* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılması
Terminlər lüğəti / audit2 1. Audit – sistem mexanizmlərinin adekvatlığını qiymətləndirmək, təsbit edilmiş siyasətlərə və istismar prosedurlarına uyğunluğu təmin etmək və mexanizmlərə, siyasətlərə və prosedurlara zəruri dəyişikliklər tövsiyə etmək üçün fəaliyyətin (hərəkətlərin) müstəqil araşdırılması və yoxlanılması. 2. Audit – sistemdə baş verən hadisələr haqqında toplanan informasiyanın (log-faylların) analizidir. Audit operativ (təxminən real vaxtda) və ya dövri (məsələn, gündə bir dəfə) aparıla bilər.
İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti / audit3 is. [lat. audit] 1. iqt. Maliyyə hesabatlarının bütün aspektlərdə tətbiq olunan maliyyə hesabatları prinsiplərinə uyğun hazırlanıb-hazırlanmaması ilə bağlı rəy bildirilməsi. Əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılması. "Auditor haqqında" AR Qanununda göstərilir ki, audit yoxlanması məcburi və ya könüllü (təsərrüfat subyektlərinin öz təşəbbüsü ilə) ola bilər. 2. infor. Toplanan informasiyanın analizi. Elektron poçt vasitəsilə həyata keçirilən əməliyyatlar bir çox hallarda rəsmi sənəd hesab olunmur və audit zamanı uyğunsuzluq kimi qeydə alınır. 3. bəl. Müəssisənin, o cümlədən təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə yönələn obyektiv təminat və məsləhətlərin verilməsi üzrə fəaliyyət.
Yeni sözlər və yeni mənalar lüğəti / audit1 сущ. экон. аудит (проверка финансовой деятельности коммерческого предприятия)
Azərbaycanca-rusca lüğət / audit