* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Kainat, dünya, yer üzü. Qış günü qurtarmaqda idi, üfüqlərdən qatı bir qaranlıq aləmə yayılırdı. M.İbrahimov. // Məc. mənada. Ey Füzuli, aləmin gördüm qamu nemətlərin; Hiç nemət görmədim didari-dilbər tək ləziz. Füzuli. Təbii qanun hamı insanlar üçün bir gərəkdir ola, hamı insanlar bir nöqtəyə gərəkdir yürüş etsinlər. Bu nöqtə isə hürriyyət, məhəbbət aləmidir. N.Nərimanov. Aləmin seyrinə gəl, gör nə gözəl fitrəti var. S.Vurğun. // Dünya və onda olan bütün varlıq, mövcudat, insanlar; təbiət. Mühitin təsiri altında baş-beynimizdə ətrafdakı aləmin cisim və hadisələrinin surətləri əmələ gəlir. Hacıyev. 2. Kainatın, təbiətin hər hansı bir sahəsi, qismi. Ulduzlar aləmi. Günəş aləmi. Heyvanlar aləmi. Canlı aləm öz quruluşu və keyfiyyəti ilə cansız təbiətdən fərqlənir. – Qoruğun bitkilər aləmi xüsusilə rəngarəngdir. 3. məc. Məfhumlar, hisslər, təəssürat, təsəvvürlər, həyəcanlar mühiti. Xəyal aləmi. Röya aləmi. Başqa bir aləmdə yaşamaq. – Kölgəyə aldanaraq sevmə cəfa aləmini; Yüksəl ülviyyətə, seyr eylə səfa aləmini! A.Səhhət. Bir bayram sözü var, bir də ki, matəm; Nəşə bir aləmdir, qüssə bir aləm. S.Vurğun. Mən bunları xatırlayır, açıq ana ürəyinin qapalı aləmini düşünürdüm. Mir Cəlal. □ Öz aləmində – 1) öz təsəvvüründə; 2) öz miqyasında, öz mühitində, öz dairəsində. 4. Xalq, camaat, el, bütün adamlar, insanlar. İnsan özü-özünə elədiyini aləm yığılsa, eyləyə bilməz. (Ata. sözü). Dostum, aləm səninçün gər olur düşmən mana; Qəm degil, zira yetirsən dust ancaq sən mana. Füzuli. Vidadiyəm, aləm tanır dərdimdən. M.V.Vidadi. Seyyid, yetişib aləmə fəryadü fəğanın. S.Ə.Şirvani. Bu gün bir süngüdür əlimdə qələm; Mənim bayrağıma göz dikir aləm. S.Vurğun. Şerim, bu hikməti aləmə bildir; Xəyal ölənləri bəzən dirildir. M.Rahim. // Hər hansı əlamətlərinə görə birləşmiş insan cəmiyyəti, ictimai mühit. Orta əsr aləmi. Şərq aləmi. // İnsanların ictimai peşə, mədəniyyət, məişət və s. cəhətdən götürülən ayrıca bir qismi, təbəqəsi, sinfi, qrupu. Nərgiz xanımın kitabxanası isə həkimlər aləmində qibtə doğuran, çox zəngin kitabxana idi. Ə.Məmmədxanlı. // məc. İnsanların müəyyən fəaliyyət sahəsi. Sənət aləmi. – Sonra bir həkim çıxdı. Yaş dəsmal üsulunun elm aləmində bir inqilab olduğunu söylədi. Mir Cəlal. // məc. Mühit. [Nümayəndə:] Keçmişdə qab-qazan aləmindən savayı bir şey tanımayan qadınlar, indi iş başına keçib, böyük-böyük idarələri dolandırırlar. Ə.Haqverdiyev. 5. məc. Çox maraqlı, cazibəli, diqqəti cəlb edən, zövq və nəşə verən, tamaşalı, özünə məxsus gözəlliyi olan şey haqqında deyilir və başqa keyfiyyət bildirir. Bizim Göygöl qəribə aləmdir! – Gözəl bir musiqi alətində çox bəyəndiyin bir havanı sevdiyin qızın çalmasından … duyulan zövq və nəşə də bir ayrı aləmdir. M.S.Ordubadi. Gecə yarı dənizin bir özgə aləmi var. Ə.Cəmil. 6. “Bir” sözü ilə bərabər: bir aləm, bir aləmcə – çoxlu, külli miqdarda, saysızhesabsız. Bir aləm şey. Bir aləm iş var. – Qayınana mırtıldanırdı: – Oğlum yazıq oldu! Bir aləmcə xərc tökdük. Mir Cəlal. □ Gecənin bir aləmində – gecə hamı yuxuda olduğu bir vaxtda, gecə yarısı. [Əmniyyəbaşı:] Gecənin bir aləmində yavaşca yerimdən tərpəndim… M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / aləm3 ə. 1) kainat, dünya, yer kürəsi; 2) sahə; 3) çoxlu; 4) m. xalq, camaat, cəmiyyət. Aləmi-bəqa’ əbədi aləm, axirət; aləmi-bərzəx 1) dünya ilə axirət arasında ruhların qiyamətə qədər duracaqları yer; 2) m. əzablı yer; aləmi-bəşəriyyət insanlar, bəşəriyyət; aləmi-əkbər ən böyük aləm, dünya; aləmi-əqdəs ən müqəddəs yer, axirət; aləmi-imkan varlıq aləmi, dünya; aləmi-fani puç aləm, müvəqqəti dünya, keçici dünya; aləmi-heyvan heyvanlar aləmi, canlılar aləmi; aləmi-xak real dünya, gerçək aləm; aləmi-xəyal xəyallar aləmi; aləmi-mələkut 1) mələklər, məlaikələr; 2) ilahi dünya; aləmi-mütəməddin mədəni aləm; aləmi-nasut insan yaşayan aləm, bəşəriyyət aləmi; aləmi-nəbat bitkilər aləmi; aləmi-surət dünya, kainat.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / aləm1 ALƏM I is. [ ər. ] Kainat, dünya, Yer kürəsi. Dumanla örtülmüş aləm işıqsız bir çadırı xatırladır (B.Bayramov). ALƏM II is. [ ər. ] Çoxlu, külli miqdarda, saysız-hesabsız. Qalanları qoyunların ətini doğrayıb bir aləm kabab bişirdilər (“Qaçaq Nəbi”). ALƏM III sif. [ ər. ] Çox maraqlı, cazibəli, nəşə verən və s. Gecə yarı dənizin bir özgə aləmi var (Ə.Cəmil).
Azərbaycan dilinin omonimlər lüğəti / aləm2 сущ. 1. мир: 1) Вселенная, свет 2) какая-л. сфера жизни или область явлений в природе. Elm aləmi научный мир, mənəvi aləm духовный мир, maddi aləm материальный мир, insanın daxili aləmi внутренний мир человека, musiqi aləmi музыкальный мир, uşaq aləmi детский мир, bitki aləmi растительный мир, heyvanlar aləmi мир животных, ulduzlar aləmi звёздный мир 3) окружающие люди. Bütün aləm билир знает весь мир, все знают 2. жизнь. Onun önündə tamamilə yeni bir aləm açılmışdı перед ним открылась совершенно новая жизнь ◊ bir aləm много; başqa (ayrı) aləmdir другой мир, иной мир (при выражении восторга кем-л., чем-л.); aləmi ayağa qaldırmaq, aləmi həyəcana salmaq поднять всех на ноги, забить в набат; aləmə yayılmış sirr ни для кого не секрет, секрет полишинеля; aləmi başına götürmək кричать благим матом, орать; aləmi başına yığmaq кричать, поднять шум; aləmi birbirinə qatmaq: 1. заваривать, заварить кашу; 2. мутить, замутить воду; öz aləminə qapılmaq замыкаться, замкнуться в себе; уходить, уйти в свой мир; aləminə daxil olmaq kimin появиться на горизонте чьём, кого; aləmə yaymaq: 1. звонить во все колокола, трезвонить, трубить; разносить, разнести по всему свету; 2. выносить сор из избы; 3. разг. оглашать; aləmə səs salmaq славиться на весь мир; aləm yığılsa da ни за какие коврижки, ни за что на свете; aləmə car çəkmək см. aləmə yaymaq
Azərbaycanca-rusca lüğət / aləm1 i. 1. (dünya) world; bütün ~də all over the world, the world over, in the whole world; 2. (sahə) world, kingdom; elm ~i the scientific world; mənəvi ~ inner world; maddi ~ material world; world of matter; kitablar ~i the world of books; incəsənət ~i the world of art; musiqi ~i the world of music, the musical world; ticarət ~i the world of commerce; canlı ~ the organic world; heyvanlar ~i animal world; bitkilər ~i vegetable world / kingdom; minerallar ~i mineral kingdom; fikirlər ~i kingdom of thought; ədəbiyyat ~i literary world; daxili ~ inward / inner life; 3. (çox, çox miqdar) world; bir ~ pul a world of money; bir ~ günahı olmaq to have* a world of faults; özünə bir ~ əziyyət vermək to give*oneself a world of trouble; özünü bir ~ əziyyətə salmaq to bring* upon oneself a world of trouble; 4. (camaat, adamlar mənasında) ~i ayağa qaldırmaq to raise a general alarm; ~i başına götürmək / yığmaq (qışqırmaq, səs-küy salmaq) to shout / to yell at the top of one’s voice, to set* up a clamour; ~ə yaymaq / car çəkmək to proclaim from the house top (d.); f. to wash one’s dirty linen in public ; Aləm bilir ki... All the world knows that...
Azərbaycanca-ingiliscə lüğət / aləm1 is. 1) monde m (dünya) ; 2) univers m (kainat) ; ~ ə yayma ébruitement m ; ~i dolaşmaq errer dans l’univers ; bitkilər ~i règne m végétal ; flore f ; bütün ~ tout l’univers ; le monde entier ; xarici ~ monde m extérieur ; heyvanlar ~i règne m animal ; faune f ; ətraf ~ monde m environnant ; environnement m ; maddi ~ monde m substentiel ; maliyyə ~i finances f pl
Azərbaycanca-fransızca lüğət / aləm1 [ər.] сущ. алем; дуьнья, каинат; ulduzlar aləmi гъетерин алем; heyvanlar aləmi гьайванрин алем; canlı aləm ччан алай алем; bitkilər aləmi набататрин алем; ** bir aləm, bir aləmcə са дуьнья, гзаф (кьадар), сан-гьисаб авачир кьван; gecənin bir aləmində йифен са чӀавуз, йифиз вири ксанвай вахтунда, йифен кьулариз.
Azərbaycanca-ləzgicə lüğəti / aləm