albomu sözü azərbaycan dilində

albomu

Yazılış

  • albomu • 98.0962%
  • Albomu • 1.9038%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Frank (musiqi albomu)
Frank — Emi Uaynhausun birinci albomu.
Körebe (Göksel albomu)
Körebe – Göksel-in 2001-ci ildə çıxardığı 2-ci albom. Albomdakı "Depresyondayım" mahnısına klip çəkilmişdir.
Paranoya (musiqi albomu)
Paranoya (rus. Паранойя) — Nikolay Noskovun ikinci studiya albomu.
Renaissance (Beyonse albomu)
"Renaissance" (həmçinin "Act I: Renaissance" adlandırılır) — ABŞ müğənnisi Beyoncé tərəfindən 29 iyul 2022-ci ildə Parkwood və Columbianın iştirakı ilə çıxarılmış yeddinci studiya albomudur. Bu, müğənninin "Lemonade"dan sonra (2016) ilk solo studiya relizi və elan edilmiş trilogiyanın birinci hissəsidir. Albomun yazılması və prodüserliyində Beyonse ilə yanaşı Nova Wav, The-Dream, Symbolyc One, A. G. Cook, Honey Dijon, Beam, Triki Stüart, BloodPop, Skrilleks, Hit-Boy, No I.D., P2J və başqa musiqiçilər də iştirak etmişlər. Beam, Qreys Cons və Tems albomun yazılmasında qonaq vokalçı kimi iştirak etmişdir. Beyonse albomu COVID-19 pandemiyası zamanı hisslərinin ifadəsi kimi nəzərdə tutulmuşdur. Albomun əsas sinqlı olan "Break My Soul" mahnısı 20 iyun 2022-ci ildə çıxarılmış, səkkiz ölkənin hit-paradında ilk onluğa daxil olmuş, Billboard Hot 100-də isə zirvəyə yüksəlmişdir. "Renaissance" özündə disko, haus, hip hop və bauns elementlərini birləşdirən ritmik rəqs, pop və R&B albomudur. Kompozisiyaların vəhdəti və enerjili təqdimatına görə albom, musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Dəniz (Zülfiyyə Xanbabayeva albomu)
Dəniz – Azərbaycan müğənnisi Zülfiyyə Xanbabayevanın albomu. 80 dəqiqəlik kompakt-diskə 18 mahnı daxildir. == Hazırlanması == Kompakt-disk Almaniyada istehsal olunub və BMF Records şirkəti tərəfindən buraxılıb. BMF Records dünya standartına cavab verən məhsulunu istehsal edən ilk rəsmi Azərbaycan rekord-leyblidir. Disk üzərindəki unikal ştrix-kod sayəsində albom haqqındakı bütün məlumatlar Dünya Musiqi Məlumatlar Bazasında qeydə alınıb. Azərbaycandan Dünya Musiqi Məlumatlar Bazasına daxil olan ilk CD-dir. Albom Almaniyada istehsal olunub, dizaynı Miraslana məxsusdur. Alboma Mikayıl Vəkilov, Hüseyn Abdullayev, Kamal, Minayə xanımın, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Muxtar, Emil Şahin, İsa Məlik, Emin Kərimi, Sahib Məmmədov, Günel Sərdar qızı və Emin Məcnunbəylinin mahnıları daxil edilib. Albom üçün foto-sessiya Xəzər dənizinin sahilində fotoqraf Emil Ağayev ilə həyata keçirilib. Müğənninin stili və qrimi illər boyu əməkdaşlıq etdiyi "Trend studio" tərəfindən yerinə yetirilib.
Gecə (Zülfiyyə Xanbabayeva albomu)
== Albom haqqında == Bu Zülfiyyə Xanbabayevanın ilk studiya albomudur. Albom mediaya 2000-ci ildə təqdim olunub. Həmin il Azərbaycanda ən çox satılan albomlardan biri olub.
Hard Candy (Madonna albomu)
Hard Candy Madonnanın on birinci studiya albomu. 19 aprel 2008-ci ildə Warner Bros Records tərəfindən nəşr olunmuşdur.Bu Madonnanın val şirkəti ilə son studiya albomu oldu.
Love? (Cennifer Lopez albomu)
Love? — Cennifer Lopezin yeddinci studio albomudur.
Meteora (Linkin Parkın albomu)
Meteora – Linkin Parkın 2-ci studiya albomudur. 25 mart 2003 tarixində Warner Bros. tərəfindən şatışa çıxardılmışdır. Albomun ilk sinqlı Somewhere I Belong mart ayında yayımlandı. Sonra müvafiq olaraq "Faint", "Lying from You", "From the Inside", "Breaking the Habit" və "Numb" sinqlları yayımlandı. Meteora Modern Rock mahnıları siyahısının ən uğulu albom sayılır. Bu albom 2003-cü ildə Qremmi mükafatı almışdır. İndiyədək dünya üzrə 10 milyonun üzərində satış rəqəminə çatmışdır. Albomun 8-ci mahnısı "Figure.09" S.W.A.T filminin soundtreki olmuşdur. 12-ci mahni "Session" isə "The Matrix Reloded" filminin soundtreki olmuşdur.
Samo (Nina Kralyiç albomu)
Samo (azərb. Yalnız‎) — Xorvatiya müğənnisi və bəstəkarı Nina Kralyiçin debüt studiya albomu. 30 sentyabr 2016-cı il tarixində "Universal Music Austria" vasitəsilə Xorvatiyada işıq üzü görmüşdür. Alboma, ifaçının sayca 61-ci Avroviziya Mahnı Müsabiqəsində ölkəsini uğurla təmsil etdiyi "Lighthouse" mahnısı da daxildir. Albom ifaçının özünəməxsus musiqi istedadını özündə əks etdirir. 2015-ci ildə buraxılması planlaşdırılsada, Avroviziya Mahnı Müsabiqəsi layihəsi səbəbilə təxirə salınmışdır. "Samo"da yer alan "Lullaby" və "Lay you down" mahnıları ilə ifaçı özünü eyni zamanda söz yazarı və bəstəkar kimi də təqdim etmişdir. "Što to nema" mahnısında xorvatiyalı məşhur pianoçu Matiya Dediç çıxış etmişdir. Alboma daxil edilmiş "Negdje" mahnısı ifaçının ivrit dilində səsləndirdiyi "Ata ey foshehu sham" mahnısının xorvat dilində olan versiyasıdır. Aşağıdakı cədvəldə, Nina Kralyiçin "Samo" musiqi albomuna daxil olan musiqi əsərlərinin ətraflı siyahısı göstərilmişdir.
Scream (Maykl Cekson albomu)
Scream – Maykl Cekson 2017-ci ildə çıxarılması gözlənilən ümumiləşdirmə albomudur. 14-cü trek "Blood on the Dance Floor", "Dangerous", "This Place Hotel", "Is It Scary" və "Leave Me Alone" mahnılarının vokal və musiqi materiallarından istifadə edilməklə yaradılıb.
Tension (Kayli Minouqun albomu)
Tension — avstraliyalı müğənni Kayli Minouqun on altıncı studiya albomudur. Albom 22 sentyabr 2023-cü ildə BMG Rights Management və Minogue Darenote şirkəti tərəfindən buraxılmışdır. Minouqun 2020-ci ildə disko, dans-pop janrlarında Disco adlı albomundan sonra yeni işi olaraq albomun yayımlanacağı 2023-cü ilin may ayında elan edilmişdi. Padam Padam albomun baş sinqldır, albomun adı ilə bağlı olan Tension sinqlı 2023-cü il avqust ayının sonlarında yayımlandı, holland DJ və elektron musiqi prodüseri Oliver Heldensin Minouq ilə olan sinqlı — "10 Out of 10" da albomda yer alır. Hələ 2022-ci ilin iyununda Vogue jurnalına verdiyi müsahibədə Minouq, yeni material üçün istinad nöqtəsi kimi 2003-cü ildəki "Slow" adlı sinqlının janrında yəni albomun işıq üzü görə biləcəyinə işarə etmişdi. Jurnal həmçinin yeni albom haqqında digər məlumatları qeyd etmişdi. Lakin 2023-cü ilin may ayında Kayli yeni albomu haqqında danışarkən, o, son iki studiya albomu Golden və Disco- dan fərqli olaraq konkret mövzunun olmadığını bildirdi və "Hər mahnının fərdiliyini qeyd etmək və bu azadlığa dalmaq istədiyini" dedi. O, albom üzərində işləmək üçün əvvəllər çalışdığı əməkdaşlar Riçard Biff Stannard və Dak Blekvela müraciət etmişdi. Ümumiyyətlə Kayli Minouq bu albomu işləmək üçün Danimarkanın paytaxtı Kopenhagen, İngiltərədə kurort şəhəri Brayton, eləcə də paytaxt London, Xorvatiya və Fransanın paytaxtı Parisə səyahətlər etmişdi. Albom " Padam Padam " adlı mahnı ilə başlayır və onun klipi albom yayımlanmadan bir neçə ay öncə təqdim edilmişdi.
Musiqi albomu
Musiqi albomu — sənətçinin bir araya gətirdiyi öz mahnılarından ibarət toplu. Albomun üz qabığında sənətçi tərəfindən seçilmiş şəkil yer alır. Albomun maddi nüsxəsinin içərisində şəkillər və layner notları (ing. liner notes) yer ala bilər, həmçinin mahnıların sözləri və müəllifləri haqqında əlavə məlumatlar verən bukletlər (ing. booklet) ola bilər. Albomun sonralar delüks versiyası da buraxıla bilər. Bu versiyaya əlavə mahnılar, canlı və akustik ifalar kimi bonus treklər daxil edilir. Sənətçi albomunu tanıtmaq məqsədilə əvvəlcədən bir neçə ədəd mahnısını sinql şəklində buraxa bilər. Sənətçi albomunu satışa çıxarmaq və musiqi videosu çəkmək üçün musiqi şirkəti ilə müqavilə bağlaya bilər. Albomlar CD, vinil, kaset formatında və striminq xidmətləri kimi platformalar vasitəsilə rəqəmsal olaraq buraxılır.
? (XXXTentacion albomu)
? — amerikalı repçi-müğənni XXXTentacion-un ikinci və ölümündən əvvəl buraxdığı sonuncu albomu. Albom Bad Vibes Forever, Caroline Distribution və Capitol Music Group tərəfindən 16 mart 2018-ci ildə buraxılıb.
Mahnı albomu
Musiqi albomu — sənətçinin bir araya gətirdiyi öz mahnılarından ibarət toplu. Albomun üz qabığında sənətçi tərəfindən seçilmiş şəkil yer alır. Albomun maddi nüsxəsinin içərisində şəkillər və layner notları (ing. liner notes) yer ala bilər, həmçinin mahnıların sözləri və müəllifləri haqqında əlavə məlumatlar verən bukletlər (ing. booklet) ola bilər. Albomun sonralar delüks versiyası da buraxıla bilər. Bu versiyaya əlavə mahnılar, canlı və akustik ifalar kimi bonus treklər daxil edilir. Sənətçi albomunu tanıtmaq məqsədilə əvvəlcədən bir neçə ədəd mahnısını sinql şəklində buraxa bilər. Sənətçi albomunu satışa çıxarmaq və musiqi videosu çəkmək üçün musiqi şirkəti ilə müqavilə bağlaya bilər. Albomlar CD, vinil, kaset formatında və striminq xidmətləri kimi platformalar vasitəsilə rəqəmsal olaraq buraxılır.
Marka albomu
Marka albomu – poçt markası kolleksiyasını saxlamaq və nümayiş etdirmək üçün istifadə olunan kitab. == Tarixi == İlk marka albomları 1862-ci ildə Paris şəhərində Castin Lallier tərəfindən buraxılmışdır. Rusiya imperiyasında ilk poçt markası 1866-cı ildə təqdim olunmuşdur. İngiltərədə ilk poçt markası albomu isə Edvard Opper tərəfindən buraxılmışdır. == Xüsusiyyətlər == Tipik marka albomu ölkə adlarının yazıldığı vərəqlərdən ibarət olur; markaları buraxılış tarixi üzrə yerləşdirmək üçün müəyyən olunmuş yerlər qoyulur. Əhatəli "dünyəvi" marka albomları 30 və ya daha artıq cilddən ibarət olur və 100.000-dən çox marka saxlamaq üçün yerə malikdir. Lakin kolleksiyaçıların çoxu daha kiçik, daha yığcam albomlardan istifadə edir. Boş albomlar isə heç bir yazının olmadığı, folio-vərəqlərdən ibarət albomlardır. Bu albomlar kolleksiyasını istədiyi kimi düzmək istəyən kolleksiyaçılar üçün nəzərdə tutulub. Markaları albomda yerləşdirmək üçün xüsusi yapışdırıcı materialdan istifadə olunur.
21 (Adel albomu)
«21» — Britaniyalı müğənni Adelin ikinci studiya albomu .Albom 2011 -ci ildə buraxılmışdır. Albom 25 milyon nüsxədən çox satılaraq, UK Album Chart 23 həftə (rekord) və Billboard 200 də 24 həftə bir nömrədə yer tutaraq , ilin ən çox satılan albomu oldu. 12 fevral 2012- ci ildə Grammy mükafatlandırılmasında albom "ilin ən yaxşı albomu" nominasiyasının qalibi oldu .
Budur (musiqi albomu)
Budur - Türk müğənni Atiyənin üçüncü studiya albomu. == Albom haqqında == Albomda olan musiqilərin əksəriyyətinin söz və musiqiləri şəxsən Atiye tərəfindən yazılmışdır. Albomda 10 musiqi yer alır. Albomdan olan ilk sinql albomla eyni adı daşıyan Budur (mahnı) sinqlıdır. Musiqisi Houssam Habib-ə, sözləri isə İsra Gülümser-ə aiddir. Alboma aid olan bütün promo şəkillər Nihat Odabaşı tərəfindən çəkilib. Budur sinqlı ttnet.com saytında gün ərzində 50 min dəfədən artıq dinlənərəq rekord səviyyəsinə çatmışdır. Atiye albomundakı tək bir musiqinin bu qədər dinlənilməsinin onun üçün fəxr olduğunu deyib. İskender Paydaş, Ozan Çolakoğlu və Volga Tamöz ilə işləyən musiqiçiyə albomundakı Güzelim mahnısında Sultana, Yoksun mahnısında isə DJ Geveze yoldaşlıq edib. Batum Türküsü və sözlərinin yarısı ərəbcə yarısı türkcə olan Hali Hali Hal adlı iki anonim əsərin də yer aldığı albomda, Budur (mahnı) mahnısının Suat Ateşdağlı tərəfindən remiksi də var.
Yollar (Göksel albomu)
Yollar – Göksel-in 1997-ci ildə çıxardığı 1-ci albomudur. Albomdakı "Sabır" mahnısına klip çəkilmişdir.
Infinite (Eminem albomu)
Infinite Amerikalı reper Eminemin ilk studiya albomudur.Albom müstəqil şirkət olan Web Entertainment tərəfindən 1996-cı ildə çıxarılmışdır. Albom 1995-ci ildə Bass Brothers və D12 üzvləri olan Kon Artis, Proof və Eye-Kyu köməkliyi ilə hazırlanıb.
Overtones (musiqi albomu)
"Overtones" — Britaniya elektronik musiqi sənətçisi "Just Jack"-in ikinci albomu. "Starz in Their Eyes" adlı mahnısı Birləşmiş Krallıq çartlarında ikinci yerə yüksələ bildi. Albomun ABŞ üçün buraxılan versiyasına "I Talk Too Much" mahnısının Kayli Minouqun da qatıldığı yenidən işlənmiş versiyası daxil edilmişdir. Əksi qeyd edilmədiyi təqdirdə bütün mahnılar Cek Olsopp tərəfindən yazılmışdır: "Writer's Block" – 3:42 "Glory Days" – 3:39 "Disco Friends" – 3:00 "Starz in Their Eyes" – 4:55 "Lost" (Olsopp, Ralf Lemb, Endrü Ross) – 5:48 "I Talk Too Much" (Olsopp, Ali Lav) – 3:50 (US feat. Kylie Minogue), 4:16 (UK) "Hold On" (Olsopp, Adam Filips) – 2:24 "Symphony of Sirens" – 4:21 "Life Stories" – 3:52 "No Time" – 4:27 "Mourning Morning" (Olsopp, Jül Porreka) – 4:06 "Spectacular Failures" – 13:10 "Electrickery" – 7:27 (ABŞ üçün buraxılmış bonus mahnısı) Yuxarı siyahıdakı sayca 12-ci mahnı 9:55-də başlayan gizli "Koolaid" mahnısını ehtiva edir.
4 (Beyonse albomu)
4 – Beyonsenin dördüncü studio albomudur.
Gözlənilən Clairo albomu
Always (Əzizə Mustafazadə albomu)
Always — Əzizə Mustafazadənin 1993-cü ildə çıxan ikinci studiya albomu. Alboma görə o, 1994-cü ildə Sony şirkətinin "Echo" mükafatına və "Phono Academy Award" ilə mükafatlandırılmışdır. Əzizə Mustafazadə albomdakı "Vagif" mahnısını caz–muğam üslubunun yaradıcısı olan atası Vaqif Mustafazadəyə, "Crying Earth" mahnısı isə 25 – 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı faciəsində həlak olanlara həsr etmişdir.
Gözlənilən Playboi Carti albomu
Amerikalı repçi-müğənni Playboi Carti uzun müddətdir gözlənilən üçüncü studiya albomunu 2024-cü ildə buraxmağı planlaşdırır. Albom Interscope Records, AWGE və Opium tərəfindən yayımlanacaq. Albomun adı hələ ki, təsdiqlənməyib. Pərəstişkarlar topladıqları ipuculara əsaslanaraq, albomun adının “Narcissist”, “Antaqonist”, “Music” və ya “I Am Music” ola biləcəyini irəli sürüblər. == Trek siyahısı == Carti pərəstişkarlarına onun gələcək albomuna daxil ediləcəyi ehtimal olunan bəzi mahnıları təqdim etdi.
Femme Fatale (Britni Spirs albomu)
Femme Fatale — Britni Spirsin yeddinci solo studio albomudur.
Hayat Rüya Gibi (Göksel albomu)
Hayat Rüya Gibi – Göksel-in 2010-cu ildə çıxardığı albomdur.
In The Garden Of Venus (Modern Talking albomu)
In The Garden Of Venus (azərb. Venera bağında‎) - 1987-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.Bu albom qrupun 6-cı çıxarılmış albomudur.
In the Middle of Nowhere (Modern Talking albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
In the Middle of Nowhere (Modern Talkng albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
Let’s Talk About Love (Modern Talking albomu)
Let's Talk About Love (azərb. Gəl məhəbbətdən danışaq‎) – Modern Talking qrupunun 2-ci albomu. Bu albomun ən məşhur hiti "Cheri, Cheri Lady" mahnısıdır.
Live at the Royal Albert Hall (Arctic Monkeys albomu)
"Live at the Royal Albert Hall" – ingilis rok qrupu Arctic Monkeys-in 7 iyun 2018-ci ildə Londonda yerləşən Royal Albert Hall-da etdiyi çıxışdan ibarət canlı albomu. Albom 4 dekabr 2020-ci ildə Domino Recording Company tərəfindən buraxıldı və bütün gəlirlər War Child xeyriyyə fonduna bağışlandı. == Mahnı siyahısı == Bütün mahnıların sözlərini Aleks Törner yazıb, musiqiləri Arctic Monkeys bəstələmişdir.
Mektubumu Buldun mu? (Göksel albomu)
Mektubumu Buldun mu? – Göksel-in 2009-cu ildə çıxardığı 6-cı albomudur.
Number Ones (Maykl Cekson albomu)
Number Ones — Maykl Ceksonun albomu.
Qəlbinə Yol (Zülfiyyə Xanbabayeva albomu)
Azərbaycanın Respublikasının Xalq Artisti Zülfiyyə Xanbabayevanın sayca üçüncü studiya albomu. "Qəlbinə yol" musiqi albomu 2003-cü ilin mart ayı mediaya təqdim olundu, aprel ayında satışa çıxdı. 2003-2004-cü illər üçün bu Azərbaycanda satış qiymətinə görə ən bahalı musiqi albomu idi. Bununla yanaşı Qəlbinə Yol buraxıldığı il, ən çox tələb olunan albomlar sırasına girdi. Hələ 2001-ci dekabrın 31-i Space telekanalında yeni il şənliyi zamanı bu alboma daxil olan, sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan Anladım Sonunda mahnısı səslənmişdi və çox bəyənilmişdi. Mahnı bütün 2002-ci il boyu hitparadlardan düşmədi. 2003-cü ilin ikinci rübündə Qəlbinə Yol mahnısına videoklip çəkildi, videonu Emin Mirabdullayev çəkdi, bu Azərbaycanda ilk dəfə olaraq kinolentə çəkilən klip oldu. Albomda 9 mahnı ilə yanaşı bir də popurri vardı, bu Zülfiyyə Xanbabayevanın əvvəlki iki albomunda yer alan bəzi mahnıların Rəşad Haşımov tərəfindən hazırlanan mix'i idi. Zülfiyyə xanım alboma Azərbaycanın Xalq Artisti Cavanşir Quliyevin də bir bəstəsini daxil etmişdi. Albomda Kölgələr Düşdü mahnısın musiqisi Tünzalə Ağayevaya aiddir.
Ready for Romance (Modern Talking albomu)
Ready for Romance (azərb. Romantikaya hazır‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 3-cü çıxarılmış albomudur.
Romantic Warriors (Modern Talking albomu)
Romantic Warriors (azərb. Romantizm uğrunda müharibə‎) – Modern Talking qrupunun 5-ci albomudur. Bu albomun yalnız Jet Airliner (azərb. qırıcı təyyarə‎) sinqlı mövcuddur. Albom 1987-cı ildə çıxarılmışdır.
Čuvaj me (Nina Kralyiç albomu)
"Čuvaj me" (azərb. Məni qoru‎) — Porin mükafatı laureatlı Xorvatiyalı ifaçı-bəstəkar Nina Kralyiçin, sayca ikinci studiya albomu. Onun yaradıcılığında, "Samo" adlı debüt musiqi albomu isə 2016-cı ildə yayımlanmışdır. Nina Kralyiçin musiqi sahəsindəki debüt "Samo" albomunun uğurlarını, 2020-ci ilin son günündə yayımlanan xorvat dilli "Čuvaj me" davam etdirmişdir. Alboma daxil olan ilk sinql "Najljepši dan" 2018-ci ildə təqdim edildi. Nina Kralyiç 2020-ci il yayımlı "Zima" mahnısını Marin Yuric Çivro ilə birlikdə ifa etmişdir. İkinci studiya albomuna adını verən "Čuvaj me" mahnısı da ifaçıya böyük uğurlar gətirmişdir. 8 sentyabr 2020-ci il tarixində yayımlanan mahnının sözləri və bəstəsi, Boris Kolariç və Maya Kolariçə məxsusdur.

"albomu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#albomu nədir? #albomu sözünün mənası #albomu nə deməkdir? #albomu sözünün izahı #albomu sözünün yazılışı #albomu necə yazılır? #albomu sözünün düzgün yazılışı #albomu leksik mənası #albomu sözünün sinonimi #albomu sözünün yaxın mənalı sözlər #albomu sözünün əks mənası #albomu sözünün etimologiyası #albomu sözünün orfoqrafiyası #albomu rusca #albomu inglisça #albomu fransızca #albomu sözünün istifadəsi #sözlük