arxivlər sözü azərbaycan dilində

arxivlər

Yazılış

  • arxivlər • 74.2308%
  • Arxivlər • 25.7692%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arxivlər
Arxiv (yun. άρχεϊον) — istifadə edilmiş sənədlərinin komplektləşdirilməsini, uçotunu, mühafizəsini və yenidən istifadəsini həyata keçirən qeyri-kommersiya dövlət təşkilatları və ya idarələrin struktur bölmələri. == Ümumi məlumat == Arxivlər hər hansı qurum və ya fərdi şəxslərin istifadəsində olan sənədlərin mühafizəsini, komplektləşdirilməsini, uçotunu və tədqiqatını təmin edən müəsissələrdir. Arxiv sözü qədim yunan dilindəki "arkheon" sözündən törəyib, latın dilindəki "archivum" sözünə keçmişdir. Məna etibarilə, mahiyyətli sənədlərin saxlanc yeri deməkdir. Öz profilinə uyğun olaraq arxivlər dövlət, şəhər, rayon, idari müəssisəsə və yaxud ailə arxivləri kimi bir neçə qrupda sinifləndirilir. Arxiv fondları, dövlət və qeyri-dövlət təşkilatları tərəfindən qeydə alınmış siyasi, ictimai və hüquqi yazışma, akt, sərəncam kimi sənəd növlərindən ibarətdir. Əldə olunmuş sənədlər arxivin mütəxəssisləri tərəfindən xüsusi ekspertizadan keçdikdə sonra öz profili üzrə fondlara yerləşdirilir. Öz qədimliyi ilə seçilən arxiv sənədləri gil və tuncdan hazırlanmış lövhələr üzərində, papirus kağızlarında və ya parşomen materiallarda, əsasən əl yazısı və yaxud daktilo ilə yazılmış halda olur. Bununla yanaşı müasir tələblərdən meydana gələn elektron arxiv növləri də mövcuddur.
Beynəlxalq Arxivlər Şurası
Beynəlxalq Arxivlər Şurası (fr. Conseil international des archives) — 1948-ci ildə arxivlərlə əlaqəli bütün sahələrdə beynəlxalq əməkdaşlığı, tədqiqatı və inkişafı təşviq etmək üçün yaradılmış bir qeyri-hökumət təşkilatıdır. Fransanın Paris şəhərində, Fransa Milli Arxivi binasında yerləşir. Beynəlxalq Arxivlər Şurası ümumi məclis tərəfindən idarə olunur. Onun rolu dünyanın hər yerindən arxivçilər üçün regional forumlar yaratmaq və arxiv işçiləri ilə maraqlı qurumları bir araya gətirmək, konkret problemlərin həllinə nail olmaq üçün komitələr yaratmaqdır. Katiblik təşkilatın rəhbərliyinə həvalə olunmuşdur və üzvlərin öz aralarında əlaqələndirilməsinə xidmət edir. == Missiya barədə bəyanat == Beynəlxalq Arxivlər Şurasının missiya bəyanatında deyilir: "Beynəlxalq Arxivlər Şurası, dünya arxivi mütəxəssislərinin təmsilçiliyi ilə qeydlərin effektiv idarə olunması və dünya arxiv irsinin qorunması, qayğısı və istifadəsinə həsr olunmuşdur. Arxivlər insan fəaliyyətinin sənədli məhsuludur və bu səbəbdən demokratiyanın, fərdlərin və icmaların şəxsiyyətinin və insan haqlarının təməlini qoyduğu keçmiş hadisələrin əvəzolunmaz şahididir. Altmış ildən çoxdur ki, Beynəlxalq Arxivlər Şurası dünyanın hər yerində arxiv qurumlarını və praktikantlarını birləşdirir, yaxşı arxiv idarəçiliyi və qeyd olunan mirasın fiziki qorunmasını təmin edir, nüfuzlu standartlar və ən yaxşı təcrübələr yaradır.
Milli Arxivlər və Efiopiya Kitabxanası
Efiopiyanın Milli Arxivlər və Kitabxanası ― Efiopiyanın Əddis-Əbəbə şəhərində yerləşən milli arxivlər və kitabxanası; 1944-cü ildə İmperator Hayli Selasi tərəfindən təsis edilmiş və imperatorun hədiyyə etdiyi kitablarla xidmətə başlamış kitabxana. 1976-cı ildə 50/76 nömrəli elan kitabxanaya ölkədə nəşr olunan hər bir materialın üç nüsxəsini toplamaq hüququ verdi. 1999-cu ildə qəbul edilmiş 179.1999 nömrəli qərarla kitabxana milli təsisat kimi yenidən təşkil edildi. Bu qərarın qəbulu ilə kitabxanada aparılan struktur dəyişiklikləri nəticəsində Efiopiyanın Milli Arxivlər və Kitabxanası 2020-ci ilə qədər Afrikanın ən yaxşı beş milli kitabxana və arxivlərdən biri olmaq missiyasını reallaşdıra bildi. Hazırda bu kitabxana Mədəniyyət və Turizm Nazirliyinin struktur bölməsidir. Arxiv 1979-cu ildə yaradılmışdır və onun kolleksiyasına XIV-XV əsrlərə aid qədim və tarixi əlyazmalar daxildir. Böyük Saray Nazirliyi, Vəliəhd Sarayı və başqa arxivlərlə birgə fəaliyyətə başlamışdır. Arxivə bir neçə kral, imperatriça və şahzadənin yazdığı məktublar da daxildir.
Azərbaycan arxivlərinin siyahısı
Azərbaycan arxivlərinin siyahısı — Azərbaycan Respublikasındakı arxivlərin ümumi siyahısı. Siyahı əlifba sırası ilə verilmişdir. == Azərbaycan Respublikası == Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi Azərbaycan Respublikasının Dövlət Arxivi Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Sənədləri Arxivi Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivi Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi == Naxçıvan Muxtar Respublikası == Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi == Ədəbiyyat == Kərimov, Mahmud. Azərbaycan Milli Ensiklopediyası (PDF) (az.) (I). Bakı: Azərbaycan Milli Elmlər Akademiyası. 2007.
Terror arxivləri
"Terror arxivləri" (isp. Archivos del Terror) — 22 dekabr 1992-ci ildə hüquqşünas və insan haqları aktivisti Martin Almada və hakim Xose Aqustin Fernandes tərəfindən Paraqvayın paytaxtı Asunsyon yaxınlığındakı Lambare qəsəbəsinin polis məntəqəsində tapılmışdır. Fernandes, burada keçmiş məhbus barəsindəki sənədləri axtarırdı. Əvəzində isə Argentina, Boliviya, Braziliya, Çili, Paraqvay və Uruqvay xüsusi xidmət orqanları tərəfindən gizlincə oğurlanan, işgəncə verilən və öldürülən minlərlə Latın Amerikalının taleyi barədə arxivləri tapdı. Həmin hadisələr Kondor əməliyyatı adı ilə tanınır. UNESCO "Democracy in the light of dictatorship" by Alain Touraine, article for the UNESCO. www.pittstate.edu Article in Spanish by Martín Almada Arxivləşdirilib 2005-12-20 at the Wayback Machine "In Search of Truth and Justice: Coordination Board for Assistance to the Commission of Truth and Justice" Arxivləşdirilib 2006-09-06 at the Wayback Machine. Voces: Boletin Informativo de la CODEHUPY. 4(1) January–March 2004. Translated by D. Schenck-Hamlin and N. Ossar. Consequences of the discovery of the archives of terror. "The Bloody Legacy of Stroessner, Pinochet and Rios Montt.
Planet arxivləri
Planet arxivləri (fr. Les archives de la planète) – 1909–1931-ci illər arasında 50-dən çox ölkədə çəkilmiş təxminən 72 min avtoxrom fotoşəkildən və 183 min metrlik film çəkilişlərindən ibarət olan, bu günə qədər qorunub saxlanılan şəkil arxivi. Layihənin təsisçisi və maliyyəçisi fransız iş adamı Albert Kandır. Layihənin koordinatorlarından biri olan Cin Brunhes komandaya nəyi və necə qeyd etməli olduqları ilə barədə təlimlər keçmişdir. Kan çıxdığı dünya səyahətləri zamanı sürətlə dəyişən dünyanın fotolarını çəkmək fikrinə düşdü və Fransaya qayıdan zaman bu layihə üzərində çalışmağa başladı. Bu zaman o Lümyer qardaşlarının kəşf etdiyi avtoxrom fotoaparatla tanış oldu. Kan düşünürdü ki, layihənin ilk şəkilləri məhz bu fotoaparat vasitəsilə çəkilməlidir. Avtoxrom şüşə üzərində müsbət rəngli görüntü təmin edən fotoqrafik texnikadır. Layihənin fotoqrafları 22 ildə 55 ölkə gəzərək şəhər, kənd və qəsəbələrdəki insanları, onların mədəniyyətlərinin ilk rəngli fotoşəkillərini çəkdilər. Arxivdə Avropa, İrlandiya (Kelt mədəniyyəti), Asiya, Afrika, Amerika coğrafiyası, mədəniyyəti və gündəlik həyatı ilə bağlı etnoqrafik əhəmiyyət daşıyan fotoşəkillər və film çəkilişləri var.
Kanada Arxivləri və Kitabxanası
Kanada Arxivləri və Kitabxanası (LAC; fr. Bibliothèque et Archives Canada) — Kanadanın sənədli irsini əldə etmək, qorumaq və onlara əlçatanlığı təmin etmək vəzifəsi daşıyan federal qurumdur. Milli arxiv və kitabxana dünyanın ən böyük beşinci kitabxanasıdır. LAC Kanada İrs Naziri vasitəsilə Kanada Parlamentinə hesabat verir. LAC öz mənşəyini 1872-ci ildə yaradılmış Dominion Arxivləri və 1953-cü ildə yaradılmış Kanada Milli Kitabxanası ilə əlaqələndirir. Birincisi daha sonra 1912-ci ildə Kanadanın İctimai Arxivləri və 1987-ci ildə Kanada Milli Arxivləri adlandırıldı. 2004-cü ildə, Kanada Milli Arxivi və Kanada Milli Kitabxanası birləşərək Kanada Arxivləri və Kitabxanası təşkil edildi. == Sələflər == Kanadanın İctimai Arxivləri 1925-ci ildə genişlənmədən əvvəl 1923-cü ildə tikilmişdir. Müəssisə 1906–1967-ci illərdə Sussex Drive 330 ünvanında yerləşirdi. Dominion Arxivi 1872-ci ildə Kənd Təsərrüfatı Departamentinin tərkibində Kanada tarixi ilə bağlı sənədləri əldə etmək və köçürmək vəzifəsi daşıyan bir bölmə olaraq yaradılmışdır.
Misir Milli Kitabxanası və Arxivləri
Misir Milli Kitabxanası və Arxivləri — (ərəb. دار الكتب والوثائق القومية‎; "Dar əl-Kotob") Qahirənin Nil Kornişində yerləşir və Misirin ən böyük kitabxanasıdır, onu Əl-Əzhər Universiteti və Bibliotheca Alexandrina Kitabxanası izləyir. İsgəndəriyyə). Misir Milli Kitabxanası və Arxivləri qeyri-kommersiya hökumət təşkilatıdır. Milli Kitabxanada müxtəlif mövzularda bir neçə milyon cild var. Minlərlə qədim kolleksiyası ilə dünyanın ən böyük kolleksiyalarından biridir. O, ərəbdilli və dünyanın ən qədimi olan digər Şərq əlyazmalarının geniş çeşidini ehtiva edir.Əsas kitabxana Qahirənin bir bölgəsi olan Ramlet Bulaqda yeddi mərtəbəli binadır. Misir Milli Arxivi binanın yanındakı əlavədə yerləşir. Kitabxananın yanındakı əlavədə yerləşən Milli Arxiv geniş və müxtəlif kolleksiyaya malikdir. Kolleksialar ictimaiyyətə açıq olmasa da, Misirin ictimai və siyasi tarixi ilə məşğul olanlar üçün xüsusilə əhəmiyyətlidir.

"arxivlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#arxivlər nədir? #arxivlər sözünün mənası #arxivlər nə deməkdir? #arxivlər sözünün izahı #arxivlər sözünün yazılışı #arxivlər necə yazılır? #arxivlər sözünün düzgün yazılışı #arxivlər leksik mənası #arxivlər sözünün sinonimi #arxivlər sözünün yaxın mənalı sözlər #arxivlər sözünün əks mənası #arxivlər sözünün etimologiyası #arxivlər sözünün orfoqrafiyası #arxivlər rusca #arxivlər inglisça #arxivlər fransızca #arxivlər sözünün istifadəsi #sözlük