Çöl aslanı
Səhra aslanı (ing. Lion of the Desert) — Liviyanın xalq qəhrəmanı Ömər Muxtarın İtaliya müstəmləkəçiliyinə qarşı mübarizəsindən bəhs edən 1981-ci il ABŞ-Liviya birgə istehsalı dramatik döyüş filmi.
Prodüserliyini və rejissorluğunu ərəb əslli ABŞ-lı kinematoqraf Mustafa Akkadın etdiyi filmin əsas rollarında Anthony Quinn, Oliver Reed, Irene Papas, Rod Steiger, John Gielgud və Raf Vallone oynamışdır. Filmin əsas musiqisi Maurice Jarreyə aiddir.
Gerçək hadisələrə əsaslanan bu bioqrafik, epik filmdə 1929-cu ildə İtaliyada iqtidarda olan faşist diktator Benito Mussolininin Böyük Roma İmperiyasını yenidən qurma planlarının bir parçası olaraq Liviyanı müstəmləkələşdirmək üzrə bu Şimali Afrika ölkəsinə göndərdiyi güclü ordularının, Ömər Muxtar liderliyindəki Liviya xalqının inadkar müqaviməti qarşısında heç gözləmədikləri ağır itkilərə uğramaları izah edilməkdədir.
Filmi Liviya lideri Muəmmər Qəddafi maliyyəyələşdirmişdir. Tərcümə edildikdən bir il sonra dövrün İtaliya baş naziri Giulio Andreotti filmin İtalyan ordusunun qürurunu zədələyici fraqmentlər ehtiva etdiyini ifadə etmiş və bunun üzərinə film 1982-ci ildə İtaliyada qadağan edilmişdi. 1988-ci ildən etibarən filmin İtaliyada bəzi festivallarda qeyri-qanuni olaraq göstərilməsinə hökumət tərəfindən göz yumulmuşdu.
Filmin rejissoru 1930-cu ildə Hələbdə (Suriya) doğulan Mustafa Akkad uzun illər ABŞ-da prodüserlik və rejissorluq etmişdir. Hellovin filmlərinin babası olaraq da xatırlanan Akkad 2005-ci ildə İordaniyada məruz qaldığı bombalı terror hücum nəticəsində həyatını itirmişdir.