* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [lat.] İbtidai insanların hər bir şeyin ruhu olduğuna inanması, təbiət qüvvələrinə və hadisələrinə ruhi isnad verməsindən ibarət etiqadı (dini etiqadların ilk mənşəyi). Animizmin başlıca ideyası.
Azərbaycan dilinin izahlı lüğəti / animizm2 \ – ruhlardan qaynaqlanan hal və ya hərəkətlərin varlığını önə sürən dünyagörüşü. Şamanist dini təlimlərdə mövcuddur. Olan hadisələrin, baş verənlərin ruhlar aləminə bağlı olan qüdrətdən qaynaqlandığını, bilavasitə ruhlarla əlaqələndirldiyi dini təsəvvür. Yaxud da tək və eyni ruhun təfəkkür və təbii həyatımızın qaynağı olduğunu irəli sürən görüş. Animizm bəzən uşaqlarda maddi və cansız əşyaları canlı göstərə bilmək bacarığına da deyilir. Guya ruhlar insanların, heyvanların həyatına, ətraf aləmin predmetinə və hadisələrinə təsir göstərir.
Fəlsəfə terminlərinin izahlı lüğəti / animizm1 I сущ. анимизм (вера в духов, якобы управляющих людьми, животными, предметами и явлениями): II прил. анимистический. Animizm nəzəriyyəsi анимистическая теория
Azərbaycanca-rusca lüğət / animizm