avtomobilləri sözü azərbaycan dilində

avtomobilləri

Yazılış

  • avtomobilləri • 99.2990%
  • Avtomobilləri • 0.7010%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Karxana avtomobilləri
Karxana avtomobilləri (Mədən avtomobilləri) — maksimal kütlələri (maksimal ox kütlələri), ölçüləri və başqa xətti parametrləri ümumi istifadədə olan avtomobil yollarından istifadəyə icazə verməyən iriqabaritli və ağırçəkili avtomobil nəqliyyatı vasitəsi. Karxana avtomobillərinin ölçülərinin və başqa xətti parametrlərinin, kütlələrinin və ox kütlələrinin minimal hədləri "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri" ilə müəyyən olunur.
İdman avtomobilləri
İdman avtomobilləri, idman maşını və ya idman avtomobili, kiçik həcmli, ümumiyyətlə iki oturacaqlı və iki qapılı formada hazırlanan çevik istifadəni təmin edən və yüksək performanslı maşınlara verilən addır. İdman avtomobilləri sadə dizaynlı və ya lüks sinfə aid ola bilər, lakin yüksək manevr və minimum çəkiyə malik olmalıdırlar.
Minik avtomobillərinin tərtibatı
Minik avtomobili kimi bir motorlu nəqliyyat vasitəsinin tərtibatı ümumiyyətlə mühərrikin və idarə olunan təkərlərin mövqeyi ilə müəyyən edilir. Tərtibatlar təxminən üç kateqoriyaya bölünə bilər, ön təkərdən çəkməli, arxa təkərdən çəkməli və dörd təkərdən çəkməli. Praktikada bir çox fərqli mühərrik mövqeyi və idarə olunan təkər birləşmələri mövcuddur və hər birinin mövqeyi avtomobilin istifadə ediləcəyi tətbiqdən asılıdır. == Tərtibatlar == FF = Qabaqda mühərrik, qabaq təkərlərdən çəkiş tərtibatı FR = Qabaqda mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı MF = Ortada mühərrik, qabaq təkərlərdən çəkiş tərtibatı FMR = Ön ortada mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı RMR = Arxa ortada mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı RR = Arxada mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı RF = Arxada mühərrik, qabaq təkərlərdən çəkiş tərtibatı F4 = Qabaqda mühərrik, dörd təkərdən çəkiş tərtibatı M4 = Ortada mühərrik, dörd təkərdən çəkiş tərtibatı R4 = Arxada mühərrik, dörd təkərdən çəkiş tərtibatı == Mühərrik mövqeyi == Qabaqda mühərrik; Ortada mühərrik; Arxada mühərrik.
Minik avtomobillərinin təsnifatı
Minik avtomobili — sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi. Minik avtomobillərinin təsnifatı Banın növü görə avtomobilləri qapalı (limuzin, sedan, universal), açıq (fayton, kabriolet, torpedo) və kombinə edilmiş (açılabilən) kuzalı olurlar. Qapılarının sayına görə kuzalar 2, 4 və 5 qapılı olurlar. Mühərrikin işçi həcminə (litrlə) görə və öz kütləsinə görə minik avtomobilləri ən kiçik (1.2-dən az), böyük (3.5-dən çox) və ali (məhdudlanmır) siniflərə bölünürlər. Minik avtomobilləri əvvəllər tətbiq olunan sovet təsnifatında əsas təsnif əlaməti olaraq mühərrikin işçi həcmi istifadə olunurdu. Müasir avtomobilqayırma praktikasında bir modeldən olan avtomobillərin müxtəlif həcmli və güclü mühərriklərlə təchiz olunmasının geniş yayıldığı nəzərə alınarsa bu cür təsnifat səmərəli deyildir. Ona görə də, adətən minik avtomobillərinin Avropa təsnifatından istifadə edilir. Belə təsnifatda Minik avtomobilləri qabariti və kuza və şassinin konstruksiyasının xüsusiyyətlərinə görə fərqləndirilir. Təsnifatda istehlak məqsədləri və bazarın marketinq seqmentasiyası üçün şərti olaraq 10 qrup-altı sinif (A-dan F-ə qədər latın hərifləri ilə işarələnir) və dörd kuza və ya şassi növü ayırd edilir. Kuzasının növünə görə; Qapalı, Limuzin, Sedan, Furqon – Van, Universal, Hetçbek.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 17.19 dəfə / 1 mln.
2002 •••• 6.85
2003 •••••• 10.63
2004 •••• 7.07
2005 •••• 5.40
2006 •••• 6.76
2007 ••••• 8.03
2008 •••• 5.36
2009 ••••• 8.80
2010 •••••••••• 17.52
2011 ••••••• 12.10
2012 •••••••••• 17.21
2013 ••••••••••••• 22.90
2014 •••••••••••••••• 28.49
2015 •••••••••••••••••••• 35.72
2016 •••••••••• 17.35
2017 ••••••••••• 18.70
2018 ••••••••••••••• 26.52
2019 ••••••••••• 19.06
2020 ••••••••••• 18.96

"avtomobilləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#avtomobilləri nədir? #avtomobilləri sözünün mənası #avtomobilləri nə deməkdir? #avtomobilləri sözünün izahı #avtomobilləri sözünün yazılışı #avtomobilləri necə yazılır? #avtomobilləri sözünün düzgün yazılışı #avtomobilləri leksik mənası #avtomobilləri sözünün sinonimi #avtomobilləri sözünün yaxın mənalı sözlər #avtomobilləri sözünün əks mənası #avtomobilləri sözünün etimologiyası #avtomobilləri sözünün orfoqrafiyası #avtomobilləri rusca #avtomobilləri inglisça #avtomobilləri fransızca #avtomobilləri sözünün istifadəsi #sözlük