Nikolay Anisimov
Nikolay Andreyeviç Anisimov (12 may 1892, Orlov vilayəti (Qroznı) - 25 yanvar 1920, Novoçerkassk) — inqilabçı, bolşevik, Şimali Qafqazda Sovet hakimiyyəti uğrunda mübarizənin iştirakçısı.
Nikolay Andreyeviç Anisimov Orlov quberniyasında (digər mənbələrə görə - Qroznıda) anadan olub. 1903-cü ildə atası tətildə iştirak etdiyi üçün həbs edilib və həbsxanada vəfat edib.
1911-ci ildə Anisimov Qroznı real məktəbini bitirib Sankt-Peterburq Politexnik İnstitutuna qəbul oldu.
1913-cü ildə ÜKP (b) sıralarına üzv qəbul edildi, tələbələrin inqilabi fəaliyyətlərində iştirak etməyə başladı. Tətil günlərində Qroznıya gələrkən neftçilərin tətilində fəal iştirak etdi. Bu fəaliyyətinə görə həbs edilərək institutdan xaric edildi. 1914-cü ildə Qroznı Bolşevik təşkilatının liderlərindən biri oldu. Fevral inqilabından sonra Qroznı Fəhlə Deputatları Sovetinə rəhbərlik etməyə başladı.
1917-ci ilin dekabrında Tapa Çermoyevin rəhbərliyi altında Çeçen Şurası fəhlələri və inqilabçı əsgərləri tərksilah etmək tələbi ilə Qroznı Fəhlə Deputatları Sovetinə ultimatum ünvanladı.