assuriyalı sözü azərbaycan dilində

assuriyalı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • assuriyalı • 92.8571%
  • Assuriyalı • 7.1429%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Assuriyalılar
Aysorlar, asorular, assuriyalılar – Yaxın Şərqdə xalq. Əsasən İraq və Suriya ərazisində yaşayırlar. Dünyada assuriyalıların sayı təqribən 503 min (2010) nəfərdir. Assuriyalılar yaxın etnik qruplarla birlikdə aramiləri əmələ gətirirlər ki, onların da cəmi saylarının 959 min - 3.3 milyon nəfər olduğu ehtimal olunur və asoru dilində danışırlar. Azərbaycanda yaşayan etnik qruplardan biri də assuriyalılardir. Qədim kökləri İran və Türkiyə ərazisində məskunlaşmış assuriyalılarla bağlıdır. Hal-hazırda Azərbaycanın Zaqatala zonasında etnik qrup kimi məskunlaşıblar. Azərbaycanda assiriyalılar kimi tanınırlar. == Tarixi == Kökləri beş min il öncəyə dayanan aysorlar qədim mədəniyyətə malikdirlər. Mesopotamiyadan dünyaya yayılan bu xalqın nümayəndələri dağınıq şəkildə bir çox ölkələrdə yaşayırlar.
Qədim assuriyalılar
Qədim assuriyalılar — e.ə. II–I minilliklərdə Şimali Mesopotamiyada yaşamış qədim xalq. Akkad dilində danışırdılar. Assuriya padşahlığının qurucularıdır. "Assuriyalılar" etnonimi eyniadlı bölgə ilə bağlıdır. Bu, öz növbəsində regionun paytaxtı Aşşur şəhərinə gedib çıxır. Qədim assuriyalılar etnos kimi II minillikdə formalaşmışdılar. Güman edilir ki, bu etnogenez akkaddilli amorilər, hurrilərin və subarların qalıqlarının iştirakı ilə baş tutmuşdur. Tədqiqatçılar Şimali Mesopotamiyanın qədim əhalisini Qafqaz irqinin Assuriya tipinə aid edirlər. Bu insanların dərisi açıq, gözləri qəhvəyi, burnu bir qədər çıxıntılı, düz üzlü, qəhvəyi saçlı, nazik və ayrı qaşlıdır.

"assuriyalı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#assuriyalı nədir? #assuriyalı sözünün mənası #assuriyalı nə deməkdir? #assuriyalı sözünün izahı #assuriyalı sözünün yazılışı #assuriyalı necə yazılır? #assuriyalı sözünün düzgün yazılışı #assuriyalı leksik mənası #assuriyalı sözünün sinonimi #assuriyalı sözünün yaxın mənalı sözlər #assuriyalı sözünün əks mənası #assuriyalı sözünün etimologiyası #assuriyalı sözünün orfoqrafiyası #assuriyalı rusca #assuriyalı inglisça #assuriyalı fransızca #assuriyalı sözünün istifadəsi #sözlük