alunit sözü azərbaycan dilində

alunit

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • alunit • 83.8889%
  • Alunit • 16.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alunit
Alunit — Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – sarımtıl, qırmızımtıl çalarlı ağ, boz, qəhvəyi, qonur, yaşılımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – yarımşəffaf, şəffaf; Sıxlıq – 2,7-2,8; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – {0001} üzrə mükəmməl; Sınıqlar – qabıqlı, tikanlı ; Başqa xassələr: kəskin ifadə olunmuş piroelektrik xassələri; Morfologiya – kristallar: nadir rast gələn kiçik ölçülü psevdokubik, lövhəvari, romboedrik; Mineral aqreqatları: sıx xırda dənəli, ovuntulu giləoxşar torpaqvari kütlələr, badamvari əmələgəlmələr. == Mənşəyi və yayılması == Turş və orta tərkibli vulkanitlərin sulfat turşusunun təsiri ilə metasomatik dəyişilməsi prosesində əmələ gəlir. Solfatarların təsirinə məruz qalmış süxurlarda daha intensiv təzahür edir. Mineralın iri kütlələri törəmə kvarsitlər içərisində yerləşir. Hidrotermal — metasomatik dəyişilmiş damaryanı süxurlarda da rast gəlir. Sulfid yataqlarının oksidləşmə zonasında və H2SO4 ilə zəngin olan aşınma qabıqlarında da müşahidə olunur. Alunitin çökmə süxurlarda — gillərdə, əhəngdaşlarında və s. əmələ gəlməsi onlarda olan piritin oksidləşməsi ilə bağlıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, kaolinit, halluazit, hidrargillit, gips və s.
Zəylik alunit yatağı
Zəylik alunit yatağı — dünyada ən böyük alunit yataqlarından biri ola­raq, filizləşmənin miqyasına, yaranma şəraitinə və layşəkilli yatımına görə çox nadirdir və Azərbaycan Respublikasının və dünyanın başqa yataqla­rından kəskin surətdə fərqlənir. Yataq Daşkəsən sinklinalının orta və üst yura vulkanogen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş şimali-şərq qanadında yerləşir və sənaye ehtiyatları 170 mln. tondan çoxdur. Minerallar paragenezinə alunit, kaolinit (dikkit), kvars, xalsedon, pirofillit, serisit, diaspor, züniit, korund, hematit və flüorit daxildir. Hipergen minerallardan qalluazit, limonit, tək-tək hallarda isə kalsit, gips və başqa­larına rast gəlinir. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Alunitdağ
Alunitdağ — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən şəhər inzibati ərazi dairəsində qəsəbə. == Toponimikası == Qəsəbə bir müddət "85-ci sahə" adlanmışdır. 1958-ci ildən Alunitdağ mədəni yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Toponim elmi ədəbiyyatda "alunit" (mineral adı) və "dağ" sözlərinin birləşməsi kimi izah olunur. Bəzi türkdilli xalqların toponimiyasında alin/alun və it — dağın cənub tərəfi, cənub ətəyi deməkdir. Qəsəbənin coğrafi mövqeyi onun "dağın cənub ətəyi" mənasında olduğunu bir daha sübut edir. == Tarixi == === Tarixi abidələri === Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Qəsəbə Qaflanqala silsiləsinin cənub ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Qəsəbədə Alunitdağ qəsəbə kitabxanası, Alunitdağ qəsəbə klubu fəaliyyət göstərir. == Təhsil == Qəsəbədə Daşkəsən rayon Alunitdağ qəsəbə R.Qafarov adına tam orta məktəb fəaliyyət göstərir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.47 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 3.94
2004 •• 0.34
2007 •••• 0.63
2008 •••• 0.73
2010 0.09
2011 0.17
2012 0.09
2014 ••••••• 1.20
2016 •• 0.35
2018 •••• 0.60
2019 ••••••••••••• 2.36
2020 •• 0.27

alunit sözünün leksik mənası və izahı

alunit sözünün etimologiyası

alunit sözünün rus dilinə tərcüməsi

alunit sözünün fransız dilinə tərcüməsi

alunit sözünün ləzgi dilinə tərcüməsi

"alunit" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#alunit nədir? #alunit sözünün mənası #alunit nə deməkdir? #alunit sözünün izahı #alunit sözünün yazılışı #alunit necə yazılır? #alunit sözünün düzgün yazılışı #alunit leksik mənası #alunit sözünün sinonimi #alunit sözünün yaxın mənalı sözlər #alunit sözünün əks mənası #alunit sözünün etimologiyası #alunit sözünün orfoqrafiyası #alunit rusca #alunit inglisça #alunit fransızca #alunit sözünün istifadəsi #sözlük