Aleksandr sözü azərbaycan dilində

Aleksandr

Yazılış

  • Aleksandr • 99.6672%
  • ALEKSANDR • 0.3003%
  • aleksandr • 0.0244%
  • AlEKSANDR • 0.0081%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
III Aleksandr
III Aleksandr (26 fevral (10 mart) 1845, Aniçkov sarayı, Sankt-Peterburq, Rusiya imperiyası – 20 oktyabr (1 noyabr) 1894, Livadiya sarayı, Livadiya, Yalta qəzası[d], Tavriya quberniyası[d], Rusiya imperiyası[…])— Romanovlar sülaləsinin üzvü, 1881–1894-cü illərdə Rusiya imperiyasının imperatoru. Təmsil etdiyi hökumətə qarşı çıxmış və rus millətçiliyini dəstəkləmişdir. Çar I Nikolayın nəvəsi, vəliəhd şahzadə Aleksandr Nikolayeviçin (II Aleksandr) ikinci oğlu idi. Qardaşı vəliəhd şahzadə (1855-dən sonra) Nikolay Aleksandroviçin 1865-ci ildə ölümünə qədər vəliəhd olmağı xəyal kimi düşünən Aleksandr, şahzadə olarkən dövrünün hersoqlarına verilən ilk və orta təhsilini almağa başladı. Yalnız 1865-ci ildə vəliəhd olarkən, rus dövlət adamı K. P. Pobedonostsev tərəfindən yetişdirilməyə başlandı. Qardaşı Nikolay, ölümündən əvvəl nişanlısını Danimarkalı şahzadə Daqmarın (Ortodoks olduqdan sonra Mariya Fyodorovna) Aleksandr ilə evlənməsini istəmişdi. Bu istəklə razılaşan Aleksandr və Daqmarın çox xoşbəxt bir evlilikləri oldu. Aleksandr, vəliəht olarkən atası ilə müxtəlif mövzularda razılaşmamağa başladı. Bu münaqişə, Franız-Alman döyüşü zamanı zirvəyə çatdı. Aleksandr fransızları; Çar isə almanları dəstəklədi.
II Aleksandr
II Aleksandr (rus. Алекса́ндр II Никола́евич;17 (29) aprel 1818, Kiçik Nikolayev sarayı[d] – 1 (13) mart 1881, Qış sarayı) — Romanovlar sülaləsinin üzvü, Rusiya imperiyasının XII imperatoru. II Aleksandr 1855-ci ildə atası I Nikolayın ölümünün ardından taxta çıxmış və 1881-ci ildə sui-qəsdlə öldürüləcəyi günə qədər hakimiyyətdə qalmışdır. II Aleksandr Rusiya imperiyasının XII İmperatoru olmaqla yanaşı III Polşa Çarı və III Finlandiya Knyazı titullarında daşıyırdı. Yenilikçi fikirlərə sahib olan Aleksandr bir necə mühüm islahatın və iqtisadi inkişafın əsas səbəbkarı hesab olunur. 1861-ci ilin 19 fevral tarixində təhkimçilik hüququnun ləğv edilməsi ilə bağlı fərman imzalaması ilə imperiyanın bütün hüdudlarında yaşayan milyonlarla kəndli azad edildi. Kəndlilərə torpaq sahələrinin ayrılması, onların hüquqlarının qorunması sahəsində əməli işlərin görülməsi nəticəsində əhali tərəfindən II Aleksandr Xilasedici Aleksandr (rus. Алекса́ндр Освободи́тель) olaraq adlandırıldı. Aleksandr tərəfindən inzibati-məhkəmə sisteminin yenidən təşkil edilməsi, ölüm hökmünün ləğv edilməsi, hər təbəqədən olan şəxslərin orduya cəlb edilməsi və dini-etnik icmaların üzərində təziqin adılması kimi mühüm reformlar keçirildi. Keçirdiyi reformlarla liberal imperator imiçini formalaşdıran II Aleksandr monarxiyanın mütləqiyyətinə də inanırdı.
I Aleksandr
I Aleksandr — ad. I Aleksandr Makedoniyalı (? — e.ə. 454) — I Aleksandr (papa) — 107–115-ci illərdə Romanın 5-ci papası. I Aleksandr (İmereti çarı) (1387–1389) — I Aleksandr Balas (e.ə. 150 — e.ə.
Aleksandr
Aleksandr — Dünyada daha çox işlədilən ad. I Aleksandr (1777–1825) — Romanovlar sülaləsinin üzvü, Rusiya imperiyasının imperatoru. II Aleksandr — Romanovlar sülaləsinin üzvü, Rusiya imperiyasının XII imperatoru. III Aleksandr — Romanovlar sülaləsinin üzvü, Rusiya imperiyasının imperatoru. VII Aleksandr — Roma papası Aleksandr Puşkin — dahi rus şairi, dramaturq və nasiri Aleksandr Rıbak — müğənni, aktyor və skripka ifaçısı. Aleksandr Popov — rejissor, ssenari müəllifi, aktyor, rejissor assistenti Aleksandr Makovski — Aktyor. Rejissor köməkçisi. Rejissor. Bədii rəhbər. Ssenari müəllifi.
Makedoniyalı Aleksandr
Makedoniyalı İsgəndər, III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər (yun. Ἀλέξανδρος ὁ Μέγας, Aléxandros ho Mégas, Yunan dilindən : ἀλέξω alexo "müdafiə etmək, kömək etmək" və ἀνήρ ander "adam") (20 iyul e.ə. 356, Pella[d], Makedoniya İmperiyası – 10 iyun e.ə. 323, Babil, Makedoniya İmperiyası[d]) — Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipin ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir. Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası II Filippin öldürülməsindən sonra eramızdan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırılıb və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə edib.
Paflaqoniyalı Aleksandr
Paflaqoniyalı Aleksandr və ya Abonotixli Aleksandr (yun. Ἀλέξανδρος ὁ Ἀβωνοτειχίτης; təq. 105, Abonotix[d] – təq. 170) — Qədim Roma yalançı peyğəmbəri, orakulu. Satirik Lukian onu Qlikon kultunun banisi adlandırır. Lukianın Aleksandr haqqında yazdıqlarının doğruluğu tez-tez şübhə altına alınır, lakin Mark Avreli və Lusi Verin dövründə zərb edilən, üzərində Aleksandrın təsviri olan sikkələr həmin dövrdə Aleksandrın təsirinin əhəmiyyətliliyindən xəbər verir. Lukianın Aleksandr haqqında yazdıqlarında xristianlar və epikürçülər onun xüsusi düşməni və nifrətinin əsas obyekti kimi təqdim edilmişdir. İctimaiyyətin fikri onun qurduğu kultu ifşa etmək istiqamətində inkişaf edən zaman Aleksandr xalqı qorxutmaq üçün elan vermiş və bildirmişdir ki, "Pont ona qarşı ən mənfur təhqirləri söyləməyə cəsarət edən ateistlər və xristianlarla doludur". Aleksandr əlavə etmişdir ki, "tanrının lütfünü arzulayanlar onları daşqalaq etməlidir".
VII Aleksandr
VII Aleksandr (lat. Fabio Chigi;13 fevral 1599[…], Siena, Toskana – 22 may 1667[…], Roma) — Roma papası.
VI Aleksandr
VI Aleksandr (ing. Pope Alexander VI) və ya Rodriqo Borciya (isp. Rodrigo de Borja) (güm. 1 yanvar 1431 – 18 avqust 1503, Roma, Papa dövləti) — Roma papası. Araqon krallığına bağlı Xativa şəhərində məşhur Borciya ailəsində dünyaya gəldi. Bolonya Universitetində təhsilini tamamlamasının ardından dekan olaraq kilsə xidmətinə başladı. 1455-cı ildə dayısının III Kalliks adıyla Roma papası seçilməsinin ardından öncə kardinal, bir il sonra Roma-katolik kilsəsinin vitse-kansleri oldu. Dayısından sonra gələn 4 papanın dövründə də bu vəzifəsində qaldı və bu müddət ərzində kilsə daxilində nüfuz və var-dövlət qazandı. 1492-ci ildə VI Aleksandr adını alaraq Roma papası seçildi. 1493-cü ildə yazdığı fərmanlarla İspaniyanın Yeni Dünya üzərindəki nüfuzunu təsdiqlədi.
Aleksandr Zuyev
Aleksandr Mixayloviç Zuyev (rus. Александр Михайлович Зуев; 17 iyul 1961, SSRİ – 10 iyun 2001, ABŞ) — 20 may 1989-cu ildə MiQ-29 qırıcı təyyarəsini Türkiyənin Trabzon şəhərinə qaçıran Sovet Hərbi Hava Qüvvələrinin kapitanı idi. Zuyev 25 yaşında aviasiya diviziyasının qərargah rəisinin qızı ilə ailə həyatı qurub və əla performansına görə Aktyubinskdəki sınaq pilotlar məktəbinə sənəd verib, lakin seçilməyib. Zuyev rədd cavabı aldığı üçün sərtləşdi, şəxsi həyatında və evliliyində problemlər yarandı və bu fikirlər onun sovet sistemi ilə bağlı şəxsi şübhələri ilə birləşəndə ​​ABŞ-dən sığınacaq istəməyə qərar verdi. 1982-ci ildə Armavir Ali Hərbi Aviasiya Qırmızı Bayraqlı Pilotlar Məktəbini bitirib. O, 176-cı Qırıcı Aviasiya Alayında xidmət edib və MiQ-23 təyyarəsini idarə edib. Alayın tərkibində ilk pilotlar arasında o, yeni MiQ-29 qırıcısı üçün yenidən hazırlığa başladı (Zuyevin sözlərinə görə, bu, ona Əfqanıstana müharibəyə göndərilməkdən yayınmağa imkan verdi); əslində alayın Əfqanıstan Respublikasındakı döyüşlərdə iştirakı nəzərdə tutulmamışdı); Bəzi məlumatlara görə, o, təyyarənin hərbi sınaqlarında iştirak edib. 1980-ci illərin sonunda Zuyev həm hərbi xidmətdə, həm də şəxsi həyatında problemlər yaşamağa başlayıb. O, kitabında sovet cəmiyyətindən və sistemindən tədricən necə məyus olduğunu təsvir edir. Onun sözlərinə görə, son damla 1989-cu il aprelin 9-da Tbilisidə baş vermiş hadisələr (Sovet Ordusu tərəfindən antisovet, müstəqillik tərəfdarı nümayişin vəhşicəsinə yatırılması) oldu.
Aleksandr Baumqarten
Aleksandr Qottlib Baumqarten (17 iyul 1714[…], Berlin – 27 may 1762, Frankfurt-na-Oder) — alman filosofu, Leybnits və Volfun davamçısı, "estetika" termininin müəllifi. Berlində Yakob və Rozina Baumqartenin ailəsində anadan olub. Atası ilahiyyatçı və pedaqoq Frankenin köməkçisi idi. Aleksandr Baumqarten ailənin beşinci övladı idi. Qardaşı Ziqmund Yakob tanınmış ilahiyyatçı və kilsə tarixçisi idi. Baumqarten Halledə H.Volfun rəhbərliyi altında fəlsəfə və teologiyanı öyrənmişdir. 1735-ci ildə magistr dərəcəsi aldıqdan sonra Hall Universitetinə müəllim təyin edildi və 1738-ci ildə professor oldu. 1740-cı ildən Frankfurt an der Oder Universitetində professor olub və ölümünə qədər burada çalışıb. Baumqarten ontologiyanı “varlıqların ümumi predikatları haqqında elm” (lat. Scientia praedicatorum entis generaliorum) kimi təyin edir.
Aleksandr Bezobrazov
Aleksandr Mixayloviç Bezobrazov (rus. Александр Михайлович Безобразов; 13 sentyabr 1853, Tambov – 9 oktyabr 1931, Sent-Jenevyev-de-Bua[d]) – Rusiya biznesmeni, siyasi aktivisti və avantüraçısı. Rus-yapon müharibəsinə qədərki dövrdə Rusiyanın Şərqi Asiyadakı avantüralarının arxasında o dayanırdı. Aleksandr Bezobrazov 1853-cü ildə Tambov şəhərində zadəgan ailəsində doğulmuşdur. Rusiya İmperator Ordusuna qatılmış, Süvari Mühafizəçilərində kapitan rütbəsinə qədər yüksəlmişdir. Çar II Aleksandrın 1881-ci ildə sui-qəsd nəticəsində öldürülməsindən sonra Müqəddəs milis adlı əks-inqilabçı qrupa qatılmışdır. O, biznes maraqları ilə siyasi fəaliyyətini birləşdirmiş və 1898-ci ildə taxta-şalban biznesi vasitəsilə Koreyanın şimalında Rusiyanın təsir dairəsini artırmağa başlamışdır. Tezliklə Rusiya çarı II Nikolayın hüzuruna çıxmışdır. Bezobrazovun natiqliq bacarıqları onu bütün konsessiyaçı qrupun sözçüsünə çevirmiş və bu qrup Bezobrazov dairəsi kimi tanınmağa başlamışdır. Taxta konsessiyası üçün təklif olunan plan maliyyə naziri Sergey Vitte tərəfindən müsbət qarşılanmasa da, 1902-ci ildə çar planı təsdiqləmiş və Bezobrazovu Şərqi Asiyaya göndərmişdir.
Aleksandr Fok
Aleksandr Viktoroviç Fok (rus. Александр Викторович Фок; 25 avqust (6 sentyabr) 1843 – 2 dekabr 1926) – Rusiya İmperator Ordusunun general-leytenantı. Rus-yapon müharibəsində iştirak etmiş, Port-Arturun mühasirəsi zamanı quru müdafiə qüvvələrinin komandanı olmuşdur. Aleksandr Fok 1843-cü ildə doğulmuşdur. Hərbi akademiyanı bitirdikdən sonra 1871–1876-cı illərdə jandarmalarda xidmət göstərmiş, 1877–1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində döyüşmüşdür. Sibirdə müxtəlif hərbi vəzifələri tutmuş, 1900-cü ildə 4-cü Şərqi Sibir piyada briqadasının komandanı olaraq Boksçular üsyanına göndərilmiş beynəlxalq briqadada iştirak etmişdir. Fok 1904-cü ildə general-leytenant rütbəsinə yüksəlmiş və Rus-yapon müharibəsinin əvvəlində Port-Arturda 4-cü Şərqi Sibir Piyada Diviziyasının komandanı olmuşdur. O, Nanşan döyüşündə iştirak etmiş və rusların bu döyüşdəki məğlubiyyətinin ən böyük səbəbkarı hesab olunmuşdur. Ehtiyat qüvvələri Şərqi və Qərbi Panluna göndərmək barədə olan əmrə itaət etməkdən imtina etdiyi üçün 21 avqust 1904-cü ildə Konstantin Smirnov tərəfindən hərbi vəzifəsindən azad edilmişdir. General-leytenant Roman Kondratenkonun 1904-cü ilin dekabrındakı ölümündən sonra general-leytenant Anatoli Stessel tərəfindən Port-Arturun quru müdafiə qüvvələrinin komandanı təyin olunmuşdur.
Aleksandr Kuprin
Aleksandr İvanoviç Kuprin (26 avqust (7 sentyabr) 1870[…], Narovçat[d], Penza quberniyası[d] – 25 avqust 1938[…], Leninqrad) — rus yazıçısı, şairi və tərcüməçisi.
Aleksandr Lentsov
Aleksandr Lentsov (rus. Александр Иванович Ленцов; 20 dekabr 1956, Xolmskaya[d], Krasnodar diyarı) — Rus hərbçi, Rusiya Silahlı Qüvvələrinin general-polkovniki. Lentsov 1996–2009-cu illərdə 98-ci Qvardiya Hava-Desant Diviziyasının komandiri olub. Quru Qoşunlarının baş komandanının müavini vəzifəsində olarkən 2023-cü ilin aprel ayında Qarabağdakı Rusiya sülhməramlılarının komandanı təyin edilib. 1993-cü ildən — 104-cü Qvardiya Hava Desant Diviziyasının komandir müavini, üç il sonra — 2009-cu ilə qədər 98-ci Qvardiya Hava Desant Svir Diviziyasının komandiri olub. Rusiya sülhməramlılarının Bosniyadakı bölməsinin komandiri kimi Bosniya müharibəsində, eləcə də həm İkinci Çeçen müharibəsi, həm də 2008-ci ildə Cənubi Osetiyadakı müharibədə iştirak etmişdir. 2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında Ali Akademik Kursları bitirmişdir. 2009-cu il avqustun 5-dən — Hava-Dəniz Qüvvələrinin komandanının müavini olub. 13 dekabr 2011-ci ildə general-leytenant hərbi rütbəsi verilmişdir. 31 iyul 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə o, Rusiya Federasiyasının Quru Qoşunlarının Ali Baş Komandanının müavini təyin edilib.
Aleksandr Qernqross
Aleksandr Alekseyeviç Qernqross (rus. Александр Алексеевич Гернгросс; 4 avqust 1851, Smolensk – 17 mart 1925, Leninqrad) – Rusiya İmperator Ordusunun hollanəsilli generalı. Rus-yapon müharibəsində diviziya və korpus komandanı kimi iştirak etmişdir. Müharibədən sonra ordunun aparıcı üzvlərindən biri olmuşdur. Aleksandr Qernqross hollanəsilli Baltika almanlarına mənsub olan ailədə doğulmuşdur. 1868-ci ildə hərbi xidmətə daxil olmuş, Riqa Piyada Məktəbini bitirmişdir. 1877–1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində iştirak etmişdir. Qernqross Rus-yapon müharibəsində Birinci Sibir Ordu Korpusunun tərkibində olan 1-ci Sibir atıcı alayının komandanı olmuş və Telissu döyüşündə iştirak etmişdir. Daha sonra korpusunun komandanı olmuş və Lyaoyan döyüşündə döyüşmüşdür. Şahe döyüşü zamanı Şərq bölüyünün əsgərləri ilə yaradılmış xüsusi birliyə başçılıq etmiş və 16 oktyabr 1905-ci ildə Şa çayının cənubunda yerləşən Putilov, eləcə də, Ağac yüksəkliklərini ələ keçirməyi bacarmışdır.
Aleksandr Qostiyev
Aleksandr Qostiyev — Azərbaycanlı sərbəst güləşçi, Azərbaycan milli komandasının üzvü. 2013-cü ildə Kazanda keçirilən Yay Universiadasında Azərbaycanı təmsil edib. Milliyətcə osetindir. Rusiyanı bir sıra beynəlxalq turnirlərdə təmsil edib. Bakının "Atasport" güləş klubunda çıxış edir. Aleksandr Taymurazoviç Qostiyev 1987-ci il yanvarın 24-də Şimali Osetiyada anadan olub. Milliyyətcə osetindir. 1997-ci ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Aslan Tsaqoyevdir.
Aleksandr Boqatıryov
Boqatıryov Aleksandr İqoreviç (rus. Богатырёв Александр Игоревич, 24 oktyabr 1993, Bakı) — rus əsilli Azərbaycan idmançısı və sahibkar. Su polosunda dəfələrlə beynəlxalq turnirlərin qalibi və respublika çempionu, mobil hücumçu. "Partner Group AZ" tikinti şirkətinin və Partner Group Baku su polosu klubunun rəhbəri. O, uzun müddət Bakının MOİK klubunda çıxış edib. Hazırda isə "Partner Group Baku" klubunda çıxış edir. 2008–2015-ci illərdə su polosu üzrə Azərbaycan milli komandasının üzvü olub. Həm klubda, həm də millidə 2 nömrəli forma ilə çıxış edib. O, daha əvvəl Azərbaycanın gənclərdən ibarət yığmasında da çıxış edib. 1999–2010-cu illərdə Bakı şəhəri 275 saylı orta məktəbdə təhsil alıb.
Aleksandr Kalder
Aleksandr Kalder (22 iyul 1898[…], Filadelfiya, Pensilvaniya – 11 noyabr 1976[…], Nyu-York, Nyu-York ştatı[…]) — həm öz estetik, həm də statik "stabil"ləri və monumental ictimai heykəlləri ilə tanınan amerikalı heykəltəraşdır. Kalder öz işini təhlil etməməyə üstünlük verərək, "Nəzəriyyələr rəssamın özü üçün çox yaxşı ola bilər, amma başqa insanlara yayım olmamalıdır" dedi. Aleksandr "Sendi" Kalder 1898-ci ildə Pensilvaniya ştatının Lawnton şəhərində anadan olmuşdur. Onun doğum tarixi qarışıqlıq mənbəyi olaraq qalır. Kalderin anası Nanettenin (née Lederer) sözlərinə görə, Kalder avqustun 22-də anadan olub. Bununla belə, onun Filadelfiya Şəhər Zalında doğum haqqında şəhadətnaməsi, əllə yazılmış yazıya əsasən 22 iyul tarixində yazılıb. Kalderin ailəsi doğum haqqında şəhadətnamədən xəbər tutanda şəhər məmurlarının səhv etdiyini əminliklə iddia etdilər. Anası yəhudi və alman mənşəli, atası isə Kalvinist və şotland mənşəli idi, lakin Kalder özü heç vaxt heç bir dinə etiqad etmirdi və millətçiliyi rədd edirdi. Kalderin babası, heykəltəraş Aleksandr Milne Kalder Şotlandiyada anadan olub, 1868-ci ildə Filadelfiyaya mühacirət edib. O, Filadelfiya şəhər zalının qülləsində Uilyam Pennin nəhəng heykəli ilə tanınır.
Aleksandr Çuprov
Aleksandr Aleksandroviç Çuprov (6 (18) fevral 1874, Mosalsk[d], Kaluqa quberniyası[d] – 19 aprel 1926[…], Cenevrə) — rus statistiki, professor. Sankt-Peterburq Politexnik İnstitutunda dərs dediyi illərdə statistikanın tədrisi üçün nümunəvi sistem işləyib hazırlamış və onu uğurla həyata keçirmişdir. Hələ 14 yaşı olanda 5-ci gimnaziyaya, onun 5-ci sinfinə daxil olub. 1892-ci ildə Çuprov orta məktəbi bitirmiş və atasının məsləhəti ilə Fizika-Riyaziyyat fakültəsinin riyaziyyat şöbəsini seçərək Moskva Universitetinə qəbul oldu. Onun namizədin "Ehtimal nəzəriyyəsi nəzəri statistikanın əsası kimi" əsəri A. Çuprovun sonrakı əsərlərində işləyib hazırladığı məsələlərə həsr olunmuşdu. O , B. K. Mlodzeevskini özünün müəllimi hesab edirdi. Çuprov P. Çebışev və A. Markovun Sankt-Peterburq riyaziyyat məktəbinə böyük maraq göstərmişdi . 1896-cı ildə Çuprov Berlində təlim keçmiş, oradan 1897-ci ildə Strasburqa köçmüş və burada Georq Knapp tərəfindən hökumət bilikləri üzrə seminarda iştirak etmişdir. 1901-ci ilin yayında A. Çuprov Strasburqda doktorluq imtahanlarından keçmiş, elmlər doktoru alimlik dərəcəsi almış və ali təhsil müəssisəsində dosent elmi dərəcəsi almaq məqsədilə Moskva Universitetinin Hüquq fakültəsində magistratura imtahanlarına hazırlaşmağa başlamışdır. Çuprov K. Marksın, F. Engelsin əsərlərini və sosialist hərəkatı məsələlərini intensiv şəkildə öyrənirdi.
Aleksandr Myasnikov
Aleksandr Fyodoroviç Myasnikov (əsl soyadı – Myasnikyan; təxəllüsü – Martuni; erm. Ալեքսանդր Ֆյոդորի Մյասնիկյան, rus. Алекса́ндр Фёдорович Мяснико́в; 28 yanvar (9 fevral) 1886, Naxçıvan-na-Donu, Rusiya imperiyası – 22 mart 1925, Tiflis) — erməni mənşəli sovet dövlət və partiya xadimi, ədib. Aleksandr Fyodoroviç Myasnikov 9 fevral 1886-cı ildə Rusiya imperiyasının Naxçıvan-na-Donu şəhərində anadan olmuşdur. O, 1906-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Myasnikov 1906–1909-cu illərdə Bakıda və 1912–1914-cü illərdə Moskvada inqilabi iş aparmış, 1914-cü ildə, Birinci Dünya müharibəsi zamanı orduya səfərbərliyə alınmışdır. O, 22 mart 1925-ci ildə Tiflis şəhəri yaxınlıqlarında təyyarə qəzasnda həlak olmuşdur. Myasnikov 1917-ci il fevral inqilabından sonra Qərb cəbhəsi cəbhə komitəsinin, Minsk şəhəri partiya komitəsinin üzvü olmuşdur. O, RSDF(b)P Şimal-qərb ilayəti Komitəsinin sədri, Qərb vilayəti HİK-nin üzvü olmuşdur. Myasnikov 1917-ci ilin yazından Qərb, 1918-ci ilin yayından Volqaboyu cəbhəsinin komandanı, 1919-cu ilin əvvəlində Belorusiya SSR MİK sədri, Belorusiya K(b)P Mərkəzi bürosunun sədri, 1920-ci ilin yayında Qərb cəbhəsi siyasi idarəsinin rəisi, 1921-ci ildə Ermənistan SSR XKS sədri və xalq hərbi işlər komissarı, 1922-ci ildən Zaqafqaziya SFSR İttifaq Sovetinin sədri, sonra RK(b)P Zaqafqaziya Ölkə Komitəsinin birinci katibi, eyni zamanda SSRİ HİŞ-in üzvü olmuşdur.
Aleksandr Hertsen
Aleksandr Hertsen (yazıçı)
Aleksandr McQueen
Li Aleksandr Makkvin - ing. Lee Alexander McQueen (17 mart 1969 - 11 fevral 2010) britaniyalı moda dizayneri idi. O, 1992-ci ildə özünün Alexander McQueen brendini qurdu. Moda sahəsində əldə etdiyi nailiyyətlər ona dörd dəfə "İlin Britaniya Dizayneri" mükafatını (1996, 1997, 2001 və 2003), həmçinin 2003-cü ildə Amerika Moda Dizaynerləri Birliyinin "İlin Beynəlxalq Dizayneri" mükafatını qazandırdı. McQueen 2010-cu ildə anasının ölümündən qısa müddət sonra öz evində 40 yaşında intihar edərək öldü. Ölümündən sonra uzun müddət əməkdaşlıq etdiyi Sara Burton onun brendinin yaradıcı direktoru vəzifəsini tutdu. Bir dizayner olaraq, McQueen kəskin yaradıcı fəaliyyəti ilə tanınırdı. O, romantizm, seksuallıq və ölüm kimi mövzuları öz kolleksiyalarında əks etdirirdi. McQueen haqqında moda jurnalisti Dana Tomasın "Tanrılar və Krallar" kitabı (2015) nəşr olundu və McQueen (2018) sənədli filmi çəkilib. Aleksandr McQueen 17 mart 1969-cu ildə Londonda Ronald və Coys McQueen ailəsində altı uşaqlı ailədə son beşik olaraq dünyaya gəlmişdir.
Aleksandr Qnezdov
Aleksandr Yefimoviç Qnezdov (rus. Гнездов Александр Ефимович; 17 sentyabr 1908, Vladimir quberniyası[d] – 1981) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu, məşqçi. Daha çox "Neftçi"nin ilk baş məşqçisi kimi tanınır. Qnezdov futbolçu karyerasını 1926-cı ildə Bakının "Proqress" klubunda başlayıb. 1934-1936-cı illərdə Leninqradın "Stalinets" komandasında çıxış edib. Bu müddət ərzində komandanın heyətində cəmi 10 oyun keçirib, 6 qol vurub. 1937-ci ildə oynayan məşqçi kimi "Neftyanik" klubunun heyətində 13 oyun keçirib, 4 qol vurub. Qnezdov həm də Azərbaycan SSR-in ilk futbol şərhçisi olub. 1949-cu ildə Azərbaycan radiosunda futbol reportajlarının təməlini qoyan şəxslərdəndir. Birinci reportajı məhz özü aparıb.
Aleksandr Belinçenko
Aleksandr Belinçenko Viktoroviç (ukr. Бєліченко Юрій Вікторович; 2 oktyabr 1966, Kiyev) — Birinci Qarabağ müharibəsində iştirak etmiş ukrayn əsilli hərbi pilot. Kapitan rütbəsi daşıyan Belinçenko 1987-ci ildə Azərbaycan SSR-də xidmət etməyə başlayıb və SSRİ dağıldıqdan sonra xidmətini Azərbaycan Hərbi Hava Qüvvələri tərkibində davam etdirib. Pilotun idarə etdiyi MiQ-25 qırıcı təyyarəsi 1992-ci ilin 20 avqust tarixində keçmiş Ağdərə rayonunu Mehmana kəndi üzərində vurulub və pilot əsir götürülüb. Aleksandr Belinçenko Poltava vilayətində anadan olub. 1987-ci ildə Armavirdə Ali Hərbi Uçuş Məktəbini bitirib. Həmin il Azərbaycan SSR-ə xidmətə göndərilib. O, Zaqafqaziya Hərbi Dairəsinin 19-cu Hava Hücumundan Müdafiə Ordusunun 82-ci Qırıcı Aviasiya Alayının tərkibində xidmət edib. Beş il Türkiyə və İranla hava sərhədlərini MiQ-25 təyyarələrində qoruyub. 1992-ci ilin aprelində SSRİ Hərbi Hava Qüvvələrinin kapitanı Belinçenkonun xidmət etdiyi aviasiya alayı ləğv edildi.
Fransis Aleksandr
Fransis Aleksandr — amerikalı portret rəssamı. Aleksandr 1800-cü il fevralın 3 - də Konnektikutun Vindham qraflığında anadan olub. O , fermada böyüyüb. 1820-ci ildə Nyu-Yorka gedərək Aleksandr Robertson ilə birlikdə rəssamlıq təhsili alıb. 1831 və 1832-ci illərdə Romada yaşayıb. Daha sonra təxminən on ilə yaxın Massaçusets ştatının Boston şəhərində yaşayıb. Burada yaşadığı müddətdə Çarlz Dikkensin portretini çəkib (1842). Fransis 1840-cı ildə Milli Dizayn Akademiyasının fəxri üzvü seçilib. Aleksandr 1881-ci ildə Florensiyada vəfat edib. Aleksandr 1836-cı ildə Lusiya Qrey Svit ilə evlənib.
Cəmil Aleksandroviç-Nasifi
Cəmil Aleksandroviç-Nasifi (1882- ?) - tarixçi, arxeoloq, etnoqraf. Cəmil Aleksandroviç-Nasifi 1882-ci ildə Qrodnenski vilayətində anadan olub. Mənşəcə litva tatarıdır. "Krımın tədqiqi cəmiyyəti"ndə işləyib. 1920-ci illərin əvvəllərində Bakıya gəlmişdir. 1923-cü ildən başlayaraq Azərbaycan Arxeoloji Komitəsində, 1927-ci ildən "Azərbaycan asari-ətiqələri, incəsənət və təbiət abidələrinin mühafizəsi komitəsi"ndə ("Azkomstaris"də) işləyib. Xarici Şərq bürosunun, o cümlədən də türk-əfqan komissiyası bölməsinin üzvü olub. C.Aleksandroviç XX əsrin 20-ci illərinin ortalarında Arxeoloji Komitənin sədr müavini seçilib. Bir neçə dili bilirdi: alman, fransız, rus, ukrain, türk, ərəb, fars, ingilis, polyak dillərini. 1924-cü ildən "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin tarixi-etnoqrafiya bölməsinin işində fəal şəkildə iştirak edib.
Daniil Aleksandroviç
Daniil Aleksandroviç (rus. Даниил Александрович; 1261[…], Vladimir – 5 mart 1303, Moskva) — Böyük Moskva knyazlığının ilk udel knyazı (1263-1303), Aleksandr Nevskinin kiçik oğlu; Rurikoviçlərin Moskva xəttinin banisi. Daniel qardaşları, knyazlar Dmitri Pereyaslavski və Andrey Qorodetskinin Vladimirin böyük hökmranlığı və Novqorodda hökmranlıq hüququ uğrunda mübarizəsində iştirak etdi. Knyazların daxili çəkişmələrində istər-istəməz iştirak edən knyaz Daniil Aleksandroviç özünü sülhsevər kimi göstərdi. 1282-ci ildə Tver knyazı Svyatoslav Yaroslaviçlə birlikdə Vladimirin böyük padşahlığı uğrunda başqa bir qardaş Demetriyə qarşı vuruşan qardaşı Andreyin qoşunları ilə Moskva qoşunlarını birləşdirdi; lakin Dmitrov şəhərindəki ilk görüşdə rəqiblər barışdı və qan tökülmədi. Moskvaya qayıdan Şahzadə Daniel səmavi himayədarının şərəfinə bir monastır qurdu. Daniel Stylite - Zamoskvoreçyedə, Moskva çayının sağ sahilində, cənub Serpuxov yolunda. Monastır onun adını aldı - Danilovski, sonralar rəsmi olaraq Müqəddəs Danilov Spasski adlandırıldı. 1283-cü ildən knyaz Vladimirin Böyük knyazına çevrilən qardaşı knyaz Dmitrinin tərəfində idi. 1293-cü ildə knyaz Andrey Qorodetski Qızıl Orda komandirlərinin Şimal-Şərqi Rusiyaya yeni kampaniyasının təşəbbüskarı oldu.
Hamilton Aleksandr Rosskin Gibb
Ser Hamilton Aleksandr Rosskin Gibb (ing. Sir Hamilton Alexander Rosskeen Gibb) və H. A. R. Gibb (2 yanvar 1895[…], İsgəndəriyyə – 22 oktyabr 1971[…], Şipston-on-Stor[d], Vorvikşir qraflığı) — Böyük Britaniya tarixçisi, professoru, ərəbşünası və islamşünası. Hamilton Aleksandr Rosskin Gibb 2 yanvar 1895-ci il tarixində Misirin İsgəndəriyyə şəhərində, Aleksandr Krauford Gibbin və Ceyn Enn Qardnerin oğlu olaraq anadan olmuşdur. Onun atası 1897-ci ildə vəfat etmişdir. Gibb beş yaşında ailəsi ilə birlikdə Şotlandiyaya köçür və orada təhsil almağa başlayır. O, 1904-cü ildə Edinburq şəhərindəki Kral Orta Məktəbinə daxil olur. Onun təhsili antik dövrə ixtisaslaşmışdı, ancaq Gibb fransız və alman dillərini, o cümlədən fiziki elmlər də öyrənmişdir. Gibb 1912-ci ildə Edinburq Universitetinə daxil olur, orada sami dillərini öyrənir. Gibb Birinci Dünya müharibəsi başlayanda Edinburq Universitetindəki təhsilini təxirə salmış, 1917-ci ilin fevral ayından Fransada Böyük Britaniya Kral Artilleriyası, bir neçə ay isə İtaliyada səlahiyyətli zabit kimi xidmət göstərmişdir. Gibb 1922-ci ildə Helen Cessi Stark ilə evlənir.
III Aleksandr (Roma papası)
III Aleksandr (lat. Alexander III), dünyəvi adı Rolando Bandinelli (təq. 1100, Siena, Toskana – 30 avqust 1181, Çivita-Kastellana[d], Latsio) — 1159–1181-ci illərdə Roma papası. Papa teokratiyasını möhkəmləndirməyə calışmışdır. İmperator I Fridrix Barbarossa ona qarşı bir necə antipapa qoyduğuna görə, III Aleksandr I Fridrixə qarpı mübarizə aparmışdır. İngiltərə kralı II Henri ilə münaqişədə onu papaların hakimiyyət üstünlüyünü tanımağa vadar etmişdir. Myriam Soria Audebert, "Pontifical Propaganda during the Schisms: Alexander III to the reconquest of Church Unity," in Convaincre et persuader: Communication et propagande aux XII et XIIIe siècles. Ed. par Martin Aurell. Poitiers: Université de Poitiers-centre d'études supérieures de civilisation médiévale, 2007, Vikianbarda III Aleksandr (Roma papası) ilə əlaqəli mediafayllar var.
III Aleksandr (İmereti çarı)
III Aleksandr (gürc. ალექსანდრე III) — İmeretiya kralı III Georginin böyük oğlu və varisi. 1639–1660-cı illərdə hakimiyyətdə olmuşdur. III Aleksandr 1639-cu ildə atası III Georginin ölümündən sonra İmeretiya taxtına oturdu. Bu dövrdə Meqreliya knyazı Levan Dadiyani İmereti torpaqlarına dağıdıcı basqınlar edirdi. III Aleksandr paytaxt Kutaisinin müdafiəsini möhkəmləndirdi və Levan Dadiyaniyə qoşulmamaları üçün bütün əsas və varlı İmeretiya zadəganlarını ailələri ilə birlikdə paytaxta yerləşdirdi. III Aleksandr Rus çarı Aleksey Mixayloviçdən hərbi və siyasi yardım istəmək üçün öz elçilərini Moskvaya göndərdi. Bu dövrdə III Aleksandr oğlu Baqratı anası ilə birlikdə qovdu və Kaxetiya çarı I Teymurazın nəvəsi Georgini övladlığa götürdü. Georginin ölümündən sonra III Aleksandr oğlu Baqrat ilə barışdı və onu taxtın varisi elan etdi. 1657-ci Levan Dadiyanin ölümündən sonra onun əvəzinə Meqreliya taxtına qardaşı Liparit Dadiyani çıxmışdır.
III Aleksandr körpüsü
III Aleksandr körpüsü (fr. Pont Alexandre III) — rus çarı III Aleksandrın adını daşıyan körpü Fransa ilə Rusya arasında razılıq sazişinə xatirə olaraq 1897-1900-cü illərdə inşa edilmişdir. Çörçül xiyabanının qurtaracağında yerləşir. İnvalid kompleksi ilə Yelisey xiyabanını birləşdirir. Onu III Aleksandrın oğlu II Nikolay açmışdır. Körpünün sağ sahildəki naxışlı sütünlarında orta əsrlər və müasir Fransa, sol sahildəki hər iki sütünunda İntibah və XIY Ledovik dövlərindəki Fransa təsvir edilmişdir. Fransa-Rusya ittifaqının simvolu kimi körpü girəcəyindəki sütunlarda Neva və Sena çaylarının alleqorik təsviri verilmişdir. Körpüboyu sütünlar çiçəklərə və amurlu fanarlarla bəzədilmişdir. Onun uzunluğu 160, eni isə 40 metrdir. Qanuni Sultan Süleyman Körpüsü Uzun körpü Varda körpüsü Alexandre III Bridge на сайте Structurae Pont Alexandre III Alexandre III Bridge Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine, current photographs and of the 1900s.
III Aleksandrın Bakıya səfəri
III Aleksandrın Bakıya səfəri — Rusiya imperiyasının imperatoru III Aleksandr Aleksandroviçin, imperatriça Mariya Fyodorovnanın və onların uşaqlarını Nikolay Aleksandroviçin və Georgi Aleksandroviçin Bakıya səfəri 8-9 oktyabr 1888-ci ildə olmuşdur.. Bu, Rusiya monarxlarının Bakıya ilk və yeganə səfəri olmuşdu. İmperator və onun ailəsinin Bakıya səfəri zamanı Bakı şəhəri artıq 29 il idi ki, Bakı quberniyasının inzibati mərkəzi idi və əhalisinin sayına görə Qafqazda ikinci yeri tuturdu. 1888-ci ildə Bakı şəhərində 80 min nəfərə yaxın adam yaşayırdı . Şəhərdə əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdilər. 1886-ci ildə Bakının gəliri 327 min manata çatırdı, gəlirin əsas hissəsi (təxminən 90 min manat) yükdaşımaların payına düşürdü. Imperatorun qatarı Bakı şəhərinə şənbə günü gündüz saast 12-də gəldi. Qubernatorun evinin üstündə xüsusi formalı bayraq asılmış, gəmilərdən yaylım atəşləri açılmışdır. Dəmiryol stansiyasına gedən yol bayraqlar və bitkilərlə bəzədilmişdir. Yol boyu bütün şalbanlar Lənkərandan gətirilmiş yaşıl sarmaşıqlarla örtülmüşdür .
II Aleksandr (Kaxeti çarı)
II Aleksandr (gürc. ალექსანდრე) — Baqrationilər sülaləsindən olan Kaketi çarı. Kaxeti çarı Levanın və Tinatin Quriyelinin oğlu. II Aleksandr Qafqaz üzərində nəzarət uğrunda mübarizə aparan Osmanlı və Səfəvi hökümətləri arasında siyasi manevr edərək ehtiyatlı siyasət yürütməyə və eyni zamanda Rusiya ilə ittifaq qurmağa çalışırdı. II Aleksandr 1578-ci ildə Osmanlıların hakimiyyətini qəbul etdi. O, bu dövrdə ölkənin müdafiəsini gücləndirmək üçün bir sıra addımlar atdı. Həmçinin digər ölkələr ilə ticarət əlaqələrini genişləndirdi. II Aleksandrın hakimiyyəti dövründə çətin xarici-siyasi vəziyyətə baxmayaraq, onun dövründə şəhərlər (xüsusilə Qremi və Zeqami şəhərləri) və əkinçilik inkişaf etdi. Avropa və Asiya ölkələri ilə ticarət əlaqələri quruldu (ipək, şərab, qoz və ədviyyatın ixracına başlanıldı). II Aleksandr 1587-ci ildə Rusiya ilə müttəfiqlik əlaqələri qurdu.
II Aleksandr (dəqiqləşdirmə)
Makedoniyalı II Aleksandr (E.ə. 370 — E.ə. 368) — II Aleksandr (çar) (E.ə. 272) — II Aleksandr (Roma papası) (1061 — 1073) — II Aleksandr (Şotlandiya kralı (1198 — 1249) — II Aleksandr (1818 — 1881) — Romanovlar sülaləsinin üzvü, Rusiya imperiyasının XII imperatoru.
II Aleksandrın islahatları
"Böyük islahatlar" — o vaxta qədər Rusiya tarixində analoqu olmayan 1860 və 1870-ci illərdə imperator II Aleksandrın dövründə Rusiya imperiyasında həyata keçirilmiş islahatlar: Təhkimçilik hüququnun ləğvi (1861) Maliyyə islahatı (1863) Ali məktəb islahatı (1863) Zemstvo islahatı (1864) Məhkəmə islahatı (1864) Senzura islahatı (1865) Şəhər özünüidarəçiliyi islahatı (1870) Orta məktəb təhsili islahatı (1871) Hərbi islahat (1874) Bu yeni tədbirlər uzun müddət davam edən bir sıra sosial-iqtisadi problemləri həll etdi, Rusiyada kapitalizmin inkişafı yolunu təmizlədi, vətəndaş cəmiyyətinin və qanunun aliliyinin sərhədlərini genişləndirdi. Lakin bu yeniliklər sona qədər aparılmadı. II Aleksandrın hakimiyyətinin sonunda mühafizəkarların təsiri altında bəzi islahatlar (məhkəmə, zemstvo) məhdud həyata keçirildi. Xələfi III Aleksandrın başlatdığı əks-islahatlar kəndli islahatlarının və şəhər özünüidarəetmə islahatlarının müddəalarına da təsir etdi. İslahatların hazırlanmasında və həyata keçirilməsində əsas fəal qüvvə 1830-1840-cı illərdə formalaşmağa başlayan yüksək vəzifəli məmurların kiçik bir zümrəsi idi. Qərb tarixşünaslığında bu zümrə "maariflənmiş bürokratlar" adlanır. 1960-cı illərdən sonra isə rus tarixşünaslığında "liberal bürokratlar" termini geniş istifadə olunur. Müasirləri onları "qırmızılar", "mütərəqqilər", "demokratik məmurlar" adlandırırdılar və "reaksionerlər" və "təhkimçilər"ə qarşı qoyurdular. "Liberal bürokratlar"ı təhkimçiliyin ləğv edilməsi, məhkəmənin, yerli idarəetmənin və həyatın digər sahələrinin yenilənməsinin zəruriliyi birləşdirirdi. “Liberal bürokratlar” yenilənmənin əsas aparıcı qüvvəsi kimi imperatorun qeyri-məhdud hakimiyyətini görürdülər.
II Aleksandrın məhkəmə islahatı
II Aleksandrın məhkəmə islahatı — 1860-cı illərdə imperator II Aleksandrın həyata keçirdiyi islahatlardan biri. Rusiya imperiyasında iqtisadi inkişafın və 50-ci illərin sonu – 60-cı illərin əvvəllərindəki şəraitin təsiri altında öz obyektiv sosial-iqtisadi məzmununa görə burjua xarakterli məhkəmə islahatına başlamağa məcbur oldu. 1864-cü il noyabrın 20-də II Aleksandr hakim senata fərman imzaladı. Bu fərmana ―1864-cü il 20 noyabr məhkəmə nizamnamələri adı altında birləşdirilmiş məhkəmə təsisatları, cinayət məcəlləsi, mülki məcəllə və andçı hakimlər tərəfindən qoyulan cəzalar haqqında nizamnamə əlavə edilmişdi. Məhkəmə islahatı silki məhkəmələri bütün silklər üçün ümumi olan məhkəmələrlə əvəz etdi, andlılar məhkəməsi, vəkillər korpusu yaratdı, məhkəmə instansiyaların sayını azaltdı. Bu islahat formal olaraq məhkəmə quruculuğu və məhkəmə icrası, məhkəmə hakimiyyətinin qanunverici və icraedici hakimiyyətlərdən ayrılması, məhkəmə prosesinin aşkarlığı, hakimlərin müstəqilliyi və onların bütün işləri öz daxili inamlarına müvafiq surətdə həll etmək hüququ, cinayət işlərinin əskəriyyətinin andlı iclasçılarının iştirakı ilə baxılması və s. burjua-demokratik prinsiplərini bəyan etdi. 1864-cü il məhkəmə islahatı məlum dərəcədə müsbət əhəmiyyətə malik idi. Bununla bərabər, hakim təbəqə tərəfindən, mütləqiyyət quruluşu şəraitində keçirilmiş bu islahat da yarımçıq idi. Onun qeyri-ardıcıllığı, ilk növbədə, dövlət cinayətlərinin andlılar məhkəməsinin ixtiyarından alınmasında təzahür etdi.
I Aleksandr (Gürcüstan çarı)
I Aleksandr (gürc. ალექსანდრე I დიდი; 1390 – 26 avqust 1445) - Baqrationilər sülaləsindən olan Gürcüstan çarı (1412 - 1442). Çar I Konstantinin və Natia Amirejibinin oğlu. Hakimiyyətinin ilk illərində türkmənlərin yürüşlərinə qarşı mübarizə aparmaq məcburiyyətində qaldı. Yalnız 1415-ci ildən etibarən Gürcüstanda sülh hökm sürməyə başladı. I Aleksandr bu dövrdən başlayaraq Əmir Teymur və türkmənlər tərəfindən dağıdılmış ölkəni bərpa etmək üçün fəaliyyətə başladı. Xəzinə boşaldıldığı üçün məskunlaşma vergisinin tətbiq edilməsinə başlanıldı (vergi 1440-cı ildə ləğv edildi). Vergidən əldə edilən vəsaitlə Svetitsxoveli və Ruisi məbədləri, eləcə də bir çox monastır və qala təmir edildi. Gürcüstanda isə taxta I Aleksandr (1412-1443) çıxdı. O, Qara Yusiflə əlaqələri qaydaya saldı.
I Aleksandr (Kaxeti çarı)
I Aleksandr Georgiyeviç (gürc. ალექსანდრე I, Alek’sandre I) — 1476–1511-ci illərdə Kaxeti çarı. Osmanlı və Səfəvi qoşunlarının Kaxetiyə basqın təhlükəsinin qarşısını almaq məqsədilə müttəfiqlər axtaran I Aleksandr Rusiya dövləti ilə monqol istilasından sonra kəsilmiş əlaqələri bərpa etmiş, 1483-cü və 1491-ci illərdə III İvanın yanına elçilər gəndərmişdi. XVI əsrin əvvəlindən Şah İsmayılın vassalı olmuşdur. Gürcüstan üzərində Osmanlı ilə Səfəvilər dövləti arasında mübarizənin səbəb olduğu saray çəkişmələri nəticəsində öldürülmüşdür. Славянская энциклопедия. Киевская Русь — Московия: в 2 т. / Автор-составитель В. В. Богуславский. — Т. 1. — С. 14.
I Aleksandr (Rusiya imperatoru)
I Aleksandr Pavloviç (rus. Алекса́ндр I Павлович; 12 (23) dekabr 1777, Sankt-Peterburq – 19 noyabr (1 dekabr) 1825, Taqanroq, Don Voysko vilayəti[d]) — Rusiya imperatoru və mütləq hakimi (24 mart 1801-ci ildən), Malta ordeninin protektoru (1801-ci ildən), Böyük Finlandiya knyazı (1809-cu ildən), Polşa çarı (1815-ci ildən), I Pavelin və Mariya Feodorovnanın böyük oğlu. İnqilaba qədərki tarixşünaslıqda rəsmi olaraq Uğurlu (rus. Благословенный) adlandırılmışdır. Aleksandr Pavloviç (Blaqoslovennıy – Uğurlu); I Aleksandr (1777–1825) – 1801-ci ildə Rusiya taxtına çıxmışdı. Belə bir fikir var ki, atası Pavel Petroviçə (I Pavel) sui-qəsdin təşkilində iştirak etmişdir. Məhz I Aleksandrın dövründə Azərbaycan torpaqlarının ilhaq edilməsi başlamışdır. Rusiya bu dövrdə İsveçlə (1808–1809), İran (1804–1813), Osmanlı (1806–1812) dövlətləri ilə müharibə aparmışdı. Napoleon Fransası ilə 1812-ci il Vətən müharibəsi, rus qoşunlarının Avropa səfəri, 1815-ci il Vyana konqresi I Aleksandrın xarici siyasətində mühüm yer tutmuşdu. Bundan sonra daha çox dini-mistik təlimlərlə məşğul olmuşdu.
I Aleksandr (Yuqoslaviya kralı)
I Aleksandar Qaracorceviç (serb. Александар I Карађорђевић), həmçinin Birləşdirici Aleksandar (serb. Александар Ујединитељ; 16 dekabr 1888[…], Çetinye, Monteneqro Knyazlığı – 9 oktyabr 1934[…], Marsel, Üçüncü Fransa Respublikası) — 1921–1934-cü illərdə Yuqoslaviya kralı. 1912–1913-cü illər Balkan müharibələri zamanı 1-ci serb ordusuna başçılıq etmiş, Birinci Dünya müharibəsində serb ordusunun baş komandanı olmuşdur. Xarici siyasətdə Fransaya arxalanırdı. Marseldə faşistpərəst xorvat və Makedoniya sui-qəsdciləri tərəfindən öldürülmuşdür. Crampton, Richard. Eastern Europe in the Twentieth Century-And After. London: Routledge. 1997.
I Aleksandr (dəqiqləşdirmə)
I Aleksandr — ad. I Aleksandr Makedoniyalı (? — e.ə. 454) — I Aleksandr (papa) — 107–115-ci illərdə Romanın 5-ci papası. I Aleksandr (İmereti çarı) (1387–1389) — I Aleksandr Balas (e.ə. 150 — e.ə.
I Aleksandr (papa)
I Aleksandr — Romanın 6-cı Papasıdır. 105-115-ci illər aralığında Romada papalıq vəzifəsini icra etmişdir. Evaristin yerinə təyin olunan I Aleksandrın 105-115-ci illər aralığında 10 il papalıq vəzifəsini davam etdirdiyi təxmin edilir. Lakin fəaliyyəti ilə bağlı bilinənlər, Yevsevinin verdiyi məlumatlara əsaslanır. Bəzi yazarların iddialarına görə, müqəddəs hesab edilmiş su və müqəddəs ayin şərabını suyla qarışdırma ənənəsini başlatmış, dini mərasimlərdə də bəzi islahatlar həyata keçirmişdir. İmperator Trayan ya da Adriannın dövründə başı kəsilərək öldürüldüyü təxmin edilir. Həbsxanada məhbus olduğu sırada gözətçi Müqəddəs Kvirin və onun qızı Müqəddəs Balbinanı da xristian etdiyi bəzi yazarlar tərəfindən iddia edilir.
I Aleksandr (İmereti çarı)
I Aleksandr (XIV əsr – 1389) — Gürcü çarı V Baqratın Əmir Teymura əsir düşməsini fürsət bilən Aleksandr 1387-ci ildə, Gelati monastırında tac qoyaraq özünü müstəqil çar elan etdi. Qızı Tamara Gürcü çarı I Aleksandr Didia ərə getmişdi.
I Aleksandr Menşikov
Aleksandr Daniloviç Menşikov (6 noyabr 1673 və ya 6 noyabr 1672, Moskva[…] – 2 noyabr 1729 və ya 12 noyabr 1729, Beryozovo[d], Sibir quberniyası[d]) — Rusiya diplomatı, knyaz ya hersoq. Aleksandr Menşikov yeganə rus zadəganıdır ki, "İjor hersoqu" titulunu daşımışdır. Əsgərlik və idarəçilik istedadı sayəsində yüksək bir mövqeyə çatmasına baxmayaraq, həddən aşırı acgözlüyü və istəkləri ilə öz sonunu hazırlamışdır. Yoxsul və sıradan bir ailədəndi. Gələcəyin Böyük Pyotrunun sərbəst və macəralı uşaqlıq dönəmində xalq arasından çıxan dostlarından biri olan Menşikov, 1686-cı ildə onun əmir əri oldu; qısa sürədə Pyotrun gözünə girərək sərkərdəliyə qədər yüksəldi. Preobrajenski alayının üzvi olaraq Azov səfərlərinə (1695–96) və Qərbi Avropadaki "Böyük vəzifə"ə qatıldı (1697–98). 1703-cü ildə İngriyada daha yeni fəth edilən bölgələrə vali göndərildi və Peterburqun inşasını edarə etdi. İdarəçilik və əsgəri öndərlik istedadı nəticəsində sürətli bir yüksəlmə göstərdi; 1705-ci ildə general rütbəsinə yüksəldi, 1700-cü ildən sonra İsveçlilərə qarşı yürüdülən II Şimal Savaşında Kalisz zəfərini qazandı (1706), 1707-ci ildə knyaz ünvanı aldı, Poltavada savaşdı (1709) və feldmarşal rütbəsi aldı. Daha sonra gətirildiyi yönətim görəvlərində yolsuzluqlar üzündən sürəkli kovuşdurmalara uğradı; onun açgözlülüyü və pul yiyiciliğından düş qırıxlığına uğrayan Böyük Pyotr, 1713-cü ildən sonra onu xaricə göndərmədi. Haqsız qazançlar sağladığı və qanunlara aykırı torpaqlar və sərflər ədindiği ortaya çıxınca, Yekaterinanın müdafiəsinə baxmayaraq, 1717–24 illər arasında başında bulunduğu Savaş kolejindən uzaqlaşdırıldı.
I Aleksandr Torpağı
I Aleksandr Torpağı (rus. Остров Александра I) — Antarktidanın ən iri adası, sahəsi 43 250 km² təşkil edir. Ada Antarktidadan 20 km qərbdə Bellinshauzen dənizi daxilində yerləşir. Uzunluğu 378 km, eni 200 km təşkil edir. Sahil xəttinin uzunluğu 2185 kilomertdir. Materikə Şelf buzlağı ilə birləşdiyindən kosmosdan görünməz olur. Ən hündür yeri 3140 metr təşkil edir. İqlimi Antarktikdir, iyul ayının orta temperaturu −15°S, yanvar ayında isə 0°S təşkil edir. İllik yağıntının miqdarı 500 mm-dir. I Aleksandr Torpağı 28 yanvar 1821-ci ildə Birinci Rus Antarktik ekspedisiyası Faddey Bellinshauzen və Mixail Lazarev tərəfindən kəşf edilir.
I Aleksandr sarayı
I Aleksandr sarayı — Rusiyanın Taqanroq şəhərində, Qreçeskaya küçəsi 40-da yerləşən, 1825-ci ildə Rusiya imperatoru I Aleksandrın öldüyü rus klassikizmi üslubunda tikilmiş malikanə. Bina 1806-cı ildə inşa edilmiş və fərqli sahiblərə məxsus olmuşdur. Bunlardan ən məşhuru Taqanroq Qubernatoru Pyotr Papkov idi. Rus imperatoru I Aleksandr orada iki dəfə – 1818 və 1825-ci illərdə qaldı. Ölümündən sonra binanı dul qalmış imperatriçə Elizabet Alexeievna satın aldı və Rusiyada İmperatora həsr edilmiş ilk xatirə muzeyi quruldu. I Aleksandr sarayına gələnlər arasında Rusiya imperatoru II Aleksandr və III Aleksandr, şairlər Aleksandr Puşkin və Vasili Jukovski, rəssam İvan Ayvazovski, maarifçi xalq komissarı Anatoli Lunaçarski və başqaları da var idi. 1864-cü ildən başlayaraq 12 il ərzində köşkdə imperatorun şərəfinə qurulmuş Xaç Ucaltma Kilsəsində Pavel Çexov (Anton Çexovun atası) tərəfindən idarə olunan bir həvəskar xor oxuyur. 1860-cı illərin sonu -1870-ci illərin əvvəllərində Aleksandr, Nikolas və Anton Çexov qardaşları xorda iştirak etmişdir. 1928-ci ildə xatirə muzeyi bağlandı və bəzi eksponatlar Alferaki Sarayına köçürüldü. Hal-hazırda I Aleksandr sarayının binasında "Beryozka" adlı uşaq sanatoriyası yerləşir.
Karl Aleksandr adası
Karl Aleksandr adası, həmcimin Karl Aleksandr Torpağı — Frans-İosif Torpağı arxipelaqı Ziçi adaları qrupuna daxil olan ada. Uzunluğu 29 km, maksimal eni 18 km, sahəsi 329 km² təşkil edir. Adanın böyük hissəsi buzla örtülü olur. Ən hündür nöqtəsi 365 metrdir. Ada şərqdən Rayner adası, cənubdan isə Cekson adası ilə ensiz boğazlarla ayrılır. Ada Avstriya-Macarıstan qütb ekspedisiyasını maliyyələşdirən aristokrat Karl Aleksandrın şərəfinə adlandırılmışdır. Çiçaqov adaları — adalar qütb araşdırmaçısı Pavel Vasilyeviç Çiçaqovun şərəfinə adlandırılmışdır. Pontremoli adaları — adalar İtaliyanın Pontremoli şəhəri mərəfinə adlandırılmışdır. Şimal-şərqində 4 kiçik ada yerləşir: Torup adası — qrupun ən iri adasıdır. Solovyov adası.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 88.45 dəfə / 1 mln.
2002 •••••••••• 54.82
2003 ••••••••••• 64.96
2004 •••••••••••••••• 90.28
2005 ••••••••••• 65.45
2006 •••••••••••••••• 89.64
2007 ••••••••••••••• 87.11
2008 •••••••••••••••• 92.58
2009 •••••••••••••••••••• 117.43
2010 •••••••••••••••••••• 114.56
2011 •••••••••••••••••••• 119.42
2012 •••••••••••••••••• 105.41
2013 •••••••••••••••• 90.44
2014 ••••••••••••••••• 95.76
2015 •••••••••••••• 82.34
2016 •••••••••••• 68.72
2017 ••••••••••••••••• 96.41
2018 •••••••••••• 71.32
2019 •••••••• 45.07
2020 ••••• 25.59

"aleksandr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aleksandr nədir? #aleksandr sözünün mənası #aleksandr nə deməkdir? #aleksandr sözünün izahı #aleksandr sözünün yazılışı #aleksandr necə yazılır? #aleksandr sözünün düzgün yazılışı #aleksandr leksik mənası #aleksandr sözünün sinonimi #aleksandr sözünün yaxın mənalı sözlər #aleksandr sözünün əks mənası #aleksandr sözünün etimologiyası #aleksandr sözünün orfoqrafiyası #aleksandr rusca #aleksandr inglisça #aleksandr fransızca #aleksandr sözünün istifadəsi #sözlük