alt-qurumu sözü azərbaycan dilində

alt-qurumu

Yazılış

  • alt-qurumu • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alt
Alt (/viˈoʊlə/ , vee-OH-lə, həmçinin brit. /vaɪˈoʊlə/ , vy-OH-lə, , ing. və it. viola, fr. alto, alm. Bratsche‎) — skripkadan bir az böyük simli musiqi aləti. Skripkadan böyük olduğu üçün daha aşağı registrdə səslənir. Alt yayla çalınan mövcud simli alətlər arasında ən qədimi sayılır. XV–XVI əsrlərdə yarandığı ehtimal edilir. == İstinadlar == == Ədəbiyyat == ВТ-ЭСБЕ. Альт, музыкальный инструмент.
Alt (hərf)
𐔰 (səslənməsi: /a/; transkripsiyası: A, a) — Alban əlifbasının birinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ալթ (Alt) kimi verilmişdir. Formaca erməni əlifbasındakı Զ hərfi ilə bənzəşir. Gürcü dilçi Roman Lolua və erməni tədqiqatçı Aşot Abramyanın fikrincə Asomtavruli yazısındakı Ⴀ hərfinin invers formasıdır. Alban əlifbasında [a] səsinin qarşılığı kimi işlənilib.
Alt Paleolit
Alt paleolit — ilk insan tipinin (bacarıqlı insanın) yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir. Bəşər tarixinin ilkin inkişaf mərhələsi ibtidai icma quruluşu adlanır və şərti olaraq daş, tunc və dəmir dövrlərinə bölünür. Daş dövrü Paleolit (qədim daş), Mezolit (orta daş), Neolit (yeni daş) və Eneolit (mis–daş) dövrlərinə bölünür. İbtidai insanlar kiçik qruplar, dəstələr halında yaşayırdılar. Belə kiçik kollektivlər ibtidai insan "sürüsü" və ya ulu icma adlanır. Ulu icma kortəbii şəklində, təbiət hadisələri qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdır. Belə kollektivlər daimi deyildi. Onlar tez-tez dağılır, sonra yeniləri yaranırdı. Ulu icma ibtidai icma quruluşunun ilk pilləsində meydana gəlmiş və qəbilə icması formalaşanadək davam etmişdir.Bu dövr insanlarının həyat tərzi Qarabağın Quruçay vadisində, Füzuli şəhəri yaxınlığında yerləşən Azıx mağarasında öyrənilmişdir. Ona görə də burada formalaşan mədəniyyət Quruçay mədəniyyəti adlanır.
Alt paltarı
Alt paltarı (fr. culotte troussée — sarınmış, bükülmüş və ümumiyyətlə «qısa şalvarlar») — bilavasitə çılpaq bədənə geyilən geyim. Ənənəvi olaraq alt paltarlar sağrı və cinsiyyət orqanlarını bağlayır. Qadınlar və kişilər üçün alt paltarları mövcuddur. Bir qayda olaraq, əsl alt paltarlarını pambıq və ipək materiallardan hazırlayırlar, ancaq sintetik və kətan materiallardan da istifadə olunur. Müasir dövrdə kişilər və qadınlar üçün alt paltarlarının çox sayda biçim və növləri mövcuddur: Qadın alt paltarı - Strinqlər, tanqa, tonq, Slip, Bikini, şort-strinqlər, braziliyana Kişi alt paltarı - bokser, Brif, Bokser-briflər, cok və sliplər Üzgücü alt paltarı - əsasən tez quruyan sintetik materiallardan hazırlanır. == Kişi və qadın alt paltarı növləri == Alt paltarların bir çox modelləri (bokserləri çıxmaqla) bədənə sıx yapışır. Alt paltarlar üst geyimləri bir sıra ifrazatlarla (tər və sidik) çirklənmədən, həmçinin intim bölgələri üst paltarların çirklərinin daxil olunmasından qoruyur. Soyuq aylarda alt paltarı əlavə istilik sağlayaraq soyuqlamadan qoruyur. == İstinadlar == == Web links == „Beinkleider sind rathsam“.
Alt pliosen
Alt pliosen — Azərbaycanda yerləşmiş geniş neft-qaz yığımları Məhsuldar qat çöküntüləri ilə əlaqədardır. Məhsuldar qat və onun analoqu olan Qırmızı qat çöküntüləri Paleogenin və Neogenin digər stratiqrafik vahidlərinə nəzərən dana böyük qalınlığa malikdir (4500–5000 m-ə qədər). == Litoloji tərkibi == Məhsuldar qatın kəsilişi aşağıdan yuxarıya iri qırıntılı materialın ardıcıl olaraq artdığı qumlu-gilli qumlu-gilli, bəzən kobud qırıntılı süxur lay və dəstələrin ritmik növbələşməsindən ibarət olan qalın kontinental-dəniz çöküntüləri kompleksindən ibarətdir. == Geoloji inkişaf tarixi == Pont əsrinin sonunda Paleoxəzərin səviyyəsinin kəskin enməsi nəticəsində məhsuldar qat hövzəsinin Şimal Paratetisdən tam təcrid olunmasına, Paleovolqa, Paleouzboy və Paleokür kimi çay sistemlərinin geniş inkişafına səbəb olmuşdur. Çöküntütoplanma prosesi müasir Cənub Xəzərin hüdudunda yerləşən təcrid olunmuş erkən pliosen hövzəsində və həmçinin bu hövzəyə tökülən çay arteriyalarında baş vermişdir. Məhsuldar qat tavanı və dabanının yaşı vulkan külü araqatlarına görə, uyğun olaraq, 3,2 və 6,0 mln. il hesablanmışdır. Qısa geoloji dövr ərzində böyük qalınlıqlı terrigen materialın toplanması Böyük və Kiçik Qafqazın inkişafı kimi baxılır. == Qalınlığı == Minimal qalınlıq Cənubi Xəzər meqaçökəkliyinin şimal-qərbində 500–700 m-dir. Maksimal qalınlıq isə cənub-şərqdə 3000–4500 m-ə qədər çatır.
Alt şirkət
Törəmə müəssisə — başqa bir şirkətə məxsus və ya başqa bir şirkətin idarə etdiyi bir şirkət və ya təşkilatdır.Filiallar iş həyatının ümumi bir xüsusiyyətidir və bütün transmilli şirkətlər öz fəaliyyətlərini bu şəkildə idarə edirlər. == Haqqında == Başqa bir (əsas) iş ortaqlığı və ya bir şirkət, nizamnamə kapitalında üstün iştirak səbəbi ilə və ya onlar arasında bağlanmış müqaviləyə uyğun olaraq və ya başqa bir şirkətin qəbul etdiyi qərarları müəyyən etmək imkanına malik olduqda hüquqi mövqedə olan bir iş şirkəti (Maddə 67.3) Rusiya Federasiyasının Mülki Məcəlləsi). İqtisadi baxımdan törəmə müəssisə, əmlakının bir hissəsini tam iqtisadi yurisdiksiyaya verərək başqa bir müəssisə (təsisçi) tərəfindən hüquqi şəxs kimi yaradılan bir müəssisədir. Törəmə müəssisənin təsisçisi cəmiyyətin nizamnaməsini təsdiq edir, rəhbərini təyin edir və şirkət haqqında qanunvericilik aktlarında nəzərdə tutulmuş törəmə müəssisəyə münasibətdə digər sahibkar hüquqlarını həyata keçirir. == Nəzarət == === Ümumi === "Nəzarət" sözü və onun törəmələri fərqli məzmunlarda fərqli mənalara sahib ola bilərlər. Bu anlayışlar qanunun müxtəlif sahələrində (məsələn, korporativ hüquq, rəqabət hüququ, kapital bazarları haqqında qanun) və ya mühasibatlıqda fərqli mənalara sahib ola bilər. Məsələn, A şirkəti B şirkətinin səhmlərini satın alırsa, əməliyyatın birləşmə nəzarətinə məruz qalmaması olduqca mümkündür (çünki şirkətin B şirkətinin rəqabət qanunlarına uyğun olaraq səhmlərin satın alınmasından əvvəl idarə olunduğuna inanılırdı), lakin eyni zamanda A şirkətindən Müvafiq mühasibat qaydalarına uyğun olaraq B Müəssisəsini maliyyə hesabatlarına birləşdirməyə başlamağınız lazım ola bilər (satın alınmadan əvvəl mühasibat uçotu məqsədləri üçün ortaq müəssisə kimi istifadə edildiyi üçün). Nəzarət birbaşa ola bilər (məsələn, əsas ana müəssisə birbaşa birinci dərəcəli törəmə müəssisəni idarə edir) və ya dolayı (məsələn, son ana ikinci və aşağı səviyyəli törəmə şirkətləri dolayı yolla birinci səviyyəli törəmə şirkətlər vasitəsilə idarə edir). == İstinadlar == == Ədəbiyyat == rus dilindəБорисов А. Б. Большой экономический словарь. — М. : Книжный мир, 2003.
Dövlət qurumu
Dövlət orqanı və ya dövlət qurumu dövlətin idarə edilməsi və fəaliyyətinə cavabdeh olan orqandır. Dövlət qurumları müxtəlif növlərdə olur. Fərqli istifadələrə baxmayaraq, dövlət qurumları çox vaxt nazirlikdən və hökumət tərəfindən yaradılan digər təşkilatlardan ayrıdır.
Ali audit qurumu
Ali audit qurumu — hökumət fəaliyyətlərinin auditini həyata keçirən müstəqil dövlət səviyyəli qurum. Əksər ali audit qurumları öz ölkələrinin mövcud qanunvericiliyə uyğun olaraq təsis edilmişdir. Ali audit qurumları dövlət vəsaitlərinin istifadəsinə nəzarət edir, dövlət maliyyə hesabatlarının keyfiyyətini və düzgünlüyünü yoxlamaqla ölkədə nəzarətin və hesabatlılığın təmin edilməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının ali audit qurumu Azərbaycan Respublikasının Hesablama Palatasıdır.
Kuti dövlət qurumu
Kuti — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno–siyasi birliklərdən biri. == Kutilər erkən tayfa birliyi şəklində == E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – İkçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir.
Lullubi dövlət qurumu
E.ə. III minilliyin ikinci yarısında İkiçayarası şəhər dövlətləri süquta uğradı. İkiçayarası Akkad dövlətinin hakimiyyəti (e.ə.XXIV-XXII əsrlər) altında birləşdi. Azərbaycan ərazisində isə artıq Aratta dövləti süquta uğramışdı.E.ə. XXIII əsrdə Urmiya gölünün cənubunda, Aratta dövlətinin ərazisində onun siyasi və etnik varisi kimi Lullubi dövləti meydana gəlmişdi. Güman olunur ki, hələ Aratta dövlətinin varlığı dövründə artıq Lullubi tayfa birləşməsi yaranmağa başlamışdı. Lullubi tayfa ittifaqına yəqin ki, sonradan siyasi tarix səhnəsinə çıxmış su və turukki tayfaları da daxil idi. == Siyasi tarix == Lullubi dövləti Azərbaycan ərazisində yaranmış ikinci erkən dövlət qurumudur və istər siyasi, istərsə də etnik baxımdan Aratta dövlətinin varisi sayıla bilər. Tarixi ədəbiyyatda belə bir müddəa mövcuddur ki, guya lulubilər bu dövrdə ibtidai icma quruluşunda yaşayırmışlar. Lakin qaynaqların məlumatı və ətraflı tədqiq olunması bu fikri təkzib edir.
Qadın alt paltarı
Qadın alt paltarı - qadın tualetinin ayrılmaz hissəsi. Qadın alt paltarları qadınların sarğı və cinsiyyət orqanlarının gizlədilməsi üçün nəzərdə tutulmuşdu. == Material == == Qadın alt paltarların ölçüləri == Əsasən bütün şirkətlər paket üzərində öz modellərin ölçülərini verirlər. Budun yarıməhatəsi, sm == Növlər == Dünya üzrə 3 əsas qadın alt paltarı növləri mövcuddur — maksi, midi və mini, bağlı kəsikdən maksimal açıq növlərə kimi. === Mini === Peycenslip (ing. Pagenslip) — ayaqlar üçün düzkəsikli hündür alt paltarı. Adətən Bikini üçün istifadə edilir. Vikini (от ing. v-kini) — hündür yan zolaqlı alt paltarı. Strinqlər (ing.
Türk Dil Qurumu
Türk Dili Qurumu (türk. Türk Dil Kurumu, TDK) — türk dilini öyrənmək və inkişaf etdirmək məqsədilə qurulan Türkiyə Cümhuriyyəti hökuməti yanında ictimai təşkilat. == Ümumi məlumat == Türk Dili Qurumu 12 iyul 1932-ci ildə M. K. Atatürk tərəfindən qurulmuşdur, ilkin adı "Türk Dili Araşdırma Cəmiyyəti" (türk. Türk Dili Tetkik Cemiyeti) olmuşdur. Samih Yalnızgil, Ruşen Əşrəf Ünaydın, Cəlal Sahir Ərozan və Yaqub Qədri Qaraosmanoğlu kimi dövrün millət vəkilləri və məşhur ədəbiyyatçıları qurumun təsisçilərindən idilər. Qurumun ilk sədri Samih Yalnızgil oldu. Onun 1932-ci ilin dekabr ayında vəfatında sonra təhsil Naziri Dr. Rəşid Qalib faktiki sədr oldu.Türk Dili Qurumu həm türk ədəbi dili, həm də türk ləhcələrinin öyrənilməsi ilə məşğul olur və ədəbiyyat işlərini yayımlayır. Baş ofisi Ankarada yerləşir. == Nəşrləri == Təşkilat, Güncel Türkçe Sözlük ilə yanaşı, əsasən türk dilləri ilə əlaqəli tədqiqatlar, ixtisaslaşdırılmış lüğətlər, filoloji kitablar və ədəbiyyat əsərlərindən ibarət 850-dən çox dilçilik kitabı nəşr etmişdir.
Türk Tarix Qurumu
Türk Tarix Qurumu və yaxud TTK (türk. Türk Tarih Kurumu) — Mustafa Kamal Atatürkün göstərişi ilə 1931-ci il aprelin 12-də türk tarixini ilk mənbələrdən araşdırmaq məqsədilə yaradılmış araşdırma qurumudur. 664 saylı Qanun Fərmanı ilə Türk Tarix Qurumu ayrıca ictimai hüquqi şəxsə malikdir və 1983-cü ildə yaradılmış Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun tabeliyində elmi institut kimi fəaliyyət göstərir. Rəhbəri hazırda Birol Çətindir. == Təşkilat tarixi == 1930-cu il aprelin 28-də VI. Qurultayın son iclasında Qazi Mustafa Kamalın göstərişi ilə Afət İnan 40 imza ilə təklif irəli sürmüş və bu təklifdə Türk tarixini elmi cəhətdən araşdıracaq bir komissiyanın yaradılması istənilmişdi. Həmin gün Türk Ocaqları Qanununa bu mövzuda bir maddə əlavə edildi. 16 nəfərlik nümayəndə heyəti ilk iclasını 4 iyun 1930-cu ildə keçirərək idarə heyətini və üzvlərini müəyyənləşdirdi. Bu nümayəndə heyəti Türk Tarix Qurumunun əsasını təşkil edir.Nümayəndə heyəti "Türk tarixinin konturları" adlı araşdırma dərc edib. Kitabda Orta Asiyada türk sivilizasiyasının olması və türklərin bu mərkəzdən başlayan köçlərlə Çinə, Hindistana, Mesopotamiyaya, Misirə, İrana və Anadoluya getməsi və həmin bölgələrin xalqlarını sivilizasiya etməsi tezisindən bəhs edilir. Məqsəd bu kitabın əsas ideyasına uyğun olaraq məktəb kitablarını hazırlamaq idi.Türk Ocaqları 1931-ci il martın 29-da bağlanmağa qərar verdikdə, Türk Tarix Komitəsi 1931-ci il aprelin 12-də "Türk Tarixi Araşdırmalar Cəmiyyəti" adı ilə yenidən təşkil edilərək fəaliyyətini davam etdirdi.
Yerin alt mantiyası
Yerin alt man­tiyası – (rus. нижняя мантия Земли, ing. lower mantle of the Earth) mantiyanın bir hissəsi olub, 800–900 km-dən 2900 km-ə qədər dərinlikdə, Yerin nüvəsilə Yerin üst mantiyası arasında yerləşir.
Bayraq Radio Televiziya Qurumu
Bayraq Radio Televiziya Qurumu (BRT), Şimali Kipr hökumətinə aid radio və televiziya təşkilatı. Xəbər, musiqi proqramı, kəndləri təqdimat məqsədli proqramları nəşr. BRT-nin ilk nəşr həyatı 1963-cü ildə bir qarajda 2 mücahid tərəfindən radio yayımı olaraq qurulmuşdur. [Qaynaq ifadə edilməli] İlk yayım sözü isə "Bayraq, Bayraq, Bayraq" deyə verilmişdi. 1996-cı ildə ilk xüsusi radio kanalı First FM və ilk xüsusi TV kanalı Tempo TV-nin qurulmaları nəticəsində təklik xüsusiyyətini itirən BRTK; hələ də ölkədəki 5 TV kanalından ikisini, 24 radio kanalından da 5-ni strukturunda saxlamaqdadır. Xüsusi radio və televiziyaların qurulmağa başladığı 1996-ci ilə qədər Şimali Kiprin tək nəşr təşkilatı olan BRTK-nın təməlləri 1960-cı illərə qədər gedib çıxır. 1960 - 1963 illər arasında Kipr adasının tək nəşr təşkilatı olan CBS (İngiliscə: Cyprus Broadcasting Corporation) (Kipr Yayım Təşkilatı), 1960 Kipr Konstitusiyası lazımınca% 70 Kiprli Rumlar'dan,% 30 da Kiprli Türklər'dən ibarət idi. 1963də başlayan və namizədi 1974 Kipr Harekâtı'na aparan qarşıdurmalar üzündən Kipr türkləri, CBC'ten ayrıldı. Ölkənin yeganə nəşr təşkilatında hər hansı bir şəkildə təmsil edilməyən Türklər, bu ehtiyacları səbəbiylə 1964-cü ildə 6 ədəd radio stansiyası quraraq nəşrə soxdular. Bayraq Radiosu, Canbulat Radiosu, Lefke Bayraq Radiosu, Qazi Bafın səsi radiosu, Larnaka Təbiətin səsi Radiosu və Limasol Radiosu adı verilən bu 6 kanal "Bayraq Radioları" ortaq adıyla anılıyorlardı.
Məhsuldar qat (alt pliosen)
Alt pliosen — Azərbaycanda yerləşmiş geniş neft-qaz yığımları Məhsuldar qat çöküntüləri ilə əlaqədardır. Məhsuldar qat və onun analoqu olan Qırmızı qat çöküntüləri Paleogenin və Neogenin digər stratiqrafik vahidlərinə nəzərən dana böyük qalınlığa malikdir (4500–5000 m-ə qədər). == Litoloji tərkibi == Məhsuldar qatın kəsilişi aşağıdan yuxarıya iri qırıntılı materialın ardıcıl olaraq artdığı qumlu-gilli qumlu-gilli, bəzən kobud qırıntılı süxur lay və dəstələrin ritmik növbələşməsindən ibarət olan qalın kontinental-dəniz çöküntüləri kompleksindən ibarətdir. == Geoloji inkişaf tarixi == Pont əsrinin sonunda Paleoxəzərin səviyyəsinin kəskin enməsi nəticəsində məhsuldar qat hövzəsinin Şimal Paratetisdən tam təcrid olunmasına, Paleovolqa, Paleouzboy və Paleokür kimi çay sistemlərinin geniş inkişafına səbəb olmuşdur. Çöküntütoplanma prosesi müasir Cənub Xəzərin hüdudunda yerləşən təcrid olunmuş erkən pliosen hövzəsində və həmçinin bu hövzəyə tökülən çay arteriyalarında baş vermişdir. Məhsuldar qat tavanı və dabanının yaşı vulkan külü araqatlarına görə, uyğun olaraq, 3,2 və 6,0 mln. il hesablanmışdır. Qısa geoloji dövr ərzində böyük qalınlıqlı terrigen materialın toplanması Böyük və Kiçik Qafqazın inkişafı kimi baxılır. == Qalınlığı == Minimal qalınlıq Cənubi Xəzər meqaçökəkliyinin şimal-qərbində 500–700 m-dir. Maksimal qalınlıq isə cənub-şərqdə 3000–4500 m-ə qədər çatır.
İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu (Türkiyə)
İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu (İTKQ; türk. Bilgi Teknolojileri ve İletişim Kurumu, qısaca BTK) — Türkiyənin milli telekommunikasiya tənzimləmə və təftiş orqanı. Əvvəllər Telekommunikasiya Qurumu (Telekomünikasyon Kurumu) kimi tanınırdı. Radio və televiziya yayımları başqa bir dövlət qurumu olan RTÜK-ə tabedir. == Tarixi == Telekommunikasiya orqanı 29 yanvar 2000-ci il tarixli 4502 saylı qanuna əsasən təsis edilmişdir. Bu qanun, digərləri ilə yanaşı, Nəqliyyat Nazirliyinin öhdəliklərinə toxunmuş və "Türkiyədə ilk sektora xüsusi tənzimləyici kimi müstəqil telekommunikasiya tənzimləyici orqanı olan Telekommunikasiya Qurumunu yaratmaqla hökumətin siyasət və tənzimləmə funksiyalarını ayırmışdır. Nəticədə, Nəqliyyat Nazirliyinin tənzimləyici funksiyaları prinsip etibarı ilə quruma verilmiş və simsiz rabitə haqqında qanuna (2813 saylı qanun, 7 aprel 1983-cü il) əsasən radiotezliklərin idarə edilməsinə cavabdeh olan dövlət orqanı olan Radiorabitə Baş İdarəsi ləğv edilmiş və onun bütün funksiyaları Telekommunikasiya Qurumuna verilmişdir".5 noyabr 2008-ci ildə Türkiyənin qanunverici orqanı adətən Elektron Kommunikasiya Qanunu (EKQ) kimi tanınan 5809 saylı qanunu qəbul etmişdir. Bu qanunun məqsədi qısaca olaraq "qanunvericilikdəki səliqəsizliyi aradan qaldırmaq, sektorda rəqabət yaratmaq, operatorlar üçün qeyri-müəyyənliyi azaltmaq və elmi-tədqiqat işlərinə resurslar ayırmaq" kimi təsvir edilmişdir. == Təşkili == EKQ-ə əsasən, İTKQ-nin strukturu 4 vitse-prezident, 17 departament, 5 ofis, 1 hüquq konsaltinq ofisi və 5 departamentli Telekommunikasiya Kommunikasiya Rəhbərliyindən ibarətdir.
Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu
Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu — Türkiyə Konstitusiyasının 134-cü maddəsinə görə, Atatürkçü fikirləri, Atatürkün prinsiplərini və islahatlarını, Türk mədəniyyətini, Türk tarixini və Türk dilində elmi araşdırmalar aparmaq, tanıtmaq və yaymaq üçün 1983-cü ildə quruldu. Qurumun qanuni varlığı Türkiyə Cümhuriyyəti Konstitusiyası ilə təmin olunmuşdur: Konstitusiya: Maddə 134 — Atatürkçü fikirləri, Atatürkün prinsiplərini və islahatlarını, Türk mədəniyyətini, Türk tarixini və Türk dilində elmi araşdırmalar aparmaq, tanıtmaq və yaymaq məqsədi ilə; Atatürkün mənəvi himayəsində, Prezidentin nəzarəti və dəstəyi ilə, Prezident tərəfindən təyin olunan nazirə bağlı; Atatürk Araşdırma Mərkəzi, Türk Dili Cəmiyyəti, Türk Tarix Qurumu və Atatürk Mədəniyyət Mərkəzi Başçılığından ibarət olan, ictimai hüquqi şəxsiyyətə sahib olan "Atatürk Mədəniyyəti, Dili və Tarixi Yüksək Qurumu" qurulur. 2876 saylı qanun ilə də, müəssisənin işçilərinin vəzifə təlimatları və şəxsi hüquqları tənzimlənir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09

Oxşar sözlər

#alt-qurumu nədir? #alt-qurumu sözünün mənası #alt-qurumu nə deməkdir? #alt-qurumu sözünün izahı #alt-qurumu sözünün yazılışı #alt-qurumu necə yazılır? #alt-qurumu sözünün düzgün yazılışı #alt-qurumu leksik mənası #alt-qurumu sözünün sinonimi #alt-qurumu sözünün yaxın mənalı sözlər #alt-qurumu sözünün əks mənası #alt-qurumu sözünün etimologiyası #alt-qurumu sözünün orfoqrafiyası #alt-qurumu rusca #alt-qurumu inglisça #alt-qurumu fransızca #alt-qurumu sözünün istifadəsi #sözlük