allahsız sözü azərbaycan dilində

allahsız

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • allahsız • 64.6341%
  • Allahsız • 30.4878%
  • ALLAHsız • 2.4390%
  • ALLAHSIZ • 2.4390%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Allahsızlar Cəmiyyəti
"Mübariz Allahsızlar İttifaqı" (ilk adı: "Allahsızlar Cəmiyyəti") — 1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş din əleyhinə təşkilat. == Tarixi == 1924-cü ilin yanvarında AK(b)P Mərkəzi Komitəsi Siyasi Bürosu Din Əleyhinə Komissiya yaratmışdır. Komissiya tərəfindən şəhər və kəndlərdə "Allahsızlar Cəmiyəti" təşkil olunur. 1929-cu ildən din əleyhinə hücum daha da güclənir və həmin il "Allahsızlar Cəmiyyəti" "Mübariz Allahsızlar İttifaqı"na çevrilmişdir.
Allahsızlıq
Ateizm — fövqəltəbii varlıq və fenomenlərin varlığına dair iddiaların rəddi. Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir. Daha da dar bir mənada, ateizm fövqəltəbii yaradıcı fiqurlarının varlığına dair rəddir. Ateizm ən ümumi şəkildə ən azı bir tanrının mövcudluğuna inam olan teizmlə ziddiyyət təşkil edir. Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub — "ἄθεος" (ateos) mənası "tanrı yoxdur" deməkdir. Qədim dövrdə daha iri cəmiyyət tərəfindən ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı söz kimi istifadə edilirdi. Ateizm termini ortodoks dindarlar tərəfindən dini inanclarını bölüşməyənlərin kateqoriyalaşdırılmasında istifadə edilirdi. Ateizm termini aktual şəkildə 16-cı əsrdə meydana çıxdı. Bununla bərabər, azad düşüncənin yayılması, skeptisist sorğulama və dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı. Ateist terminindən istifadə edərək özlərini təyin edən ilk şəxslər 18-ci əsrdə maarifçilik dövründə yaşayırdılar.
Mübariz Allahsızlar İttifaqı
"Mübariz Allahsızlar İttifaqı" (ilk adı: "Allahsızlar Cəmiyyəti") — 1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş din əleyhinə təşkilat. 1924-cü ilin yanvarında AK(b)P Mərkəzi Komitəsi Siyasi Bürosu Din Əleyhinə Komissiya yaratmışdır. Komissiya tərəfindən şəhər və kəndlərdə "Allahsızlar Cəmiyəti" təşkil olunur. 1929-cu ildən din əleyhinə hücum daha da güclənir və həmin il "Allahsızlar Cəmiyyəti" "Mübariz Allahsızlar İttifaqı"na çevrilmişdir.

allahsız sözünün leksik mənası və izahı

  • 1 sif. və is. 1. Allaha, dini etiqadlara inanmayan, dinsiz. Allahsızlar cəmiyyəti. 2. məc. dan. İnsafsız, zalım, amansız (bəzən zarafat, bəzən də töhmət yerinə işlənir). Vermə ürəyi, əmanətindir! Allahsız ilə həyat çətindir! Şəhriyar.

    Azərbaycan dilinin izahlı lüğəti / allahsız

allahsız sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 insafsız — zalım — amansız

    Azərbaycan dilinin sinonimlər lüğəti / allahsız
  • 3 1. ALLAHSIZ (Allaha, dinə inanmayan şəxs) ...Bu adam kafir və allahsız idi (Anar); ATEİST Əlbəttə, Nəsimi bizim anlamda ateist deyildi [düşmənləri onu allahsız adlandırsalar da] (Anar); BİDİN Ağa Bəşir: Pərvərdigara, dünyada necə bidin adamlar yaradıbsan! (M.F.Axundzadə); DİNSİZ Molla Qafar: Mənim məqsədim dini-islamı bu dinsizlər arasında intişar etməkdən ibarət idi (S.Rəhimov); KAFİR İndi beş ildir tamam dinimə əl atmısız; Sevgili övladımı kafirə oxşatmısız (M.Ə.Sabir); MÜRTƏD (söyüş kimi də işlədilir) Güləndam: Ay mürtəd oğlu, mürtəd! Adamı da çimdiklərlərmi? (N.Vəzirov). 2. allahsız bax insafsız

    Azərbaycan dilinin sinonimlər lüğəti / allahsız

allahsız sözünün rus dilinə tərcüməsi

  • 1 1. безбожник, атеист; 2. перен. бессовестный, бессердечный;

    Azərbaycanca-rusca lüğət / allahsız
  • 2 I прил. безбожный: 1. не признающий Бога 2. бессовестный, нечестный II сущ. безбожник, безбожница; атеист, атеистка

    Azərbaycanca-rusca lüğət / allahsız

allahsız sözünün inglis dilinə tərcüməsi

allahsız sözünün fransız dilinə tərcüməsi

allahsız sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил., сущ. 1. аллагьсуз, аллагь авачир, Аллагьдал, диндал чӀалахъ тушир(ди), динсуз; 2. пер. инсафсуз, залум, амансуз.

    Azərbaycanca-ləzgicə lüğəti / allahsız

"allahsız" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#allahsız nədir? #allahsız sözünün mənası #allahsız nə deməkdir? #allahsız sözünün izahı #allahsız sözünün yazılışı #allahsız necə yazılır? #allahsız sözünün düzgün yazılışı #allahsız leksik mənası #allahsız sözünün sinonimi #allahsız sözünün yaxın mənalı sözlər #allahsız sözünün əks mənası #allahsız sözünün etimologiyası #allahsız sözünün orfoqrafiyası #allahsız rusca #allahsız inglisça #allahsız fransızca #allahsız sözünün istifadəsi #sözlük