avtomobillər sözü azərbaycan dilində

avtomobillər

Yazılış

  • avtomobillər • 95.5472%
  • Avtomobillər • 4.4528%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avtomobillər
Avtomobil (q.yun. αὐτός — özü, lat. mobilis – hərəkət edən) – mühərriklə hərəkətə gətirilən,sərnişin, yük və xüsusi avadanlıq daşıyan nəqliyyat vasitəsidir. Avtomobil hərəkət etdirici orqanı ilə (təkər, tırtıl, xizək) dayaq səthi (yol, torpaq) arasında yaranan ilişmə qüvvəsi nəticəsində hərəkət edir; minik avtomobili, yük avtomobili, avtobus və xüsusi təyinatlı avtomobillərə ayrılır. Bu avtomobil tipləri də müxtəlif əlamətlərə görə təsnif olunur. Məsələn: minik avtomobili mühərrikinin həcminə, qaabarit ölçülərinə, kuzasının (kuzovunun) tipinə (qapalı, açılabilən və açıq kuzalı) görə siniflərə ayrılır. Təyinatına görə nəqliyyat, xüsusi və yarış (idman) avtomobilləri olur. Nəqliyyat avtomobili yük, yük-sərnişin və sərnişin daşıyır. Sərnişin avtomobili minik avtomobili və avtobuslara ayrılır. Xüsusi avtomobillər üzərində quraşdırılmış müxtəlif təyinatlı (tikinti, sanitar, yanğın və s.) qurğuları daşımaq üçündür.
Terrorçu avtomobillər
== Giriş == Xarici jurnalistlərə müsahibə verərkən Mixail Kalaşnikov demişdi: "Mənim vicdanım təmizdir. Mən bu silahı (avtomatı – müəl.) vətənimin müdafiəsi üçün hazırlamışam". Dinamit ixtiraçısı Nobel isə məqsədinin inşaat və yol tikintisi zamanı insan əməyini yüngülləşdirmək olduğunu demişdi. Əslində hər iki ixtiraçının bəşəriyyətə "bəxş etdiyi" icadlar yalnız fəlakət və göz yaşları gətirdi... Həyatımızın ayrılmaz tərkib hissəsi olan nəqliyyat vasitələri (bütün növlərdən olan) də təyinatı üzrə istifadə olunmadıqda, başqa sözlə, qara niyyətli insanların əlinə düşdükdə fəlakətlərə səbəb olur. İndi Əfqanıstan, İraq, Şimali Qafqazda bomba qoyulmuş avtomobillə terror aktlarının həyata keçirilməsinə dair xəbərlər bir növ adiləşib. Bəs bunun tarixi haçandan başlayır? == Nə üçün məhz avtomobil? == Amerikan mütəxəssis Mike Davis bu sualı beş şərtlə əsaslandırır: 1. Partlayışın gücü və ictimai əks sədası böyük olduğu üçün dövlət mütləq şəkildə hərəkətə keçir.
Karxana avtomobilləri
Karxana avtomobilləri (Mədən avtomobilləri) — maksimal kütlələri (maksimal ox kütlələri), ölçüləri və başqa xətti parametrləri ümumi istifadədə olan avtomobil yollarından istifadəyə icazə verməyən iriqabaritli və ağırçəkili avtomobil nəqliyyatı vasitəsi. Karxana avtomobillərinin ölçülərinin və başqa xətti parametrlərinin, kütlələrinin və ox kütlələrinin minimal hədləri "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri" ilə müəyyən olunur.
Minik avtomobillərinin tərtibatı
Minik avtomobili kimi bir motorlu nəqliyyat vasitəsinin tərtibatı ümumiyyətlə mühərrikin və idarə olunan təkərlərin mövqeyi ilə müəyyən edilir. Tərtibatlar təxminən üç kateqoriyaya bölünə bilər, ön təkərdən çəkməli, arxa təkərdən çəkməli və dörd təkərdən çəkməli. Praktikada bir çox fərqli mühərrik mövqeyi və idarə olunan təkər birləşmələri mövcuddur və hər birinin mövqeyi avtomobilin istifadə ediləcəyi tətbiqdən asılıdır. == Tərtibatlar == FF = Qabaqda mühərrik, qabaq təkərlərdən çəkiş tərtibatı FR = Qabaqda mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı MF = Ortada mühərrik, qabaq təkərlərdən çəkiş tərtibatı FMR = Ön ortada mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı RMR = Arxa ortada mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı RR = Arxada mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı RF = Arxada mühərrik, qabaq təkərlərdən çəkiş tərtibatı F4 = Qabaqda mühərrik, dörd təkərdən çəkiş tərtibatı M4 = Ortada mühərrik, dörd təkərdən çəkiş tərtibatı R4 = Arxada mühərrik, dörd təkərdən çəkiş tərtibatı == Mühərrik mövqeyi == Qabaqda mühərrik; Ortada mühərrik; Arxada mühərrik.
Minik avtomobillərinin təsnifatı
Minik avtomobili — sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi. Minik avtomobillərinin təsnifatı Banın növü görə avtomobilləri qapalı (limuzin, sedan, universal), açıq (fayton, kabriolet, torpedo) və kombinə edilmiş (açılabilən) kuzalı olurlar. Qapılarının sayına görə kuzalar 2, 4 və 5 qapılı olurlar. Mühərrikin işçi həcminə (litrlə) görə və öz kütləsinə görə minik avtomobilləri ən kiçik (1.2-dən az), böyük (3.5-dən çox) və ali (məhdudlanmır) siniflərə bölünürlər. Minik avtomobilləri əvvəllər tətbiq olunan sovet təsnifatında əsas təsnif əlaməti olaraq mühərrikin işçi həcmi istifadə olunurdu. Müasir avtomobilqayırma praktikasında bir modeldən olan avtomobillərin müxtəlif həcmli və güclü mühərriklərlə təchiz olunmasının geniş yayıldığı nəzərə alınarsa bu cür təsnifat səmərəli deyildir. Ona görə də, adətən minik avtomobillərinin Avropa təsnifatından istifadə edilir. Belə təsnifatda Minik avtomobilləri qabariti və kuza və şassinin konstruksiyasının xüsusiyyətlərinə görə fərqləndirilir. Təsnifatda istehlak məqsədləri və bazarın marketinq seqmentasiyası üçün şərti olaraq 10 qrup-altı sinif (A-dan F-ə qədər latın hərifləri ilə işarələnir) və dörd kuza və ya şassi növü ayırd edilir. Kuzasının növünə görə; Qapalı, Limuzin, Sedan, Furqon – Van, Universal, Hetçbek.
İdman avtomobilləri
İdman avtomobilləri, idman maşını və ya idman avtomobili, kiçik həcmli, ümumiyyətlə iki oturacaqlı və iki qapılı formada hazırlanan çevik istifadəni təmin edən və yüksək performanslı maşınlara verilən addır. İdman avtomobilləri sadə dizaynlı və ya lüks sinfə aid ola bilər, lakin yüksək manevr və minimum çəkiyə malik olmalıdırlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 24.23 dəfə / 1 mln.
2002 •••• 6.85
2003 •• 3.15
2004 •••• 7.75
2005 ••••• 8.77
2006 •••• 6.76
2007 •••••• 11.21
2008 •••• 7.80
2009 ••••••• 13.76
2010 •••••••••• 20.15
2011 •••••••••••• 25.14
2012 •••••••••••••• 28.22
2013 •••••••••••••••••••• 39.97
2014 •••••••••••••••••••• 42.04
2015 ••••••••••••••••• 34.02
2016 ••••••••••• 22.73
2017 ••••••••••••• 25.85
2018 ••••••••••••••••• 35.21
2019 •••••••••••••• 28.93
2020 ••••••••••••• 25.86

"avtomobillər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#avtomobillər nədir? #avtomobillər sözünün mənası #avtomobillər nə deməkdir? #avtomobillər sözünün izahı #avtomobillər sözünün yazılışı #avtomobillər necə yazılır? #avtomobillər sözünün düzgün yazılışı #avtomobillər leksik mənası #avtomobillər sözünün sinonimi #avtomobillər sözünün yaxın mənalı sözlər #avtomobillər sözünün əks mənası #avtomobillər sözünün etimologiyası #avtomobillər sözünün orfoqrafiyası #avtomobillər rusca #avtomobillər inglisça #avtomobillər fransızca #avtomobillər sözünün istifadəsi #sözlük