Birləşmiş Azad Assuriyanın Urmiya Bəyannaməsi
Birləşmiş Azad Assuriyanın Urmiya Bəyannaməsi —Birinci Dünya müharibəsi zamanı və sonrasında Assuriyanın müstəqilliyi uğrunda apardığı mübarizədə aysor milliyyətçisi Firidun Atturaya tərəfindən yazılmış bəyannamə. Süryani dilində yazılmış və 1917-ci ilin aprelində tamamlanmışdır. Onun ideologiyası marksizm idi və Yaxın Şərqdə Assuriya xalqının özünün regional müstəqilliyini dəstəkləyirdi. Bəyannamənin məqsədlərindən biri Rusiya ilə ticarət və hərbi ittifaq yaratmaq idi.