Amerikanın adlandırılması
Amerika — Qərb yarımkürəsində qitə. O, Şimali və Cənubi Amerika qitələrinə bölünür. Qitə Xristofor Kolumbun 1492-ci il səfərindən əvvəl yerlilər tərəfindən bir çox ada malik idi. O tarixdən sonra gələn əcnəbilər isə qitəni Amerika adlandırdılar. Ümumi olaraq, Amerika adının XVII əsrdə, bu iki qitədə tədqiqatlar aparmış İtaliya səyyahı Ameriqo Vespuççidən gəldiyi qəbul edilir. Buna baxmayaraq, bəzi tarixşünaslar müxtəlif açıqlamalar irəli sürüblər.
== İstifadəsi ==
Müasir Azərbaycan dilində, Şimali və Cənubi Amerika ayrı qitələr hesab edilir. Bu, ingilis dilində də eynidir, amma onlar cəmdə "Americas" (azərb. Amerikalar) adlanır. Addan tək formada istifadə edən zaman, bu ad sadəcə Amerika qitəsinə aid edilir.