arxivləri sözü azərbaycan dilində

arxivləri

Yazılış

  • arxivləri • 88.3094%
  • Arxivləri • 11.3309%
  • ARXİVLƏRİ • 0.3597%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Terror arxivləri
"Terror arxivləri" (isp. Archivos del Terror) — 22 dekabr 1992-ci ildə hüquqşünas və insan haqları aktivisti Martin Almada və hakim Xose Aqustin Fernandes tərəfindən Paraqvayın paytaxtı Asunsyon yaxınlığındakı Lambare qəsəbəsinin polis məntəqəsində tapılmışdır. Fernandes, burada keçmiş məhbus barəsindəki sənədləri axtarırdı. Əvəzində isə Argentina, Boliviya, Braziliya, Çili, Paraqvay və Uruqvay xüsusi xidmət orqanları tərəfindən gizlincə oğurlanan, işgəncə verilən və öldürülən minlərlə Latın Amerikalının taleyi barədə arxivləri tapdı. Həmin hadisələr Kondor əməliyyatı adı ilə tanınır. UNESCO "Democracy in the light of dictatorship" by Alain Touraine, article for the UNESCO. www.pittstate.edu Article in Spanish by Martín Almada Arxivləşdirilib 2005-12-20 at the Wayback Machine "In Search of Truth and Justice: Coordination Board for Assistance to the Commission of Truth and Justice" Arxivləşdirilib 2006-09-06 at the Wayback Machine. Voces: Boletin Informativo de la CODEHUPY. 4(1) January–March 2004. Translated by D. Schenck-Hamlin and N. Ossar. Consequences of the discovery of the archives of terror. "The Bloody Legacy of Stroessner, Pinochet and Rios Montt.
Planet arxivləri
Planet arxivləri (fr. Les archives de la planète) – 1909–1931-ci illər arasında 50-dən çox ölkədə çəkilmiş təxminən 72 min avtoxrom fotoşəkildən və 183 min metrlik film çəkilişlərindən ibarət olan, bu günə qədər qorunub saxlanılan şəkil arxivi. Layihənin təsisçisi və maliyyəçisi fransız iş adamı Albert Kandır. Layihənin koordinatorlarından biri olan Cin Brunhes komandaya nəyi və necə qeyd etməli olduqları ilə barədə təlimlər keçmişdir. Kan çıxdığı dünya səyahətləri zamanı sürətlə dəyişən dünyanın fotolarını çəkmək fikrinə düşdü və Fransaya qayıdan zaman bu layihə üzərində çalışmağa başladı. Bu zaman o Lümyer qardaşlarının kəşf etdiyi avtoxrom fotoaparatla tanış oldu. Kan düşünürdü ki, layihənin ilk şəkilləri məhz bu fotoaparat vasitəsilə çəkilməlidir. Avtoxrom şüşə üzərində müsbət rəngli görüntü təmin edən fotoqrafik texnikadır. Layihənin fotoqrafları 22 ildə 55 ölkə gəzərək şəhər, kənd və qəsəbələrdəki insanları, onların mədəniyyətlərinin ilk rəngli fotoşəkillərini çəkdilər. Arxivdə Avropa, İrlandiya (Kelt mədəniyyəti), Asiya, Afrika, Amerika coğrafiyası, mədəniyyəti və gündəlik həyatı ilə bağlı etnoqrafik əhəmiyyət daşıyan fotoşəkillər və film çəkilişləri var.
Kanada Arxivləri və Kitabxanası
Kanada Arxivləri və Kitabxanası (LAC; fr. Bibliothèque et Archives Canada) — Kanadanın sənədli irsini əldə etmək, qorumaq və onlara əlçatanlığı təmin etmək vəzifəsi daşıyan federal qurumdur. Milli arxiv və kitabxana dünyanın ən böyük beşinci kitabxanasıdır. LAC Kanada İrs Naziri vasitəsilə Kanada Parlamentinə hesabat verir. LAC öz mənşəyini 1872-ci ildə yaradılmış Dominion Arxivləri və 1953-cü ildə yaradılmış Kanada Milli Kitabxanası ilə əlaqələndirir. Birincisi daha sonra 1912-ci ildə Kanadanın İctimai Arxivləri və 1987-ci ildə Kanada Milli Arxivləri adlandırıldı. 2004-cü ildə, Kanada Milli Arxivi və Kanada Milli Kitabxanası birləşərək Kanada Arxivləri və Kitabxanası təşkil edildi. == Sələflər == Kanadanın İctimai Arxivləri 1925-ci ildə genişlənmədən əvvəl 1923-cü ildə tikilmişdir. Müəssisə 1906–1967-ci illərdə Sussex Drive 330 ünvanında yerləşirdi. Dominion Arxivi 1872-ci ildə Kənd Təsərrüfatı Departamentinin tərkibində Kanada tarixi ilə bağlı sənədləri əldə etmək və köçürmək vəzifəsi daşıyan bir bölmə olaraq yaradılmışdır.
Misir Milli Kitabxanası və Arxivləri
Misir Milli Kitabxanası və Arxivləri — (ərəb. دار الكتب والوثائق القومية‎; "Dar əl-Kotob") Qahirənin Nil Kornişində yerləşir və Misirin ən böyük kitabxanasıdır, onu Əl-Əzhər Universiteti və Bibliotheca Alexandrina Kitabxanası izləyir. İsgəndəriyyə). Misir Milli Kitabxanası və Arxivləri qeyri-kommersiya hökumət təşkilatıdır. Milli Kitabxanada müxtəlif mövzularda bir neçə milyon cild var. Minlərlə qədim kolleksiyası ilə dünyanın ən böyük kolleksiyalarından biridir. O, ərəbdilli və dünyanın ən qədimi olan digər Şərq əlyazmalarının geniş çeşidini ehtiva edir.Əsas kitabxana Qahirənin bir bölgəsi olan Ramlet Bulaqda yeddi mərtəbəli binadır. Misir Milli Arxivi binanın yanındakı əlavədə yerləşir. Kitabxananın yanındakı əlavədə yerləşən Milli Arxiv geniş və müxtəlif kolleksiyaya malikdir. Kolleksialar ictimaiyyətə açıq olmasa da, Misirin ictimai və siyasi tarixi ilə məşğul olanlar üçün xüsusilə əhəmiyyətlidir.
Azərbaycan arxivlərinin siyahısı
Azərbaycan arxivlərinin siyahısı — Azərbaycan Respublikasındakı arxivlərin ümumi siyahısı. Siyahı əlifba sırası ilə verilmişdir. == Azərbaycan Respublikası == Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi Azərbaycan Respublikasının Dövlət Arxivi Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Sənədləri Arxivi Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivi Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi == Naxçıvan Muxtar Respublikası == Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi == Ədəbiyyat == Kərimov, Mahmud. Azərbaycan Milli Ensiklopediyası (PDF) (az.) (I). Bakı: Azərbaycan Milli Elmlər Akademiyası. 2007.

"arxivləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#arxivləri nədir? #arxivləri sözünün mənası #arxivləri nə deməkdir? #arxivləri sözünün izahı #arxivləri sözünün yazılışı #arxivləri necə yazılır? #arxivləri sözünün düzgün yazılışı #arxivləri leksik mənası #arxivləri sözünün sinonimi #arxivləri sözünün yaxın mənalı sözlər #arxivləri sözünün əks mənası #arxivləri sözünün etimologiyası #arxivləri sözünün orfoqrafiyası #arxivləri rusca #arxivləri inglisça #arxivləri fransızca #arxivləri sözünün istifadəsi #sözlük