atışması sözü azərbaycan dilində

atışması

Yazılış

  • atışması • 94.4444%
  • Atışması • 5.5556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan-Ermənistan atışması (2014)
2014-cü il avqust döyüşləri — Azərbaycan və Ermənistan arasında 2014-cü ildə baş vermişdir. İtkilərin sayına görə 1994-cü il Atəşkəs müqaviləsindən sonra ən diqqət çəkənlərdən biridir. == Reaksiyalar == Ermənistan Ermənistanın baş naziri Hovik Abrahamyan bildirdi ki, Serj Sarkisyan yaxında İlham Əliyevlə Soçidə vəziyyəti sakitləşdirmək üçün görüşəcək. Azərbaycan Qənirə Paşayeva beynəlxalq təşkilatları Azərbaycan və Ermənistan arasında baş verən son hadisələrdə laqeydliklərinə görə tənqid etdi. Qarabağ FK komandasının oyunçuları Rəşad Sadıqov, Ansi Aqolli, Reynaldo, Qara Qarayev, keçmiş türk futbolçu Hakan Şükür, Fənərbaxça PFK komandasının azarkeşləri, Azərbaycan qadın milli voleybol komandasıın oyunçuları Oksana Parxomenko, Valeriya Korotenko, Kseniya Kovalenko, Ayşən Əbdülməzimova və baş məşqçi Onat Kurt, Türkiyəli müğənni Sibel Can ölən insanların ailələrinə öz baş sağlıqlarını ifadə etdilər. Rusiyalı Serebro qrupu hadisələrdən əziyyət çəkən ailələrə hörmət əlaməti olaraq Bakıdakı konsertlərini təxirə saldı. Azərbaycanlı futbolçu Rauf Əliyev Futbol üzrə Azərbaycan çempionatı 2014/2015də ilk qolunu müharibənin qurbanlarına təzim edərək qeyd etdi.
Azərbaycan-Ermənistan atışması (2016)
Aprel döyüşləri, Aprel müharibəsi və ya Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. 5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir, ancaq Ermənistan tərəfi bu ərazinin ölçüsünün sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edir. Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin hesablamalarına görə, dörd gün davam edən döyüşlər zamanı həm hərbi, həm də mülki olmaqla təxminən 350 nəfərin həyatını itirdiyini açıqlamışdır. == Zəmin == Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi. Aprel döyüşlərinin başlanması barədə müxtəlif fikirlər vardır. Bəzi siyasi şərhçilərə görə, döyüşlərin əsl təşəbbüskarı Rusiya və ya Türkiyə idi.

Oxşar sözlər

#atışması nədir? #atışması sözünün mənası #atışması nə deməkdir? #atışması sözünün izahı #atışması sözünün yazılışı #atışması necə yazılır? #atışması sözünün düzgün yazılışı #atışması leksik mənası #atışması sözünün sinonimi #atışması sözünün yaxın mənalı sözlər #atışması sözünün əks mənası #atışması sözünün etimologiyası #atışması sözünün orfoqrafiyası #atışması rusca #atışması inglisça #atışması fransızca #atışması sözünün istifadəsi #sözlük