ataraksiya sözü azərbaycan dilində

ataraksiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ataraksiya • 77.7778%
  • Ataraksiya • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ataraksiya
Ataraksiya (yun. atarakia — təmkinlilik) — ruhi rahatlıq və sakitlik vəziyyəti,bəzi qədim yunan filosof larının fikrincə bu vəziyyətə mütəfəkkir nail ola bilir. Demokrit, Epikur, Lukretsinin hesab etdikləri kimi, Ataraksiyaya çatmağın yolu dünyanı dərk etməkdə, qorxunun kənar edilməsində, həyəcanlardan azad olmaqdadır. Skeptiklər (Pirron və b.) öyrədirdilər ki, Ataraksiya hökm verməkdən çəkinməklə əldə edilir. Stoiklər apatiya haqqında təlimi baş verən hadisələrə, fərəh və kədərə laqeydlik kimi inkişaf etdirmişdir. Müasir elmi etika həyata sırf seyirçi münasibəti rədd edir və şəxsiyyətin fəal həyat mövqeyini ideal kimi nəzərdən keçirir. == Mənbə == Fəlsəfi Ensklopedik Lüğəti. Bakı, "Azərbaycan Ensklopediyası" Nəşriyyat Poliqrafiya Birliyi, 1997, səh. 42.

ataraksiya sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\ – ruhi rahatlıq və sakitlik vəziyyəti, bəzi qədim yunan filosoflarının fikrincə ataraktiv hala mütəfəkkir, dühalar, sufilər nail ola bilir. Xüsusilə də, Stoa fəlsəfəsində insanın davranışları ilə psixoloji təlimin məqsədi, ideyası olaraq ortaya çıxan və mütləq yaxşı olaraq xarakterizə edilən ruhi hüzur, sakinlik, dərd-lərdən arınmış olma halı. Ataraktiv vəziyyət günümüzdə daha çox sufilərin asketik hallarına bənzəyir. Belə ki, bütün bu hal və məziyyətlər əslində insan ruhunun maddi olanlardan arınaraq onlardan üstün olan, onların fövqündə dayanan ruhi halları kəsb etmədir. Yalnız bu formada insan özünün daxili məninə təskinlik verir və maddi gərginliklərdən və sıxıntılardan xilas olur. Bu və ya bu qəbildən olan təcrübə halları, psixoloji təlimlər həm islam- da, həm digər səmavi dinlərdə, eləcə də qeyri-səmavi dinlərdə də müxtəlif dövrlərdə fərqli formalarda təzahür etmişdir.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Oxşar sözlər

#ataraksiya nədir? #ataraksiya sözünün mənası #ataraksiya nə deməkdir? #ataraksiya sözünün izahı #ataraksiya sözünün yazılışı #ataraksiya necə yazılır? #ataraksiya sözünün düzgün yazılışı #ataraksiya leksik mənası #ataraksiya sözünün sinonimi #ataraksiya sözünün yaxın mənalı sözlər #ataraksiya sözünün əks mənası #ataraksiya sözünün etimologiyası #ataraksiya sözünün orfoqrafiyası #ataraksiya rusca #ataraksiya inglisça #ataraksiya fransızca #ataraksiya sözünün istifadəsi #sözlük