albom-plakat sözü azərbaycan dilində

albom-plakat

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • albom-plakat • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Albom
Albom bu mənaları ifadə edə bilər:
Lord Kitçener səni istəyir (plakat)
Lord Kitçener səni istəyir (ing. Lord Kitchener Wants You) — Böyük Britaniya ordusuna çağırışa səsləyən, 1914-cü ildə çəkilmiş plakat. Plakatdan, əsasən, Birinci dünya müharibəsi illərində istifadə olunmuşdur. Plakatda təsvir edilən Lord Kitçener rəsmi Alfred Let tərəfindən çəkilmişdir.
Dangerous (albom)
Dangerous — Maykl Ceksonun albomu.
Detay (albom)
Detay – Mustafa Sandal-ın 1998-ci ildə çıxardığı 3-cü albomudur. "Detay" albomu Türkiyəyə məxsus "Prestij Müzik" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Aya Benzer", "Çekilin", "Mevcut" mahnılarına, həmçinin, "Detay" mahnısının remiksinə klip çəkilmişdir.
Diamonds (albom)
Diamonds – Her greatest hits (azərb. Almazlar‎) – C. C. Catch-in 1988-ci ildə çıxardığı albomudur.
Duy (albom)
Duy – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomudur. Albom 2018-cü ildə Gürcüstanda hazırlanmışdır. Dünyaca məşhur DJ David Vendetta tərəfindən hazırlanan "Duy" adlı mahnıda Aygün Kazımova milli və müasir musiqini sintez edib. Eyni zamanda ifalarda muğamdan istifadə olunub. Həmçinin tar, kaman, zurna, ud kimi musiqi alətlərinin səsinə rast gəlmək olar. Albomun musiqi prodüseri gürcü musiqiçi Kakhaberidir. Səsyazmalar Gürcüstanın məşhur "Bravo" studiyasında həyata keçirilib. Layihənin "cover" fotosu üçün Kazımovaya maraqlı bir obraz yaradılıb. O, uzunqollu əlçək, böyük şlyapa və dərin sinə dekolteli qara paltarda kamera qarşısına keçib. Bütünlüklə beynəlxalq komanda tərəfindən ərsəyə gətirilən bu sənət nümunəsi keyfiyyəti ilə seçilir.
Dəniz (albom)
Dəniz – Azərbaycan müğənnisi Zülfiyyə Xanbabayevanın albomu. 80 dəqiqəlik kompakt-diskə 18 mahnı daxildir. Kompakt-disk Almaniyada istehsal olunub və BMF Records şirkəti tərəfindən buraxılıb. BMF Records dünya standartına cavab verən məhsulunu istehsal edən ilk rəsmi Azərbaycan rekord-leyblidir. Disk üzərindəki unikal ştrix-kod sayəsində albom haqqındakı bütün məlumatlar Dünya Musiqi Məlumatlar Bazasında qeydə alınıb. Azərbaycandan Dünya Musiqi Məlumatlar Bazasına daxil olan ilk CD-dir. Albom Almaniyada istehsal olunub, dizaynı Miraslana məxsusdur. Alboma Mikayıl Vəkilov, Hüseyn Abdullayev, Kamal, Minayə xanımın, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Muxtar, Emil Şahin, İsa Məlik, Emin Kərimi, Sahib Məmmədov, Günel Sərdar qızı və Emin Məcnunbəylinin mahnıları daxil edilib. Albom üçün foto-sessiya Xəzər dənizinin sahilində fotoqraf Emil Ağayev ilə həyata keçirilib. Müğənninin stili və qrimi illər boyu əməkdaşlıq etdiyi "Trend studio" tərəfindən yerinə yetirilib.
Era (albom)
Era — Eric Levinin Era musiqi layihəsi adından çıxarılmış debüt albomudur. Albom 1996 - cı ildə Polşa və Birləşmiş Krallıqda, 1998-ci ildə Avropa və Niderlandda, 2002-ci ildə Rusiya və Fransada, 2009 - cu ildə isə Ukraynada satışa çıxarılmışdır. Bəzi ölkələrdə bonus parça olaraq "After Time" mahnısı da alboma əlavə edilmişdir. Ümumiyyətlə debüt albomu olmasına baxmayaraq albom böyük uğur qazanmışdır. Albomdan üç sinql çıxarılmışdır - Ameno, Mother, Enae Volare Mezzo. Həmçinin hər üç mahnı üçün klip çəkilmişdir.
Funeral (albom)
Funeral (azərb. Dəfn‎) — Kanada rok qrupu Arcade Fire-nin 2004-cü ilin sentyabr ayında işıq üzü görən studiya albomu.
Gecə (albom)
Bu Zülfiyyə Xanbabayevanın ilk studiya albomudur. Albom mediaya 2000-ci ildə təqdim olunub. Həmin il Azərbaycanda ən çox satılan albomlardan biri olub.
Generations (albom)
Generations – Azərbaycanlı pianoçu Əzizə Mustafazadənin albomudur.
Invincible (albom)
Invicible – Maykl Cekson onuncu və sonuncu solo studiya albomu. Albom Epic Records tərəfindən 30 oktyabr, 2001-ci il tarixində yayımlanıb. "Invicible" Jacksonun 1997-ci ildə çıxardığı Blood on the Dance Floor albomunun üstündən keçən beş il ərzində yeni mahnılar səsləndirdiyi ilk solo albomudur. Digər albomlarında olduğu kimi bu alboma daxil olan on altı mahnının da mövzusu da əsasən Ceksonun şəxsi həyat təcrübələri və müşahidələridir. Albmun üz qabığında Maykl Ceksonun sifəti beş fərqli rəngdə təsvir edilib. Mütəxəssislərin sözlərinə görə albom dinləyicilər tərəfindən maraqla qarşılanıb və böyük gəlir gətirən albomlardan birinə çevrilib. Albomdan üç sinql çıxarılıb:"You Rock My World", "Cry" and "Butterflies". Butterflies mahnısı ABŞ – dan kənarda satışa çıxarılıb. Albomun ilk və son mahnıları daha çox sevilmiş və Billboard Hot 100 Chartda ilk onluğa daxil olmuşdur. Həmçinin eyni mahnılar dünyada da çox sevilmiş, bir çox ölkələrdə ilk onluğa daxil olmuş və hətta birinciliyə qədər yüksəlmişdir.
Kara (albom)
Kara - Türk müğənni və bəstəkarı Soner Sarıkabadayının debut albomu. 2010-cu ildə Buz adlı mahnısı ilə hitə çevrilən və ən əsası onu tanıtdıran Soner Sarıkabadayının ilk albomu Kara ifaçı üçün musiqi karyerasına bir başlanğıc olub. İfaçının Kara albomunu dinləyəndə tanıdığınız klassik pop albomlarından fərqli olduğunu anlaya bilərsiniz. Albomda 10 mahnı və 3 sound mix yer alıb. Albomun prodüserliyi Naci Bayşu, digər təşkilat işləri Mehmet Çelik və Gökhan Turan tərəfindən aparılmışdır. Gün Doğmaz, Yanıyorum, Arama, Alev Alev, Yalan Değil, Adalatin albomun seçilən mahnılarındandır. Kara albomuna adını verən və klip çəkilən mahnı həm də çıxış sinqlıdır. Albom 2001-ci ildə Bay Müzik etiketi ilə yayımlansa da 2010-cu ildə Esen Müzik etiketi ilə yenidən CD şəklində satışa çıxarılmışdır.
Karizma (albom)
Karizma – Mustafa Sandal-ın 2009-cu ildə çıxardığı albomdur. "Karizma" albomu Türkiyəyə məxsus "Seyhan Müzik" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Ateş Et Ve Unut", "Adı İntikamdı", "Demo" və "Var Mısın Yok Musun" mahnılarına klip çəkilmişdir. Albomda ilk klip "Ateş Et Ve Unut" mahnısına çəkilmişdir. Bu mahnı musiqi tərzi və sözləri ilə Mustafa Sandalın ilk mahnılarından fərqlənir. "Var Mısın Yok Musun" mahnısını Elit Kaya ilə duet olaraq ifa etmişdir.
Kiss (albom)
Kiss — L'Arc~en~Ciel qrupunun albomudur.
Kop (albom)
Kop – Mustafa Sandal-ın 2003-cü ildə çıxardığı 6-cı albomudur. "Kop" albomu Türkiyəyə məxsus "Erol Köse Production" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Pazara Kadar", "Geçmiş Olsun" mahnılarına, həmçinin, "Kopmam Lazım" mahnısının remiksinə klip çəkilmişdir.
Lalisa (albom)
Lalisa – Cənubi Koreyanın Blackpink qız qrupunun üzvü olan taylandlı repçi və müğənni Lisanın ilk albomu. YG Entertainment və Interscope Records tərəfindən 10 sentyabr 2021-ci ildə yayımlanmışdır. 19 aprel 2021-ci ildə YG Entertainment-in bir əməkdaşı Cənubi Koreya media orqanı The Korea Herald-a açıqlamasında Lisanın qruplarından üçüncü solist olaraq debüt edəcəyini (qrup yoldaşları Cenni və Roze-dən sonra) və daha sonra rəsmi olaraq təqvimləri elan ediləcəyi bildirdi. 12 İyulda Star News vasitəsi ilə, etiketində, klipinin çəkilişlərinin davam etdiyi ortaya çıxdı. İyulun 25-də müğənni bir səsyazma studiyasında çəkdiyi iki şəkli İnstagram hekayələrinə yüklədi, burada ekranda iki fərqli səs dalğasının yanında "Mənim adım nədir?" yazısı albomun başlığına işarə etdi. 25 avqust 2021-ci ildə YG Entertainment, albomun adı ilə adlandırılan bir tizer posteri yüklədi. 27 Avqustda YG albomun vizual anlayışlarından birini nümayiş etdirən 26 saniyəlik bir tizer buraxdı.30 Avqustda YG tərəfindən albomun baş mahnısının da "Lalisa" adlandırılacağı təsdiqləndi. Tam tracklist 5 sentyabrda yayımlandı. Albom 10 sentyabrda YG və Interscope vasitəsilə eyni adlı sinqlının klipi ilə birlikdə yayımlandı. Solo çıxana qədər Lisa ilə albom və klip haqqında danışmaq üçün sosial media platformalarında V Live və TikTok -da onlayn olaraq geri sayma tədbiri keçirdi.
Lemonade (albom)
Lemonade – Amerika müğənnisi Beyoncenin altıncı studiya albomudur. Albomun adının hazıralnmasında Beyonce həyat yoldaşı Jay-Z-dən və nənəsi Hattie White məsləhət almışdır. Albom Parkwood və Columbia şirkətləri tərəfindən hazırlanmdır.
Leykemiya (albom)
Leykemiya — Qaraqanın 2012-ci yayımladığı solo studiya albomu. Albom öz adını leykemiya adlı xəstəlikdən almışdır.
Makar10 (albom)
Meteora (albom)
Meteora – Linkin Parkın 2-ci studiya albomudur. 25 mart 2003 tarixində Warner Bros. tərəfindən şatışa çıxardılmışdır. Albomun ilk sinqlı Somewhere I Belong mart ayında yayımlandı. Sonra müvafiq olaraq "Faint", "Lying from You", "From the Inside", "Breaking the Habit" və "Numb" sinqlları yayımlandı. Meteora Modern Rock mahnıları siyahısının ən uğulu albom sayılır. Bu albom 2003-cü ildə Qremmi mükafatı almışdır. İndiyədək dünya üzrə 10 milyonun üzərində satış rəqəminə çatmışdır. Albomun 8-ci mahnısı "Figure.09" S.W.A.T filminin soundtreki olmuşdur. 12-ci mahni "Session" isə "The Matrix Reloded" filminin soundtreki olmuşdur.
Michael (albom)
Michael – Maykl Cekson ölümündən sonra yayımlanmış ilk studiya albomu. Albom 14 dekabr 2010-cu ildə Epic Records tərəfindən ABŞ – da satışa çıxarılmışdır. Albomda Maykl Cekson Akon, 50 Cent, Lenny Kravitz və Dave Grohl ilə duetləri də daxil edilmişdir. Albodan çıxarılmış ilk sinql olan "Hold My Hand" mahnısı 15 noyabr 2010-cu ildə dinləyicilərə təqdim edilmişdir. Mahnının klipi isə Mark Pellingtonun rejissorluğu ilə çəkilərək 9 dekabr 2010-cu ildə geniş ictimayətə təqdim edilmişdir. Cümə günü, 10 dekabr 2010-cu ildə küçə elan tablolarında "Michael" albomunun üz qabığı sərgilənməyə başlandı. Həmin üz qabığı İngiltərədə hazırlanmış və ən böyük albom üz qabığı kimi Ginnesin rekordlar kitabına düşmüşdür. "Michael" 2010-cu ilin n çox satılan albomu olmuşdur. Albom 31 ölkədə üç milyon nüsxəylə satıldıqdan sonra beynəlxalq albom hit paradında birinci yerdə debüt etmişdir. Albom aralarında ABŞ, BK, Almaniya, Fransa və İtaliya kimi ölkələrin də olduğu 14 ölkədə platinium dərəcəsi ilə sertifikatlaşdırılmışdır.
Məktub (albom)
Məktub - Azərbaycan musiqiçisi Qara Dərvişin 2017-ci ildə işıq üzü görən albomu.
Nancy7 (albom)
Nensi Ajramın yüksək kommersiya qoyulmuş və böyük uğura imza atmış yeni "Nancy7" albomu 6 Sentyabr 2010-cu ildə çıxdı. 7-ci studiya albomu "Nancy7" onun daha öncəki işlərinin davamı olaraq, onu bütün zamanların ən uğurlu qadın Ərəb sənətçilərindən biri etmişdir. Albom Rəqs, Texno və R&B də daxil olmaqla müxtəlif səs və janrlarla zəngin idi. Digər tərəfdən isə Nensinin neçə illər ərzində davam etdiyi Misir və Livan rəqs-xalq musiqisini özündə birləşdirirdi. Tənqidçilər bu alboma müsbət yanaşaraq, daha müasir və dünya səviyyəsində olan səslərdən istifadə olunduğunu qeyd edirdilər. Bu xüsusiyyət isə bu səslərlə yerli musiqinin və 90-cı illərin Ərəb mövzularının birləşməsinə imkan yaradır. Mahnıların mətnlərində Nensinin daha öncəki işlərində olduğu kimi sevgidən, heyranlıqdan, kədərdən və münasibətlərdən danışılır. Bundan əlavə, digər mahnılar həyat, uşaqlıq və ailə haqqında dərin duyğuları bildirir. Aparıcı sinql olan "Fi hagat" (Bəzi şeylər var) əsas reklam mahnısı olaraq buraxılan ilk mahnı idi. O, bir neçə Ərəb hit-paradlarında ilk pilləni tutdu, onlardan ən əsası da HitMarker idi.
Nirvana (albom)
"Nirvana" – Miri Yusifin dördüncü solo albomudur.

Oxşar sözlər

#albom-plakat nədir? #albom-plakat sözünün mənası #albom-plakat nə deməkdir? #albom-plakat sözünün izahı #albom-plakat sözünün yazılışı #albom-plakat necə yazılır? #albom-plakat sözünün düzgün yazılışı #albom-plakat leksik mənası #albom-plakat sözünün sinonimi #albom-plakat sözünün yaxın mənalı sözlər #albom-plakat sözünün əks mənası #albom-plakat sözünün etimologiyası #albom-plakat sözünün orfoqrafiyası #albom-plakat rusca #albom-plakat inglisça #albom-plakat fransızca #albom-plakat sözünün istifadəsi #sözlük