Amerikası sözü azərbaycan dilində

Amerikası

Yazılış

  • Amerikası • 99.4774%
  • amerikası • 0.2613%
  • AMERİKASI • 0.2613%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Britaniya Amerikası
Britaniya Amerikası (ing. British America və ya ing. British America and the British West Indies) — köhnəlmiş coğrafi termin. Britaniya taxt-tacının indiki Amerika ərazisində nəzarət etdiyi əraziləri qeyd etmək üçün işlədilirdi.
Hispanik Amerikası
Adətən region İspan Amerikası kimi tanınsada həmçinin Hispanik Amerikası kimidə adlanır. İspan dilində adətən Hispanoamérica, həm də América Hispana və ya América Española kimi deyilir. Bu bölgə Şimali, Mərkəzi və Cənubi Amerikanın ispandilli ölkələrindən ibarət Amerikanın bir hissəsidini təşkil edir. Bu ölkələrin hamısında ispan dili əsas dildir. Buna baxmayaraq bəzən bir və ya bir neçə yerli dillə (məsələn, Guaraní, Quechua, Aymara və ya Maya kimi) və ya ingiliscə (Puerto Rikoda) ilə rəsmi statusa malikdir. Regionda əsas üstünlük təşkil edən din isə Roma Katolikliyidir.Hispanik Amerikası bəzən Braziliya ilə birlikdə "İber-Amerika" termini altında qruplaşdırılır, yəni Amerikada Pireney yarımadasında mədəni kökləri olan ölkələr deməkdir. Hispanik Amerikası yalnız Hispanik Amerikasını deyil, həm də Braziliyanı (keçmiş Portuqaliya Amerikası ) və Qərb yarımkürəsindəki keçmiş Fransa koloniyalarını (indi ABŞ və ya Kanadada olan ərazilər adətən istisna olunur) əhatə edən Latın Amerikası ilə də ziddiyyət təşkil edir.
Latın Amerikası
Latın Amerikası — Amerika qitəsində bölgə. ABŞ-dən cənubda yerləşən Latın Amerikası regionuna 33 İEOÖ (İnkişaf etməkdə olan ölkə)-lər və 15 asılı ərazi daxildir. Latın Amerikası əhalisinin böyük əksəriyyəti roman (latın) dil qrupuna aid ispan (62%), portuqal (34%) və fransız dilində danışırlar. Regionu məhz bu cəhətinə görə Latın Amerikası adlandırırlar. Regiona daxil olan ölkələr ya respublikalar, ya da Ingiltərə birliyinə aid quruluşa malikdirlər. İqtisadi inkişafına görə bu region Asiya Afrikanın İOÖ-lərindən irəlidə olsa da, digər İOÖ-lər kimi bu region da dünya bazarına xammal çıxarır. ABŞ özünə zəruri olan xammalın 70%-ni məhz bu regiondan idxal edir. Regionun İCM (İqtisadi coğrafi mövqe)-nin başlıca xüsusiyyəti Atlantik və Sakit okeanları arasında yerləşməsi və ABŞ-la qonşu olmasıdır. Bu amil regionun ABŞ-dən asılılığını artırır. == Əhalisi == Əhalisi — yerli hindu; Ispaniya və Portuqaliyadan gələnlərin nəsillərindən (bunlara kreollar deyilir) və Afrikadan gətirilmiş qulların hesabına formalaşmışdır.
Portuqal Amerikası
Portuqal Amerikası (port. América Portuguesa) bəzən América Lusófona kimidə adlanır və ya İngilis dilində Lusofon Amerikası — Anglo-Amerika, Fransız Amerikası və Hispanik Amerikası-ndan fərqli olaraq Portuqal dilində danışan insanlar və onların diaspora icmasıdır. Xüsusən də Amerikanın erkən Portuqal müstəmləkəsi olan Braziliyaya aid edilir. Portuqaliya Cənubi Amerikanın (Braziliya, Koloniya do Sakramento, Uruqvay, Quanare, Venesuela) hissələrini müstəmləkə etdi. Həmçinin Şimali Amerikanın (Kanada, Nyufaundlend və Labrador və Yeni Şotlandiya) bölgələrini də müstəmləkə etməyə çalışsada uğursuzluqla nəticələndi. Braziliya portuqal cəmiyyətin mərkəzidir və Portuqaliya Amerikasının əksəriyyətinin portuqal mənşəyinin nöqtəsidir. Buraya bütün Amerikadakı icmalar və portuqal dilindən gələn dillər daxildir, çünki bu, Aruba, Bonaire və Curaçao, Surinam Saramaccanı və ya demək olar ki, sönmüş Braziliyanın Kupopia bölgələrində danışılan papiamentodur. Portuqal dili roman dili olduğu üçün Portuqal Amerikası, xüsusən də Braziliya bəzi mənbələrdə Latın Amerikasının bir hissəsi hesab olunsada, bu termin daha çox İspan Amerikasına aiddir. Çünki dil yaxınlığından başqa Braziliya Latın Amerika icmasının mərkəzinə mədəni baxımdan kifayət qədər yaxın deyil.
Rus Amerikası
Rus Amerikası (rus. Русская Америка, Russkaya Amerika) 1799-cu ildə ABŞ-nin Alyaska ştatının ərazisində yaradılan və Rusiya imperiyası tərəfindən idarə olunan tarixi dövlət. Rus Amerikasının idarə olunmasında Rusiya-Amerika şirkətinin (RAC) rolu daha böyük olub. Rusiya İmperiyasının keçirdiyi daxili böhran və xərclərin cox olması, ərazinin 1867-ci ildə ABŞ-yə 7.2 milyon dollara satılması ilə nəticələnmiş, bu şəkildə dövlət fəaliyyətini dayandırmışdır. == İlk kəşflər == Alyaskaya ilk dəfə ruslar gəlmişlər. 1648-ci ildə Semyon Dejnyov Sibirdə yerləşən Kolıma çayının mənsəbindən səfərə başlamış və 14 gün sonra Şimal Buzlu okeanda yerləşən Anadır çayının məsəbinə çatmışdır. Bir sıra ehtimallara görə ekipajda olan bəzi dənizçilər yolda azmış və Alyaskaya Semyon Dejnyovdan daha tez çatmışdır. Ancaq bunu sübut edə biləçək bir dəlilil yoxdur. 1741-ci ilin iyununda Kamçatkaya səfərə çıxan Vitus Berinqin Bosmanı olan Aleksey Çirkov indi ki Alyaska ilə Kanadanın yaxınlığında yerləşən ərazidən sahilə çıxmışdır. == Tarixi == Alyaska ərazisinin kəşf olunması,xəbəri daha çox Rusiyada kürk ticarəti ilə məşğul olan tacirləri sevindirdi.
İspan Amerikası
İspan Amerikası Amerikadakı İspan ərazilərinə şamil edilir. "İspan Amerikası" termini xüsusilə 15-19-cu əsrlər arasında ərazilərin imperiya dövründə istifadə edilmişdir. İmperator hakimiyyətinin sonuna qədər İspaniya Amerika və Filippindəki xaricdəki ərazilərinin Kolumbun qərbə üzərək Asiyaya çatdığına dair təsəvvürü əsasında "Hindistan" adlandırdı. Bu ərazilər yüksək əhəmiyyətə çatdıqda isə, tac 1524-cü ildə Aztek İmperatorluğunun fəthindən sonra onun mülkləri üzərində daimi kral nəzarətini təsdiqləyən Hindistan Şurasını yaratdı. İspan köçkünlərini cəlb edən sıx yerli əhali və mineral sərvət mənbələri olan bölgələr müstəmləkə mərkəzlərinə çevrildi və belə resursları olmayanlar isə maraq dairəsində idi. Bölgələr imperiyaya daxil edildikdən və onların əhəmiyyəti qiymətləndirildikdən sonra, xaricdəki mülklər daha güclü və ya zəif tac nəzarəti altına düşdü. Tac Karib dənizindəki Kristofer Kolumbun və onun varislərinin hökmranlığından dərs aldı və onlar heç vaxt kəşfiyyatçılara və fatehlərə süpürmə səlahiyyətləri vermədilər. Katolik monarxlarının 1492-ci ildə Qranadanı fəth etməsi və yəhudiləri qovulması "Amerika müstəmləkəçiliyinin başlanğıcı anında dini dövlətçiliyin döyüşkən ifadəsi idi". Tacın dini sferadakı gücü papalığın Patronato real qrantı sayəsində onun xaricdəki mülklərində mütləq idi və "Katoliklik kral hakimiyyəti ilə ayrılmaz şəkildə bağlı idi". Kilsə-dövlət münasibətləri fəth dövründə quruldu və 1700-cü ildə, Burbon monarxları böyük islahatlar həyata keçirən və tac və qurbangah arasındakı əlaqəni dəyişdirən Habsburq dövrünün sonuna qədər sabit qaldı.
Britaniya Şimali Amerikası
Britaniya Şimali Amerikası — Britaniya İmperiyasının Şimali Amerikadakı keçmiş torpaqlarına verilən ad. Termin ilk dəfə qeyri-rəsmi olaraq 1783-cü ildə istifadə edildi, ancaq Durham Hesabatı adı verilən İngilis Şimali Amerika İşləri Hesabatından (1839) əvvəl nadir idi. Bu bölgələr indiki müasir Kanada və Amerika Birləşmiş Ştatlarının Pasifik Şimal-Qərbi Hissəsidir. Şimali Amerikanın Britaniya müstəmləkəçiliyi (həm ingilislər həm də Şotlandlar tərəfindən sömürgələştirilməsi də daxil olmaq üzrə), 1607-ci ildə Virciniya Jamestown'da başladı və koloniyalar Amerika qitəsində qurulduğunda İngilis koloniyalizmi ən güclü halına çatdı. == Siyasi bölmələri == 1775-ci ildə, ABŞ İstiqlaliyyət müharibəsi ərəfəsində, Britaniya İmperiyası, Yeni İspaniyanın şimal-şərqində, Qərb yarımkürəsi 20 bölgə ehtiva edirdi. Bu müstəmləkələr bunlardır: Florida (Şərqi və Qərbi Florida ayrı idarə edilirdi.) Nyufaundlend Yeni Şotlandiya Kvebek Rupertin torpağı Müqəddəs Con adası On üç koloniya (Hər biri ayrı idarə edilir)Britaniya Yeddiillik müharibəni sona çatdıran Paris sülh müqaviləsi (1763) ilə Fransadan Şərq və Qərb Florida ilə Kvebeki qazanmışdı. İspaniya Qərbi Floridanı qazanmaqla qalmayıb, Şərqi Florida'nı geri qazandı və Amerika Birləşmiş Ştatları, suverinliklərinin təsdiqlənməsi üzərinə, Paris sülh müqaviləsi (1783) Böyük Göllər'in cənubunda Kvebek'in bir hissəsini qazandı. Yeni Şotlandiya 1784-ci ildə Yeni Şotlandiyaya və Nyu-Brunsvikə ayrılmışdı. 1783-cü ildən sonra Kvebekin bir qismi 1791-ci ildə əhalisi əsasən fransız dilində danışan Aşağı Kanada və əhalisi əsasən ingilis dilində danışan Yuxarı Kanada əyalətinə ayrılmışdı. 1812-ci il müharibəsindən sonra 1818-ci il müqaviləsi, Amerika Birləşmiş Ştatları ilə Britaniya Şimali Amerikası arasındakı sərhədi Rupertin torpağından Qayalı dağlarla 49-cu paraleldə qurulmuşdur.
Britaniya Şimali Amerikası Problemləri Hesabatı
Britaniya Şimali Amerikası Problemləri Hesabatı (İngilis dilində: “Report on the Affairs of British North America”) — adətən Durham Hesabatı (“Durham Report”) olaraq bilinir, 1839-cu il tarixli, Quebec, Ontario, Kanada və Britaniya İmperiyası tarixində rol oynamış sənəddir. 1837-1838-ci illərdə Aşağı Kanadada və Yuxarı Kanadada baş verən iğtişaşlardan sonra Whig partiyasına mənsub olan ingilis siyasətçi Durham qrafı John Lambton diktator səlahiyyətləri ilə Kanadanın qubernatoru təyin edildi. Ondan Lambton iğtişaşlarının səbəblərini araşdırması istənildi. Bu dövrdə Kanadadakı rəhbərlik xalq qarşısında cavabdeh deyildi. Lambton, hesabatının birinci səhifəsində ümumi tezisini ümumiləşdirərək, "Mövcud vəziyyətin davam etməsinə icazə verilənə qədər, insanların həyatı və əmlakının təhlükəsizliyi, aktivlərindən istifadəsi və qətiyyətlə işləmələri təmin edilməyəcəkdir” demişdir. Kanadadakı üsyanın səbəblərini idarəetmənin seçilmiş məclisin mövcudluğu ilə xalq qarşısında cavabdeh olmayan hökumətin yaratdığı gərginlik və fransız dilli əhali ilə ingilis dilli əhali arasındakı gərginlik istiqamətində qiymətləndirdi. Buna görə, onun üç əsas tövsiyəsi var idi: Yuxarı Kanada və Aşağı Kanadanın bir koloniyaya birləşdirilməsi, Fransız dilli Kanadalıların mədəni assimilyasiyası və xalq qarşısında hesabat verəcək olan hökumət. Durham, Aşağı Kanadadakı problemlərin etnik baxımdan olduğunu düşünərək tapıntılarını “bir qucaqda mübarizə aparan iki xalq” olaraq təsvir etdi. Kanada Ensiklopediyasının “şovinist” olaraq xarakterizə etdiyi bir yanaşma götürdü; Fransız dilli kanadalıların “ədəbiyyat və tarix çatışmazlığı” olduğunu bildirdi. Aşağı Kanadada əhalinin Yuxarı Kanadadan daha çox olmasına baxmayaraq, qurulacaq yeni əyalətdə iki bölgənin nümayəndəliyinin bərabər olmasının lazım olduğu fikrini müdafiə etdi.
Latın Amerikası Turizm Təşkilatlarının Konfransı
Latın Amerikası Turizm Təşkilatlarının Konfransı və ya qısaca KOTAL — beynəlxalq regional turizm təşkilatıdır. 1957-ci ildə yaradılmışdır. Bu qurum Latın Amerikasının 900-dən çox turizm, nəqliyyat, mehmanxana müəssisələri, həmçinin Asiya, Afrika və Avropanın 350-dən yuxarı turizm müəssisələrini özündə birləşdirir. Əsas vəzifəsi Latın Amerikası turizm sənayesinin inkişafı məqsədilə bütün turizm müəssisələrinin və milli assosasiyalarının fəaliyyətini birləşdirməkdir. KOTAL-ın Katibliyi Argentinanın paytaxtı Buenos-Ayres şəhərində yerləşir. Konfransın rəsmi dilləri isə ispan və ingilis dilləridir. Rəhbər orqanları isə adətən ildə bir dəfə keçirilən Baş Assembleya və Direktorlar Şurası sayılır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.17 dəfə / 1 mln.
2003 •••••••••• 5.51
2004 ••••••• 3.71
2005 •••• 2.02
2006 ••••••••••••• 6.98
2007 •••••••••• 5.71
2008 •••••••••• 5.36
2009 •••••••••• 5.44
2010 •••••••••••••••• 8.99
2011 •••••••••••••••• 8.84
2012 •••••••••••••••••••• 11.53
2013 ••••••••••••••• 8.46
2014 ••••••••• 4.63
2015 •••••••••••••••••• 10.21
2016 ••••••••••• 5.90
2017 •••••••• 4.23
2018 ••••••••• 4.94
2019 ••••••••••• 6.12
2020 •••••••••••• 6.63

"amerikası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#amerikası nədir? #amerikası sözünün mənası #amerikası nə deməkdir? #amerikası sözünün izahı #amerikası sözünün yazılışı #amerikası necə yazılır? #amerikası sözünün düzgün yazılışı #amerikası leksik mənası #amerikası sözünün sinonimi #amerikası sözünün yaxın mənalı sözlər #amerikası sözünün əks mənası #amerikası sözünün etimologiyası #amerikası sözünün orfoqrafiyası #amerikası rusca #amerikası inglisça #amerikası fransızca #amerikası sözünün istifadəsi #sözlük