolundan bəhs edir.
Mayılovlar ailəsi (film, 1977)
== Məzmun == Film Balaxanıda yaşayan məşhur neftçilər sülaləsi-Mayılovlar ailəsi haqqında hekayədir. Burada bu ailənin keçdiyi şərəfli əmək yolundan bəhs edir.
Mexanizatorlar ailəsi (film, 1970)
== Məzmun == Film nəsillikcə mexanizatorlar olan Dadaşovlar soyadlı kolxoz ailəsi haqqındadır.
Mirzə Adıgözəl bəy ailəsinin türbələri
Mirzə Adıgözəl bəy ailəsinin türbələri — Goranboy rayonunun Rəhimli kəndində yerləşən tarix-memarlıq abidələridir. Rəhimli kənd qəbiristanlığında ümumilikdə altı türbə dövrümüzə çatmışdır. Onlardan dörd böyük türbə bişmiş kərpicdən, iki kiçik türbə isə çaydaşından inşa edilmişdir. Türbələrin fasadında, qərb divarına hörülmüş gips lövhə üzərindəki kitabələrdən məlum olur ki, onlardan birində Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy, digərlərində isə onun ailə üzvləri dəfn edilmişlər. Kvadrat formalı bişmiş kərpicdən inşa edilmiş türbələr eyni xətt üzrə, bir-birindən təxminən 10 metr aralıda inşa edilmişdir. Mirzə Adıgözəl bəyin türbəsi xaricdən demək olar ki, düzgün formaya malik olan kvadrat, daxildən isə qolları dərin olmayan xaç formasına malikdir. Mirzə Adıgözəl bəy türbəsinin yanında yerləşən ikinci türbə xaricdən küncləri kəsilmiş kvadrat formasına maikdir. Türbənin nazik divarları dərin olmayan nişlər şəklində həll edilmişdir. == Tarixi == Rəhimli kənd qəbirsanlığında ümumilikdə altı türbə dövrümüzə çatmışdır. Onlardan dörd böyük türbə bişmiş kərpicdən, iki kiçik türbə isə çaydaşından inşa edilmişdir.
Müqəddəs Kanigiani Ailəsi (Rafael)
Müqəddəs Kanigiani Ailəsi (it. Sacra Famiglia Canigiani) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1507-1508-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Müqəddəs Kanigiani Ailəsi" əsəri hal-hazırda Almaniyada, Münhen şəhərində saxlanılır.
Mədəaltı vəzi lipaza ailəsi
Mədəaltı vəzi lipaza ailəsi — Triqliserid lipazları triqliseridlərin əlaqələrini hidroliz edən lipolitik fermentlər ailəsidir.Lipazlar heyvanlarda, bitkilərdə və prokariotlarda geniş yayılmışdır. Lipaza ən azı üç toxuma ali məməlilərdə, mədəaltı vəzi, qaraciyər və mədə, dildə mövcuddur. Bu lipazlar bir-biri ilə və xilomikronların triqliseridlərini və çox aşağı sıxlıqlı lipoproteinləri hidroliz edən lipoprotein lipaza ilə sıx bağlıdır. == İnsan mədəaltı vəzi lipazı == Pankreatik triqliserolipaza və ya steapsin kimi də tanınan pankreatik lipaz, mədəaltı vəzi tərəfindən ifraz olunan bir fermentdir. İnsan həzm sistemində pəhriz yağ molekullarını hidroliz edən (parçalayan) əsas lipaza fermenti olaraq, yeyilmiş yağlarda olan 1 kimi triqliserid substratlarını monoqliseridlərə çevirən əsas həzm fermentlərindən biridir. == Triqliseridlərin hidrolizi == Qaraciyər tərəfindən ifraz olunan və öd kisəsində saxlanılan öd duzları onikibarmaq bağırsağa buraxılır, burada böyük piy damcılarını örtür və daha kiçik olanlara emulsiyalaşdırır, bununla da ümumi piy səthinin sahəsini artırır, bu da lipazanın piyləri daha effektiv şəkildə parçalamasına imkan verir. Nəticədə meydana gələn monomerlər (2 sərbəst yağ turşusu və bir 2-monoasilqliserol) sonra laktifer adlanan xüsusi damar vasitəsilə limfa sisteminə sorulmaq üçün nazik bağırsaq boyunca peristaltika ilə nəql olunur. Proteolitik parçalanma (məsələn, tripsinogen) ilə aktivləşdirilən bəzi pankreas fermentlərindən fərqli olaraq, pankreas lipazı son formada ifraz olunur. Lakin, yalnız onikibarmaq bağırsaqda kolipazın iştirakı ilə təsirli olur. == Diaqnostik dəyər == Pankreatik lipaza mədəaltı vəzinin kanal sistemi vasitəsilə onikibarmaq bağırsağa ifraz olunur.
Məhəmməd Peyğəmbərin və ailəsinin tarixi
Məhəmmədoğulları tarixində təşrih və mühakimə — Zəngəzurlu Qazi Bəhlul Behcətin kitabı, Məhəmməd peyğəmbərin (s) ailəsi haqqında kitab. Bəhlul Behcətin dini mövzuda yazdığı "Məhəmmədoğulları tarixində təşrih və mühakimə" adlı əsəri xüsusi əhəmiyyət kəsb edir. == Mənbə == 1. Milli Kitabxana. [1] == İstinadlar == 1. Azərbaycan Milli Kitabxanası. [2] == Həmçinin bax == 1. Genderi.orq Müstəqil Məlumat Mənbəyi.[3] 2. İxlas.az Dini Portal. [4] == Xarici keçidlər == 1.
Məhəmməd Peyğəmbərin və ailəsinin tarixi (Behcət)
Məhəmmədoğulları tarixində təşrih və mühakimə — Zəngəzurlu Qazi Bəhlul Behcətin kitabı, Məhəmməd peyğəmbərin (s) ailəsi haqqında kitab. Bəhlul Behcətin dini mövzuda yazdığı "Məhəmmədoğulları tarixində təşrih və mühakimə" adlı əsəri xüsusi əhəmiyyət kəsb edir. == Mənbə == 1. Milli Kitabxana. [1] == İstinadlar == 1. Azərbaycan Milli Kitabxanası. [2] == Həmçinin bax == 1. Genderi.orq Müstəqil Məlumat Mənbəyi.[3] 2. İxlas.az Dini Portal. [4] == Xarici keçidlər == 1.
Robevi ailəsinin evi
Robevi ailəsinin evi və ya sadəcə Robevi evi ― Şimali Makedoniyanın Oxrid şəhərində məşhur və tarixi bina. İndiki tikili 1863–1864-cü illərdə Debar yaxınlığındakı Qari kəndindən olan Todor Petkov tərəfindən tikilmişdir. Ev bu gün qorunan mədəniyyət abidəsidir və Mədəniyyət Abidələrini Qoruma İnstitutuna və Milli Muzeyə aiddir. == Tarix == Ənənəvi Osmanlı ev memarlığında tikilmiş iİlk Robevi evinin binası mərmər daş üzərindəki yazıda da qeyd olunduğu kimi 15 aprel 1827-ci ildə bitmişdir. Binanı tikən Oxridli məşhur tacir ailəsi evdə 35 il yaşamış, 1861–1862-ci illər arasında isə Ohriddən olan məşhur bir cinayətkar Ustref Beq binanı yandırmışdır. İki il sonra, 1863–1864-cü illər arasında ev yenidən tikildi. Tikili iki hissəyə bölündü: Konstantin Robev evin sol hissəsində, qardaşı Atanas Robev isə sağ hissəsində yaşayırdı. Evin əsas inşaatçısı evi sıfırdan inşa edən Todor Petkov idi. Ailə 1900-cü ilə, Bitolaya köçüb evdən yazlıq olaraq istifadə edənə qədər yeni tikilən evdə yaşayırdı. Ev 1913-cü ildən 1919-cu ilədək Balkan müharibələri və Birinci Dünya müharibəsi dövründə serb əsgərləri üçün sığınacaq idi.
Rok-n-roll ailəsi (şou, 2008)
Rok-n-roll ailəsi 2008-ci ildə keçirilən Hindistan Rəqs müsabiqəsidir. Müsabiqənin münsifləri ər-arvad Acay və Kacol Devqan və Aktrisa Sobna Samart olub.Müsabiqənin qalibi Roy ailəsi olub. == Heyət və əlavə məlumatlar == Rejissor:Satis Dutt Aparıcılar:Şarad Kelkar,Mauli Deyv Münsiflər:Acay Devqan,Kacol Devqan,Sobna Samart Soundtrekt:Sonu Niqam Seriya sayı:24 Vaxt:90 dəqiqə Kanal:ZEE TV Tarix:15 mart 2008–14 iyun 2008 Qalib:Roy ailəsi == Səsvermə nəticələri == ==== Şimal bölgəsi: ==== 1.Saksena ailəsi 2.Bhalke ailəsi 3.Roy ailəsi.

"ailəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ailəsi nədir? #ailəsi sözünün mənası #ailəsi nə deməkdir? #ailəsi sözünün izahı #ailəsi sözünün yazılışı #ailəsi necə yazılır? #ailəsi sözünün düzgün yazılışı #ailəsi leksik mənası #ailəsi sözünün sinonimi #ailəsi sözünün yaxın mənalı sözlər #ailəsi sözünün əks mənası #ailəsi sözünün etimologiyası #ailəsi sözünün orfoqrafiyası #ailəsi rusca #ailəsi inglisça #ailəsi fransızca #ailəsi sözünün istifadəsi #sözlük